Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə104/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   100   101   102   103   104   105   106   107   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

423 

 

Üç növbət - uzun zaman padşahların qapısında gündə üç dəfə nağara 



vurardılar. Deyirlər ki, bu, İskəndər Zülqərneyndən qalmışdır. Beş növbət -

müsəlmanların hər gün beş vaxt qıldıqları namazdır. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

424 

 

Beytmn mənası: qüvvət və taxt-tac sahibi olan Nüsrətəddin elə bir şahdır 



ki, onun qapısında, İskəndər dövründə olduğu kimi üç dəfə növbət vurulur. 

Özü də islamın yardımçısı və pənahıdır. 

70

 

                               Fərattək səmimi bir dostluğu var



                                        Nil kimi düşməni gizlində boğar. 

Yəni Nüsrətəddinin dostluğu Fərat çayının suyu kimi şirin və  aşkardır. 

Düşmənini də, guya Tanrı düşmənlərini boğub gizlədən Nil çayı kimi 

xəbərsiz məhv edəndir. 

71

 

                               Fələktək hər kəslə girsə meydana, 



                                       Atar qalxanını torpaqtək suya. 

Yəni Nüsrətəddin göy kimi, fələk kimi yenilməzdir; o, vuruşanda 

duşməni öz qalxanını suya atar, məğlub olar. 

72

 



                                Hər şəhrə hünərlə qələbə çalmış, 

                                        Qarun sərvətini əlinə almış. 



Qarun - mifoloji rəvayətə görə, mal-dövlətinin çoxluğu, eyni zamanda 

xəsisliyi ilə məşhur bir adam imiş. 

73

 

                                Yer xəzinəsindən bir çuval tikmiş, 



                                        Xeyri zər toplamış, yasəmən gümüş. 

Xeyri - rəngi həmişə sarı olan həmişəbahar gülüdür. Zər - qızıl deməkdir. 

Yasəmən də gümüş kimi ağ, xoş qoxulu çiçəkdir. 

Yəni Keyxosrov, o qədər dövlətlidir ki, xeyri sarılığını onun qızıllarından, 

yasəmən də ağlığını onun gümüşlərindən almışdır. 

74

 



                               Fillərlə döyüşdə atınca kəmənd, 

                                      Qənnucun şahını edərsən filbənd. 



Qənnuc - Hindistanın  ən qədim  şəhərlərindən biridir. Sultan Mahmud 

Qəznəvi tərəfindən məhv edilmiş bir dövlətin paytaxtı idi. Vaxtilə çox böyük 

olmuş, indi isə bir qəsəbə halındadır. Filbənd etmək - şahmatda fil və piyada 

ilə şahı mat etmək deməkdir

75

 

                               Saydığım altı şey məxsusdur sana, 



                                       Adında altı hərf şahiddir buna. 

Altı  şey - izahı yuxarıdakı misralarda verilir. Adında altı  hərf - ərəb 

əlifbası ilə yazılarkən Nüsrətəddin sözündəki altı samit hərfdir: n, s, r, t, d, n. 

76

 

                               Yeddi göy altında, ey dünya şahı, 



                                       Beşinci ölkənin sənsən pənahı. 

Beşinci ölkə - qədim  Şərq coğrafiyasında Türküstan və Azərbaycan 

sayılırdı. Yəni Türküstan və Azərbaycanın şahı sənsən. 

77

 

                               O gizli xəznəni aça bilməsə, 



                                       Verər qızıl açar şənlik o şəxsə. 


_______________  

Milli Kitabxana

  ________________ 

425 

 

Yəni bu əsəri oxuyub oradakı hikmətləri anlamasa da, əlində belə  bədii 



bir açarın, əsərin olması onu sevindirər. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

426 

 

78



 

                                 Bu Çin ipəyinin naxış evində, 

                                         Maninin fırçası düşmüşdür bəndə. 

Yənİ "Şərəfnamə" elə sənətkarlıqla işlənmişdir ki, məşhur sənətkar Mani 

bunun qarşısında heyran qalmışdır. 

79

                                    Ulduz güzgüsüylə o boyük qeysər,  



                                      Qaranlıq içindən çıxardı gövhər. 

Yəni ilk dəfə güzgü qayıran, qaranlıq bir dəmirin içindən işıqlı gövhər 

çıxaran İskəndər oldu. 

80

 



                                 Bulqar şəhrini o, etdi bərqərar, 

                                         O şəhrin adıdır əslində Bün-qar. 

İskəndər zülmətə gedəndə osbab-əsləhəsini və qoşununu bir mağarada 

qoyub getmiş, sonra o mağaranın yerində bir şəhər tikdirmiş, adını Büni-qar 

qoymuş və bu ad tədricən Bulqar şəklinə düşmüşdür. Büni-qar - mağaranın 

dibi deməkdir. 

81

 

                                 Dünyaya gəlmədən əvvəl xaçpərəst, 



                                         Çəkdi bu dünyaya xaç kimi bir xətt. 

İskəndər ekvator xəttindən biri Şimal, digəri Cənub qütbünə  tərəf xətlər 

çəkdi, dünyanı dörd yerə böldü. 

82

 



                                Həmin bu dörd bucaq ətləsi xətlə 

                                        Həndəsi ölçünü keçirdi ələ. 



Ətləsi xətt - ekvator xəttitidən çəkilən xətlərə  işarədir. Beytin mənası 

budur ki, İskəndər həmin bu dörd xətlə həndəsə elmini yaratdı. 

83

 

                                Dörd bucaq üstünə bir də artırdı, 



                                        Bu doqquz fələyə beş növbət vurdu. 

Dörd bucaq - İskəndərin ekvator xəttinin üstündən keçən qütblər dairəsi 

ilə dörd yerə böldüyü dünyaya işarədir. Yəni İskəndər bu dörd bucaq dünya 

üzərində elə bir nağaraxana qurdu, daha doğrusu, elə bir əzəmət sahibi oldu 

ki, səsi, tərifi doqquzuncu fələyə çatdı. 

84

 

                                O, rübi-məskunu etdi aşikar... 



Qədim  ərəb coğrafiyaşünasları yeri dörd hissəyə bölərdilər. Bunlardan 

yalnız birində insan yaşayırmış. Misranın mənası: dünyanın dörddə birinin 

məskun olmasını həndəsə vasitəsilə İskəndər müəyyən etdi. 

85

 



                                İskəndər bir böyük yol təqib etdi, 

                                        Dirilik suyunun dalınca getdi... 

                                      ...Dirilik suyunun olmadı sonu, 

                                       Ancaq indi tapdı həyat suyunu. 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə