Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

Tərçümələr
 
 
 
- 181 -
larımızı ideyalarımızdan fərqləndirə bilmirik. Lakin bəzi hallardakı oxşar-
lıqlara baxmayaraq, onlar ümumən o qədər fərqli şeylərdir ki, hər kəs tərəd-
düd etmədən onları müxtəlif sütunlara aid edə və hər birinə bu fərqi göstə-
rən xüsusi ad verə bilər
1

Bizim təəssüratlarımızın daha bir bölgüsü də var ki, o, həm təəssürat-
lara, həm də ideyalara şamil olunur. Bu, hər ikisinin sadə və mürəkkəb növ-
lərə bölgüsüdür. Sadə qavrayışlar, yəni təəssürat və ideyalar nə ayrılması, nə 
də fərqləndirilməsi mümkün olmayanlardır. Sadələrin əksinə olaraq, mürək-
kəb qavrayışlar hissələrə bölünə bilir. Müəyyən rəng, dad və iy hansısa al-
mada birləşən keyfiyyətləri göstərsə də, bu keyfiyyətlər fərqli keyfiyyətlər-
dir. 
Bu bölgülərin köməyi ilə öz obyektlərimizi qaydaya salıb sistemləş-
dirdikdən sonra, onların keyfiyyəti və münasibətlərinə  nəzər salaq. İlk 
olaraq mənim gözümə çarpan o faktdır ki, bizim təəssüratlarımız və ideyala-
rımızın güc və canlılıq dərəcəsindən başqa bütün digər xüsusi xassələri bir-
birinə oxşardır. Onların bəziləri bir növ digərlərinin inikasıdır. Aydın olur 
ki, bizim şüurumuzun bütün qavrayışları ikiqatdır, yəni həm təəssüratlar, 
həm də ideyalar keyfiyyətində göz önünə  gəlir. Mən gözümü yumanda və 
öz otağım haqqında düşünəndə, mənim yaratdığım ideyalar əvvəllər yaşadı-
ğım təəssüratların dəqiq nümayəndələri (representations) olur. Birində bir 
özəllik varsa, o birilərində də bu olmuş olur. Digər qavrayışlarımda da mən 
oxşarlıq və nümayəndəlik münasibətini görürəm. Görünür, ideya və təəssü-
ratlar həmişə bir-birinə uyğun olur. Bu dəqiqə mənim diqqətimi çəkən məhz 
bu haldır. 
Lakin diqqətlə nəzərdən keçirdikdə mənə aydın olur ki, ilkin görünüş 
məni çox uzaqlara aparmış və mən bizim bütün ideyalarımızın və təəssürat-
larımızın bir-birinə oxşar olduğunu bəyan edən ümumi müddəanı məhdud-
laşdırmaq üçün təəssüratların sadə və mürəkkəb növlərə bölgüsündən yarar-
                                                 
1
 Ümid edirəm ki, burada təəssürat   ideya terminlərini fərqli mənalarda işlətməyə 
mənə icazə verərlər. Bəlkə də mən ideya sözünə ondan Lokkun uzaqlaşdırdığı ilkin məna-
sını qaytarmış oluram. Lokk bu terminlə bizim qavrayışlarımızın hamısını ifadə edirdi; 
qeyd etmək istəyirəm kitəəssürat dedikdə mən ruhumuzda canlı təəssüratların yaranması 
üsulunu deyil, müstəsna olaraq bu təəssüratların özünü nəzərdə tuturam.  


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 182 -
lanmaq məcburiyyətindəyəm. Mən görürəm ki, bizdəki mürəkkəb ideyaların 
əksərinin müvafiq təəssüratları olmur, əksər təəssüratların da ideyalarda də-
qiq surəti alınmır. Mən heç vaxt görmədiyim bir şəhəri – qızıl körpüləri və 
yaqut divarları olan Yeni Yerusəlim şəhərini təsəvvür etmək istəyirəm. Mən 
Parisi görmüşəm, lakin bu şəhərin bütün küçə  və evlərini gerçək və  dəqiq 
nisbətdə təqdim edəcək ideyasını yarada biləcəyimi söyləyə bilərəmmi? 
Beləliklə, mən düşünürəm ki, bizim mürəkkəb təəssürat və ideyaları-
mız arasındakı böyük oxşarlığa baxmayaraq, onların bir-birinin dəqiq surəti 
olması şərtsiz həqiqət deyildir. Sadə təəssüratlarımıza gəlincə, dəqiq araşdır-
madan sonra mən bu qənaətə gəlirəm ki, bu halda göstərdiyimiz qayda is-
tisnasız tətbiq edilə bilər. Hər sadə ideyaya ona oxşar sadə təəssürat, hər sa-
də təəssürata isə – müvafiq ideya cavab verir. Bizim qaranlıqda yaratdığımız 
qırmızı rəng ideyası və günəş işığında bizim gözümüzü qamaşdıran təəssü-
rat təbiətcə yox, yalnız dərəcəyə görə fərqlənirlər. Dediklərimizi ideya və tə-
əssüratlarımızı ətraflı sadalamaqla sübut edə bilmərik. İstənilən sayda ideya 
və  təəssüratlarımızı yoxlamaqla biz buna əmin ola bilirik. Əgər kimsə bu 
oxşarlığın ideya və təəssüratlarımızın hamısına aid olduğunu inkar etmək is-
təsə, onda mənim ondan müvafiq ideyası olmayan sadə təəssüratı və ya mü-
vafiq təəssüratı olmayan sadə ideyanı göstərməyi xahiş etməkdən başqa yo-
lum qalmır. Əgər o, bunu edə bilməsə (zatən o, bunu edə bilməyəcək), onda 
biz onun susmasından və müşahidələrimiz  əsasında öz mühakimələrimizi 
yürütmək imkanı əldə etmiş olacağıq. 
Beləliklə, biz öyrəndik ki, bütün sadə ideya və təəssüratlar bir-birinə 
oxşayır və mürəkkəb ideya və təəssüratlar sadələrdən yaranır. Qavrayışın bu 
iki növü tam bir-birinə uyğundur. Bu əlaqəni aşkar etdikdən sonra mən qav-
rayışların bəzi digər keyfiyyətlərini də üzə çıxarmaq istəyirəm. Təəssüratla-
rın və ideyaların mövcudluğunu, onların hansının səbəb, hansının isə nəticə 
olduğunu müəyyən edək. 
Bizim traktatımızın predmetini də elə bu məsələnin hərtərəfli araşdırıl-
ması təşkil edir. Buna görə də, biz burada belə bir ümumi müddəanı göstər-
məklə kifayətlənəcəyik ki, bütün sadə ideyalarımız ilk olaraq onlara uyğun 
olan və onların dəqiqliklə  təmsil etdikləri (represent) sadə  təsəvvürlərdən 
yaranır. 


Tərçümələr
 
 
 
- 183 -
Bu müddəanı sübut etmək üçün mən tez-tez rast gəldiyimiz və çox 
inandırıcı olan iki hadisəni misal gətirmək istərdim. Yeni araşdırmadan son-
ra mən bir daha əmin oluram ki, hər bir sadə təəssürat müvafiq ideya ilə, hər 
bir sadə ideya isə müvafiq təəssüratla müşayiət olunur. Oxşar qavrayışların 
bu cür daimi birləşməsindən mən belə bir qənaətə gəlirəm ki, müvafiq ideya 
və təəssüratlar arasında güclü əlaqə var və birinin olması digərlərinin olma-
sına əhəmiyyətli təsir göstərir. Sonsuz sayda misallarla sübut olunan bu bir-
ləşmələr heç də təsadüfi olmayıb, təəssüratlarımızın ideyalardan, ideyaları-
mızın isə təəssüratlarımızdan asılı olduğunu açıq-aşkar sübut edir. Hansının 
digərindən asılı olduğunu üzə çıxarmaq üçün mən onların ilk yaranışı qay-
dasını nəzərdən keçirib daimi təcrübədən bu qənaətə gəlirəm ki, sadə təəssü-
ratlar həmişə müvafiq ideyalardan əvvəl yaranır. Uşağa qırmızı və ya çəhra-
yı rəng ideyasını, şirin və ya acı dad ideyasını vermək üçün mən onda ideya-
ları oyatmaqla təəssüratları yaratmağa cəhd etmirəm. Mən ona obyektləri 
təklif edirəm və ya, başqa sözlə, ona bu təəssüratları çatdırıram. Əmələ gə-
ləndə bizim ideyalarımız onlara müvafiq olan təəssüratları yaratmır; rəng və 
ya hansısa bir duyğu haqqında sadəcə fikirləşməklə onları nə qavraya, nə də 
duya bilərik. Digər tərəfdən, məlum olur ki, hər hansı bir mənəvi və ya 
cismani təəssürat həmişə oxşar ideya ilə müşayiət olunur ki, bu ideya təəs-
süratdan yalnız güc və canlılıq dərəcəsinə görə fərqlənir. Bizim oxşar qavra-
yışlarımızın daimi birləşməsi onlardan birinin digərlərinin səbəbi olduğunu 
sübut edirsə, təəssüratların birinciliyi onu sübut edir ki, ideyalarımızın sə-
bəbi təəssüratlarımızdır. 
Deyilənləri sübut etmək üçün başqa bir inandırıcı faktı gətirim: hansı-
sa bir təsadüfdən bizim bu və ya digər təəssüratları doğuran qabiliyyət-
lərimiz hansısa maneələrlə rastlaşarsa, məsələn, kimsə kor və ya kar doğu-
larsa, nəinki təəssüratlar, həmçinin müvafiq ideyalar da itirilir və əqldə on-
ların heç birinin izi yaranmır. Əgər biz gerçəklikdə heç vaxt ananasın dadına 
baxmamışıqsa, onda onun dadı haqqında dəqiq ideyanı da yarada bilmərik. 
Lakin buna zidd olan bir hadisənin köməyi ilə ideyanın müvafiq təəs-
süratlardan əvvəl gələ bilməsinin mümkünlüyünü sübut edə bilərik. Düşünü-
rəm ki, göz və eşitmə orqanları vasitəsilə daxil olan bəzi açıq-aydın fərqlə-
nən rəng və səs ideyaları bir-birinə bənzəsələr də, onlar əslində fərqlənirlər. 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə