Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 178 -
mümkün deyildi. Albert Eynşteyn bu barədə belə demişdir: “Fəlsəfi ümumi-
ləşdirmələr elmi nəticələrə əsaslanmalıdır. Amma fəlsəfə də öz növbəsində 
elmi fikrin sonrakı inkişafına təsir edir və müxtəlif tədqiqat istiqamətləri 
içərisindən hansını seçmək məsələsində yardımçı olur”.  
Ümumiyyətlə, elmi tədqiqatın metod və formalarını öyrənmədən, 
müasir fəlsəfi dünyagörüşünə yiyələnmədən, əsl alim olmaq mümkün deyil. 
Ona görə də, qeyd etmək istərdik ki, fəlsəfədən namizədlik minimumunun 
ləğv edilməsi heç də düzgün addım olmamışdır. S.Xəlilovun bu kitabında da 
elm ilə fəlsəfə arasında ittifaqı möhkəmləndirmək zərurətindən bəhs edilir. 
Məncə, bunun bir forması da magistraturada “elmi yaradıcılığın metodları” 
haqqında kursun keçilməsi və doktoranturada hər bir ixtisasın fəlsəfi əsasla-
rının öyrənilməsi və müvafiq imtahan verilməsi olmalıdır.  
Kitabdan hasil olan tövsiyə və qənaətlər bununla bitmir. Müəllif elmlə 
bağlı problemləri həm fərdi yaradıcılıq miqyasında, həm tədqiqat qrupları, 
alimlərin ixtisaslar üzrə ictimai birlikləri, həm də  tədqiqat institutları  və 
mərkəzləri miqyasında araşdırır, bu kontekstdə Akademiya və universitetlə-
rin funksiyalarından və əməkdaşlıq yollarından da bəhs edir. Akademik Ra-
miz Mehdiyevin dediyi kimi, “Müəllifin irəli sürdüyü ən mühüm ideyalar-
dan biri də elm və təhsil arasında inteqrasiya proseslərini sürətləndirmək, ali 
təhsil müəssisələrində elmi yaradıcılıq atmosferi yaratmaq, Təhsil–Elm–İs-
tehsalat zəncirinin bütün halqalarını möhkəmləndirmək zərurətinin vurğula-
maqdan ibarətdir. Bu baxımdan, məqsədi əsasən maarifçilik olan ibtidai və 
orta təhsil  şəbəkəsindən fərqli olaraq, ali təhsil pilləsində, xüsusilə  də ma-
gistraturada elmi mühitin formalaşdırılması, haqlı olaraq Akademiya ilə uni-
versitetlər arasında iş birliyinin yeni formalarının tapılması tövsiyə olunur”.  
Kitabda biliklərin tarixən keçdiyi təkamül yolu, digər bilik formaları 
içərisində elmi biliyin xüsusi növ kimi ayrılması  və  təşəkkülü və  nəhayət, 
elm sisteminin formalaşması prosesi həm epistemoloji, həm də sosial-tarixi 
aspektlərdə araşdırılmış, müasir elmə ancaq bilik sistemi kimi baxan təlim-
lərin məhdudluğu açılıb göstərilmişdir. Elmin inkişaf qanunauyğunluğunu 
əks etdirən sosial göstəricilər təhlil edilmiş, Qərb və rus elmşünaslığında ya-
yılmış olan naukometrik metodlara münasibət bildirilmişdir. Elmin həm va-
hid ümumbəşəri hadisə kimi, həm də ayrı-ayrı ölkələrdə öz nisbi müstəqil 


Rəylər və mülahizələr
 
 
 
- 179 -
strukturu olan lokal hadisə kimi nəzərdən keçirilməsi müəllifə elmin əyani 
mənzərəsini yaratmaq, bir növ xəritəsini çəkmək imkanı vermişdir.  
Kitabda elmiliyin meyarı  məsələsinə xüsusi diqqət verilmişdir. Belə 
ki, bizdə ekspertiza sistemi hələ də ictimai əsaslarla işləyir, halbuki bu mə-
sələ elmin ən mühüm məqamlarından birini əhatə edir. Düzdür, dissertasiya 
işləri ilə bağlı ekspertiza ayrıca bir dövlət qurumunda – Ali Attestasiya Ko-
missiyasında həyata keçirilir, amma elmi iş  təkcə dissertasiya ilə  məhdud-
laşmır. Elmi tədqiqat müəssisələrinin aldığı nəticələri dəyərləndirməyin xü-
susi metodları və formaları işlənib hazırlanmalıdır və “Elm haqqında elm” 
kitabında bu sahədə də qiymətli tövsiyələr verilmişdir.  
Mən kitabda qoyulan bütün məsələlərə toxunmaq istəmirəm. Bircə 
onu qeyd etmək istərdim ki, həm həcminə, əhatə dairəsinə, həm də qoyulan 
məsələlərin müxtəlifliyi ilə bərabər, tədqiqatçılıq xarakterinə görə bu kitab 
indiyədək Rusiyada çıxmış elmşünaslıq kitablarından xeyli zəngindir. Əla-
mətdar haldır ki, bütün İslam  Şərqində elmşünaslıq üzrə belə fundamental 
bir əsər ilk dəfə məhz Azərbaycanda işıq üzü görür.  
Məlum olduğu kimi, elmşünaslıq müstəqil bir elm sahəsi olaraq XX 
əsrin ikinci yarısında Avropada formalaşmışdır, biz isə bu işə XXI əsrin əv-
vəllərində başlayırıq. Hər halda bizim üçün xoşdur ki, gec başlasaq da, qısa 
bir müddətdə belə böyük addımlar atılmışdır. Düşünürəm ki, bundan sonrakı 
vəzifəmiz elmşünaslıq üzrə məktəb hazırlanması və gənc kadrların tədqiqat 
mövzularının da bu istiqamətdə yönəldilməsi olmalıdır. Bizcə, professor 
S.Xəlilovun “Elm haqqında elm” kitabı bu sahədəki bütün fəaliyyət istiqa-
mətləri üçün möhkəm təməl hesab oluna bilər.  
 
 
Akademik Mahmud Kərimov
 
  
 
 
 


 
 
- 180 -
 
 
 
Tərcümələr 
 
 
D.Hume:   İnsan təbiəti haqqında traktat 
 
I kitab: İdrak haqqında 
 
I hissə.  İdeyalar, onların mənşəyi, tərkibi,  əlaqələri, 
mücərrədləşməsi və s. 
 
I Fəsil 
İdeyalarımızın mənşəyi haqqında 
İnsan əqlinin bütün persepsiyalarını (qavrayışlarını) bir-birindən fərq-
lənən iki qrupa ayırmaq olar. Bunları mən təəssüratlar (impressions) və ide-
yalar adlandıracağam. Sonuncular arasındakı fərqlər onların əqlimizi nə də-
rəcədə güclü heyrətləndirməsində, düşüncələrimizə  və ya şüurumuza necə 
yol açmasındadır. Şüurumuza qarşısıalınmaz bir güclə daxil olan qavrayışla-
rı (persepsiyaları) biz təəssüratlar adlandırırıq. Təəssüratlar dedikdə mən ru-
humuzda ilk məqamda yaranan bütün duyğuları, affektləri və emosiyaları 
(soul) nəzərdə tuturam. İdeyalar dedikdə isə mən bu təəssüratların düşüncə 
və mühakimələrimizdəki zəif obrazlarını  nəzərdə tuturam: məsələn, görmə 
və lamisədən yaranan qavrayışlar və yaradacağı bilavasitə razılıq və ya nara-
zılıq hissi istisna olmaqla bu traktatın yaratdığı bütün qavrayışlar bu qəbil-
dəndir. Düşünürəm ki, bu fərqlərin izahı elə  də  çətin deyil. Hissi qavrama 
(feeling) ilə düşüncə (thinking) arasındakı fərqi hər kəs asanlıqla görə bilər. 
Ayrı-ayrı hallarda hər birinin dərəcələri bir-birinə yaxınlaşa bilsə  də, bu 
dərəcələr arasındakı fərqlər asanlıqla sezilir. Belə ki, yuxuda, sayıqlamada, 
dəlilik məqamında, habelə həyəcanlı hallarda ideyalarımız təəssüratlarımıza 
yaxın ola bilir. Digər tərəfdən, bəzi hallarda biz zəif və sönük olan təəssürat-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə