Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

419 

 

                                     Günəştək getməyim dilənçiliyə. 



 


_______________  

Milli Kitabxana

  ________________ 

420 

 

Yəni  əsərlərimdən gözəl  əsər, özümdən yaxşı  şair görsəydim, mən də 



onun budağından bir gül dərərdim. Lakin, yox, ətəyimi öz sözümün 

fidanından doldururam, öz ətimdən kabab yeyirəm. Buna görə, Günəş kimi 

başqalarının qapısını gəzmək mənə lazım deyildir. 

56

                                   Mən Ölü olsam da, ən mərd bir kəsəm,  



                                     Karvanda gedərəm, karvansız şəxsəm. 

Yəni mən qoca və  zəif olsam da, həyat yolunda mərdliklə yeriyən bir 

adamam. Mən bu dünyada yaşayanlardan - bu karvan əhlindən deyiləmsə də, 

dirilər karvanı ilə gedirəm. 

57

 

                               Nəfsin noxtasını bərk tutdum qırx gün, 



                                       Qırx günün içində hazır olur gön. 

Gönü tamamlamaq və  qırmızı  rəngə boyamaq üçün qırx gün 

dabbaqxanada bişirirlər. Yəni mən də  qırx gün riyazət çəkdim, nəfsimin 

ixtiyarını əlimə aldım, öz guşəmdə oturdum və məqsədimə nail oldum. 

58

 

                                Çünki dörd balışda görmədim səbat, 



                                        Dörd divar içində keçirdim həyat. 

Dörd balış - şahlıq taxtına və dörd ünsürə  işarədir. Bu, eyni zamanda 

qüdrət və qüvvət rəmzidir. Yəni dörd ünsürdən  əmələ  gələn bu dünyada

yaxud onun şahlıq taxtında bir səbat, vəfa görmədim. Odur ki, bu dünyadan 

üz çevirib, xəlvətə çəkildim. 

                                      Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq, 

                                      Məryəmtək boyludur, bakirdir ancaq, 

                                      Kişiyə getmeyə nə ehtiyac var, 

                                      Onun öz daşından öz odu çıxar. 

Yəni təbimin kimsəyə ehtiyacı yoxdur. O, Məryəm kimi ərsiz də 

doğmağa qadirdir. Onun poladı da, çaxmağı da özündəndir. Yazdıqlarım, 

yaratdıqlarım öz qəlbimin orijinal məhsuludur, kimsənin onda haqqı yoxdur. 

60

 



                                Nizami bu sapa düzərkən gövhər, 

                                       Qələmdən silindi qələm görənlər. 

Yəni mən "Şərəfnamə"ni yazarkən Firdovsinin yazdıqlarını buraxdım, 

yazmadım; deyilməmiş, yazılmamış olanları nəznə çəkdim. 

61

 

                                 Quruda, dənizdə kim çəksə zəhmət, 



                                         Balıqdan dürr alar, öküzdən sərvət. 

Mifoloji təsəvvürə görə, Yer kürəsi öküzün, öküz balığın ustündə, balıq 

da suda dayanmışdır. Beytin mənası: kim ki əməyə alışmış, zəhmət çəkməyi 

özünə  sənət etmişdir, o, yerin altında olan balığın qarnında da olsa dürr, 

Yerin istinad etdiyi öküzün altında da olsa xəzinə  əldə edə bilər.  Əməyin 

qarşısında heç bir şey dura bilməz. 




_______________  

Milli Kitabxana

  ________________ 

421 

 

                                       Gümüş küp, ya qızıl bir teşt istəsən, 



                                       İraq torpağından uzaq getmə sən. 


_______________  

Milli Kitabxana

  ________________ 

422 

 

Əgər sənətin gümüş küpünü, şeirin qızıl teştini istəyirsənsə, bunu İraqda 



axtar. 

63

 



                            Bilənlər əkdiyi üç toxumdan mən, 

                                    Bir ağac əkərəm həm uca, həm şən. 

İskəndər Zülqərneyn üç sifətə malik imiş: padşahlıq, alimlik və 

peyğəmbərlik. Nizami burada İskəndərin tarixi haqqında bu üç mövzuda 

yüksək və parlaq bir əsər yazacağam deməklə, "İskəndərnamə"ni nəzərdə 

tutur. 


64

 

                           Üç qapı tikdim, üç xəzinə demək, 



                                   Çəkdim hər qapıda ayrıca əmək. 

Yəni  üç ev üçün - İskəndərin sifətlərini göstərən padşahlıq, alimlik və 

peyğəmbərlik evləri üçün üç qapı tikdim: üç cəhətdən əsər yazdım. Hər çəhət 

üçün ayrıca  əmək sərf etdim. Bunların hərəsi özlüyündə bir sənət və söz 

xəzinəsidir. 

65

 



                             Bu namə mübarək olacaq, bişəkk, 

                                     Şahın məclisində olsa mübarək. 

Burada  şah - Nüsrətəddin  Əbu Bəkr ibn Məhəmməddir, namə isə 

"Şərəfnamə"yə işarədir. 

66

 

                             Yaquta bənzəyən suyu, saqi, dur, 



                                      Bu yaqut yağdıran qədəhə doldur. 

                                      Bu saxsı cama mey həyat axıdır, 

                                      Onun reyhanını öz torpağıdır. 

Yaquta bənzəyən su - Nizaminin çoşub-daşan sözləri, yaqut yağdıran 

qədəh, cam - onun qəlbi və  təbidir;  mey - o qədəhin çaniıdır, yəni  şairin 

sözləri o qəlbin həyatıdır. 

67

                                 Ey inci, üzə çıx söz dənizindən,  



                                   Sultanın tacında get elə məskən. 

Yəni ey sözlərim, təbimin dənizindən çıx,  şahın tacına layiq qiymətli 

incilər ol. 

68

 



                             Düşmən son düşünən, ürəyində kin, 

                                     İstiqbal görəndir, ləqəbi Bişkin.  

Yəni düşmən işə keçəndən sonra o, iş haqqında düşünür. Bişkin isə 

öncəgörmə qabiliyyətinə malik olduğu üçün, hadisə baş verməmişdən qabaq 

onun çarəsini tapır. Bişkin - Atabəy Nüsrətəddin Əbu Bəkr ibn Məhəmmədin 

ləqəblərindən biridir. 

69

 

                             Qılınc sahibidir, tac verən şahdır, 



                                      Üç növbət vurandır, beşə pənahdır. 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə