Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   59   60   61   62   63   64   65   66   67

Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 196 -
yətinin mümkün dərəcələrini qeyri-mükəmməl tərzdə, gündəlik məqsədlə-
rimizə yararlılıq baxımından toplayırıq. Bu, mənim izah etmək istədiyim 
ikinci müddəadır.  
Bizə rast gələn bir-neçə obyekt arasında müəyyən oxşarlığı
1
  aşkar 
edən kimi onların kəmiyyət və keyfiyyət dərəcələrində  hər hansı  fərqlərə 
baxmayaraq onlara bir ad veririk. Əgər biz buna vərdiş etmişiksə, onda bu 
adın səslənməsi ilə bizdə bu obyektlərdən birinin ideyası canlanır və təxəy-
yülü özünə xas olan bütün xüsusi halları və hissələri arasındakı münasibətlə-
ri ilə təsəvvür etməyə vadar edir. Düşünürük ki, eyni söz çox vaxt bizim əq-
limizdə bilavasitə olan ideyadan çox mənada fərqlənən digər tək-tək obyekt-
lərə də tətbiq olunur. Bu söz bütün belə tək obyektlərin ideyasını canlandıra 
bilmədiyinə görə, onda o, əgər belə demək mümkündürsə, yalnız qəlbimizə 
toxunur və bu ideyaları nəzərdən keçirərkən əldə etdiyimiz vərdişi canlandı-
rır. Sonuncular əqldə real, faktiki yox, yalnız imkan kimi mövcuddur; biz 
xəyalda onların şəklini çəkmirik. Onlardan istənilən birini gözdən keçirmək 
lazım gələrsə, biz özümüzü buna hazır edirik. Söz müəyyən vərdişlə yanaşı 
təkcə ideyanı da oyadır. Bu vərdiş isə bizə lazım olan istənilən başqa bir 
təkcə ideyanı həyata gətirir. Ad qoya biləcəyimiz bütün ideyaları əksər hal-
larda təkrar təsvir etmək mümkün olmadığına görə, qismən gözdən keçir-
məklə biz bu işi azaltmış oluruq. Bu isə mühakimələrimizə o qədər də mane 
olmur, çünki nəzərdən keçirdiyimiz faktın maraqlı xüsusiyyətlərindən biri 
odur ki, əql mühakiməmizin predmeti olan təkcə ideyanı hasil edən kimi
onu müşayiət edən və ümumi və ya mücərrəd adın canlandırdığı vərdiş, mü-
hakiməmiz ideya ilə uzlaşmadıqda, asanlıqla başqa bir təkcə ideyanı yadı-
                                                 
1
 Hətta müxtəlif sadə ideyalar belə yekcins ola və ya bir-birinə bənzəyə bilirlər. Mavi və 
yaşıl  müxtəlif sadə ideyalar olsa da, mavi və qırmızı ilə müqayisədə daha oxşardırlar, bax-
mayaraq ki, onların mükəmməl sadəliyi hər hansı bir fərqi istisna edir. Ayrı-ayrı  səslər, 
dadlar və iylərdə də belədir. Ümumi nəzər saldıqda və müqayisə etdikdə məlum olur ki, on-
ların hamısının arasında saysız-hesabsız oxşarlıqlar var, baxmayaraq ki, onların arasında 
hansısa eyni, ümumi bir detal yoxdur. Kifayət qədər mücərrəd olan sadə ideya termini bizə 
bunu sübut edə bilər. Bu termin bütün sadə ideyaları əhatə edir; sonuncular  bir-birinə sadə-
liyinə görə oxşardırlar. Bununla belə onların təbiəti hər hansı mürəkkəbliyi (composition
istisna edir. Buna görə də onların arasındakı oxşar məqam digərlərindən ayrılmaz və ayırd 
edilməzdir. Hər hansı bir keyfiyyətin dərəcələrinə  gəlincə, burada da vəziyyət eynilədir. 
Onlar bir-birinə oxşardır, bu arada isə istənilən tək obyektdə keyfiyyəti dərəcədən 
fərqləndirmək olmur.  


Tərçümələr
 
 
 
- 197 -
mıza salır. Belə ki, əgər biz üçbucaq sözünü deyəndə onun ideyasına cavab 
verən ayrıca bir bərabərtərəfli üçbucaq ideyasını yaradır və bundan sonra 
“üçbucağın üç bucağı bir-birinə bərabərdir” deyiriksə, onda diqqətimizdən 
kənar qalmış digər bərabəryanlı və müxtəlif tərəfli üçbucağın təkcə ideyaları 
dərhal gözümüz önünə  gələr və bu müddəanın yanlış olduğunu bizə sübut 
edər. Baxmayaraq ki, bizim yaratdığımız ideya barəsində bu, düzgün müd-
dəadır. Əql bu kimi ideyaları heç də həmişə yadımıza salmır. Bu, onun qabi-
liyyətlərinin qeyri-kamilliyindən irəli gəlir. Yanlış mühakimələrin və sofisti-
kanın da mənbəyi çox vaxt elə məhz bu olur. Lakin buna əsasən aydın olma-
yan mürəkkəb ideyalarda rast gəlmək olur. Başqa hallarda vərdiş daha kamil 
olur və biz nadir hallarda bu kimi səhvlərə yol veririk. 
Bundan başqa, bu vərdiş o qədər mükəmməldir ki, qorxmadan eyni 
ideyanı müxtəlif sözlərə birləşdirmək və müxtəlif mühakimələrdə tətbiq et-
mək mümkündür. Belə ki, hündürlüyü bir düyümə  bərabər olan bərabərtə-
rəfli üçbucaq ideyası fiqurdan, düzxətli fiqurdan, düz fiqurdan, üçbucaqdan 
və bərabərtərəfli üçbucaqdan bəhs edəndə də bizə xidmət göstərə bilər. Be-
ləliklə, bu halda bütün bu terminlər eyni ideya ilə müşayiət olunur, lakin 
adətən gah nisbətən geniş, gah da nisbətən dar mənada tətbiq olunan bu ter-
minlər onlara müvafiq olan vərdişləri canlandırır və bununla da əqli çıxardı-
ğımız nəticələrin bu terminlərin adətən ehtiva etdiyi ideyalardan heç birinə 
zidd olub-olmadığına nəzarət etməyə hazır edir. 
Nə qədər ki, vərdişlər hələ tam mükəmməl deyildirlər, əql, çox güman 
ki, yalnız təkcə obyektin ideyasını yaratmaqla kifayətlənməyəcək. Amma öz 
fikrini və ümumi terminin köməyi ilə ifadə etmək niyyətində olduğu 
ideyalar toplusunun həcmini özü üçün aydınlaşdırmaq üçün əql bir-neçə ide-
yanı gözdən keçirə bilər. Fiqur sözünün mənasını müəyyənləşdirmək üçün 
biz beynimizdə müxtəlif ölçülü dairə, kvadrat, paraleloqramlar və s. ideyası-
nı nəzərdən keçirir, bu arada hansısa bir obraz və ya bir ideya üzərində da-
yanmırıq. Hər nə olsa da, doğrusu budur ki, biz ümumi addan istifadə edən-
də təkcə obyektlərin ideyasını yaradırıq. Bu təkcə obyektlər tükənməzdir və 
yadda qalan obyektlər yalnız onları lazım olduqca yaradan vərdişin köməyi 
ilə təmsil olunurlar. Mücərrəd ideyalarımızın və ümumi adlarımızın təbiəti 
bu cürdür. Yuxarıda göstərdiyimiz “bəzi ideyalar təbiətinə görə xüsusidir-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə