Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

Tərçümələr
 
 
 
- 187 -
sadə ideyaların özü yox, onların qaydası və yerləşməsidir. Ümumiyyətlə bu 
prinsipi sübut edən o qədər faktlar var ki, biz bu məsələ üzərində dayanma-
ğa ehtiyac duymuruq. 
Təxəyyülün öz ideyalarının yerlərini dəyişdirməkdə  və  dəyişməkdə 
sərbəst olmasını vurğulayan ikinci prinsipi nəzərdən keçirəndə  də  hər  şey 
açıq-aşkar təsdiqlənir. Poema və nağıllarda rastlaşdığımız uydurmalar bu 
sərbəstliyin olmasını əyani şəkildə sübut edir: qanadlı atlardan, ağzından od 
püskürən  əjdahalardan və  nəhəng divlərdən bəhs edən bu əsərlərdə  təbiət 
tamamilə təhrif olunur. Nəzərə alaq ki, bizim bütün ideyalarımızın surəti tə-
əssüratlarımızdan çıxarılmışdır və elə iki təəssürat yoxdur ki, onları arala-
maq mümkün olmasın. Belə olduqda, təxəyyülün bu azadlığı bizə elə də qə-
ribə görünməyəcək. Hələ  mən onu demirəm ki, bu azadlıq ideyaların sadə 
və mürəkkəb növlərə bölgüsünün nəticəsidir. Təxəyyül bu ideyalar arasında-
kı fərqi görəndə, onları asanlıqla ayıra bilir. 
 
IVFəsil 
İdeyaların əlaqəsi və ya  assosiasiyası haqqında 
Təxəyyül sadə ideyaları ayıra və sonra da istənilən formada birləşdirə 
bildiyinə görə, bu qabiliyyətin əməliyyatlarından sərbəst heç nə ola bilməz. 
Lakin qabiliyyəti həmişə və hər yerdə özü ilə uzlaşdırmalı olduğu bəzi ümu-
mi prinsiplər idarə edir. Əgər ideyalar tamamilə  pərakəndə  və bir-biri ilə 
əlaqəsiz olsaydılar, onlar yalnız təsadüfən birləşə bilərdilər; ideyalar arasın-
da birləşdirici bir başlanğıc, bir ideyadan təbii olaraq digərinin törəməsinə 
səbəb olan hansısa bir assosiativ keyfiyyət olmasaydı, sadə ideyalar mütə-
madi olaraq ümumi ideyalara birləşə bilməzdilər (adətdə olduğu kimi). İde-
yaları birləşdirən bu prinsipi qırılmaz bir əlaqə kimi qiymətləndirmək ol-
maz, çünki, artıq qeyd etdiyimiz kimi, təxəyyül üçün belə bir əlaqə yoxdur. 
“Bu prinsipin köməyi olmadan əql iki ideyanı birləşdirə bilməz”, –  demək 
də düzgün deyil, çünki göstərilən bu qabiliyyətdən başqa ikinci bu dərəcədə 
ixtiyari, sərbəst qabiliyyət yoxdur. Biz bu prinsipi adətən üstünlük təşkil 
edən və müxtəlif dillərin bir-birinə son dərəcədə uyğun gəlməsinin səbəbi 
olan mülayim təsirli bir qüvvə  (gentle) kimi nəzərdən keçirməliyik: təbiət 
sanki hər dilə daha çox birləşmək zorunda olan sadə ideyaları işarə edir. Bu 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 188 -
assosiasiyanın yarandığı və əqlə göstərilən yolla sadə ideyadan mürəkkəbə 
keçməkdə köməklik edən belə keyfiyyətlərin üç növü var: oxşarlıq, zaman 
və ya məkanda yanaşı mövcudluq, səbəb və təsir. 
Düşünürəm ki, bütün bu keyfiyyətlərin ideyalar assosiasiyasını yarat-
dığını sübut etməyə ehtiyac yoxdur. Aydındır ki, düşüncəmizdə ideyaları-
mız daima bir-birini əvəz edəndə təxəyyülümüz bir ideyadan ona bənzər hər 
hansı bir digər ideyaya keçid edir və elə bu keyfiyyət də təxəyyül üçün ye-
tərli  əlaqələndirici başlanğıc və assosiasiya kəsb edir. Eynilə aydındır ki, 
duyğular öz obyektlərini dəyişəndə bunu məlum qaydaya əsasən etdikləri və 
bu obyektləri bir-biri ilə  əlaqədə qavradıqları kimi, vərdiş etdiyinə görə    
təxəyyül də bu cür düşüncə tərzini əldə edib öz obyektlərini təsəvvür edər-
kən zaman və məkanda ora-bura qaçmalıdır. Səbəb və təsir münasibətlərinin 
yaratdığı əlaqəyə gəlincə, biz aşağıda onu hərtərəfli araşdıracağıq. Buna gö-
rə  də, burada onu qeyd etməklə kifayətlənək ki, təxəyyüldə  səbəb  və  təsir 
münasibətindən daha güclü əlaqəni yarada bilən və bir ideyanı asanlıqla di-
gərini yaratmağa vadar edən başqa münasibət yoxdur. 
Bu münasibətlərin əhatə etdiyi bütün sahəni dərk etmək üçün biz nə-
zərə almalıyıq ki, təxəyyüldə iki obyekti bir-birilə əlaqələndirən bir obyek-
tin digərinə bilavasitə oxşarlığı, yaxınlığı və ya birinin digərinin bilavasitə 
səbəbi olması deyil. Onları bir-biri ilə bağlayan həmçinin, onların arasında 
yerləşən, onların hər ikisinə bu münasibətlərdən birində olan üçüncü bir ob-
yektdir. Bu münasibət çox uzaqlara gedə bilir, lakin qeyd etmək lazımdır ki, 
obyektlər bir-birindən çox uzaq olanda bu münasibət əhəmiyyətli dərəcədə 
zəifləyir. Uzaq qohumlar bir-biri ilə səbəbiyyət əlaqələrindədir, lakin onlar 
qardaşlar kimi və ya valideyn-övlad kimi bir-biri ilə sıx bağlı deyildirlər. O 
da qeyd olunmalıdır ki, qan qohumluğu səbəb-təsir münasibətinə  əsaslanır 
və bu şəxslərə aid olan əlaqələndirici səbəblərin sayından asılı olaraq yaxın 
və ya uzaq sayılır. 
Yuxarıda göstərdiyimiz üç münasibət arasında  ən genişi səbəbiyyət 
münasibətidir. Əgər bir obyekt başqasının mövcudluğunun səbəbidirsə və ya 
biri ikincinin hərəkətinin səbəbidirsə, onda iki obyekt bir-biri ilə bu cür 
münasibətlərdə olmuş olur. Bu təsir və ya hərəkət sadəcə  məlum nöqteyi-
nəzərdən qiymətləndirilən obyektin özü olduğuna və müxtəlif hallarında da 


Tərçümələr
 
 
 
- 189 -
obyekt özü olaraq qaldığına görə obyektlərin bir-birinə bu cür təsirlərinin 
təxəyyüldə necə əlaqələndiyini təsəvvür etmək çətin deyil. 
Daha dərinə gedəndə məlum olur ki, obyektlər bir-biri ilə səbəb-təsir 
əlaqələrində təkcə birinin digərini hərəkətə gətirdiyi və ya işə saldığı halda 
deyil, həm də bu birinin həm onu, həm də bunu doğurmaq iqtidarında oldu-
ğu halda olurlar. Cəmiyyətdə insanlara bir-birinə təsir etməkdə və bir-birini 
idarəçilik və tabeçilik telləri ilə bağlamaqda yardımçı olan fayda və öhdəlik-
lərə əsaslanan bütün münasibətlərin mənbəyi elə məhz bundadır. Kimin ki, 
zorla və ya razılıq əsasında tutduğu vəzifəyə görə bəzi hallarda nökər adlan-
dırdığımız başqa birisinin hərəkətlərini idarə etmək hüququ var, biz onu ağa 
adlandırırıq. Hakim o kəsdir ki, bütün mübahisəli hallarda öz fikrini bildir-
məklə nəyi isə cəmiyyətin bu və ya digər üzvünün mülkiyyət hüququ kimi 
təsbit edə bilir. Hansısa bir şəxsin hansısa səlahiyyətləri olanda, bu səlahiy-
yətləri həyata keçirmək üçün iradə nümayiş etdirmək lazım gəlir. Bu isə bü-
tün bu kimi hallarda mümkün, bəzi hallarda isə ehtimal olunur. Tabeçilikdə 
olanın itaət etməsinin müdirə xoş gəldiyi, ona əl verdiyi rəhbərlik-tabeçilik 
münasibətlərində bu, xüsusilə gözə çarpır. 
Beləliklə, sadə ideyalarımızın birləşmə prinsipləri, bu ideyaları hafizə-
də birləşdirən qırılmaz  əlaqələri təxəyyüldə  əvəz edən prinsipləri belədir. 
Biz burada cazibə növü ilə üzləşmiş oluruq. Əqli dünyada onun təsirləri tə-
biətdəki qədər qeyri-adidir və hər ikisində müxtəlif formalarda təzahür edir. 
Bu cazibənin təsirləri həmişə açıq-aşkar olur, onların səbəblərinə  gəlincə, 
əsasən naməlum olan bu səbəbləri insan təbiətinin ilkin keyfiyyətləri ilə izah 
etmək olar ki, mən bu izahı vermək iddiasında deyiləm. Həqiqi filosof sə-
bəbləri araşdırmağa həddindən artıq meylli olmamalıdır; kifayət qədər təc-
rübələrin köməyi ilə bu və ya digər doktrinanı müəyyən edən filosof sonrakı 
araşdırmalarının qaranlığa və qeyri-müəyyən mühakimələrə apardığını gö-
rərsə, bununla kifayətlənməlidir. O, tədqiqatında öz prinsipinin səbəblərini 
yox, təsirlərini araşdırmaq məqsədini güdsə, daha yaxşı olar. 
İdeyaların bu birləşməsi və ya assosiasiyasının təsirləri arasında bizim 
düşüncə və mülahizələrimizin adi predmeti olan və adətən sadə ideyalarımı-
zın birləşməsi prinsiplərindən birinin əsasında yaranan mürəkkəb ideyalar 
diqqəti xüsusilə çəkir. Bu mürəkkəb ideyaları münasibət, modus və substan-


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə