Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə98/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

400 

 

Əcəl pəncəsindən kim qurtarmış can?" 



Bir ov ki, bacarmaz ovçular ilə, 

Məzara gedər o öz ayağiylə. 

Yediyi bir oxdan hər ovçu tərlan 

Düşər yer üzünə öz qanadından. 

 

 

İSKƏNDƏRİN 



RUMA QAYITMASI 

 

Ey saqi, dayanma, qədəhi gətir! 



Qədəhsiz şənlənmək mümkün deyildir. 

Ver, bir qurtum içim, gətir kuzəni, 

Əcəl pəncəsindən, gəl, qurtar məni. 

 

Bir kirpik vurunca bu acı dövran, 



Hər yerdə törədir yüz yaxşı-yaman. 

Birinin başını bağlayır yerə, 

Birini qaldırır uca göylərə. 

Birini günbəddən salır quyuya, 

Birini balıqdan ucaldır Aya.

263


 

Hər anda başlayır canbaz oyunu

Bu dünya bir heçdir, həm heçdir sonu. 

Dikbaşlıq yaramaz, uyuşmaq gərək, 

Dikbaş at hər zaman qırmanc yeyəcək. 

Dikbaşlıq edərsə ən gözəl bir at 

Misir eşşəyindən əskikdir qat-qat. 

Bu dünya dünyaca görmüşdür adam, 

Ürkərək kimsəyə olmamışdır ram. 

Elə kimsənindir belə ruzigar

Anlayan kəslərin işini anlar. 

 

Rəvayət edənlər belə anladır: 



Mağara yanında qurunca çadır, 

Təmirə xəzinə tökdü tacidar, 

Saldığı o şəhər adlandı: Bulğar. 

Bulğardan keçərək ruslar elinə, 

Döndərdi o mülkü şən bir gəlinə. 



_______________  

Milli Kitabxana

  ________________ 

401 

 

Oradan qayıtdı Rum dənizinə, 



Yelkənlərlə çıxdı öz ölkəsinə. 

Bir xəbər tutunca Rum başçıları 

Axışdı müzəffər bayrağa sarı. 

Hər kəs öz şahını qalib görüncə, 

Şükürlər edərək daldı sevincə. 

Şahın gəlməsiylə Yunan ölkəsi 

Ay kimi nur saçdı, güldü çöhrəsi. 

İskəndər gətirən zülmətdaşından 

Yaqut rəngi aldı cəvahir satan. 

Aldı o sərvətdən şəhərlər zinət, 

Yerlər xəzinədən tutdu bərəkət. 

Axdı hər qəsrdən cənnət sevinci, 

Yerlərə tökdülər qızıl, ləl, inci. 

Xəzinə ağzından qırıldı qıfıl, 

Zillət qapısına vuruldu qıfıl. 

Ay kimi gəldi öz bürcünə o şah

Başında günəştək çinli bir külah. 

Şah Rumdan gedərkən bənzərdi yerə, 

Dönərkən sığmadı uca göylərə. 

Bulud ki, göylərə su ilə gedər, 

Dönərkən dənizə saf inci səpər. 

Şah yunan taxtına oturdu şən-şən, 

Dincəldi yolların zəhmətlərindən. 

Şah yeddi ölkənin fikrindən doydu, 

Hər bir məmləkətdə bir nayib qoydu. 

Şahlıqlar baş əydi hər fərmanına, 

Sədaqət göstərdi hər peymanına. 

Şahın gəlməsiylə ucaldı onlar, 

Hər kəs öz mülkünə döndü bəxtiyar. 

Hər biri təklikdə şahlıq edərdi, 

Başını dik tutub, asıb-kəsərdi. 

Boynunu əymədi kimsə kimsəyə, 

Hər biri başını ucaltdı göyə. 

İskəndər adına qədəh qaldırır, 

Içərkən hər biri tək onu anır. 

Şah Yunan taxtına oturdu yenə




_______________  

Milli Kitabxana

  ________________ 

402 

 

Bəxtin açarını aldı əlinə. 



Dünyaya elmlər, biliklər saçdı, 

Tanrı hikmətindən qapılar açdı. 

Getdi haqq əmriylə peyğəmbərliyə, 

Hörmətlə baş əydi "fərmandır" deyə. 

Yenidən başladı şah hazırlığa, 

Dünyanı dolaşdı başdan-ayağa. 

Iki dəfə səfər etdi İskəndər, 

Birində çöl gəzdi, birində şəhər. 

Birində dolaşdı abad yerləri, 

Yenə Ruma döndü Rumun sərvəri. 

Birində yolsuz hər çölü, hər dağı 

Keçdi ay, günəştək onun bayrağı. 

 

Birinci məclisi bitirdim artıq, 



Ikinci məclisə vurdum yaraşıq. 

Bu "Şərəfnamə"nin məclisində mən 

Saçmışam ən incə, bakir sözlərdən. 

Ona bağladığım incə incilər, 

Hər dastan başında saçdığım gövhər, 

Bir yerdə bir telə düzülsə bunlar

O tel ən parlayan inciylə dolar. 

Hər dastan başında mənalı sözlər, 

Hikmətə dair bir başlıca dəftər. 

Tarixə ən tanış o saqiləri, 

Aldım iş başına hər bir rəhbəri. 

Oturan göz oldu bu biliklərə, 

Xəznədə keşikçi oldu gövhərə. 

Belə incə nəqşi kim qura bilər? 

Bu gözəl rəngləri kim vura bilər? 

Sazına bağladım elə incə tel, 

Olmuş hər nəğməsi Zöhrədən gözəl. 

Hər yerdə bir yanlış gördüm, silərək 

Toxudum ona ən doğru bir bəzək. 

Doğruluq yolunu tutmayan sözlər 

Aya ucalsa da qiymətdən düşər. 

Hər yerdə o qoca, o sənət əri 




_______________  

Milli Kitabxana

  ________________ 

403 

 

Yanlış söyləmişdi doğru sözləri, 



Yanlışa yenidən vurdum bir bəzək 

O qoca şairdən üzr istəyərək

264



Çatınca sona bu binanın nisfi, 



Verildi mənə bu dünyanın nisfi. 

O biri nisfini, zaman olsa yar, 

Təbimlə bəzərəm elə bil gülzar. 

Oxucu yuxudan qalxar bu səsə, 

Balığı dənizdə gətirər rəqsə. 

Zəmanə azacıq verərsə aman, 

Şüurum söz verir mənə, var güman. 

Bu Rumi qılıqlı, naxışlı bağda 

Al güllər göyərdim sarı torpaqda.

 

Ən parlaq firuzə və incilərdən 



Xəzinə doldurum, şaşırsın görən. 

Hər bağdan bir çiçək alaraq bəhrə

Hər güldən bir gülab axıdım nəhrə. 

Padşahın taleyi edərsə kömək, 

Sözlərim düzülər incə incitək. 

 

 



NÜSRƏTƏDDİN ATABƏYİN 

SİTAYİŞİNƏ DAİR 

 

Saqi, ay işıqlı camı ver mana! 



Padşahın taxtını öpmək adına, 

Taxtımı ucaldım uca Pərvinə, 

Qədəhi boşaldım şah şərəfinə. 

 

Ölkələr fəth edən, dünya pənahlı, 



Firidun kəmərli, xaqan külahlı, 

Sultan Nüsrətəddin ədalətindən 

Bu dünya xatırlar şərab içərkən. 

Bir göydür ki, ulduz ona nur verir, 

Dənizdir ki, tacı öz gövhəridir. 

Dünyanı yumuş bu üçüncü dəniz, 

Nəsara dinindən etmiş tərtəmiz

265


Uca, dik başını Müştəri öpər, 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə