Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə107/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

435 

 

idilər. Burada həmçinin zənci qoşunların çoxluğu və rumlu qoşunların azlığı 



da ifadə edilmişdir. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

436 

 

119



                                Əqiqlər şəvədən qalamış ocaq, 

                                    Zəncilər od tutub, kül qalmış ancaq. 



Əqiq - qırmızı rumlular, şəvə isə qara zəncilərdir. Yəni rumlular zənciləri 

qalayıb yandırdılar. 

120

                               Qarğalar ağ şahin əlində əsir. 



Yəni İskəndər zəncilərə qalib gəldi. 

121 


                                İnsanın yükünü çəkən hər hammal,  

                                    Ya çıraq daşıyır, yaxud ipək mal. 

Həbəşlər gah qalib gəlir, gah məğlub olurdular. Lakin bu halların ikisi də, 

hammalın müştərisi kimi təsadüfdən asılı olurdu. Yəni hammalın daşıdığı 

mal özününkü olmadığı kimi, həbəşin qələbəsi də onun müvəffəqiyyəti 

sayılmazdı. 

122

                                 Göy üzü geyərkən lacivərd paltar, 



                                       Hər kəsə lacivərd paltar hazırlar. 

Lacivərd        -  tünd  göy,  həm də matəm rəngi sayılır. Yəni lacivərd 

rəngində olan göylər insanlar üçün də o rəngdə matəm paltarı biçər. Deməli, 

göylərin, fələyin qəza-qədərindən yaxa qurtara bilməzsən,  

123 


                                Çox danə görərsən bu dəyirməndə,  

                                     Növbətlə üyüdür unu hər bəndə. 

Yəni dünya dəyirmanında dən, sərvət çoxdur. Hər kəs öz dənini növbətlə 

o dəyirmanda üyüdüb faydalanır. Demək, rumlular da öz növbələrində bu 

dünya dəyirmanından istifadə etdilər. 

124


                                 Həndəsi hərflər, cizgili xətlər, 

                                       Bildirir sənindir şanlı bir zəfər. 

Yəni həndəsi xəttin hərfləri göstərir ki, sən qalibsən.  Həndəsi xətt  -

Ərəstunun atasının  İskəndərə vermiş olduğu qalibiyyət və  məğlubiyyət 

cədvəlinə işarədir. 

 

125



                                Şah içdiyi camın hər damcısından,  

                                     Mühəndis əkirdi gözəl bir fidan. 

Yəni  şah  şərab içdikcə falçı mühəndis bir ümid ağacı  əkirdi, ona gözəl 

vədlər verirdi. 

126

                                 Qasidə tapşırdı bir top, bir çıvkan, 



                                        Bir çuval küncüd də verdi ərməğan. 

Qədimdə  İnsanlar bir-birilə  məktub  əvəzinə  əşya göndərər və öz 

fikirlərini onların vasitəsilə bir-birinə çatdırardılar. Buna əşya yazısı deyilir. 

Əlifba icad edilməmişdən qabaq bu, əsas yazı formalarından biri olmuşdur. 

127 

                                          



Küncüddən çox olsa Dara qoşunu, 

                                     Mənim də quşlarım dənləyər onu. 




_______________  

Milli Kitabxana

  ________________ 

437 

 

                                     Üzərlik doldurdu kiçik çuvala



                                     Qasidə verincə dedi: "Çıx yola!" 

 



_______________  

Milli Kitabxana

  ________________ 

438 

 

El arasında üzərliyi  bədnəzərdən qorunmaq üçün yandırarlar. Lakin son 



dərəcə acı olduğu üçün quşlar onu yeməz. Dara İskəndərə küncüd 

göndərmişdi;  İskəndər dedi ki, onu mənim quşlarım yeyər, yəni sənin 

qoşununu mənim əsgərlərim yox edər. İskəndər isə Daraya üzərlik göndərdi 

və bununla demək istədi ki, mənim qoşunumu düşmənin quşları yeyə bilməz. 

128 

                                              



Mən onu içərsəm verər səadət, 

                                       O məni yeyərsə doğar fəlakət. 

Yəni mən şərabı içsəm, o, qəlbimə hərarət və işıq saçar, o məni yesə, yəni 

bərk sərxoş edib məni öldürsə, qismətim torpaq olar. 

129 

                                               



Keyxosrov dünyadan edərkən səfər, 

                                       Cavahir camından vermişdi xəbər. 

İran mifologiyasında Keyxosrovun gövhər bir camı varmış ki, dünyanın 

bütün hadisələri, həm keçmiş  və  həm də  gələcək onda əks edilirmiş. Yəni 

Keyxosrov ölərkən Daranın  əhvalını öz camında görüb, əvvəlcədən xəbər 

vermişdi. 

130 

                                               



Elə iş görmə ki, doğsun sənə kin

                                        Dəmirə tez təsir etsin sükahin. 

Əslində sükahin deyil, segahəndir. Bu, sirkə ilə dəmirdən hazırlanan bir 

boyadır. Pas salmiş dəmiri sirkə yeyər. 

l3l  

Qızıl öz vəznini versə arpaya 



                                    Qızıl qiymətiylə çıxar ortaya. 

Yəni sən qızılsan,  İskəndər arpadır.  Əgər sən özünü İskəndərlə  bərabər 

etsən, dəyərsiz arpaya qızıl dəyərini vermiş olarsan; belə ki, qızılın arpa kimi 

çəkilməsi arpanı qızıl qiymətinə qaldırır. 

132

                               Tox ilə ac kabab yesə bir yerdə, 



                                     Tox adam kababdan düşəcək dərdə. 

Yəni ac adam kabab tikələrinin irilərini, yağlılarını yeyəcək, tox isə bu 

iştahdan məhrum olduğu üçün dərd çəkəcəkdir. 

133


                                Harada görünmüş aciz bir yunan, 

                                      Belə bir gəmini çıxarsın sudan? 

Yəni bir rumluda haradan o qədər güc ola bilər ki, gəmini dənizdən 

çıxarıb qovsun? Burada dəniz İran məmləkətinə, gəmi də Daraya işarədir. 

134

                               Dilini bağla ki, əldə qalsın baş, 



                                     Dil quru olarsa, boğaz olmaz yaş. 

Quru dil - susmaq, yaş boğaz isə başın kəsilib qana bulaşması deməkdir. 

Yəni dilini saxla ki, boğazından qan axıdılmasın. 

135 

                                           



Qan ilə islanmış dilsiz bir başdan, 

                                     Şübhə yox, yaxşıdır başsız bir insan. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə