Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə100/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

408 

 

7



 

   Gah 


kiçik 

nütfəyə qoydun qızıl tac, 

Gah xırda çərdəkdən yaratdın ağac. 

Yəni gah bir damcı sudan ibarət olan nütfədən bir xoşbəxt adam - bir 

padşah, bir fılosof, bir peyğəmbər yaradırsan, gah da bir çəyirdəkdən bir ağac 

çıxarırsan. 

   


Gah Xəlil alırsan bütxanələrdən,  

Gah dost yaradırsan biganələrdən. 

Dini rəvayətə görə, İbrahimxəlil peyğəmbər öz atasının dinini, yəni 

bütpərəstliyi atmış, bütxanəyə gedib, bütləri qırmışdır. Burada Xəlil -

İbrahimxəlil peyğembəre işarə olmaqdan əlavə, eyni zamanda dost mənasını 

verir.  İbrahimxəlil  əvvəl bütpərəst ikən biganə idi, Allahı tanımırdı, sonra 

Allahı tanıdı, bütləri qırdı, biganəlikdən çıxıb dost oldu. Qiymətli cavahir 

doğan bir evdən, Əbu Talibi də çıxaran sənsən. 

Burada qiymətli cavahir dedikdə, ya Məhəmməd peyğəmbər və ya 

onun  əmisi oğlu, dördüncü xəlifə  Əli nəzərdə tutulur. Məhəmmədin atası 

öldükdən sonra əmisi  Əbu Talib yetim qalmış  Məhəmmədi oğulluğa 

götürmüşdü. Nizami burada demək istəyir ki, Əbu Talibin böyüklüyünə, yəni 

peyğəmbərin atalığı  və  Əlinin atası olduğuna baxmayaraq, yenə  də onu 

qapıdan qovdu, çünki Əbu Talib, sünnilərin əqidəsinə görə, islamiyyəti qəbul 

etməmişdi. 

10

 



 

 

 



Kəsərli ayəni öyrətmək səndən, 

Şeytanın gözünü tikməksə məndən. 

İslam dininə görə, güya Şeytan "Quran"ın ayələrini eşitdikdə orada 

dura bilməz, qaçıb geder. Nizami bu beytində demək istəyir ki, sən mənə 

ayələrini öyrət, yəni mənə yardım et, mən də  Şeytanın gözünü bağlayım, 

günah işlər görməyim. 

11

 

 



 

 

Adın mehribanlıq etsə bir qədər, 



Mənimlə oynaya bilərmi divlər? 

Yəni sən məni istəsən, gözün üstümdə olsa, qara qüvvələr mənə 

ziyan vura bilməz. 

12

 



 

 

 



Bu köhnə dəzgahdan düşərsəm uzaq... 

Yəni ölüb bu dünyadan gedərsəm... Burada köhnə  dəzgah dünya 

mənasında işlənmişdir. 

13 


   Zamindir 

qaraya, 


ağa bu rəhbər... 

Yəni Məhəmməd günaha da, savaba da zamindir. 

14 

 

 



 

Xalını qaraldır Əbbasilərin, 

Gözünə nur saçır şəmmasilərin. 



_______________  

Milli Kitabxana

  ________________ 

409 

 

Əbbasi xəlifələrinin paltarları  və bayraqları qara idi. Xalını 



qaraltmaq ifadəsi burada Əbbasilərin səltənət və  əzəmətinə    işarədir.  

Şəmmas - 

 



_______________  

Milli Kitabxana

  ________________ 

410 

 

atəşpərəst, həm də gözdə  ağ - titə deməkdir,  İnad göstərmək mənasında 



işlənir. 

Yəni atəşpərəst  şəmmasilərin gözündən ağlığı, korluğu alıb nur 

saçdı, onları müsəlman etdi. 

15 


 

 

 



Dodağı İsadan daha möcüzkar. 

Yəni onun (Məhəmmədin) nəfəsi ölüləri dirildən  İsanın nəfəsindən 

daha möcüzəlidir. 

16

 



 

 

 



Zülmətin suyutək geyinmiş paltar. 

Yəni dirilik suyu zülmətdə, qaranlıq içində gizli ikən, onun da 

vücudu qara paltarla örtülü idi. 

17

 



   Göy 

ona 



dünyada 

dörd 


tağı quran, 

Yer - ona fələkdə beş növbət vuran. 

Yəni göylər ona yerdə dörd ünsürdən dörd qübbəli çadır quran, yer 

də göylərdə onun beş növbət vuranıdır. Səlcuq padşahı Sultan Səncərdən 

qabaq şahların saray darvazasında gündə dörd dəfə nağara çalmaq qayda idi. 

Sultan Səncərdən sonra nağara çalmağın sayı beşə qaldırıldı. Nizami burada 

beş növbət vuran dedikdə, beş vaxt namaz qılmağı nəzərdə tutur. 

18

 



 

 

 



Odur öz ağlına eləyən təkyə, 

Ayı barmağıyla bölən ikiyə. 

Dini etiqadlara görə, Məhəmmədin möcüzələrindən biri də Ayı 

barmağı ilə ikiyə bölməsidir. Güya qureyşilərin rəislərindən Əbu-Sufyan və 

Əbu-Cəhl bir dəfə  Məkkədə  Məhəmməddən doğrudan da peyğəmbər 

olduğunu isbat etmək üçün Ayı barmağı ilə ikiyə bölməyi tələb etmişlər. 

Məhəmməd də güya barmağı ilə Aya işarə etmiş və Ay iki parça olmuşdur. 

Sonra yenə barmağını Aya doğru uzatmış, Ay parçaları yenidən 

birləşmişdir. 

19 


 

 

 



Hər iki dünyadan bir don tikərək, 

Onlardan düzəltmiş yeganə bəzək. 

O donu geyərkən pak vücuduna, 

Bir qarış az gəldi uca boyuna. 

Yəni Məhəmməd iki aləmdən də yüksəkdir, onun varlığı bu aləmə -

yer və göy aləminə sığışmadı. 

20

 

 



 

 

Dəvətə genişlik o vermiş yenə, 



Daşlar da şahiddir möcüzəsinə. 

İslamiyyət uğranda apardığı müharibələrin birində  Məhəmmədin 

ağzını vurub yaralamışdılar. Bu beyt həmin hadisəyə işarədir. 

21

 



 

 

 



Göy gecə məclisi qızışdırmışdı, 

İşıqdan gecənin gözü qamaşdı. 




_______________  

Milli Kitabxana

  ________________ 

411 

 

Məhəmməd peyğəmbərin meraca getdiyi, yəni göyün yeddinci 



təbəqəsinə qalxdığı gecə göylər ondan işıqlandı. 

 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə