Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

 
 
34
faydalı qazıntıların 80%-dən çoxu bu ölkələrin payına 
düşmüşdür. Neft ehtiyatların miqyası yataqlarında böyük 
təcrübi əhəmiyyət kəsb edir və aşağıdakı kimi təsnifləşdirirlir: 
1. Super nəhənglər-1 milyard tonadək 
2. Nəhənglər-100 milyon tondan-1 milyard tonadək 
3. İri yataqlar-13 milyon tondan-100 milyon tonadək 
4. Kiçik yataqlar-13 milyon tonadək 
Statistik məlumatlara görə dünya neft ehtiyatlarının əksər 
hissəsi -90 %-qədəri (200-dən bir qədər çox) super nəhəng və 
nəhəng yataqlarda çəmlənmişdir. Bu mütənasiblik uzun 
müddət qalmaqda və  dəyişməməkdə davam edir. Müasir 
mərhələdə ehtiyatları 1 milyard barreldən çox olan yarağın 
aşkarlanması dünya əhəmiyyətli hadisə sayılır. 
Əsrin sonlarında faydalı qazıntılarda  əsas nəhəng-enerji 
ehtiyatlarına malik dövlətlər aşağıdakı təsnifatdadır. 
Neft 
Səudiyyə  Ərəbistanı, Kuveyt, İran,  İraq, 
Birləşmiş  Ərəb  Əmirlikləri, Veenesuella, Rusiya, ABŞ, 
Meksika, Liviya, Qazaxstan, Norveç. 
Təbii qaz 
Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, 
Səudiyyə  Ərəbistanı, ABŞ, Qatar, Əlcazair,  İraq, Venesuella, 
Kanada, Türkmənistan, İngiltərə, Hollandiya, Norveç. 
Daş kömür   Çin, 
ABŞ, Rusiya, Avstraliya, 
AFR, İngiltərə, Hindistan, Polşa, Ukrayna, Kanad, Kolumbiya. 
Aşağıdakı  cədvəldə  əsas enerjidaşıyıçıların fiziki 
xarakteristikası verilmişdir: 
 
 
 
 
 
 
 
 
 


 
 
35
Cədvəl 2 
 
Əsas enerjidaşıyıçıların xarakteristikası 
 
№ 
Enerjidaşıyıçısının adı və qısa 
xarakteristikası 
İstilik törətmə 
qabiliyyəti 
kkal/kq 
Sıxlığı 

Daş kömür-keyfiyyətinə, geoloji 
düzümünə və yaranma mərhələlərinə 
görə müxtəlif növlüdür 
7750-8750 
 

Ağac kömürü-(ağacın quru distiləsi) 
Daş kömürə nisbətdə fosfor və 
kükürd kimi zərərli maddələr azdır 
7000-8100 
380kq/m
3
 

Neft-müstəsna 
əhəmiyyətlidir. 
Neftdən yanacaq, sürtkü yaqları  və 
kimyəvi məhsullar alınır. Sıxlığına 
görə 3 qrupa ayrılır. 
1.Yüngül neftlər 
(Dünya neft 
hasilatında onların payı 60%-dir) 
2.Orta sıxlığlı neft (Dünya neft 
hasilatında payı 31%-dir) 
3.Ağır neft (Dünya neft hasilatında 
payı 10%-dir). Neftin qaynama 
temperaturu +28C
0
-dən, Yuxarı 
donma temperaturu 30-60C
0
-dən 
hesablanır 
10400-11000 
 
0,87 q/sm

qədər 
0,871-
0,910q/sm
3
 
0,910 q/sm
3
 
yuxarı 

Təbii qaz-hiss vermir, tullantı 
yaratmır, atmosferi zəhərləmir, 
tamamilə yanır. Kimya sənayesi 
üçün də xammalıdır. Nisbətən ucuz 
yanacaqdır maya dəyəri 10-12 dəfə 
kömürdən ucuzdur (1m
3
=0,84 kq) 
12000 
 

Torf-koksla birgə emal edildikdə 
onun yanacaq keyfiyyəti artır. Torf 
həmdə qaz yanacağına çevrilir (1 ton 
torf qaza çevrildikdə 220 kq neftə 
bərabər olur) 
3000-3400 
 

Yanaq 
şistlər-tərkibində daş 
kömürdən daha çox uçuçu maddələr 
var. Bu cəhətə görə ondan 
qazlaşmada istifadə olunur. 
3800-4000 
 
 


 
 
36
Bundan başqa mühüm şist ehtiyatları Rusiya, ABŞ, 
Almaniya, ÇİN, Böyük Britaniya, Kanada və Misirdə, torf 
ehtiyatları Rusiya, Belorus, İrlandiya, Almaniya və Polşada 
çəmləşmişdir. 
Bəşər cəmiyyəti bütün tarixi ərzində müxtəlif növ-
odundan atom enerjesinə  qədər, çeşidli resurslardan istifadə 
etmişdir. Aşağıdakı 
cədvəldə planetimizdə mövcud 
enerjidaşıyıçılarının texnoloji xarakteristikası verilmişdir. 
Məlum olduğu kimi XIX əsrin başlancığına qədər 
dünyada əsas enerji ehtiyatı oduncaq olmuşdur və daş kömürün 
kəşfi ilə əlaqədar bu yanacaq növü öz mövqeylərini itirmişdir. 
Daş kömürün də enerji ehtiyatı kimi aparıcı mövqeyi uzun 
sürməmişdir. Lakin ötən  əsrdə ABŞ-da, Azərbaycanda, 
Rumıniyada və sonradan planetin bir çox bölgələrində  kəşf 
edilmiş neft-qaz yataqları planetin siyasi və iqtisadi mənasına, 
Avropada texniki inqlaba səbəb olmuşdur. Dünya təsərrüfat 
sistemi sənayecə hazırda o qədər yüksək inkişaf etmişdir ki, 
indi onun nəhəng mühərrikinin inhisarına keçmişdir. Bununla 
belə beynəlxalq aləmdə yanacaq ehtiyatları da bərabər 
paylanmamışdır. Zəmanəmizdə dünyanınşərti yanacaq 
ehtiyatları bölgüsündə daş kömür 60%, neft və  təbii qaz isə 
27%-lik mövqedədi. Bununla yanaşı dünya təsərrüfatında 
hasilat və istismarda digər mənzərə formalaşmışdır. Burada daş 
kömürün xüsusi çəkisi 30% həndəbərində, neft və qaz isə 
həcmi 67%-dən çoxdur. Dünyada neftin həqiqi ehtiyatları 
136milyard ton (ümumi kəşf edilmiş -270-300 milyard ton), 
təbii qaz 141 trilyon kub metr hesablanır. OPEK ölkələrinin 
mövcud haqqında proqnozlar da müxtəlifdir. Müəyyən 
ehtimallara görə mövcud ehtiyatlar bir neçə onilliklərə  qədər, 
digər mənbələrə görə isə 200-300 ilə  qədər bəs edə bilər. 
Planetimizdə neft-qaz hasilatı artmaya meyllidir 1960-cı ildə 
dünyada neft (qaz kondensatı ilə birlikdə) hasilatı 1053 milyon 
ton, təbii qaz hasilatı isə 454 milyard kub metr olmuşdursa, 
1994-cü ildə müvafiq olaraq 3000 milyon ton və 2215 milyard 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə