Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
 
58
yanacağının 10%-i daş kömürün, 15%-i isə atom və su 
enerjisinin hesabını təmin edilir. Neft hasiltı 89 milyon tondur 
(1995-ci il). Qaz hasilatına görə Kanada dünyada 3-cü yeri 
tutur (illik hasilat 160 mlyed kub metrdir). Ölkənin  şərq 
hissəsində neft idxal olunur. Kanada elektrik enerjisi, neft və 
qaz ixrac edir (əsasən ABŞ-a). Ölkənin elektrik enerji 
istehsalının 60%-ni SES-lər verir. (gücü 5 milyon kvt/saatdan 
çox olan SES-lər-«La Qrand River» və «Çörçil»). 
ABŞ- Mineral xammal ehtiyatları ilə zəngin ABŞ özünün 
iqtisadi sənaye potensialına və digər makroiqtisadi göstəricilərə 
görə dünya liderlidir. Neft ehtiyatları 4,6 milyard ton, qaz 
ehtiyatları 5,6 milyard kub.metrdir. Yeni neft yataqları 
Alyaskada kəşf edilmişdir ki, burada ehtiyatların 1/5-i 
cəmləşmişdir. Ölkənin neft ehtiyatlarının yarıdan çoxu 
Meksika körfəzində, Sakit okeanın Kaliforniya və Şimal Buzlu 
okeanın Alyaska sahillərindədir. ABŞ dünya dağ-mədən 
sənayesinin 1/3-ini verir. O dünyada ən çox elektrik enerjisi 
istehsal və istehlak edən ölkə olaraq qalır. Hər il orta hesabla 
ölkə 2,5 milyard ton şərti yanacaq istehlak edir bə bu 
adambaşına bölgüdə 10 ton olaraq, 2-3 dəfə AFR və 
İngiltərədən, 2,5 dəfə Yaponiyadan çoxdur. Son illərdə ölkədə 
neft hasilatı  aşağı düşmüşdür. 1972-ci ildə528 milyon ton, 
1995-ci ildə 368 milyon ton. Belə vəziyyət ucuz idxal nefti və 
digər enerjidaşıyıçıların rəqabəti hesabına  əldə olunub. Buna 
baxmayaraq ABŞ dünya neft hasilatında 2-ci yeri tutmaqdadır. 
Ölkədə qaz hasilatı artmış 1995-ci ildə 530 mlyd kub metr 
təşkil etmişdir. Dünyanın iri neft inhisarları «Eksson», 
«Mobil», «Teksako» bu ölkədədir. Elektrik enerjisi 3,3 trl 
kvt/saat (1994) həcmindədir. Bunun 71%-i İES, 8%-i SES, 
20%-i AES-lərin payına düşür. ABŞ-da elektrik enerjisi 
güclərinin 80%-i şəxsi kapitalın inhisarındadı. Aşağıdakı 
cədvəldə ABŞ-da enerji istehsalı  və istehlakı göstəriciləri 
verilmişdir. 
 


 
 
59
Cədvəl 9 
 
ABŞ-da istehsalın strukturu və enerji istehlakı 
(faizlə) 
Enerji növləri 
İllər 
Neft 
Təbii 
qaz 
Kömür 
Atom 
enerjisi 
Hidro 
enerji 
Geoter
mal 
enerji 
Ümumi 
Enerji istehsalı 
1970 
32,9 38,9 23,5  1,4  4,2 
  100,0 
1990 
22,9 30,0 33,4  9,2  4,3  0,3 100,0 
Enerji istehlakı 
1970 
44,4 32,8 18,5  0,3  4,1 
  100,0 
1995 
39,0 27,0 23,9  7,0  3,0  0,1 100,0 
 
ABŞ prezidentininelm və texnika üzrə  məsləhətçilər 
komitəsinin məruzəsinə görə 1996-2030-cu illərdə ölkədə neft 
idxalı 2 dəfə artaraq gündəlik 8,6 milyon barreldən 16 milyon 
barrelə çatacaqdır ki, bu da 120 milyard dollara bərabər 
olcaqdır. Məruzədə qeyd olunur ki, energetika sahəsində 
fundamental tədqiqatların, yeni texnologiyaların və 
investisiyaların güclənəcəyi təqdirdə 2030-cu ilə  qədər 
gündəlik tələbatın 6 milyon barrelə enməsi də reallaşa bilər. 
Bununla belə  həm də XXI-əsrin ilk yarısında energetik 
variantlarda qeyri adekvatlıq amerikan silah sisteminə, onun 
təhlükəsizliyinə ciddi təhlükə törədə bilər. Qəribədə olsa ABŞ 
höküməti silah sahəsindəki elmi tədqiqat işlərinə nergetik 
problemin işlənməsindən 20 dəfə çox vəsait xərcləyir. Bundan 
başqa xaricdə enmə, valyutanın devolvasiyası amerikan tədiyyə 
balansının kəsirini artırı. (Ölkədə  hər il 70 milyard dollarlıq 
neft idxal olunur ki, bu da xarici ticarətdə  kəsrin 40%-i 
həcmindədir). ABŞ-ın yaxınşərq neftindən artan aslılığı 
getdikcə azalmaya meyllidir. Lakin müharibələr, qiymətlərin 
artması, inkişaf etməkdə olan ölkələrin yoxsullaşması, kəskin 


 
 
60
iqlim dəyişiklikləri və bu səbəblərin eyni zaman kəsiyində 
birbaşa  əlaqəliyi ABŞ-ın bu inkişafda qəfil məğlubiyyətinə 
gətirə bilər. Elmin nailiyyətlərindən indi qədərincə istifadə 
edilməzsə bu proses daha kəskin xarakter alar. 
Latin Amerikasi  Bu makroregionda 33 müstəqil dövlət 
yerləşir. Regionun 63% əhalisi ispandilli, 34%-i portuqaldili 
(Braziliya) və 3%-i fransız, ingilis, holland dillidirlər. 
Makroregionun dil xüsusiyyətlərinə  nəzər yetirmə burada 
yaşayan xalqların müxtəlif dövrlərdə imperiyalar yaratmış  və 
hazırda dünya iqtisadiyyatında mühüm yer tutan Fransa, 
İngiltərə, Hollandiya, İspaniya və Portuqaliya ilə tarixi milki, 
etnik, siyasi, iqtisadi əlaqələr səbəbində izah olunur. Region 
mühüm neft-qaz yataqları ilə  zəngindir. Neft ehtiyatları 18 
milyard ton hesablanır.  Ən nəhəng neft hövzəsi Cnubi 
Amerikadakı Mrakaybo çökəkliyindədir ki, burada demək olar 
ki, tamamilə Venesuella ərazisinə aiddir.Digər iri neft-qaz 
yataqları Meksika körfəzində yerləşmişdir. Burada 13 ölkədə 
neft hasil olunur və  əsasən neft sənayesi dövlət təşkilatlarının 
inhisarındadır. Meksika və Venesuella regionun neft 
ehtiyatlarının 90%-i, hasilatın isə 70%-i (hasilat 310 milyon 
ton-1995-ci il) cəmləşib. Bu iki ölkə  nəhəng neft 
ixracatçılarıdır.  İllik neft hasiltı Meksikada 154 milyon ton, 
Venesuellada 150 milyon ton, Braziliyada 36 milyon ton, 
Argetinada isə 37 milyon tondur. Enerji balansının əsasını neft-
qaz təşkil edir. Hidroenerji potensialını 800 milyon kilovat/saat 
hesablanır və hazırda bu potensialın 15%-dən istifadə olunur. 
SES-lərin sayı artmaqdadır və energetik balansda onların payı 
15%-ə qədərdir. Bu makro məkanda daşkömür ehtiyatları 100 
milyard tondan çox olsa da hasilat xeyli az 35 milyon tondur. 
Son illərdəki neft böhranı daş kömürə olan ehtiyacı artırmışdır. 
Regionda radioaktiv uran resurslarına da malikdir və  əsasən 
Braziliya, Argentinada istehsalı mövcuddur. 
Afrika  Tədqiqatımızda Afrika qitəsi bütünlükdə 
makroregionlara bölünmədən nəzərdən keçirilir. Qitədə 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə