Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
- 201 -
 
 
 
Təbriklər 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  
R.N.Aslanovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında 
s ə r ə n c a m ı :  
  
 Azərbaycan Respublikası Konstitusiyasının  
109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  
qərara alıram: 
  
 Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə  
 
Rəbiyyət Nurullah qızı Aslanova  
 
"Şöhrət" ordeni ilə təltif edilsin
 
05.07.2011 
 
 
 
 
 
 
AFSEA-nın İdarə Heyəti və “Fəlsəfə və sosial-siyasi elmlər” 
jurnalının Redaksiya Şurası adından: 
 
Hörmətli Rəbiyyət xanım!  
Sizi bu əlamətdar yubiley günündə "Şöhrət" ordeni ilə təltif olunmağı-
nız münasibəti ilə bütün fəlsəfə ictimaiyyəti adından təbrik edirik!  
 
Rəbiyyət Aslanovanın elmi və ictimai-siyasi fəaliyyətini bir neçə as-
pektdə dəyərləndirmək olar.  
Birincisi, üzdə olan onun siyasi fəaliyyəti, təbliğatçılığıdır. O, bir mil-
lət vəkili və Milli Məclisin Komitə sədri kimi ölkəmizi həm daxildə, yerli 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 202 -
mətbuat və televiziya kanallarında, həm də xaricdə – beynəlxalq qurumların 
müxtəlif tərtibli və müxtəlif statuslu forumlarında təmsil edir. İnsan hüquq-
ları  və azadlıqları sahəsində milli qanunvericiliyinin inkişafında Rəbiyyət 
Aslanovanın xüsusi xidmətləri vardır.  
İkincisi, onun elmi-fəlsəfi yaradıcılığıdır ki, Rəbiyyət xanım rəsmən 
fəlsəfə elmləri doktoru, professor olmaqla 
bərabər, həm də elmlə praktika arasında bir 
əks-əlaqə qurmaq, elmi potensialı ictimai-si-
yasi həyatın  ən aktual problemlərinə, siyasi 
və hüquqi mədəniyyətin tərəqqisinə yönəlt-
məklə siyasətin elmlə, elmin də siyasətlə ta-
mamlanmasına nail olur. Müasir inkişaf 
mərhələsində, qloballaşma şəraitində xüsusi 
əhəmiyyət kəsb edən dini tolerantlıq proble-
mi üzrə tədqiqatları onun bu sahədəki geniş 
miqyaslı maarifçilik və  təbliğatçılıq missi-
yası ilə tamamlanır. Onun “İslam və mədə-
niyyət”, “XXI əsr yeni mədəniyyət məkanına inteqrasiya” və b. monoqrafi-
yaları Azərbaycanın ictimai və mədəni-mənəvi həyatında baş verən hadisə-
lərin ümumdünya kontekstində dəyərləndirilməsində və inkişafımızın priori-
tetlərinin müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Son illərdə  Rə-
biyyət xanım “intellektual elita”, “innovasiya”,  
Üçüncüsü, Rəbiyyət xanım gözəl müəllimdir. O, müəllimlik fəaliyyə-
tinə hələ 70-ci illərdə, aspirant olduğu dövrdən başlamış və müxtəlif fəaliy-
yət sahələrində, dövlət əhəmiyyətli işlərdə çalışmasına baxmayaraq, bu gün 
də universitetdə professor və kafedra müdiri vəzifələrini icra etməkdədir. O 
indi AFSEA-nın İdarə Heyətinin, “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 
Redaksiya Şurasının, Fəlsəfə və sosial-siyasi elmlər üzrə Problem Şurasının 
üzvü kimi ölkəmizin elmi-fəlsəfi həyatında yüksək səviyyədə təmsil olunur
“Fəlsəfə tarixi və  mədəniyyətşünaslıq” kafedrasına rəhbərik edir və elmi 
kadrların yetişdirilməsində  fəal iştirak edir. Bu kontekstdə onun “İstedad 
klubu”nun formalaşmasında və fəaliyyətində xüsusi rolunu, istedadlı gənc-
lərə göstərdiyi qayğı və diqqəti də yada salmaq istərdik.  


Təbriklər
 
 
 
- 203 -
Dördüncüsü, o, gözəl natiqdir və bu keyfiyyətindən ictimai-siyasi və 
fəlsəfi fikrin təbliğində məharətlə istifadə edir. Bütün jurnalistlərin, mətbuat 
işçilərinin  ən çox sevdiyi həmsöhbətlərdən biridir. O hələ Sovet dövründə 
televiziyada “Gözəllik” verilişinin aparıcısı kimi estetik dəyərlərin təbliği, 
zövqlərin formalaşdırılması sahəsində maraqlı verilişlər təqdim edirdi.  
Ən başlıcası, prof. Rəbiyyət Aslanova müxtəlif sahələrdəki potensial 
imkanlarını  səfərbər edərək tədris və  təbliğ etdiyi fəlsəfi-estetik idealların 
hərtərəfli tərənnümçüsüdür. 
 
Hörmətli Rəbiyyət xanım!  
Yenilikçilik, təşəbbüskarlıq, liderlik keyfiyyətləri Sizə daxilən xasdır 
və bu keyfiyyətlər getdikcə özünü daha böyük miqyasda biruzə verir. 
Siz həm bir elm adamı kimi, həm tələbələrin sevimlisi olan əsl müəl-
lim kimi, həm də ictimai-siyasi xadim kimi çalışdığınız bütün fəaliyyət sa-
hələrində həmişə uğur qazanmış, həm özünüzün, həm də başqalarının yara-
dıcılıq fəaliyyətini gözəllik duyğuları ilə zənginləşdirməyə nail olmusunuz. 
Faydalı iş görməklə yanaşı mürəkkəb zəmanədə insanlara həm də sevinc və 
sevgi duyğuları bəxş etmək hər adama nəsib olmur. Sizi hamı ilə birləşdirən 
cəhətlər çoxdur, lakin Sizi hamımızdan fərqləndirən, görünür, məhz bu cə-
hətinizdir. 
Sizi bir daha ürəkdən təbrik edir, həmişə təşəbbüskar, həmişə əzmkar, 
həmişə təravətli ömrünüzdə yeni-yeni uğurlar arzulayırıq! 
 
 
 


 
 
 
 
- 204 -
 
 
 
Yeni nəşrlər 
 
 
Ərəstü
 
HƏBİBBƏYLİ 
Sivilizasiyaların kəsişməsində türk dünyası
.
 
 
Bakı, “Elm və təhsil", 2011 – 256 səh. 
  
Elmi redaktor: f.e.d., prof.Məmməd Rzayev 
 
Kitabda bəşər sivilizasiyaları arasında özünə-
məxsus xüsusiyyətləri ilə seçilən Türk sivilizasiyası, 
onun qədim tarixi, eləcə  də digər sivilizasiyalarla 
əlaqələri və seçkinliyi kimi problemlərdən bəhs olunur. 
 
 
Səlahəddin XƏLİLOV 
Elm haqqında elm
 
Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 
2011, 752 səh. 
 
Elmi redaktor və ön sözün müəllifi: 
  akademik Ramiz MEHDİYEV 
 
  
Rəyçilər: akademik Mahmud KƏRİMOV 
                 akademik Arif MEHDIYEV 
  
Kitabda elmin genezisi, məqsədi və funksiyaları, inkişaf qanunauy-
ğunluğu haqqında müfəssəl məlumat verilir. Elm fəlsəfəsi, elmin tarixi və 
sosiologiyasına dair tədqiqatlara ümumi nəzər salınır, habelə “elm haqqında 
elm”, “elmşünaslıq” adı altında yazılmış əsərlərin əsas istiqamətləri nəzərə 
alınmaqla, elmə yeni baxış bucağından qiymət verilir. Elmin daxili mə-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə