Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə11/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

44 

 

Çünki dörd balışda görmədim səbat, 



Dörd divar içində keçirdim həyat

58



Hər arpa ki, atdım bu dəyirmana, 

Bir inci yaratdım gövhər alana. 

Eşq olsun, söz düzən böyük şairlər 

Kiçik bir arpadan yaradır gövhər. 

Saralmış çöhrəmdə quruyan yaşdan 

Çəkdim divarıma palçıqlı saman. 

Vücudum burada arpayla yaşar, 

Ürəyim orada xəzinə saçar. 

Dünyada boşuna keçmədi ömrüm, 

Yeməkdən, içməkdən başqa iş gördüm. 

Hər gecə biliyə qapı açmadan 

Başımı yasdığa qoymadım bir an. 

Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq, 

Məryəmtək boyludur, bakirdir ancaq, 

Kişiyə getməyə nə ehtiyac var, 

Onun öz daşından öz odu çıxar

59



Bu bakir sözləri düşüncə ilə 



Olduqca çətindir gətirmək ələ. 

Bakir söz tapınca yontulur ürək. 

Hər kəsin işimi incə söz demək? 

Çoxları saxsını incitək dələr, 

Hamamda özünə səsi xoş gələr. 

Sən lakin bir geniş səhranı düşün 

Ki, səsdən yırtılır boğaz büsbütün. 

Şahlar sikkəsinə qızıl vururkən, 

Elə vur, qırılsa qırılmayasan 

Yəhudi misləri qəlp qızıl etdi, 

Bu işdən dükanı qarətə getdi. 

Hər meyvə yeyilməz əncir adına, 

Zübeydə deyilməz hər dul qadına. 

Iki hindli görsə hind ölkəsindən, 

Biri darğa olar, biri yolkəsən. 

Mən təmizlədim bu gümüş suyunu, 

Ayırdım torpağın tozundan onu. 

Xurmatək dəyməzsə, onu bil yəqin

Açmaram üzünü söz gəlininin. 



_______________  

Milli Kitabxana

  ________________ 

45 

 

Dəyməmiş bir meyvə gördüyün zaman 



Ağacı tərpətsən, deyərlər kalsan. 

Kal əncir əzməklə əldə yumşalır, 

Yedikdə boğazı dərhal qan alır. 

Budaqda vaxtında gülərsə çiçək, 

Ağacın meyvəsi bol olur, bişəkk. 

Çınqıllıq, kol-kosluq olursa torpaq, 

Yaramaz onda şən bir bina qurmaq. 

Vüqarla vuraram başa bu işi, 

Vüqarsız bir işi görərmi kişi? 

Taxıldan bir fayda gəlirsə ələ

Əkinçi əkinə başlar həvəslə. 

Taxılın azalsa qədri, qiyməti, 

Əkinçi buraxar işi, zəhməti. 

Dastanı sevənlər, şeri duyanlar 

Nəğmələr dinləmir bir çox zaman var. 

Yazmalı elə bir uğurlu dastan, 

Onda bir incəlik duysun oxuyan. 

Bildim ki, bu naxşı bəyənər dostlar, 

Verdim bu dastanı yazmağa qərar. 

Doğrular yanında varmıdır bundan 

Daha xoş simalı, sevimli dastan? 

Başqa dastanları arasan bir az, 

Millətlər yanında doğru sayılmaz. 

Kəskin qələmlərlə ciddi yazılan 

Bu dastanda yoxdur azacıq yalan. 

Kəskin qələmlərin gücüylə bu gün 

Başqa dastanlara olmuşdur üstün. 

Şahanə şərabla dolmuş badəsi, 

Aldanmış "Şahların Şərəfnaməsi". 

Köhnə söz ustası, o tuslu şair 

Söz gəlinlərini bəzədi bir-bir. 

Düzdü dastanlara çox inci, gövhər, 

Yenə də qaldı çox bakirə sözlər. 

Yazsaydı tarixdə bütün olanı, 

Çox uzun sürərdi onun dastanı. 

Sevmədiklərinə etmədi hörmət, 




_______________  

Milli Kitabxana

  ________________ 

46 

 

Bəyəndiklərinə göstərdi rəğbət. 



Dostlara o paydan ayırdı bir az, 

Halvanı təklikdə yemək yaramaz. 

Nizami bu sapa düzərkən gövhər, 

Qələmdən silindi qələm görənlər

60



Hansı bir incini keçirdi ələ, 



Onları çəkdi öz söz çəkisiylə. 

Uğurla ucaltdı "Şərəfnamə"ni, 

Köhnəni bununla eylədi yeni. 

 

 



XIZRIN NİZAMİYƏ TƏLİMİ 

 

Ey saqi, amandır, ver gülgün şərab, 



Eylə mən sərxoşu o meylə xərab! 

O xərabəlikdə qoparım fəğan, 

Xərabat əhlini səsləyim burdan. 

 

Cismani qulaqla duya bilməyən 



Bir sirri mənə Xızr öyrətdi dünən. 

Ey tədbirlərimə xas bəndə olan, 

Söz qədəhlərimdən dadımlıq alan. 

Süsəntək bəndəlik ilini atan, 

Dirilik suyundan rütubət tutan, 

Eşitdim şahları nəzmə çəkərək, 

Sözlər yaradırsan axıcı sutək. 

Dəyərsiz sözlərdən uzaq ol bir az

Əyri pərdələrdə çalğı çalınmaz. 

Ən incə sözlər tap, olasan dilbər, 

Görüncə bəyənsin söz bəyənənlər. 

Şübhəsiz xoşdur hər sınaqlı şəxsə: 

Ən çirkin bir üzü görməkdən isə 

Əъdahalar hücum etsinlər ona, 

Ya müdhiş bir nəhəng çəksin kamına. 

Keçmişlər deyəni eləmə təkrar, 

Inciyə, bax, iki dəlik açmazlar. 

Ancaq sözü sözə bağlamaq üçün




_______________  

Milli Kitabxana

  ________________ 

47 

 

Bəzən, nə eybi var, təkrar da mümkün. 



Ən yeni ustasan sən bu sənətdə, 

Köhnələr izində getmə, əlbəttə. 

Səndə ki bakir söz xəzinəsi var, 

Dul sözə əl atmaq nəyinə yarar? 

Darılma: "Bu ovu vurmadım" deyə, 

Vaxtında ona da tək sənsən yiyə. 

Asan yaradılmaz daşda cəvahir

Onu daşdan almaq asan deyildir. 

Hər şey parça-parça olunca belə, 

Bərk yerdən çıxar çox çətinlik ilə. 

Cəvahir asudə tapılmaz, bişəkk, 

Hər gümüş butada saflansın gərək. 

Quruda, dənizdə kim çəksə zəhmət, 

Balıqdan dürr alar, öküzdən sərvət

61



Gümüş küp, ya qızıl bir teşt istəsən, 



Iraq torpağından uzaq getmə sən

62



Reydən Cənd, Dehistan, Xarəzmə qədər 

Yoxdur sel izindən başqa bir əsər. 

Buxaralı, gilək, kürd və xəzərli 

Bir parça çörəyi tutmuş dörd əlli. 

Başqa ot göyərməz Mazandaranda, 

Tikanlı qanqallar göyərir onda. 

Tək iki şey çıxar Mazandarandan: 

Biri div, o biri divqılıq insan. 

Yaşasın qəlb açan sevimli Iraq, 

Ondan şerin səsi ucalmış ancaq. 

Ətirli çiçəklər atınca Hicab, 

O güldən Iraqda çəkilir gülab. 

Ey sənət qasidi, məsləhət budur, 

Dünyanı yel kimi dolaşma, otur. 

Cavahir yonmağa al kəskin kəsər, 

Söz gəlinlərinə saç noğul, şəkər. 

Gövhər qaz İskəndər mədənlərindən, 

Gövhəri İskəndər alacaq səndən. 

Gövhərə müştəri çıxar cahandar, 

Dünyada tezliklə diləyin parlar. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə