Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

 
 
46
Dünya energetikasında  əsas yeri mineral yanacaqla 
işləyən  İstilik Elektrik Stansiyaları  (İES) tutur ki, onlarında 
payı müvafiq bölgüddə 60%-ə  qədərdir. Su Elektrik 
Sransiyalarının (SES) bu bölgüdə payı 20%, Atom-Elektrik 
Stansiyalarının (AES) isə 17-18% həcmindədi. İES-lərin 60%-i 
daş kömürlə  işləyir ki, bu göstərici ÇAP-da 100%, Avstraliya 
75%, Almaniya və ABŞ-da isə 50%-dən çoxdur. Son illərdə 
İES-lərdə qaz resurslarından istifadə genişlənməkdədir ki, 
onlarında gücü artıq 200-250 meqovata çatmışdır. Bir çox 
ölkələrdə isə hidroenerjidən istifadə daha çox yayılmışdır. 
Energetik balansda SES-lərin payı  İsveç, Türkiyə, 
Portuqaliyada 50%-dən, Kanada, İsveçdə, Luksesburq, 
Venesuella, Çili, Kolumbiya, Uruqvay, Peru, Geniya və Yeni 
Zellandiyada 60-80%, Qonduras, Qvatemala, Braziliya, Nepal, 
Şri-Lanka, Tanzaniya, İslandiya, Norveçdə isə 90%-dən 
çoxdur. 
Müasir hidroenerji şəbəkəsində  əsasən 3 SES tipli 
mövcuddur: nəhənglər (1 mln. kvt/saat-dan çox), kiçik və nasos 
akkumulyasiyalı SES-lər. Dünyada ən iri SES «İtaypu» SES-
dir (Braziliya-Paraqvay). Parana çayı üzərində olan bu 
stansiyanın gücü 12,6 milyon kvt/saat-dır. Venesuelladakı 
Karoni çayı üzərində «Quri» SES-i 10 milyard kv/saat və ABŞ-
dakı Kolumbiya çayının üzərindəki «Qrabt Kuri» 9,7 milyon 
kvt/saat gücündədir. Kçik SES-lər isə 2-dən 500 kv/saat qədər 
gücündə 
əsasən Çində inkişaf tapmışdır. Nasos 
akkumulyasiyalı SES-lər isə adətən sənayecə inkişaf etmiş 
dövlətlərdə istisna olaraq sutkalıq, həftəlik, fəsillik pikləri 
enerji sistemindəki gərginlikləri azaltmaq üçün inşa edilir. 
Nüvə enerjisi isə enerji ehtiyatları  məhdud olan iqtisadi 
cəhətdən çox inkişaf etmiş ölkələrdə yayılmışdır. Fransa və 
Litvada energetik balansda bu enerji növünün xüsusi çəkisi 
75%, Belçikada isə 60%-dir. Nüvə enerhisindən istifadə 1990-
cı illərə qədər digər elektro-energetik sistemlərə nisbətdə daha 
irəliləyişli templərtə inkişaf edirdi. Lakin Çernobl AES-ində 


 
 
47
baş vermiş faciə  və digər bu kimi amillər bu enerji növündən 
istifadə inkişafı səngitmişdir. 
Hazırda dünyamızda bir neçə dövlətləraras energetik 
sistemlər Avropada, Şimalı Amerikada (ABŞ, Kanada, 
Meksikanı  əhatə edir), Latın Amerikasında (iki sistem) və 
Afrikada (iki sistem) mövcuddur. Dünyada gedən indiki 
proseslərlə  əlaqədar olaraq elektrik enerjsinin istehsalı, ondan 
istifadə təkmilləşməkdə, enerji tutumu az olan texnologiyaların 
genişlənməsi sürət götürüməkdədir. 
Məlumatlarına görə 200-2010-cu illərdə şərti yanacaqdan 
istifadənin həcminin xeyli artacağı gözlənilir. 2000-ci ildə bu 
göstərici 9 milyard tondan çox, 2010-cu ildə isə 12 milyard 
tona çatacaqdır. Yeraltı karbohidrogen ehtiyatların digər 
növləri Kanada, Venesuela, ABŞ  və Braziliyada aşkarlanmış 
bitumlaşmış qumdaşı, şistli laylardan «ağır neft»in hasilatı yeni 
texniki vasitələrin tətbiqi nəticəsində mümkün olacaqdır. Enerji 
daşayaçıları növlərə görə dünyada istifadə faiz ölçüsündə 
aşağıdakı kimidir. 
 
Cədvəl 6 
 
Enerjidaşıyıçılarından istifadə proqnozu 
(faizlə)
 
 
Enerjidaşıyıçılar 
1971 
1991 
2000 
2010 
Neft 
47,9 39,2 38,6  37,2 
Kömür 
30,9 29,0 29,7  29,1 
Qaz 
18,4 22,0 22,1  23,5 
Atom elektrostansiya 
0,6 7,0 6,9  6,1 
Su elektrostansiya 
2,2 2,8 3,7  4,1 
 
Uzun müddət aşağı texnologiya əsaslanan neft sənayesi 
son 10 il ərzində yeni texnologiyaların nümayişlərinin ekzotik 
məkanına çevrilmişdir. Neftçi mədənçilər indi nisbətən aşağı 
istehsal xərclərinə rəğmən böyük dəqiqliyə neftfin tapıntısının 
və hasilatını həyata keçirirlər. İndi xüsusi cihazlar dərin geoloji 


 
 
48
yaranışların 3 ölçülü xətirəsini verir. Mədənçilər uzaq 
məsəfədən  şəhərlərin altında olan nefti üfiqi qazma qurğuları 
vasitəsilə hasil etmək imkanındadırlar. Hasilatı tükənmiş 
yataqlarda müasir kompyuterlər vasitəsilə laylara nüffuz edərək 
neftçilər saysız hesabda köhnə yataqları  həyata qaytarmışlar. 
Bu nailiyyətlərin nəticəsində  də  təhliçilər planetimizin 
imkanlarına, o cümlədən neft ehtiyatları  məsləsinəşəxsi 
qiymətləndirməni  əsaslı sürətdə  dəyişçişlər.  İndi neft təchizatı 
kəşf olunmanın miqdarı ilə deyil onun təyin olunmuş qiymət 
mənfəətli istehsalı ilə müəyyənləşir. 
 
 
1.3. Makroregionlarda və ayrı-ayrı ölkələrində energetik 
potensial 
 
Dünyanın yanacaq energtika balansının müəyyən 
edilməsinə ayrı-ayrı  ərazilərin və regionların bölgüsü mühüm 
əhəmiyyət daşıyır. Bu ehtiyatların yerləşməsi, istehsalı  və 
istehlakı, onların digər regionlara təsirini nəzərə alaraq bizim 
tədqiqatımızda geniş olaraq resursların yerləşməsi, yanacaq-
enerji balansının coğrafi  ərazi bölgüsündən xüsusi olaraq 
istifadə edilmişdir. Ehtiyatların paylanması onları xarakterizə 
edən göstəricilər müqayisə və təhlil kontekstində ayrı-ayrı ərazi 
bölgülərində verilmişdir. Göstəricilər burada geoloji epoxaya 
görə bölünmüş qitə, sivi-lizasiyalı makroregionların və 
dövlətlərin timsalında səciyyələndirilmişdir. Tədqiqat işində 
çox istifadə olunan regional bölkülər, dövlətlərin iqtisadi 
birlikləri və sairdən istifadə olunduğu üçün ilk əvvəl belə 
təsnifləşmənin qısa xarakteristikası təqdim olunur. 
Məlum olduğu kimi imperialist müsətmləkə sisteminin 
dağılması, Sovetlər  İttifaqının, Avropa sosialist ölkələri 
düşərgəsinin süqutu və beynəlxalq aləmdə gedən digər 
proseslər müasir dünyamızda sivilizasiyalı makroregionları 
yenidən təsniflədirmişdir. Bu təsnifat hazırda 11 makroregionu 
əhatə etməklə aşağıdakı kimidir: 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə