Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   106   107   108   109   110   111   112   113   114

_______________  

Milli Kitabxana

  ________________ 

449 

 

185 



                                             

Örtmə öz qaşınla uca göyləri. 



Göyləri qaş ilə örtmək  - çox çətin, yaxud mümkün olmayan bir işə 

girişmək deməkdir. 

186

                                Mən qalib gəlsəm, kin coşduğu zaman  



                                    Ataram gizlənən şahı ortadan. 

Yəni sən dünyanı tutmuş bir padşahsan, mən cuşə gəlib səni yıxsam, Yer 

kürəsini yıxmış olaram. 

187


                                Qarınca düşərsə parlaq bir tasa, 

                                      Bir çarə düşün, güc iş görməz yoxsa. 

Yəni sürüşkən bir qaba qarışqa düşəndə onu bir çöp, bir samanla oradan 

xilas etmək lazımdır, yoxsa zor ilə onu tutmaq istəsən əzilib məhv olar. 

188

                               Padşah da yuxuya tez hazırlandı, 



                                     Dörd ünsür də yatdı, qapı bağlandı. 

Dörd ünsür - dünya və dörd divar; qapı - burada qapının iki tayına 

bənzədilən iki göz qapağı. Yəni padşah dörd divar arasında gözlərini qapayıb, 

yuxuya daldı. 

189


                               Günəşin əlində bir narınc vardı, 

                                      Fələk narıncının başını yardı. 



Narınc – Günəş, Günəş kürəsi. Yəni Günəş  çıxdı, üfüqü qan rəngli 

şəfəqlə boyadı. 

190

                               Lacivərdə şəncərf vurunca dövran 



                                     Samur sarı tülkü doğdu o zaman. 

Yəni  şəfəq keçib, havalar qatı maviyə çalanda qara gecədən sarı ay 

doğuldu. 

191


                               Nəğməyə başladi pəriüzlülər

                                     Günəş mehreganda daha xoş gələr. 



Mehregan - mehr iranlılarin qədim təqvimi üzrə aylardan biri, payızın 

birinci ayıdır. Mehregan həmin ayın on altıncı günüdür ki, farslar bu günü 

böyük bayram edərlər; payızda gecə və gündüzün bərabər olması. 

192


                               Göy soyuq, Günəşin xeyməsi ocaq, 

                                     Yer quru, Cəmşidin yastığı yumşaq. 

Yəni havanın soyuqluğundan yer buz bağlamışdı, quru idi. Lakin 

İskəndərin səxavəti və Cəmşid kimi ucalığı ilə soyuq qışda çadır isti, yastıq 

yumşaq olmuşdu. 

193


                                Günəş Dəlv bürcündən çıxdı qırağa, 

                                      Girdi Hut bürcünə balıq tutmağa. 




_______________  

Milli Kitabxana

  ________________ 

450 

 

Ulduzşünaslıqda Dəlv bürcü Günəşin "ev"lərindən biri sayılır. Günəş bu 



bürcə yanvar ayında girir. Hut, yəni Balıq və ya Su bürcünə isə Günəş fevral 

ayında girir. Yəni bu məclis düzələn zamanda il yanvardan fevrala keçirdi. 

 



_______________  

Milli Kitabxana

  ________________ 

451 

 

194



                                 Buzlamış ceyranın kabablıq budu, 

                                       Suların bağrına hey duz vururdu. 

Yəni ceyranlar qışın bərk soyuğundan donub ölmüş, buz bağlamış  və 

suyun bağrı onların halına yanmışdı. Demək, ceyranlar odda deyil, suda 

kabab olmuşdu. 

195


                                Buludlar o qədər sıx kafur saçmış. 

                                      Çinarın qolları ağ çiçək açmış. 

Burada  kafur sözü qar mənasında işlənmişdir. Yəni çinarın budaqları 

qardan ağ çiçək açmışdı. 

196

                                Ya qoca insafsız, rəhmsiz məcus 



                                      Əmr etmiş həbəşi qarət etsin rus. 

Yeni od yandıran qoca atəşpərəst həbəşin qaranlığını - kömürü rusun 

qırmızılığına - oda qarət etdirdi. 

197 


                                              

Muğ arpa yerinə əkmiş ərğəvan

                                      Bənövşə düşürmüş biçdiyi zaman. 

Yəni muğ (atəşpərəst) arpa əvəzinə  ərğəvan  əkmiş  və  bənövşə  rəngində 

gül biçilmişdir. Ağacın yanmasına işarə olunur. 

198


                              Katibin dalından göyərmiş qələm, 

                                    Barmağında müşkin qələmlər möhkəm. 

Burada katib manqal, onun barmaqlarında tutduğu manqalın içində olan 

qara kömür lülələri mənasında işlənmişdir. 

199

                              Reyhanla bəzənmiş saxsı güldandır, 



                                    Ancaq bu, meşədən çıxan reyhandır. 

Saxsı güldan - burada saxsıdan qayrılmış manqal, onun reyhan gülləri də 

manqalın içindəki odlardır. Meşədən çıxan reyhan - kömürdən əmələ gələn 

odlar deməkdir. 

200


                               Ey saqi, qırmızı süddən ver ki hər 

                                     Civəyə əks etsə, ona can verər. 

                                     Ver mənə, dönmüşdur qanım civəyə, 

                                     Söz düzüm dırnaqdan keçən riştəyə. 



Dırnaqdan keçən riştə - zərif keçi tükündən və ya yundan əldə əyrilmiş 

iplikdir ki, bu, baş barmağın uzadılmış  dırnağından keçirilib əyirilir. Belə 

iplik cəhrə ipliyindən daha incə  və saf olur. Mətnin mənası: "Ey saqi, o 

qırmızı süd olan şərabdan mənə ver ki, sarılıq xəstəliyinə tutulanlar onu civə 

kimi içərkən rəngləri qan kimi qızarır. Mən bu saat qəmdən qana dönmüş 

titrəyən civəyə  bənzəyirəm, dərdimi sözün dırnaqdan keçən incə  və saf 

ipliyinə düzürəm". 

201


                               Elə ki İskəndər çadırı qurdu, 


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə