Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

 
 
40
də ümumiyyətlə yer kürəsində  hər il qaz hasilatının artması 
müşahidə olunmaqdadı. Hasilat artıqca isə bu ehtiyatların 
olmadığı  ərazilərdə qazın nəql olunması onun istismar 
şəbəkəsinin daim genişləndirir. Məlum olduğu kimi təbii 
qazdan sənayedə, məişətdə istifadə ilk dəfə ABŞ-da və 
Azərbaycanda intişar tapmışdı. Avropa və Asiyada isə qazdan 
istifadə 1930-40-cı illərə  təsadüf edir. Lakin burada da 
dünyanın bütün regionlarında olduğu kimi təbii qazdan geniş 
istəfadə 1950-cı illərdə  İspaniya, Fransa (Lak yatağı), 
Hollandiya (Sloxtern yatağı), Almaniya, Polşa, Rumıniya, 
Avstriyada sonradan şımal dənizinin Böyük Britaniya 
sahillərində yeni yataqların kəşfi ilə  əlaqədar olmuş  və qitədə 
qazlaşmanı daha da sürətləndirmişdir. Sovetlər İttifaqının izafi 
qaz ehtiyatları  və onunAvropaya nəqli 1970-ci illərdə 
Norveçdə  aşkarlanan nəhəng qaz yataqları bu makregionda 
qazlaşmanınvə qaz sənayesinin daha geniş vüsət almasına 
səbəb olmuşdur. Hazırda Avropa dünyanın  ən yüksək inkişaf 
etmiş qazsənayesi kompleksinə, müasir qaz təchizatı 
şəbəkəsinə  və yüksək keyfiyyətli sənaye, məişət qaz 
avadanlıqları, cihazları istehsal edən müəssisələrə malikdir. 
İndi burada əsas qaz satışını Rusiya, İngiltərə  və Norveç 
dövlətləri həyata keçirirlər. Afrikada da qaz hasilatı  əsrimizin 
60-cı illərinə  qədər  əsasən zəif olmuş  və sonradan şimalda, 
cənub qərb  ərazilərdə,  Əlcəzair, Liviya Nigeriya və digər 
bölgələrdə neftli-qazlı yataqların (xüsusən iri qaz yatağı 
«Xassi-Rmeyl») kəşfi burada qazlaşmaya sürət vermiş  və 
1970-ci ildə hasilat 10-12 milyard kub metr həddinə çatmışdı. 
İndi qitədə  hətta qara Afrikada da qazlaşma yeni templərlə 
inkişaf etməkdədi.Cənubi Amerika qitəsində qaz ehtiyatları 
əsasən Venesuella cəmləşmişdir. Klassik neft və qaz ölkəsi 
olan Venesuellada qaz sənayesi artıq  əsrmizin 40-cı illərində 
tam təşəkkül tapmış  və uzun illər bu ölkə demək olar ki, 
həmişə izafi qaz ehtiyatlarına malik olmuşdur. Çox illər ölkədə 
hasil edilən qazın yalnız 25%-dən istifadə olunmuş, artıq qazı 


 
 
41
isə lay təzyiqinin saxlanması  məqsədi ilə yenidən quyulara 
vurmuşlar. Sonradan Boliviya, Çili və Argentinada kəşf olunan 
neft, qaz yataqları burada qaqz sənayesinin digər regionlarında 
da inkişaf etdirilməsinə  təkan vermişdir. Hazırda Cənubi 
Amerikada energetik balansda neft və digər yanacaq növləri ilə 
yanaşı qaz enerjisinin tutumu fa yetirincədir. Şimali Amerikada 
isə qaz sənayesinin  ən çox inkişaf etdiyi dövlət ABŞ-dır. 
Hasilatı  və ehtiyatların həcminə görə ABŞəsrimizin son 10 
illiklərinə  qədər dünya birliyindəöz liderliyini qoruyub 
saxlamışdır.  İndi burada hasilat enməyə meyllidir. Hətta 
proqnozlara görə yaxın 8-10 ildə burada hasilatın biləcəyi 
güman olunur. 
Dünya qaz ehtiyatların  əksər hissəsi Asiyanın payına 
düşür. Regionda yerləşən Rusiya, İran, Türkmənistan, Yaxın və 
Orta  Şərq ölkələri həhmiyyətli dərəcədə qaz ehtiyatlarına 
malikdirlər. Bu ölkələr yaxın və uzaq ərazilərdə qazlaşmanın 
və qaz sənayesinin inkişaf etməsinə yardımçı olmuşlar. 
Dünyanın  ən böyük qaz ölkəsi Rusiya (ehtiyatlar 50,3 trilyon 
kubmetr) dövlətidir. Ümumdünya qaz ehtiyatlarının 1/3-dən 
çoxu burada çəmləşmişdir. Rusiyanın zəngin qaz yataqlarını və 
qaz sənayesinin mütləq  əksəriyyəti nəhəng «Qazprom» 
şirkətinin inhisarındadı. «Qazprom» həmçinin Rusiyada digər 
profilli şirkətlər arasında potensialına görə də ən birincisi hesab 
edilir. Bu şirkətin fəaliyyəti təbii qaz üzrə bütün istehsalat 
siklini-kəşfiyyatdan istehlakçıya qədər  əhatə edir. Hazırda 
Rusiyada hasil edilən 618 milyard kub metr qazın 580 milyard 
kub metri onun payına düşür. Qazaxstanda iri qaz yataqları 
aşkarlanmışdır. Nəhəng resurslar bu ölkədə «Qara-Çarqanay» 
yatağında cəmlənmişdir. Asiya qətəsində yerləşən 
respublikamız da qaz ehtiyatları baxımından münasib 
regionlardan birisayılır. Uzaq Avstraliya və Okeaniyada qaz 
ehtiyatları bolluq təşkil etməsə  də regionda neftli-qazlı 
yataqlarda müəyyən qədər qaz ehtiyatları  aşkar edilmişdir. 
Aparılan kəşfiyyat-axtarış  işləri bu regionda yeni qaz 


 
 
42
yataqlarının aşakar olunmasını  işləri bu regionda yeni qaz 
yataqlarının aşkar olunmasını ümüdli edir. Buna baxmayaraq 
burada Asiyadan (Rusiya) nəhəng qaz kəmərlərinin çəkiliş 
layihələri nəzərdən keçirilir. 
Dünyada hazırda qaz hasilatı qurudakı yataqlarla yanaşı 
dəniz də reallaşmaqdadı. Dəniz şelfində indiyə qədər 2000-dən 
çox neftli-qazlı yataq kəşf edilib ki, burada 35 trilyon kub metr 
qazın olması güman edilir. Hasilatda isə dəniz yataqlarının payı 
20%-dən çoxdur. Bruney, Malaziya, Norveç, İngiltərə bu 
göstərici 80-100% arası  tərəddüd edir. Statistik məlumatlara 
görə 1970-ci ildə dünyada 1 trilyon kubmetrdən artıq qaz hasil 
edilmişdir ki, bununla yarıdan çoxu ABŞ-ın, 1% isə SSRİ-nin 
payına düşmüşdür. Müasir dünyamızda kəşf olunmuş qaz 
yataqlarının  əksəriyyəti qeyd olunduğu kimi Rusiyada, Yaxın 
və Orta Şərq ölkələrində cəmləşmişdir. 
Qaz ehtiyatları hesablanarkən onun miqdarının neftə 
nisbətindən istifadə olunur. Elmi hesablamalarla müəyyən 
olunmuşdur ki, dünyada hasil edilmiş hər 2 ton neftə 1 ton qaz 
düşür. Azərbaycanda isə bu 3-ün 1-ə nisbətində  nəzərə alınır. 
Qaz yataqlarında olan qaz, səmt qazı, kondensat olmaqla 3 
kateqoriyaya bölününənə qaz ehtiyatları  şəbəkəsində dünyada 
qazın  əsas və mühüm hissəsi müstəsna olaraq sırf qaz 
yataqlarında hasil edilir. Bununla yanaşı müxtəlif regionlarda 
səmt qazının hasilatı  və xüsusi çəkiyə amlikdir. Rusiyada 
ümumi qaz hasilatında səmt qazının payı 10-15% təşkil edir. 
Analoci olaraq Azərbaycanda bu nisbət 3-4% həcmindədi. 
Səmt qazının miqdarı  məlumneft ehtiyatlarında təyin olunur. 
Burada  əsasən 200kub metr qaz 1 ton neftə ekvivalentdir 
formulundan istifadə olunur. Bundan başqa neftlə qazı birlikdə 
ehtiva edən kondensat da əhəmiyyətli neft məhsulu sayılır. 
Müxtəlif yataqlarda 1 ton kondensatda 300 min kub metrədək 
qaz olur. 
Qazdan istifadə hər il dünyada geniş intişar tapır və ona 
olan təlabat ilbəil yüksəlir. Mütəxəssislərin hesablamalarına 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə