Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə102/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

416 

 

40 



 

 

Başladı ürək, dil: "Şeir yaz" deyə, 



Harut, Zöhrə kimi cadugərliyə. 

Yəni Harut və Zöhrə bir-biri ilə eşqbazlıqda şirin, gözəl söhbətlər 

və sehrbazlıqlar etdikləri kimi, mənim də  qəlbim, dilim bədii söz 

yaradıcılığında möcüzəli sənət əsərləri yaratmaqla məşğuldur. 

Harut və Marut dini xurafatda İki mələyin adıdır; Güya Babil 

qülləsində bir quyudan başıaşağı asılmışlar. 

Əfsanəyə görə, Harut Zöhrə adlı bir qadınla eşqbazlıqda ona sehr və 

əfsun öyrətmiş  və güya bu qadın öyrəndiyi sehr ilə göyə qalxaraq orada 

Zöhrə ulduzuna çevrilmişdir. Zöhrə ulduzu İran mifologiyasında həm də göy 

çalğıçısı sayılır. Farsca ona Nahid deyilir. 

 

41

 



 

 

Bu barlı ağacdan kim nıeyvə dərsə, 



Söyləsin xoşbəxtdir bu bağban kimsə. 

Burada barlı ağac Nizaminin əsərinə - "Şərəfhamə"yə işarədir. Kim 

meyvə  dərsə, yeni kim "Şərəfnamə"ni oxusa... Bağban isə o meyvələri 

yetişdirən, yəni o sözləri yazan Nizamidir. 

42

 

  Ancaq 



bir 

şərtim var: bir para dəcəl

Qonşunun malına uzatmasın əl. 

Burada Nizaminin müasirləri olan bəzi xırda  şairlərə  işarə edilir. 



Qonşunun malına uzatmasın əl, yəni mənim əsərlərimi oğurlamasın. 

43

 



 

 

Daracı oğrusundan qorxarmı dəniz? 



 

  Buludum 

yağdırar ondan çox, şəksiz. 

 

Yəni mənim təbim bir dənizdir: o, damcı oğurlayanlardan qorxmaz. 



Oğruların apardıqları damcılar  əvəzinə ilhamımın buludu bir anda mənə 

ondan çox muzd verir. 

44

 

 



 

Ay işığı qədər olsa yüz çıraq, 

 

 

 



Yenə Günəş ona vuracaqdır dağ. 

 Burada 


günəş Nizami, çıraq isə dövrünün xırda şairləridir. 

45

 



 

 

Dağlara buludlar ağ kafur saçdı, 



 

 

 



Ac torpaq ağzmı kafurçün açdı. 

 

Yəni dağdan kafur yağdıran bulud göründü - qocalıqdan başımda 



saçlarım kafur kimi ağardı  və  həyatım sona yetdi (müsəlmanlıqda ölünü 

basdırmazdan əvvəl yuyarkən üstünə kafur səpərlər). 

46

 

                              Bu zaman bir bucaq xoşdur saraydan



                                      Oyuncaq əlini uzadar dövran. 

Yəni qocalıqda yoxsulca bir küncdə yaşamaq sarayda kef çəkməkdən 

yaxşıdır, çünki bu zaman artıq dövran insanı qocalığına görə  ələ salar, ona 

istehza edər. 




_______________  

Milli Kitabxana

  ________________ 

417 

 

47



 

                              Məşriqdən ağardı daha dan yeri. 

Yəni saçlarım ağarmış, artıq qocalmışam. 



_______________  

Milli Kitabxana

  ________________ 

418 

 

48



 

                               Başına tac ilə kim vursa bəzək

                                       Əmgəyi ağ deyil, müşk olsun gərək. 

Yəni taca layiq olan başa  şirmayı kimi ağ saçlar deyil, müşk kimi qara 

saçlar lazımdır; demək, bunun üçün qoca deyil, cavan olmalıdır. 

49

 



                               Keçərsə körpüdən bu Gilan atım, 

                                       İnanma Gilana bir də qayıdım. 

O zaman yaxşılığı ilə  məşhur olan Gilan atı  nəzərdə tutulur. Yəni 

ömrumün Gilan atı  həyat körpüsündən keçəndən sonra bir də dünyaya 

qayıtmayacağam, əbədiyyətə qarışmış olacağam. 

50

 



                               Qəbrim şüşəsinə əl qoyan zaman

                                       O pak gövhərimi heç olmasa an. 



Şüşə - burada təpəcik mənasındadır. Adotə görə, birinin qəbri üstünə 

gedənlər o qəbrin təpəciyinə əl basarlar. 

51

 

                               Bir mey ki, suyu saf, axan gümüşdür, 



                                      Onu hər dörd məzhəb halal görmüşdür. 

Burada zülal suyu kimi təmiz, saf şərab deməklə Nizami güya cənnətdə 

olan kövsər suyunu nəzərdə tutur və onun bütün məzhəblərdə halal olduğunu 

söyləyir. 



Dörd məzhəb - müsəlmanların iki böyük qismindən biri olan sünnilərin 

məzhəbləridir: hənəfilər, şafeilər, hənbəlilər və malikilər.  

                                    Bərcistək oxum var, atmaram ancaq. 

Bərcis Müştəri ulduzunun farsca adıdır. Bu ulduz Qövs (Kaman) 

bürcündə olduğu üçün ondan ox atarmış. Nizami anlatmaq istəyir ki, 

düşmənlərlə və paxıllarla mübarizədə mənim də Müştəri ulduzu kimi silahım, 

sözdən, şeirdən oxlarım var, istəsəm vuraram. 

53

 

                               Zöhrətək çəkiyə qoyaram dirhəm. 



Zöhrənin evi Tərəzi bürcüdür. Yəni mən də söz dirhəmini (gümüşü) 

Zöhrə kimi tərəzidə çəkərəm. 

54

 

                               Hər çillə qırx gündür, xəlvəti mindir, 



                                       Bu yerdən məclisə girmək çətindir.         

Çillə - burada zahidlərin cəmiyyətdən uzaqda keçirdikləri qırx gün 

deməkdir. Buna dərviş çilləsi deyilir. Yəni qırx çillədən və min cürə pəhriz, 

qənaət, ibadət işləri ilə  məşğul olandan sonra, daha şahların məclislərində 

iştirak etmək yaramaz. Demək, ömrümü azad, öz aləmimdə keçirdikdən 

sonra daha saraya girmək, saray şairi olmaq məndən uzaq olan işdir. 

                                     Görsəydim özümdən gözəl bir gülşən, 

                                     Al, sarı gülünü dərməzdimmi mən? 

                                     Hazıram budumdan kabab yeməyə, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə