Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

431 

 

                                       Yeddinci fələkdə ancaq işıq var. 



 


_______________  

Milli Kitabxana

  ________________ 

432 

 

Yəni dünyanın çox uzun olan yolu azdırıcıdır və qurtuluş işığı çox uzaqda 



görünür. 

102


                                Çin şahı atına qoyarkən yəhər 

                                       Zəncinin nalına od vurdu göylər. 

Yəni səhər açılmağa başlayanda gecə atını sürətlə sürüb getdi. 

103 


                                              

Günəşi pusqudan fələk sıçratdı, 

                                       Ulduzlar üzüyü əlindən atdı. 

Yəni Günəş çıxarkən ulduzlar söndü. 

104

                                Dəvənin zəngindən, fil güzgüsündən 



                                      Sədəf şəvə doğdu inci doğurkən. 

Şərq mifologiyasına görə, yağış dənizə ildırımsız yağanda sədəflər dürrə, 

ildırımla yağanda isə  şəvəyə hamilə qalır. Beytin mənası: müharibədə 

dəvələrin boynundan asılan zənglərin ildırım kimi səsindən, fillərin üstündə 

olan güzgülərin şimşək kimi parıltısından dəniz sədəfləri dürr əvəzinə şəvəyə 

hamilə qalırlar. 

105

                              Maral buynuzuna göndər zeh çəkər, 



                                    Qarışqa başını dırnağa tikər. 

Maral buynuzundan qayrılmış yay və yabanı eşşək gönündən hazırlanmış 

kirişlə elə düzgün ox atıla bilər ki, qarışqanın başını ayağına tikər. 

106


                               Göylərin Harunu keşik çəkərək, 

                                     Belinə asmışdı saysız qızıl zəng. 



Göy Harunu və ya hindusu - gecə qarovulçusu Zühəl ulduzudur ki, 

yeddinci fələkdə olur. Dinlər tarixinə görə, yəhudilərin peyğəmbəri Musa, 

qardaşı Haruna qarovulçuluq vəzifəsini tapşırmışdı. Harun qurşağının və 

paltarının dövrəsinə  qızıl zınqırovlar asmışdı. Qarovulçu mənasında işlənən 

Harun sözü buradan alınmışdır. 

107


                               Ordunun çəkisi elədikcə meyl, 

                                     Bu gözdən o gözə axıdırdı sel. 

Nizami burada bir-birinə qarşı duran iki ordunu gözləri poladdan 

hazırlanmış bir tərəzinin bir-birini dartan iki gözünə bənzədir. Beytin mənası: 

poladdan silahlar daşıyan iki quüvvətli ordu iki tərəzi başı kimi bir-biri ilə 

vuruşurdu. Bu gözdən o gözə qan sel kimi axırdı. 

108

                              Zəncinin qəlbinə çökmüşdü qorxu: 



                                    "Biz ipək sanırdıq, cod palazmış bu.,.". 

Yəni biz əvvəl zənn edirdik ki, İskəndər yumşaq və  ədalətlidir.  İndi 

görürük ki, o, çox zalım və adamyeyəndir. 

109


                              Hər filin belinə taxt qoyulmuş ac, 

                                    Üstündə bir zənci, başında bir tac. 




_______________  

Milli Kitabxana

  ________________ 

433 

 

Yəni fillər üstündə ağ şirmayı yəhərlərdə zəncilər oturmuşdular. Onların 



başlarında qıvrım saçları müşkdən taca bənzəyirdi. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

434 

 

110



                                 Fülərin yanınca gedən piyada 

                                       Hər yerdə yüz fili salırdı bəndə. 

Burada Nizami şahmat oyununun gedişlərindən istifadə edir. Şahmatda 

piyada filin yolunu kəsə bilir. 

111

                                Coşarsam atından salaram Nili, 



                                      Bu rüxüm piyada buraxar fili. 

Yəni mənim nərəm Nil çayının səsini batırar. Mənim heybətim fili 

dəhşətə gətirər. 

112


                               Rəcəzi bitincə tərpəndi duman, 

                                     Xəznədə qıvrıldı sanki bir ilan. 



Rəcəz - vuruşanların mübarizəyə girməzdən qabaq yüksək tonla 

oxuduqları  şeirdir.  İran mifologiyasına görə, xəzinəni ilan mühafizə edir. 

Yəni ilan xəzinə sövdası ilə qıvrılan kimi, o da qalibiyyət arzusu ilə qıvrıldı. 

113


                                Kəməndi tamğaclı qaşına bənzər, 

                                      Çaçların qurduğu yay kimi çənbər. 



Tamğac - Türküstan şəhərlərindən biri, Çaç isə indiki Daşkəndin yerində 

bir şəhər olmuşdur. Tamğaclılarda qaşlarını kaman kimi düzəltmək adət idi. 

Çaçlılar da yaxşı kaman qayırmaqla məşhur olmuşlar. 

114


                               Mən ərəb huşlu bir Rum sərvəriyəm, 

                                     Zənci öldürən bir sübhün nuriyəm. 



Ərəblər ayıqlıqları ilə seçilərdilər. Zənci qaralığından gecəyə bənzədilir. 

Rumlu da sübh kimi ağ olur. Yəni sübh gecənin qaranlığını boğan kimi mən 

də zənci öldürənəm. 

115

                              Fil kəskin qolumdan bir qılınc yesə, 



                                    Filban Nil küpünə atar əlbəsə. 

Yəni filə bir zərbə vursam, filin sahibi matəm paltarı geyər. Nil küpü -

sürməyi boyaq küpü deməkdir. 

116


                             Poladın açdığı dərin yaradan, 

                                   Qalmadı abinus ağacında can. 



Abinus ağacı - Hindistanda bitən sərt və qara bir ağacdır; burada isə 

zəncinin vücudu deməkdir. Yəni bir zərbə ilə zənci məhv oldu. 

117

                             O qara buluda qızdı hökmüran, 



                                   Çəkdi ağ nəhəngi qara qınından. 

Qara bulud - zənci, ağ nəhəng - qılınc deməkdir. 

118


                             Zəncilər gecəydi, rumlular çıraq, 

                                   Rumlular qarğanın gözüydü ancaq. 

Yəni zəncilərin qoşunu gecə kimi qara, rumluların qoşunu isə çıraq kimi 

(ağ) idi; yaxud zəncilər qarğa kimi qara, rumlular qarğanın gözü kimi ağ 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə