Microsoft Word Jurnal 2 2011 Red doc


Fəlsəfə və sosial-siyasi elmlər



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 184 -
Əgər müxtəlif rənglər barəsində bunu deyə biliriksə, onda eyni rəngin müx-
təlif çalarları haqqında bunu söyləyə bilərik ki, hər bir çalar bir-birindən 
fərqlənən və bir-birindən asılı olmayan ideyanı doğurur. Əgər bunu inkar et-
sək, onda çalarları tədricən qradasiya etməklə, bir rəngi onun əksi olan baş-
qa bir rəngə çevirmək olar.  
Əgər siz aralıq rənglərin müxtəlif olduğunu etiraf etməsəniz, onda 
özünüzü də təkzib etmədən ifratların
 
eyniyyət təşkil etdiyini inkar edə bil-
məzsiniz. Fərz edək ki, kimsə 30 il ərzində öz görmə orqanından istifadə et-
məklə heç vaxt rastlaşmadığı mavi rəngin bir çalarından başqa bütün rəng-
lərlə yaxşı tanış ola bilmişdir.
 
Əgər bir çaları istisna etməklə bu rəngin bü-
tün müxtəlif çalarları  ən tündündən başlayaraq  ən açıq çalarlarına qədər 
insana tədricən göstərilərsə, onda o, çaların çatışmadığı boş yeri görəcək və 
hiss edəcəkdir ki, bu yerdə bir-birinə yaxın rənglər arasındakı fərq yerdə qa-
lanlarındakından daha böyükdür. İndi mən soruşuram: insan öz xəyalında bu 
boş yeri doldura bilərmi; o, heç vaxt hiss orqanları ilə duymadığı xüsusi bir 
çaların ideyasını yarada bilərmi? Məncə, insanın bunu etmək iqtidarında ol-
madığını düşünən çox az insan tapılar. Bu isə onu sübut edir ki, sadə ideya-
lar heç də  həmişə müvafiq təəssüratlardan alınmır;  əslində  gətirilən misal 
müstəsna və bir növ yeganə hal olduğuna görə, ümumi prinsipimizi dəyiş-
məyə elə bir ciddi əsas yoxdur. 
Lakin bununla belə  təəssüratların ideyalara münasibətdə birinciliyi 
prinsipinin daha bir məhdudiyyəti ondadır ki, ideyalarımız təəssüratlarımı-
zın obrazları olduğuna görə biz birincilərin obrazları olan ikinci ideyaları 
yarada bilərik ki, bu da ideyalar haqqında mühakimələrimizdən bəlli olur. 
Əslində bu, istisnadan çox,
 
qaydaya bir izahdır. İdeyalar öz xüsusi obrazları-
nı yeni ideyalarda yaradır, amma
 
ideyalar ilk olaraq təəssüratlardan alındığı-
na görə, bütün sadə ideyalarımızın dolayısı və ya birbaşa müvafiq təəssürat-
lardan alındığı həqiqət olaraq qalır. 
Beləliklə, mənim insan təbiəti haqqında müəyyən etdiyim ilk prinsip 
budur. Sadə görünüşünə görə biz ona etinasızlıq etməməliyik, çünki təəssü-
ratlarımızın, yoxsa ideyalarımızın birinci olması çoxlu səs-küyə  səbəb ol-
muş digər məsələyə – fitri ideyalar varmı, yoxsa bütün ideyalar duyğu və re-
fleksiyadan alınır – məsələsi ilə eyniyyət təşkil edir. Uzunluq və rəng ideya-


Tərçümələr
 
 
 
- 185 -
larının anadan gəlmə olmadığını sübut etmək üçün filosoflar o fakta işarə 
edirlər ki, bu ideyalarımızı bizdə hisslər yaradır. Affekt və istəklərimizin 
anadangəlmə olmadığını sübut etmək üçün isə onlar bu emosiyalar haqqında 
məlumatı  əvvəlcə daxili təcrübə yolu ilə aldığımızı qeyd edirlər. Lakin bu 
arqumentləri diqqətlə nəzərdən keçirsək, onda məlum olar ki, onlar haqqın-
da başqa, nisbətən daha canlı qavrayışlar məlumat verir. İdeyalar bu təəssü-
ratlardan alınır və onları təmsil edir (represent). Ümid edirəm ki, sualın düz-
gün formulə edilməsi onunla bağlı bütün mübahisələrə son qoyar və müha-
kimələrimizdə biz bu prinsipdən faydalana bilərik. 
 
II Fəsil 
Predmetin bölgüsü 
Nadir istisnalar olmaqla sadə təəssüratlarımız müvafiq ideyalardan əv-
vəl gəldiyinə görə, metod tələb edir ki, ideyalarımızdan əvvəl təəssüratları-
mızı araşdıraq. Təəssüratları iki yerə ayırmaq olar: duyğu təxəyyülü və ref-
leksiya təxəyyülü. Birinci növdən olan təəssüratlar ilk əvvəl ruhda naməlum 
səbəblərdən yaranır.  İkinci növ təəssüratlar  əsasən bizim ideyalarımızdan 
alınır, özü də bu, aşağıdakı qaydada baş verir. Əvvəlcə hansısa təxəyyül 
hisslərimizə təsir edir və bizi soyuq və ya istiliyi, aclıq və ya toxluğu, həzz 
və ya iztirabı duymağa vadar edir. Əql bu təəssüratın surətini çıxarır. Təəs-
süratlar kəsildikdən sonra da qalmaqda olan bu surəti biz ideyalar adlandırı-
rıq. Bu həzz və ya iztirab ruha qayıtdıqdan sonra istək və nifrət, ümid və 
qorxu kimi yeni təəssüratlar yaradır. Refleksiyadan alındığına görə bu təəs-
süratları refleksiya təəssüratları adlandırmaq olar. Hafizə  və  təxəyyül yenə 
də bu təəssüratların surətini çıxarır və onlar ideyaya çevrilirlər. Bəlkə də on-
lar da öz növbəsində başqa təəssürat və ya ideyalara başlanğıc verəcəklər. 
Beləliklə, refleksiya təəssüratları yalnız onlara müvafiq olan ideyalardan əv-
vəl gəlir, özləri isə duyğu ideyalarının ardınca gəlməklə onlardan alınır. Bi-
zim duyğularımızı araşdırmaq vəzifəsi əxlaqı öyrənənlərdən daha çox ana-
tom və təbiət elmləri nümayəndələrinin üzərinə düşür. Buna görə də, biz bu-
nu etməyəcəyik. Bizim diqqətimizi çəkən refleksiya təəssüratları, yəni af-
fektlər, istəklər və emosiyalar əsasən ideyalardan yarandığına görə, biz ilk 
baxışdan təbii görünən metodun əksini tətbiq etməli olacağıq; insan ruhunun 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 186 -
təbiətini və prinsiplərini izah edərkən biz təəssüratlara keçid etməzdən öncə 
ideyalar haqqında  ətraflı söhbət açmalıyıq. Bu səbəbdən də  mən burada 
ideyalardan başlayıram. 
 
III Fəsil 
Hafizə və təxəyyül ideyaları haqqında 
Təcrübədən bizə məlum olur ki, bütün təəssüratlar şüurumuzla qavra-
nıldıqdan sonra onda yenidən ideya kimi yaranır; bu isə iki yolla mümkün-
dür: ya təəssürat yenidən yaranarkən özünün əvvəlki canlılıq dərəcəsini əsa-
sən saxlayır və təəssüratla ideya arasında nə isə aralıq bir şey kəsb edir, ya 
da ki, bu canlılığını tamamilə itirib mükəmməl ideyaya çevrilir. O qabiliyyət 
ki, onun köməyi ilə biz öz təəssüratlarımızı birinci yolla təkrarlayırıq, hafi-
, digəri – təxəyyül adlanır.  İlk baxışdan bəlli olur ki, hafizə ideyaları  tə-
xəyyül ideyalarından daha canlı və güclüdür və birinci qabiliyyətin öz ob-
yektlərini təsvir etdiyi rənglər ikincinin istifadə etdiyi boyalardan daha ay-
dındır. Hansısa keçmiş hadisəni xatırlayanda, onun ideyası zorla şüura daxil 
olur, halbuki bir şeyi xəyal edəndə qavrayış sönük və zəif olur və şüur onu 
uzun müddət dəyişməz  şəkildə saxlaya bilmir. Beləliklə, bu ideyalar növü 
arasında əsaslı fərqlər var. Bu məsələ üzərində biz aşağıda dayanacağıq. 
İdeyaların bu iki növü arasında başqa bir fərq də var. Həm hafizə, həm 
də  təxəyyül ideyalarından, yəni həm canlı, həm də  zəif ideyalardan əvvəl 
müvafiq təəssüratlar yaranmasa, bu təəssüratlar onlara yol açmasa, bu ideya-
lar şüurda yaranmaz. Buna baxmayaraq ilkin təəssüratların qaydası və for-
ması təxəyyülə təsir etmir, halbuki hafizənin bu mənada imkanları müəyyən 
dərəcədə məhduddur və o, hər hansı bir dəyişiklik edə bilmir. 
Heç  şübhəsiz ki, hafizə onda saxlanmış obyektlərin ilkin formasını 
saxlayır və xatırlama zamanı bu formadan kənara çıxmalar bu qabiliyyətin 
hansısa çatışmazlığı və ya qeyri-mükəmməlliyindən irəli gəlir. Əlbəttə, bir 
hadisənin əslində digərinin ardınca gəlməsinə baxmayaraq, tarixşünas söh-
bəti rahat aparmaq üçün bunu ondan qabaq verə bilər; amma dəqiq tarixşü-
nas bunu qeyd edəcək və, deməli, bu ideyanı yenidən öz yerinə qoyacaq. 
Əvvəllər tanış olduğumuz adamlar və ya yerlərin xatırlanmasına gəlincə, 
burada da vəziyyət eynilədir. Hafizənin fəaliyyətində (exercise) əsas məsələ 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə