Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə105/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   101   102   103   104   105   106   107   108   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

427 

 

Yəni  İskəndər o zaman abi-həyat tapmaq üçün zülmətə gedərkən 



düşünürdu ki, o sudan əbədi həyat tapacaq. Lakin o vaxt axtardığım indi 

"Şərəfnamə"nin bulağından tapdı və əbədi həyata yetdi. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

428 

 

86



 

                               Xızr bu süfrəndə olmuş həmsüfrən, 

                                       Yetmiş yeddi suda ağzını yu sən. 

Bu, Nizaminin özünə xitabıdır. Madam ki, sən sənət bulağının daimi 

həyat suyunu içərək Xızr ilə  həmsüfrə oldun, o halda daim doğru, təmiz 

sözlər söylə. Yetmiş yeddi su - son dərəcə təmizlik və paklığa işarədir. 

87

 

                                Rum şahı oldu bu bəxşişdən çox şən, 



                                        Mumunu qorudu yanar atəşdən. 

Yəni İskəndər (Bertelsdə - Dara) bu peşkəşdən sevindi və özünü Daranın 

qəhrindən hifz etdi. 

88

 



                                Ulduz tərəzisi ortaya gəldi, 

                                        Taleyi göründü Əsəd bürcündən. 

Yəni rəsəd alətləri işə başladı. Onun bəxtinə Əsəd (Şir) bürcü düşdü ki, 

bu da şücaət və quvvət əlamətidir. 

89

 

                                Günəş yaxınlaşdı o gün Həmələ, 



                                        Gedirdi elmdən çatsın əmələ. 

Yəni bu zaman Günəş  də bilik və  əmək nişanəsi olan Həməl bürcünə 

girmişdi. 

Bundan sonra gələn üç beytin mənası belədir: bu zaman tale ulduzları öz 

evlərində idilər; Ütarid ulduzu Cövza bürcündə, Ay və Zöhrə Buğa bürcündə, 

Mərrix isə öz fərəh evi olan altıncı evdə idi. Səadətə yaxın olan belə bir tale 

ilə İskəndər dünyaya gəldi. 

Şərq astrologiyasında hər planet üçün iki ev, daha sonra isə bir yoxuş, bir 

də eniş evi qeyd edilir. Öz evində və yoxuş evində planetlər müvəffəqiyyəti 

göstərir. Astrologiyanın təsvir edilmiş horoskopunda isə (horoskop - orta 

əsrlərdə münəccimlərin insan anadan olarkən onun taleyini, gələcəyini 

qabaqcadan söyləmək üçün tərtib etdikləri ulduzların düzülüş  cədvəlidir) 

bütün planetlər ya öz evində  və ya yoxuşunda göstərilir. Deməli, bu halət 

müvəffəqiyyəti, xoşbəxtliyi xəbər verir. 

90

 

                                 Bəxtini oxudu parlaq alnından, 



                                         Verdi oğluna da ondan bir ünvan. 

Yəni Nikumaxis İskəndərin taleyini təyin edərkən öz oğlu Ərəstunun da 

adını ona bağladı. 

91

 



                                 Tale xidmətində duran zamanda, 

                                         Söz qaşı möhrünü vuran zamanda. 

                                         Oğlunu tapşırdı gənc şahzadəyə. 

Yəni ulduzlar xoşbəxtlik göstərən vəziyyətdə olduqları bir gündə o, 

Ərəstunu İskəndərə tapşırdı. 

92

 



                                 Ağacdır - dörd kökü, altı böyrü var, 


_______________  

Milli Kitabxana

  ________________ 

429 

 

                                         Çoxunu boğmuşdur bu qorxulu dar. 



 


_______________  

Milli Kitabxana

  ________________ 

430 

 

Bu dünya altı  cəhəti (önü, arxası, sağı, solu, üstü, altı) və  dörd kökü



dörd ünsürü (su, od, torpaq, hava) olan bir dar ağacıdır ki, çoxlarını çarmıxa 

çəkmişdir. Buraya çoxları gəlib-getmişdir. 

93

 

                                Əlində tərəzi mahir söz ölçən



                                         Saxta əşrəfini saldı rövnəqdən. 

Burada Nizami özünü mahir söz ustası, əsərini də sözün dəyərini, saxta, 

ya saf olduğunu təyin edən tərəzi, əyar adlandırır. 

94 


                               Hər hərfin üstünə barmaq bassam mən, 

                                       Tapılmaz üstündə qələm işlədən. 

Yəni mən başqalarının  əsərinə toxunmaq istəmirəm: nöqsan axtarmağa 

başlasam, tənqidimin qabağında heç kəs dura bilməz, 

95

 

                                Elə bir dabbaqlıq etdim bu gönə



                                        Mətanət göstərsin hər ağır günə. 

Yəni mən özümə elə  tərbiyə vermişəm ki, mənə  əziyyət etsələr də, 

başqasını incitməyə qalxışmaram. 

96

 



                                O yaşıl sərv ilə Rumun torpağı 

                                        Reyhantək bəzəndi, şənləndi bağı. 

Yəni gənc  İskəndərlə bütün Rum ölkəsi xoşbəxt oldu və onunla fəxr 

etməyə başladı 

97

 

                               Gəldi qurd ağzından sübhün nəfəsi, 



                                       Keşikçi itinin kəsildi səsi. 

Qurd ağzı - yalançı  səhər, dan yeri deməkdir; yəni sübh açılmağa 

başlayanda, qarovulçunun itinin səsi kəsiləndə, itlər yatanda. 

98

 

                               Coşdu toppuz, yağdı mancanaq daşı, 



                                       Əyildi öküzün, balığın başı. 

Yəni elə  şiddətli müharibə oldu ki, enən gürzlərin qüvvətindan yerin 

altında öküzün və balığın (gav-mahinin) başı əyildi. 

99

                                  Ləli yer öküzü udduğu zaman



                                     Pusqudan sıçradı qapqara aslan.   

Dini rəvayətə görə, yer gav-mahinin, o da suyun üzərində durur. Günəş də 

gedib haman suda batır. Yəni gövhərə  bənzəyən günəşi gav-mahi uddu, 

nəticədə qaranlıq çökdü. 

100 

                               Mənimlə bu qorxu bilməyən pələng, 



                                       Olmasın Rum, zənci kimi iki rəng. 

Yəni bu pələng qorxusuz və iki rəngli olan dünya mənimlə ikiüzlülük 

etməsin, mənə qalib gəlməsin. Rum - ağ rəngə, gündüzə, zənci - qara rəngə, 

gecəyə işarədir. 

101 

                               Aldadan yol oldu bu uzaq yollar




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə