Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə97/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

396 

 

Ürəyi möhkəmə olur zəfər yar. 



Qumluqdan aldığı şeyləri ordu 

Töhfədir deyərək qarşıya qoydu. 

Daşların hamısı qırmızı yaqut, 

Gözlərə nur verir, ürəklərə qut. 

Daşdan az götürən düşmüşdü dərdə, 

Heç götürməyənlər ahda, kədərdə. 

Peşiman olmuşdu az götürənlər, 

Odlara yanırdı götürməyənlər. 

Şah oldu iki gün səfərdən aram, 

Yuxudan, yeməkdən aldı intiqam. 

Bir zaman padşahın əyildi başı, 

Yad etdi mələyin verdiyi daşı. 

Tərəzi istədi daşı çəkməyə, 

Ağır daş qoydular "ölçüdür" deyə. 

Batmanlardan keçdi o bir misqal daş, 

Nə qədər daş qoydu misqal çıxdı baş. 

Yüz kişi bir qapan çəkdi o düzə

Girdi daş bir gözə, daşlar bir gözə. 

Daş ağır gəlirdi yüz parça dağa, 

Çəkənlər darıldı bu ağırlığa. 

Deyirlər uzaqdan demiş Xızr: "Ancaq 

Bu daşın vəznidir bir ovuc torpaq." 

Bir gözə bir ovuc torpaq tökdülər, 

Çəkinin gözləri oldu bərabər. 

Bu incə nüktədən bildi tacidar: 

Torpaqdır, onu bu torpaq doyurar

261



Bir gün şah xaslarla taparaq fürsət, 



Bir məclis bəzədi - sanasan cənnət. 

Zərkəmər qulamlar taxtın ucunda, 

Qızıl bir ağactək gümüş sütunda. 

Dünyanın şahları bir səf çəkərək 

Qarşıda diz çökmüş hamı kölgətək. 

Dünya işlərindən açıldı söhbət, 

Söylənən hər şivə qəlb üçün rahət. 

Hər biri zülmətli çeşməni andı, 

Söz sözü çəkərək, söhbət uzandı. 



_______________  

Milli Kitabxana

  ________________ 

397 

 

Qaranlıq altında su varsa, nədən. 



Nə üçün tapmayır arayan, gəzən? 

Zülmətdə yox isə belə bir cadu, 

Nə üçün dillərdə əzbərlənmiş bu? 

Bu yolda deyildi çox incə sözlər, 

Işıqlandı başlar, nurlandı gözlər. 

Haman məmləkətin qocalarından 

Söylədi: "Bu sirri bilsin hökmüran. 

Cahangir İskəndər dünya dolaşdı. 

Göy kimi durmadan ölkələr aşdı, 

Ümidlə aradı həyat suyunu 

Ki, qorxunc ölümdən qurtarsın onu. 

Bir şəhər vardır, bu ölkədə çox şən

O abad şəhərdə tapılmaz ölən. 

O şəhri uca bir dağ salmış bəndə, 

Şəhr əhli o dağda düşmüş kəməndə. 

O dağdan səs gəlir hey zaman-zaman, 

Heyrətə düşür hər eşidən, duyan. 

Oradan birini adıyla səslər: 

Ey filan, yuxarı səmtə et səfər! 

O səsi, fərmanı eşidən adam 

Yerində bir an da tutmayır aram. 

Sürətlə dağlara dırmanır dərhal. 

Gedəndən nə sorsan olur dilsiz, lal. 

Dağların ardında yox olur gözdən, 

Yoxdur bu hikməti açan, öyrənən. 

Məqsədin qurtulmaq isə ölümdən, 

Ölümsüz şəhərdə eyləyin məskən!" 

Bilici söyləyən sözdən İskəndər 

Sarsıldı, üzünü sardı bir kədər. 

Bu işçin ürəyi vurdu riqqətlə

Fikri qət etməkçin uçdu sürətlə. 

Əmr etdi, ordudan bir neçə kişi 

O şəhrə gedərək, öyrənsin işi. 

Qalsınlar söylənən yerdə bir qədər, 

Bu işdən versinlər doğru bir xəbər. 

Onlara tapşırdı: "Dağdakı səsə 




_______________  

Milli Kitabxana

  ________________ 

398 

 

Yerindən qalxmasın sizdən bir kimsə! 



Lap adla, nişanla çağırsa necə 

Siz bu səs-sədanı almayın vecə. 

Cavabı uzatmaq yoluyla barı, 

Açılsın pərdənin gizlin əsrarı". 

Nəsihət alanlar baş əydi əmrə, 

Gizlin bir yol ilə girdilər şəhrə. 

Şəhərdə uğurla atı çapdılar, 

Ən gözəl bir yerdə mənzil tapdılar. 

Şəhərin haqqında bildilər xəbər

Düz çıxdı qocanın dediyi sözlər. 

Şəhərdə birinin adına dağdan 

Apaçıq səs gəlir hey zaman-zaman. 

Adını eşidər-eşitməz hər kəs 

O dağa çıxmağa göstərir həvəs. 

O qədər səbirsiz gedir yolunu, 

Qılıncla qaytarmaq olmayır onu. 

Gələnlər göstərdi yüz tədbir, hünər, 

Pərdənin sirrini öyrənmədilər. 

Seyr etdi dolanan fələk bir zaman, 

Bir neçə mənzili dolaşdı dövran. 

Şah adamlarıyla çərx kinə düşdü

Birini aparmaq fikrinə düşdü. 

Qeybdən gələn səs, əsrar arayan 

Kişidən birini çağırdı dağdan. 

Adını eşidən durmadı bir an, 

Səs gələn tərəfə qaçdı durmadan. 

Gedəni dostları tutdu yer-yerdən, 

Dedilər: "Tələsmə, dayan, ey gedən! 

Bir yolçu sövdalı olmasın gərək, 

Pərdənin sirrini bəlkə öyrənək". 

Gedənə o sözlər etməyir əsər, 

Bağırır, dartınır, qurtulmaq istər. 

Bir söz də deməyir yarasın işə, 

Çərx kimi çalışır çıxsın gərdişə. 

Güc ilə qurtuldu gedən sevincək, 

Onlardan uzaşdı uçan çibintək. 




_______________  

Milli Kitabxana

  ________________ 

399 

 

Dostları bu işdən etdi çox heyrət



Gedəndən hər biri aldı bir ibrət. 

Bizdən ən ağıllı, həm iş bacaran, 

Bax, necə ayrıldı bir sirr açmadan! 

Az zaman keçincə bu hadisədən 

Al günəş parladı, güldü çöl, çəmən. 

O biri yoldaşa yetişdi növbət, 

O da bu dağlarda yox oldu xəlvət. 

Get-gedə azaldı əsrar arayan, 

Olmadı o hərfi bilən bir insan. 

Qorxudan şiddətlə çırpındı ürək, 

Göylər də kimsəyə etmədi kömək. 

Əsrardan heç biri tutmadı xəbər, 

Kədərlə padşaha tərəf döndülər. 

Şikayətləndilər: "Bir çoxu bizdən 

Dağlara dırmandı, olmadı dönən. 

Nə dağa çıxarkən bir az durardı, 

Nə geri dönməyə bir ümid vardı. 

Bilmədik pərdədə nəyin səsidir, 

Hansı bir çalanın şən pərdəsidir. 

Pərdənin yolunu bilmədik, artıq 

Çarəsiz şəhərdən geri qayıtdıq. 

Bizdən də apardı bir neçə insan, 

Daha səs gəlmədi bir də o dağdan. 

Olunca onların yolu dağ, gədik, 

Biz də çöl yolunu tutaraq gəldik. 

Bu çərxin işləri belədir, belə, 

Biri düşmüş dağa, o biri çölə". 

Söylənən əsrarı eşitdi bir-bir, 

Bildi. bu yol "gedər-gəlməzə" gedir. 

Dönsəydi o dağa gedənin biri, 

O zaman gözəldi bu dağ səfəri. 

İskəndər bu işdən eylədi heyrət: 

"Öyrənən yox, nədir bu gizli hikmət?" 

Bildi ki, dırmanan o dağa. daşa 

Dünyada ömrünü vurmuşdur başa. 

Bir məsəl çəkdi ki: "Ölər hər doğan




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə