Microsoft Word Jurnal 2 2011 Red doc



Yüklə 5,42 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix23.11.2017
ölçüsü5,42 Kb.
#11914
1   ...   59   60   61   62   63   64   65   66   67

Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 190 -
siyalara ayırmaq olar. Bizim fəlsəfənin  əsas hissəsi hesab etdiyimiz bu 
predmetə son qoymazdan öncə qısa olaraq ardıcıllıqla mürəkkəb ideyaların 
göstərilən bütün növlərinə nəzər salaq və buna ümumi və xüsusi ideyalarla 
bağlı bəzi əlavələrimizi edək. 
 
V Fəsil 
Münasibətlər haqqında 
“Münasibət” sözü adətən iki fərqli mənada işlənir: iki (özü də  birinin 
təbii olaraq  digərini doğurduğu) ideyanı  təxəyyüldə birləşdirən keyfiyyət 
mənasında və  təxəyyüldə  hətta ixtiyari belə birləşən iki ideyanı müqayisə 
etməli olduğumuz xüsusi hallar mənasında. Adi, gündəlik nitqdə münasibət 
sözü adətən birinci mənada işlənirYalnız fəlsəfədə biz bu sözün mənasını 
genişləndirir və bu sözlə əlaqələndirici prinsip olmasa belə, istənilən müqa-
yisə predmetini ifadə edirik. Belə ki, məsafəni filosoflar həqiqi münasibət 
hesab edirlər, çünki biz onun haqqında ideyanı obyektləri müqayisə etməklə 
əldə edirik. Amma adətən biz deyirik: filan və filan şeylərdən başqa heç nə 
bir-birindən daha uzaqda ola bilməz, heç nə bir-birinə daha kiçik münasi-
bətdə ola bilməz. 
Obyektlərin müqayisəsini mümkün edən və fəlsəfi münasibət ideyası-
nın yaranmasında köməklik edən bütün bu keyfiyyətləri sadalamaq bəlkə də 
həll olunmaz bir məsələdir. Amma diqqətlə bu keyfiyyətlərə  nəzər salsaq, 
onda görərik ki, onları istənilən fəlsəfi münasibətin mənbəyi olan yeddi 
ümumi bölməyə ayırmaq olar. 
1.
 
Onlardan biri oxşarlıqdır. Bu elə bir münasibətdir ki, onsuz heç bir 
fəlsəfi münasibət mövcud ola bilməz, çünki yalnız aralarında hər hansı bir 
oxşarlıq olan obyektləri müqayisə etmək olar. Oxşarlıq istənilən fəlsəfi 
münasibət üçün zəruri olsa da, bu hələ o demək deyil ki, o həmişə ideyaların 
əlaqə  və ya assosiasiyasını yaradır. Hər hansı bir keyfiyyət çoxlu sayda 
obyektlərə xas olanda, o, əqli bu obyektlərin heç birinə aparmır, amma  
təxəyyülə dərhal həddindən artıq böyük seçim təqdim etməklə ona hansısa 
bir obyektin üzərində dayanmağa imkan vermir. 
 
2.
 
Münasibətin ikinci növü eyniyyətdir. Şəxsi eyniyyətin təbiətini və 
əsaslarını araşdırmadan  (bu məsələyə  aşağıda müvafiq yer ayrılacaqdır) 


Tərçümələr
 
 
 
- 191 -
mən bu münasibəti özünün hərfi mənasında sabit və  dəyişməz obyektlərə 
şamil olunan bir münasibət kimi nəzərdən keçirirəm. Eyniyyət mövcudluğu 
üçün sürəklilik səciyyəvi olan hər bir varlığa xas olduğundan münasibətin 
bu növü ən ümumi münasibətdir. 
 
3.
 
Eyniyyətdən sonra həcminə görə çox geniş olan ikinci münasibət 
uzaq, qonşu, üstdə, altda, əvvəl, sonra və s. kimi saysız-hesabsız müqayisə-
lərin mənbəyi olan məkan  zaman münasibətidir. 
 
4.
 
Kəmiyyət və ya sayla əlaqədar olan bütün obyektləri bu baxımdan 
müqayisə etmək olar. Münasibətlərin daha bir zəngin mənbəyi bax, budur. 
 
5.
 
Hansısa iki obyekt eyni keyfiyyətə malik olduqda, onların bu 
keyfiyyətə malik olma dərəcəsi münasibətlərin beşinci növünü təşkil edir. 
Belə ki, iki ağır obyektdən biri digərindən daha ağır və ya daha yüngül ola 
bilər. Eyni cinsdən olan rənglərin də müxtəlif çalarları olur və bu mənada 
onları da müqayisə etmək mümkündür. 
 
6.
 
Ziddiyyətlilik münasibəti ilk baxışdan  “heç bir münasibət müəy-
yən oxşarlıq dərəcəsi olmadan mövcud ola bilməz” qaydasından istisna kimi 
görünə bilər. Nəzərə alaq ki, mövcudluq və qeyri-mövcudluq ideyalarından 
başqa heç bir iki ideya öz-özlüyündə əks qütblər deyildirlər. Amma bu so-
nuncular oxşardır, çünki qeyri-mövcudluq obyekti zaman və  məkandan 
xaric etsə də, hər ikisi obyektin hansısa bir ideyasını ehtiva edir. 
 
7.
 
Od və su, isti və soyuq və s. kimi səbəb və təsirləri bir-birinə zidd 
olan bütün digər obyektlər təcrübə əsasında əks qütblərə aid edilir. Bu səbəb 
və  təsir münasibəti yeddinci fəlsəfi, eyni zamanda təbii münasibətdir. Bu 
münasibətdə ehtiva olunan oxşarlıq aşağıda araşdırılacaqdır. 
 
Düşünərsiniz ki, sadalananlara mən fərq münasibətini də aid etməli 
idim. Lakin bu münasibəti mən real və ya pozitiv bir şeydən daha çox 
münasibətin inkarı kimi nəzərdən keçirirəm. Eyniyyətləmi, yoxsa oxşarlıqla 
qarşılaşdırılmasından asılı olaraq fərqin iki növünü qeyd etmək olar. 
Birincisi – rəqəm fərqi, ikincisi – növ fərqidir. 


Fəlsəfə və sosial-siyasi elmlər
 – 201
1
, № 

 
 
 
- 192 -
VI Fəsil.  
Moduslar və substansiyalar haqqında 
Mühakimələrinin çox hissəsini substansiya və aksidensiyanın bir-bi-
rindən fərqləri üzərində quran və bizdə onların hər ikisinin ideyasının  
olduğunu zənn edən filosoflardan mən çox məmnuniyyətlə soruşardım: 
substansiya ideyası duyğular təəssüratlarındanmı alınır, yoxsa refleksiya 
təəssüratlarından?  Əgər biz onu hissələrimiz vasitəsilə alırıqsa, onda onu 
hansı hisslər və necə bizə çatdırır? 
Əgər onu gözlərimiz vasitəsilə alırıqsa, onda o, rəng olmalı; əgər qu-
laqlarımız vasitəsilə – onda o, səs, yox, əgər damaqlarımız vasitəsilə alırıq-
sa, onda o, dad olmalıdır. Başqa hisslər barəsində də biz eyni şeyi deyə bilə-
rik. Lakin düşünürəm ki, heç kim substansiyanın rəng, səs və ya dad olduğu-
nu söyləməz. Beləliklə,  əgər substansiya ideyası  həqiqətən  mövcuddursa, 
onda o, refleksiya təəssüratından alınmalıdır. Lakin refleksiya təəssüratları 
ehtiras və emosiyalardan ibarətdir ki, onlardan da heç biri substansiya ola 
bilməz. Deməli, ayrı-ayrı keyfiyyətlərin məcmusu ideyasından başqa bizdə 
heç bir başqa substansiya ideyası yoxdur və bu ideya haqqında danışarkən 
biz bu ideyaya heç bir başqa məna vermirik. 
Həm substansiya ideyası, həm də modus ideyası təxəyyülün birləşdir-
diyi sadə ideyaların toplusundan başqa bir şey deyildir. Həmin ideyalara 
özümüzün və ya başqa adamların hafizəsində bu toplumu yada salmaqda 
köməklik edən xüsusi adlar verilir. Bu iki ideyanın arasındakı fərq isə onda-
dır ki, biz adətən substansiyanı yaradan xüsusi keyfiyyətləri hansısa namə-
lum bir şeyə aid edirik, çünki güman edirik ki, bu keyfiyyətlər bu şeyə aid-
dir. Əgər fərz etsək də ki, bu, fiksiyadır, onda ən azı ehtimal edirik ki, bu 
keyfiyyətləri bir-biri ilə yaxınlıq və səbəbiyyət əlaqələri bağlayır. Bunun nə-
ticəsidir ki, istənilən yeni sadə keyfiyyətlə yerdə qalanlar arasında bu kimi 
əlaqəni görən kimi biz dərhal onu sonuncuların sırasına aid edirik, baxmaya-
raq ki, o, bu substansiya haqqında ilkin təsəvvürlərdə yox idi. Belə ki, bizim 
qızıl haqqında ideyamız əvvəlcə sarı rəngi, çəkini, döyülməsini, ərimə qabi-
liyyətini ehtiva edə bilir. Lakin biləndə ki, qızıl aqua regia
1
-da həll olur, biz 
bu keyfiyyəti yerdə qalanlarına qoşub hesab edirik ki, onun ideyası elə əzəl-
                                                 
1
 Çar arağı 


Yüklə 5,42 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə