Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə18/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

 
 
55
ehtiyatları  və cuzi neft ehtiyatları vardır. Elektrik stansiyaları 
neftlə işləyir və demək olar ki, tamamilə idxala əsaslanır. Əsas 
neft sənayesi mərkəzi Hamburq şəhəri sayılır. Burada dünyanın 
iri neft şirkətlərinin mənzil qərargahı yerləşir. Təbii qazdan 
həm daxili mənbələrdən, həm də Rusiya, Hollandiya və 
Norveçdən alınandan istifadə edilir. 
Fransa- Burada enerji resursları yetərincədir və  hətta 
mühüm uran ehtioyatları mövcuddur. Fransa enerji 
istehsalındakı ehtiyat çeşidi ilə  zəngindir. SES-lər, dənizinin 
qabarma və  çəkilmə enerjisindən (burada qabarma və 
çəkilmələr 12-16 metrə çatır), külək və atom enerjisindən 
istifadə edilir. Ölkədə  hər il 2-3 min ton uran hasil edilir və 
70% elektrik enerjisi AES-lərdə istehsal olunur. AES-lərin 
sayına görə yalnız ABŞ-dan geridə qlan Fransa onların 
hesabına regionda enerji ixracatıçısına çevrilmişdir. Ölkədə hər 
il 10 milyon ton kömür, 3-4 milyon ton neft və 3 milyard kub 
metr qaz hasil edilir. Enerji tutumu az olan texnologiyaların 
tətbiqini və digər enerji mənbələrindən səmərəli istifadə 
etməklə ölkə neft idxalına azaltma kursu götürmüşdür. 
İtaliya- Burada daxil enerjidaşıyıçılarının xüsusi çəkisi 
15 %-ə  qədərdir.  İllik neft hasilatı  (əsasən Sisiliyada) 4-5 
milyon ton, qaz hasilatı 12-15 milyard kub metrdir. Daş kömür 
hasilatı qeyri rentabelli olduğundan dayandırılmışdır. Toskan 
arxipelaqının termal mənbələrindən, Alp dağlarının çaylarının 
enerjisindən də istifadə edilir. Ölkənin elektrik enerjisinin ¾-ü 
neft-qaz idxalı hesabınadır. Enerjinin 75% İES-lərdə istehsal 
olunur. Fransadan hazırda elektrik enerjisi idxal edilir. İtaliya 
regionda Almaniyadan sonra ən çox neft idxal edən ölkədir. 
(İllik 75 milyon ton (1995-ci il)). Çernobıl AESindəki qəzadan 
sonra bu ölkədə AES-lərin fəaaliyyəti parktiki olaraq 
dayandırılıb.  İtaliya dövləti də energetij resurslardan səmərəli 
istifadfə etməklə neft idxalının azaldılmasını  məqsədini 
qarşısına qoymuşdur. 
 


 
 
56
İngiltərə Daş kömür ehtiyatlarına görə regionda birinci 
yeri tutur. Ehtiyatlar 190 milyard tondur. Dənizdə 1960-cı 
illərdə  aşkarlanan nəhəng neft qaz resursları daş kömürdən 
istifadəni ikinci plana çəkmişdi. Enerji ehtiyatlarına görə 
Avropada birinci yeri tutan bu ölkənin 1990-cı illərdəki enerji 
balansında daş kömür 28%, neft 47%, təbii qaz 22%, SES və 
AES-lər 3% təşkil edir. Şimal dənizin Britaniya sektorunda 
regionun neft ehtiyatlarının 1/3-i-4,5 milyard ton və dünya 
ehtiyatlarının 2%-i çəmləşib. 1990-cı illərdə neft hasilatı 130 
milyon ton olub ki, bunu da yarısı ixrac olunmaqdadır. 
Bununla belə ABŞ, Almaniya və Hollandiyadan ölkəyə həm də 
neft idxal olunur (illik 50 milyon ton). Bu Şimal dənizdən hasil 
edilən neftin tərkibində yünügül fraksiyaların çoxluğu və 
neftayırma zavodlarında istehsal edilən neft məhsullarının tam 
çeşidli olmamasının təminatı ilə  əlaqədardı. Müətəxəsislərin 
hesablamalarına görə yeni əsrin  əvvələrində  İngiltərə  nəhəng 
neft istehsal edən ölkə olaraq qalacaqdır.  İl  ərzində 16 
neftayırma zavodunda 92,5 milyon ton neft emal edilir. 
İngiltərə qaz sənayesi 1960-cı illərdən başlanmışdır və hazırda 
37 yataqda istismar davam edir. Ölkədə 1995-ci ilə 75 milyard 
kub metr qaz hasil edilib ki, bunun da 6,3 milyard kubmetri 
ixrac olunmuşdur. Bunlara baxmayaraq İngiltərə öz 
ehtiyaclarının təminatı və daxili ehtiyatlarının qorunması üçün 
boru vasitəsilə Norveçdən təbii,  Əlcəzair və Qatardan isə 
sıxılmış qaz (1993-cü ildə 5,3 milyard kub metr) alır. Ölkədə 
1995-ci ildə 330 milyard kvadrat/saat elektrik enerjisi istehsal 
edilmişdir ki, bunun da 73%-i İES-lərdə, 24%-i isə AES-lərdə 
istehsal edilmişdir. 
Mərkəzi Şərqi Avropa Ərazi 17 milyon km
2
, əhalisi 132 
milyon nəfər olan region 15 postsovet dövlətini əhatə edir. Bu 
region dövlətlərinin 20-ci əsr tarixi dramatik hadisələrlə 
mürəkkəb-siyasi və sosial-iqtisadi inkişaf prosesləri ilə zəngin 
olmuşdur. Burada çoxlu daş, qonur kömür, neft-qaz yataqları 
və yanar filizlər olsada region ümümən enerji resursları ilə 


 
 
57
kifayət qədər təmin edilməmişdir. Daş kömür ehtiyatlarını 
90%-i (70 milyard tona qədər) təkcə Polşanın payına düşür. 
Albaniyadan başqa heç bir dövləti özünün neft qaz resursları 
ilə  təmin edə bilmir. Hətta energetik resurslara zəngin olan 
Rumıniya da daxili ehtiyacıların ödənilməsində ixrac 
məhsulundan istifadə edir. Regionun ümumi hidroenerji 
potensialını-182 milyard kvt/saatının yarısı keçmiş 
Yuqoslaviya Federasiyası ölkələrinin payına düşür. Mərkəzi 
Şərqi Avropa dünyanın nəhəng kömür hasil edən 
regionlarından biri sayılır və dünyada qonur kömür hasilatına 
görə birinci yeri tutur. (İllik 230-250 milyon ton) Buradakı 
İES-lər  əsasən kömrün bu növü ilə  işləyir. Lakin təbii qazla 
işləyən  İES-lər də mövcuddur. Onun da xammalı Rusiyadan 
gətirilir. 1980-ci illərdə regionda elektrik enerjisi istehlakı illik 
370 milyard kbt/saat çatmışdır ki, bunun da 30 milyard 
kvt/saatı Sovetlər İttifaqından idxal edilmişdir. Region ölkələri 
ümumiyyətlə keçmiş SSRİ-dən asılı olmuşlar. Burada tarixən 
yaranmış neft emalı  sənayesi regionun neft məhsulları ilə 
təminatı üçün xüsusi əhəhmiyyətlidi. Uzun illər SSRİ-dən 
«Drucba» kəməri ilə nəql edilən neftin hesabına neft təchizatı 
təmin olunurdu. Lakin 1990-ci illərdə Rusiyadan gələn neftin 
azalması bu ölkələri OPEK-dən neft almağa məcbur etmişdir. 
Belə proses neftayırma zavodlarının istehsal gücünə  də  təsir 
etmiş və onları rekonstruksiyaya məruz qoymuşdur. 
Şimali Amerika- Bu makroregion bazar iqtisadiyyatının 
yüksək inkişaf etmiş ölkələri olan ABŞ və Kanadanı əhatə edir. 
Ərazisi 19,4 mlyn. kv.km, əhalisi 295 milyon nəfərdir. Əhali və 
ərazi parametrlərinə görə regionun MDB-yə oxşarlığı 
mövcuddur. 
Kanada- bu ölkə neft, qaz daş kömür və digər mineral 
xammalarla zəngindir. Enerji istehsalına görə (dünyada 6-cı-
540 mlyd kvt saat) liderlər qrupuna daxildir. Adambaşına 
döşən elektrik enerjisini istehsalına görə ABŞ-ı da qabaqlayır. 
Yanacaq energetik balansının 75%-i, maye və ya qaz 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə