Microsoft Word Islahatlar II doc



Yüklə 5,18 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix23.01.2018
ölçüsü5,18 Kb.
#22118
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

 
 
31
zəifləməkdir. Eyni iqtisadi məkanda təbii ehtiyatların 
mövcudluğu sənaye istehsalının ümumiyyətlə iqtisadiyyatın 
əlavə inkişafına səbəb olur. Bununla yanaşı  təbii ehtiyatların 
bol olduğu ölkələrdə çox hallarda onlardan israfçılıqla istifadə 
edilir.  Əks qübtdə isə elmi-texniki tərəqqinin geniş inkişafı 
nəticəsində resurslardan səmərəli istifadə yeni inkanları 
yaranmışdır. Yaponiyada, Cənubi Koreya, İtaliya və digər bu 
kimi ölkələrdə  əldə edilmiş iqtisadi tərəqqi buna parlaq 
misaldı. Elmi-texniki tərəqqinin inkişafı, xüsusəndə az 
enerjitutumlu texnologiyaların yaranması, yeni enerji, xammal 
növlərinin mənimsənilməsi  ənənvi təbii ehtiyatlardan 
istifadənin xüsusi çəkisinin aşağı salır. Bu xüsusiyyət yalnız 
azsaylı ölkələrdə xasdır. Beynəlxalq əmək bölgüsü sistemində 
bir qayda olaraq inkiaf etmiş ölkələr xammal resurslarının 
istehlakçısı, inkişaf etməkdə olan ölkələrisə onların istehsalçısı 
və ixracadçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi 
inkişafın səviyyəsi iləşərtlidir. Misal olaraq qeyd etmək 
lazımdır ki, ABŞ özünə lazım olan mineral xammalın 15-20%, 
Qərbi Avropa ölkələri 70 %-ə  qədərini, Yaponiya 90 %-dən 
çoxunu idxal edir. 
Dünya iqtisadiyyatında mineral xammal sektoru ilk 
növbədə  sənaye məhsulunun istehsalının bazasını  təşkil edir. 
Beynəlxalq ticarətində xammalın hasilatı və istehlakı ayrı-ayrı 
ölkələrin sosial-iqtisadi durumuna təsir etməklə yanaşı  həmdə 
qlobal xarakter daşıyaraq bütövlükdə dünyadakı resursların 
vəziyyətində  təsbit olunur. Dünyada təbii ehtiyatlar balansı, 
onların müasir vəziyyəti və istifadə perspektivləri ayrı-ayrı 
mənbələrdə qismən müxtəlif verilir. Bir çox yüksək retinqli 
beynəlxalq təşkilatlar, elmi idarələr, mətbuat orqanları və hətta 
internet  şəbəkəsinin məlumatlarında bu balansın ayrı-ayrı 
elementlərində müəyyən fərqlər müşahidə olunur. BMT-nin 
Dünya və Avropa bankının, iri maliyyə qruplarının və digər 
mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda bu fərq 
sezilməkdədi. Bununla belə qeyd etmək lazımdır kı, neft 


 
 
32
iqtisadiyyatının statistikasına konfedisialıq xasdır. Bəzi 
göstəricilərin müasir, obyektiv mənzərisini müşahidə etmək 
çətinliklərlə müşayət olunur. Beləki ayrı-ayrı iri neft 
inhisarları, neft hasil edən ölkələr müvafiq göstəricələri 
nümayiş etdirməkdə o qədər də həvəsli deyirlər. 
Aşağıdakı  cədvəldə rusalimləri N.F.Reymers və 
V.V.Volskinin hazırladığı «Planetimizin təbii ehtiyatlar 
bazası» təsvir edilmişdir.
2
 
Cədvəl 1 
 
Planetin təbii (enerji resursları) ehtiyatlar bazası 
 
Təbii 
ehtiyatların 
növləri 
Ehtiyatların səviyyəsi və istifadəsinin qısa 
xarkateristikası 
1.Neft 
ehtiyatlar-270-300 milyard ton neftə ekvivalent 
(H.E) illik məsrəf 3 milyard ton. Yaxın perspektiv 
30-50 il. 
2.Təbii qaz 
ehtiyatlar-270 milyard ton H.E. 141 trilyon 
kubmetr.  İllik məsrəf 2200 milyard kubmetr. 
Perspektiv 30-50 il. 
3.Daş kömür 
ehtiyatlar-10 trilyon ton H.E. illik məsrəf 5 
milyard ton. Perspektiv 100 il və daha çox. 
4.Şist 
ehtiyatlar-40 trilyon ton H.E. Zəif istifadə edilir. 
Yüksək  əmək tutumluğu və çoxlu tullantılılığına 
görə az perspektivlidir. 
5.Torf 
ehtiyatlar-150 milyard ton karbona ekvivalent. 
Tərkibindəki gülün çoxluğuna və ekoloji 
pozuntuya görə az perspektivlidir. 
6.Çayların 
hidroenerjisi 
ehtiyatlar–məhduddur. Ekoloji problemlərin 
olmasına baxmayaraq aktiv istifadə edilir. Hələki 
perspektivlidir  (xüsusən inkişaf etməkdə olan 
ölkələrdə). 
                                                 
2
  Социально-экономическая  география  зарубежного  мира. (под 
редакцией члена корреспондента РАН заслуженного профессора МГУ 
В.В.Волжского) М.: КРОН-ПРЕСС. 1998 


 
 
33
7.Atomun 
parçalanması və 
nüvə sintezi enrjisi 
ehtiyatlar–fiziki cəhətdən tükənməzdir.  İstehsalın 
zəruri təhlükəsizliyi və tullantıların 
deaktivləşdirilməsinin ümidverici yolları 
tapılmayana qədər ekoloji cəhətdən son dərəcə 
təhlükəli olaraq qalmaqdadır. 
8.Geotermik enerji 
ehtiyatlar kifayət qədərdir. Az istifadə olunur. 
Perspektivlidir. 
9. Dəniz və okean 
axınların qabarma 
və çəkilmə enerjisi 
ehtiyatlar kifayət qədərdir. Az istifadə olunur. 
Perspektivlidir. 
10.Günəş 
radiasiyası 
ehtiyatlar praktiki cəhətdən tükənməzdir. 
Biosferdən təbii enerji axını  cəhətdən istifadəsi 
məhduddur. Perspektivlidir. 
11.Külək enerjisi 
Çoxdan istifadə olunur. Yerli əhəmiyyətlidir. Bu 
keyfiyyətdə də perpsektivlidir. 
 
Digər mənbələrdə dünyada kəşf olunmuş neft və qazla 
zəngin 500-ə  qədər 540 milyard tona yaxın neft, 546 trilyon 
kubmetr qazın olduğu bildirilir. ABŞ alimləri kəşfiyyat altında 
olan sahələrdə 112 milyard ton neftin mövcudluğu proqnozunu 
verirlər. Onlar həm də qeyd edirlər ki, kontinental şelfdən 
dərinlikdə yerləşən qatlardakı neftin müasir texnologiya ilə 
hasilatı rentabelsizdir. Buna görə  də bu ehtiyatlar nəzərə 
alınmamalıdır. Dünya neft ehtiyatlarının 25,2 % Səudiyyə 
Ərəbistanını 110,8 % İrak, 9,4 % Birləşmiş  Ərəb 
Əmirliklərinin, 9,ı3 % Kuveytin, 9 % İranın, 6,9 % 
Venesuellanın, 3,8 % Meksikanın, 2,2 % MDB ölkələrinin o 
sıradan 0,4 % Azərbaycanın payına düşür. 
«Ehtiyatlar» anlayışı yetərincə dinamikdir. Onun 
parametrləri elm və texnikanın inkişafı o cümlədən  əvvələr 
texniki çətinliklər olmuş yataqlarda yeni kəşfiyyat və 
mənimsəmə işlərinin aparılması nəticəsində dəyişiliklərə məruz 
qalır. Bununla belə birçox inkişaf etməkdə olan ölkələrdə 
müəyyən dərəcə az tədqiq edilmiş sahələr mövcuddur ki
burada da çoxlu əlavə ehtiyatların olduğu ehtimal edilir. Elə bu 
səbəbə görə  də 1950-ci illərdən bəri dünyada aşkar edilmiş 


Yüklə 5,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə