Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   59   60   61   62   63   64   65   66   67

Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 198 -
lər, lakin təmsilçilik (in their representation) edərkən ümumi olurlar” kimi 
paradoksu biz aşağıdakı kimi izah edə bilərik. Ümumi ada, yəni bir çox xü-
susi ideyalarla birləşməsi sayəsində bir çox digər xüsusi ideyalarla müəyyən 
münasibətdə olan və onları asanlıqla xəyalda doğuran terminə birləşdirilmiş 
xüsusi ideya bununla ümumi ideyaya çevrilir. 
Bu məsələ ilə əlaqədar qaranlıq qalan bir şey bizə lazım ola biləcək is-
tənilən xüsusi ideyanı bu cür asanlıqla doğuran və hər hansı bir sözlə və ya 
adətən bu ideyanı birləşdirdiyimiz hər hansı bir səslə oyadılan vərdişlə bağ-
lıdır. Zənnimcə, əqlimizin bu aktını izah etmək üçün ən yaxşı yol ona analo-
ji olan başqa misalları gətirmək və onun təsirini asanlaşdıran başqa prinsip-
ləri göstərməkdir.  Əqlimizin aktlarının son səbəblərini izah edə bilmərik; 
təcrübə və analogiya əsasında onları qənaətbəxş dərəcədə təsvir edə bilsək, 
bu, yetərli olar. 
Beləliklə, mən aşağıdakıları qeyd edirəm: hər hansı bir böyük rəqəmin 
adını  çəkərkən, məsələn, min rəqəmini xatırladarkən,  əqlimizdə onun haq-
qında adekvat ideya olmur. Əql yalnız bu rəqəmin təşkil olunduğu onluqla-
rın adekvat ideyasının köməyi ilə bu kimi ideyanı yaratmaq qabiliyyətinə 
malik olur. Lakin ideyalarımızın bu cür qeyri-kamilliyi mühakimələrimizdə 
hiss olunmur və bu üzdən də, görünür, bu misal bizim araşdırdığımız  ən 
ümumi ideyalarımıza bənzəyir. 
İkincisi, bir sözlə canlandırıla biləcək belə  vərdişlərə bir-neçə misal 
çəkmək olar: cəmi bircə sözün və ya başladığı ifadənin köməyi ilə bir-neçə 
şeiri əzbər bilən, amma onları xatırlamaq iqtidarında olmayan şəxsin yadına 
şeirin bütöv şəkildə salınması da buna misal ola bilər. 
Üçüncüsü, düşünürəm ki, mühakimə zamanı öz əqlinin vəziyyətini 
araşdıran hər kəs mənimlə razılaşar ki, biz aydın və dolğun ideyaları istifadə 
etdiyimiz hər adla birləşdirmirik və hökumətdən, kilsədən, danışıqlardan, is-
tilalardan bəhs edərkən, əqlimizdə bu mürəkkəb ideyaların təşkil olunduğu 
sadə ideyaları nadir hallarda açıqlayırıq. Lakin bu qeyri-mükəmməlliyə bax-
mayaraq, bu predmetlərdən danışarkən cəfənglikdən uzaq olub bu ideyalar 
arasındakı ziddiyyəti asanlıqla aşkar edə bilərik, sanki onlar haqqında tam 
təsəvvürlərə malikmişik. Belə ki, “müharibədə nisbətən zəif olanlar həmişə 
danışıqlara əl atır”, – demək əvəzinə biz deyərik ki, “onlar həmişə istilalara 


Tərçümələr
 
 
 
- 199 -
əl atırlar”. İdeyalara məlum münasibətləri aid etmək vərdişimiz sözlərin ar-
dınca  burada da canlanacaq və göstərilən müddəanın cəfəngiyat olduğunu 
bilavasitə bizə göstərəcək; nə qədər fərqli olsalar da, xüsusi ideya da başqa 
ideyalar haqqında mühakimələrimizdə eynilə bizə lazım ola bilər. 
Dördüncüsü, təkcə ideyalar ümumi adlara aralarındakı oxşarlığa uy-
ğun  şəkildə birləşərək onlara tabe olduqlarından, bu münasibət onların tə-
xəyyülə çıxışını asanlaşdırmalıdır ki, bu da lazım gəldikdə onları daha asan-
lıqla yada salmaq imkanı verər. Həqiqətən də, həm mülahizələr, həm də 
söhbət zamanı düşüncənin ümumi inkişaf yolunu nəzərdən keçirsək, məlum 
olar ki, bu baxımdan tam məmnun olmağa əsasımız var. Təxəyyülün ideya-
ları xatırlatmasından, özü də bunu məhz lazım olanda etməyə hazır olmasın-
dan qəribə nə ola bilər? Hər hansı bir predmetə aid olan ideyaları yığarkən 
fantaziya bütün dünyanı gəzir. Sanki intellektual ideyalar aləmi dərhal gözü-
müz önünə  gəlir və bizə yalnız məqsədlərimizə daha uyğun gələnləri seç-
mək qalır.  Əslində yalnız o ideyalar ola bilir ki, onlar ruhumuzun hansısa 
magik qabiliyyətinin köməyi ilə göstərilən yola yığılmışdır; bu qabiliyyət 
dahilərdə daha mükəmməl olur. Əslində bu, elə dahilik adlandırdığımız bir 
şeydir. Bununla belə, hətta ən güclü səy göstərsə də belə, insan onu izah et-
mək iqtidarında deyil. 
Ola bilsin ki, bu dörd mühakimə mənim mücərrəd ideyalar haqqında 
təklif etdiyim hipotezlə  əlaqədar yaranan bütün çətinlikləri aradan qaldır-
maqda köməklik edər. Bu hipotez indiyədək fəlsəfədə hakim olan hipotezin 
tam əksidir. Lakin düzünü desək, mən əsasən adi metodun köməyi ilə iza-
hında ümumi ideyaların mümkün ola bilmədiyini sübut etməyə çalışıram. 
Bu məsələnin həlli üçün biz, əlbəttə ki, hansısa yeni üsul axtarmalı idik. La-
kin mənim təklif etdiyim üsuldan başqa hansısa başqa bir üsul sadəcə yox-
dur. Əgər ideyalar təbiətinə görə xüsusi, sayca isə sonludurlarsa, onda onlar 
başqa ideyaların nümayəndələri olmaqla yalnız vərdişin köməyi ilə ümumi-
yə çevrilə və özündə sonsuz sayda belə ümumi ideyaları ehtiva edə bilərlər. 
Bu məsələyə yekun vurmazdan öncə, mən həmin o prinsipi zəkada 
fərqləndirməyin izahına tətbiq edəcəyəm. Bu barədə fəlsəfi məktəblərdə çox 
söhbətlər aparılsa da, onun mahiyyətini başa düşmürlər. Fiqur və bu fiqura 
malik olan cismin, hərəkət və  hərəkətə  gətirilən cismin fərqləndirilməsi 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 200 -
buna misal ola bilər. Bu fərqləndirmənin çətinliyi yuxarıda  “bir-birindən 
fərqlənən bütün ideyaları ayırmaq olar” kimi səslənən  prinsiplə izah 
olunur. Deməli, fiqur cisimdən fərqlənirsə, onda onların ideyaları  nəinki 
fərqli olar, onları ayırmaq da olar. Əgər fiqur və cisim fərqli deyildirlərsə, 
onda onların ideyalarını nə fərqləndirmək, nə də ayırmaq mümkün olar. Nə 
fərq, nə də ayırma olmadıqda, zəkada fərqləndirmək nə deməkdir? 
Bu çətinliyi aradan qaldırmaq üçün biz mücərrəd ideyaların yuxarıda-
kı izahına əl atmalı oluruq. Aydındır ki, fiqurla cisim arasındakı çoxlu müx-
təlif oxşarlıq və münasibətləri görməyən insanın heç ağlına belə gəlməz ki, 
fiquru ona malik olan cisimdən ayırsın, çünki onlar həqiqətən də bir-biri ilə 
ayrılmaz bağlıdır. Belə ki, bizə ağ mərmərdən şar göstərəndə, biz yalnız mü-
əyyən formada paylaşmış ağ rəngin təəssüratını alırıq. Lakin biz rəngi for-
madan ayırmaq iqtidarında olmuruq. Sonralar qara mərmərdən olan şarı və 
ağ mərmərdən olan kubu görüb onları bizim əvvəlki obyektimizlə müqayisə 
edəndə  əvvəl ayrılmaz kimi görünən və  əslində elə belə  də olan şeydə iki 
ayrı-ayrı oxşarlıq aşkar edirik. Bir necə müşahidədən sonra biz zəkada fərq-
ləndirməyin köməyi ilə fiquru rəngdən ayırmağa başlayırıq, yəni fiqur və 
rəngi birlikdə nəzərdən keçiririk, çünki onlar həqiqətən də bir tam kəsb edir. 
Bununla belə biz onlara onlarda aşkar edilə biləcək oxşarlıqlara uyğun ola-
raq müxtəlif rakurslardan baxırıq. Yalnız ağ mərmərdən olan şarın fiquruna 
baxanda biz gerçəkdə onun həm fiqurunun, həm də  rənginin bir ideyasını 
yaradırıq. Amma gizlincə onun qara mərmərdən olan şara bənzərliyinə  də 
nəzər salırıq. Eynilə, yalnız şarın rənginə baxmaq istəyəndə, biz diqqətimizi 
onun ağ  mərmərdən olan kuba bənzərliyinə yönəldirik. Beləliklə, bizim 
ideyalarımız bir növ mühakimələrlə müşayiət olunur. Vərdiş etdiyimizə 
görə biz bunu görə bilmirik. Əgər kimsə bizdən rəngi haqqında düşünmədən 
ağ  mərmərdən olan fiquru nəzərdən keçirməyi tələb etsə, bu, mümkünsüz 
olar. Onun isə  tələbinin mənası  aşağıdakı kimidir: rəng və fiquru birlikdə 
nəzərdən keçirməli olsaq da, şarımızın qara mərmərdən və ya hansısa başqa 
bir rəngdən olan şara bənzədiyini unutmamalıyıq. 
 
Tərcümə edən:  
Dr. Lətafət Hümmətova 
İqtisad Universitetinin dosenti


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə