Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   59   60   61   62   63   64   65   66   67

Tərçümələr
 
 
 
- 193 -
dən mürəkkəb ideyanın bir hissəsi olmuş və bu keyfiyyət   də  substansiyaya 
məxsusdur. Mürəkkəb ideyanın başlıca hissəsi kimi nəzərdən keçirdiyimiz 
birləşmə prinsipi göz önündə birinci olan digər keyfiyyətlərə yol açdığı ki-
mi, sonralar bizə rast gələn və bu prinsiplə ehtiva olunan istənilən keyfiyyət 
üçün də yol açır. 
Moduslarda vəziyyət bu cür deyildir ki, bu da onların təbiətindən irəli 
gəlir. Ya modusları yaradan sadə ideyalar bir-biri ilə yaxınlıq və səbəbiyyət 
əlaqələrində olmayan və müxtəlif predmetlərdə  səpələnmiş keyfiyyət kəsb 
edirlər, ya da, bitişikdirlərsə, birləşmə prinsipi mürəkkəb ideyanın əsası ki-
mi nəzərdən keçirilmir. Rəqs ideyası birinci qəbildən olan moduslara misal-
dırsa, gözəllik ideyası ikinciyə misaldır. Buradan bu kimi mürəkkəb ideyala-
rın öz tərkibinə modusun fərqləndirici adını  dəyişmədən hansısa yeni ide-
yaları daxil edə bilməməsinin səbəbi aydın olur. 
 
VII Fəsil 
Mücərrəd ideyalar haqqında 
Mücərrəd və ya ümumi ideyalar barəsində  aşağıdakı çox mühüm bir 
məsələ qaldırılmışdır: əqldə  təsəvvür edilərkən onlar ümumi, yoxsa xüsusi 
ideya kimi çıxış edir? Bir tanınmış filosof (Berkli) bu məsələ ilə bağlı hamı-
lıqla qəbul edilmiş fikri təkzib edərək qeyd edirdi ki, bütün ümumi ideyalar 
onlara daha geniş məna verən və lazım olanda ona oxşayan digər fərdi ide-
yaları xatırlamağa vadar edən hansısa bir terminə birləşdirilmiş xüsusi ide-
yadan başqa bir şey deyildirlər. Bu müddəanı elmlərdə son illər edilmiş 
kəşflərdən ən böyüyü kimi qiymətləndirdiyimə görə, hər hansı bir mübahi-
sədən kənar etmək xatirinə burada onu bəzi arqumentlərlə  əsaslandırmaq 
istəyirəm. 
Aydındır ki, ideyaları yaradanda biz hər hansı bir kəmiyyət və keyfiy-
yət dərəcəsindən fikrən ayrılırıq; o da aydın olur ki, sürəkliliyində, davamlı-
lığında və digər xassələrində cüzi dəyişikliklər baş versə də, obyekt bu və ya 
digər növə məxsus olaraq qalır. Buna görə də belə bir fikrə gəlmək olar ki, 
filosofları düşündürən mücərrəd ideyaların təbiəti məsələsi sadə dilemmanın 
köməyi ilə həll olunur. Mücərrəd insan ideyası hər ölçüdə olan, bütün müm-
kün keyfiyyətlərə malik olan insanları təmsil (represents) edir. Lakin o bunu 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 194 -
yalnız o halda edə bilər ki, birbaşa bütün mümkün ölçüləri və bütün müm-
kün keyfiyyətləri təmsil etsin və ya ayrılıqda heç birini təmsil etməsin. Əq-
lin qabiliyyətlərinin sonsuz olduğunu vurğulayan birinci müddəanı onu mü-
dafiə etmək absurd olardı deyə, adətən qərar ikinci müddəanın xeyrinə veri-
lirdi; nəzərdə tutulurdu ki, bizim mücərrəd ideyalarımızda hansısa kəmiyyət 
və ya keyfiyyət dərəcəsi yoxdur. Mən isə, birincisi, dərəcələri haqqında də-
qiq təsəvvürlər (notion) yaratmadan bu və ya digər keyfiyyət və ya kəmiy-
yəti təsəvvür etməyin (conceive) mümkünsüzlüyünü sübut etməklə, ikincisi, 
əqlin qabiliyyətinin sonlu olmasına baxmayaraq, bununla belə  kəmiyyətin 
və keyfiyyətin bütün mümkün dərəcələri haqqında təsəvvürlər yarada bilə-
cəyimizi göstərməklə bu qənaətin yanlış olduğunu açıqlamağa çalışacağam. 
Əvvəlcə birinci müddəadan başlayaq. O, aşağıdakı kimi səslənir:  kə-
miyyət və keyfiyyətin dərəcələri haqqında dəqiq təsəvvürləri yaratmadan əql 
onların hər ikisi haqqında hər hansı təsəvvürü yarada bilməz. Biz bu müd-
dəanı aşağıdakı arqumentlərin köməyi ilə sübut edə bilərik. Birincisi, biz ar-
tıq qeyd etmişdik ki, bir-birindən fərqlənən obyektləri ayırd etmək müm-
kündür və fərqlənən obyektlərin hər birini təfəkkür və təxəyyüldə ayırd et-
mək mümkündür. Onu da əlavə edə bilərik ki, deyilənlər əks qaydada da ey-
nilə düzgündür, yəni fərqləndirilməsi mümkün olan obyektləri ayırmaq, ay-
rılması mümkün olan obyektləri isə  fərqləndirmək mümkündür. Bəs fərqli 
olmayan şeyləri başqa cür necə fərqləndirə bilərik? 
Beləliklə, abstraksiya ayırmanı  nəzərdə tutub-tutmadığını bilmək 
üçün, biz ona bu nöqteyi-nəzərdən baxmalıyıq, yəni ümumi ideyalarımızda 
fikrən ayrıldığımız bütün halların fərqli olub-olmadığını, bu ideyaların mü-
hüm hissələri kimi saxladığımız hallardan fərqli olub-olmadığını araşdırma-
lıyıq. Lakin ilk baxışdan görünür ki, xəttin dəqiq uzunluğu xəttin özündən
hər hansı bir keyfiyyətin dəqiq dərəcəsi isə – keyfiyyətin özündən fərqlən-
mir. Beləliklə, bu ideyaları fərqləndirmək mümkün olmadığı kimi, ayırmaq 
da mümkün deyil. Deməli, onlar bir-biri ilə  təsəvvürdə bağlanırlar 
(conseption). Bütün abstraksiyalarımıza və incə əqli məqamlarımıza baxma-
yaraq, əqldə yaranarkən xəttin ümumi ideyası dəqiq kəmiyyət və keyfiyyət 
dərəcəsinə malik olmuş olur, hətta o, hər ikisinin müxtəlif dərəcələrinə ma-
lik olan başqa ideyaların nümayəndəsi olsa da belə. 


Tərçümələr
 
 
 
- 195 -
İkincisi, hamılıqla təsdiq olunmuşdur ki, özünün həm kəmiyyət, həm 
də keyfiyyət dərəcələri ilə müəyyən olunmamış hər hansı bir obyekti hisslə-
rimizlə qavraya və ya əqldə hər hansı bir təəssüratı yarada bilmərik. Təəssü-
ratlar bəzən aydın olmurlar ki, bu da əqlin reallıqda nə müəyyən dərəcəyə, 
nə  də müəyyən nisbətə (proportion) malik olan təəssüratları qavramaq qa-
biliyyətindən deyil, bu təəssüratların zəifliyindən və ya davamlı olmamasın-
dan irəli gəlir. Bu, contradictio in adjekto
1
dur; burada bir şeyin eyni zaman-
da həm mövcudluğunu, həm də mövcud olmadığını israr edən ən bayağı bir 
ziddiyyət üzə çıxır. 
Əgər bütün ideyalar təəssüratlardan yaranıb onların surətlərindən, nü-
mayəndələrindən (representations) başqa bir şey kəsb etmirlərsə, deməli, bi-
ri barəsində düzgün olan şeyin digərləri barəsində də düzgün olduğunu eti-
raf etməliyik. Təəssüratlar və ideyalar yalnız öz gücü və canlılığına görə 
fərqlənirlər.  İdeya nisbətən zəif təəssüratdır. Güclü təəssürat müəyyən kə-
miyyətə və keyfiyyətə malik olmalı olduğu kimi, onun surəti və ya nüma-
yəndəsi də bunlara malik olmalıdır. 
Üçüncüsü, fəlsəfədə hamılıqla qəbul olunmuş prinsipə görə, təbiətdə 
hər  şey fərdidir və  tərəfləri və bucaqları bir-birinə müəyyən münasibətdə 
olan real bir üçbucağın mövcud olması absurddur. Faktiki gerçəklikdə bu 
ehtimalımız absurd kimi görünürsə, bu ehtimal, haqqında özümüz üçün ay-
dın ideya yarada biləcəyimiz hər bir şeyin mümkün ola bildiyinə görə, yenə 
də absurd olmalıdır. Lakin obyektin ideyasını yaratmaqla sadəcə ideyanı ya-
ratmaq eyni şeydir, çünki ideyanın obyektə aid edilməsi  (reference)  onun 
ideyanın özündə olmayan əlamət və cəhətlərinin zahiri adıdır. Dəqiq dərəcə-
si bilinməyən həm kəmiyyətə, həm də keyfiyyətə malik olan belə bir obyek-
tin ideyasını yaratmaq mümkün olmadığına görə, hər iki xüsusiyyət baxı-
mından məhdud və müəyyən olan ideyanı da yaratmaq mümkün deyil. 
Beləliklə, təmsilçilər kimi (in their representations) ümumi də ola bilən mü-
cərrəd ideyalar öz-özlüyündə təkdirlər. Mühakimələrimizdə ən ümumi mə-
nasında işlətməyimizə baxmayaraq, düşüncəmizdəki obraz yalnız xüsusi ob-
yektin obrazıdır. Bu, ondan irəli gəlir ki, biz ideyaların kəmiyyət və keyfiy-
                                                 
1
 Lat. – terminlərdə ziddiyyət. 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə