Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə20/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
 
61
energertik ehtiyatlarda xüsusi rolu neft ifadə edir. Burada 13 
ölkə neft ehtiyatlarına malikdir. Son onilliklərdə iri neft 
yataqları Liviyada (ehtiyatlar 4 milyard ton), Nigeriyada (2,8 
milyard ton), Əlcəzairdə (1,3 milyard ton), Liviyadakı Zelten 
və Serir yatağı dünyanın unikal neft yataqlarından hesab edilir 
(ehtiyatlar 1 milyard tondanb artıqdır).  Əlcəzairin iri neft 
yataqları Xassi-Məsəud,  Əclə  və digərləridir. Tropik 
Afrikadakı iri neft yataqları Nigeriyadakı Okan, Bomu, Ubit, 
Anqoladakı Bemfika və Qabondakı Qronden-Angildir. 
Aparılan axtarış kəşfiyyat işləri burada neft ölkələrinin sayının 
artırılacağı ehtimalını verir. Dünya neft hasilatında Afrikanın 
payı 10%-i təşkil edir. 1995-ci ildə neft hasilatı 335 milyon ton 
olmuşdur. (O cümlədən Nigeriyada 94, Liviyada 68, 
Əlcəzairdə 57, Misirdə 46, Qabonda 18 milyon tondur). Təbii 
əmtəə qazının  əsas istehsalçısı  Əlcəzairdir ki, bu dövlət 
Avropaya həm sıxılmış, həm də boru vasitəsi ilə qaz ötürür. 
Nigeriyada qaz hasilatı illik 30 milyard kub metrdir. 
Qaznəqletmə  şəbəkəsi ölkədə pis olduğundan qazdan az və 
səmərəsiz istifadə edilir. Afrikada daş kömür ehtiyatları çox 
deyildir. Uran ehtiyatları isə böyük miqyaslıdır Dünya uran 
ehtiyatlarının 1/3-i burada cəmləşmişdir. Afrika ölkələrində 
enerji balansı müxtəlifdir. Dünya elektrik enerjisinin yalnız 
2%-i burada istehsal edilir. Aşağıda 1990-cı illərdə Afrika 
ölkələrində istehsalın strukturu və ilkin energetik resursların 
istehlakını xarakterizə edən cədvəl verilmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
 
62
Cədvəl 10 
 
Afrika ölkələrində 1990-cı illərdə istehsalın strukturu və 
energetik resursların istehlakı 
 
İstehsal %-lə 
İstehlak %-lə 
Enerji 
resursları 
Afrika ÇAP 
İnkişaf 
etməkdə 
olan 
ölkələr 
Afrika ÇAP 
İnkişaf 
etməkdə 
olan 
ölkələr 
Neft və 
kondensat 
71,1    81,5 31,5 19,4 38,9 
Təbii qaz 
3,6  4.1 
4,1  6,6 
Kömür və 
liqnit 
13,4 99,0 0,9 33,3 79,6 4,9 
Hidroenerji 
0,8 0,3 0,8 2,1 0,4 3,1 
Bitki 
yanacağı 
11,1 0,7 12,8 29,0 0,6 46,5 
Ümumi mln 
ton kömür 
ekvivalenti 
710,0 133,0 577,0 316,0 106,0 210,0 
 
Yaxın və Orta Şərq Dünyanın bu makroregionu 
özünəməxsusluğu və təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. 
Regionun adlanışı ayrı-ayrı  mənbələrdə  fərqli qəbul edilir. 
Fransızlar buranı tarixən Yaxın  Şərq,  İngilislər isə Orta Şərq 
adlandırmışdır. Regionun müasir toponimikasında hər iki 
adlanma birgə və ayrılıqda qəbul edilir. Burada 23 ölkədə 350 
milyondan çox əhali yaşayır.  İzrail istisna olmaqla bütün 
ölkələr 1 dinə-islama sitayiş edirlər. Regionda 18 ərəb dövləti 
vardır ki, onlardan da 8-inin dövlət quruluşu monarxiya 
sistemlidir. Geoloji şəraiti, unikal neftliyi ilə  fərqlənən 
regionda dünya neft və qaz yataqları demək olar ki bütün 


 
 
63
ərazilərdə mövcuddur. Lakin bu ehtiyatlarının parametrik 
bölgüsü müxtəlifdir. Xüsusilə  Səudiyyə  Ərəbistanı, Kuveyt, 
İran, İraq, BƏƏ, Qatar dünya əhəmiyyətli ehtiyatlara malikdir. 
Bu region Avropanın, Asiyanın və dünyanın digər iri 
dövlətlərini enerji təminatçısı-nəhəng enerji generatoru rolunu 
oynayır. Hər gün yüzlərlə neft dolu iri tangerlər  İran 
körfəzindən yüzminlərlə ton yanacaq daşıyırlar. Neft amili hmə 
də Yaxın Şərq regionda müəyyən dərəcədə də qeyri-stabilliyin 
faktoruna çevrilmişdir. Məhz bu faktorlara görə  də yüksək 
inkişaf etmiş dövlətlərdə ali diplomatik məktəblərin məzunları 
arasında Yaxın və Orta Şərq üzrə müətəxəssislər yüksək 
səviyyəli hesab edilirlər. Hazırda regionun ölkələrini 
iqtisadiyyatında mühüm dəyişikliklər baş verir. Burada xam 
neftin və qazın satışı ilə yanaşı neft məhsulları da ixracatda yer 
almaqdadır. Məlum olduğu kimi Yaxın və Orta Şərq 
ölkələrinin neft ehtiyatları dünyanın digər ölkələrinin birgə 
malik olduğu neft ehtiyatlarından bir neçə dəfə artıqdır. Təkcə 
Fars körfəzində dünya ehtiyatlarının 65%-i toplanıb. 
Cənubi Asiya  Cənubi Asiya 7 ölkəni özündə  əhatə edir. 
Sahəsi 4,5 milyon km
2
, əhalisi 1,Ş3 milyard nəfərdir (1995-ci 
il). Cənubi Asiya regionu dünyanın ən iri makroregionlarından 
biri olsada iqtisadi cəhətdən zəif inkişaf etmişdir. Dünya 
bankının mütəxəssislərinin 1990-cı il hesablamalarına görə 
burada  əahlinin yarım milyarddan çoxunun adambaşına düşən 
gəliri yoxsulluq həddindən də  aşağı olmuşdur. Regionda 
mineral xammal ehtiyatları o qədər də  zəngin deyildir. 
İqtisadiyyatda kənd təsərrüfatı üstünlük təşkil edir. Energetik 
resurslar isə demək olar ki, tamamilə idxal olunur. Lakin buna 
baxmayaraq regionun ayrı-ayrı ölkələrində yetərli energetik 
ehtiyatlar mövcuddur. (Xüsusən Hindistan və Pakistanda). 
Hindistanda 1995-ci ildə 255 milyon ton daş kömür, 37 milyon 
ton neft (neftin 2/3 hissəsi  şelfdə hasil edilir), 17 milyon 
kubmetr qaz hasil olunmuşdur. Hər il bu ölkə 35-40 milyon ton 
neft idxal edir. 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə