vardır. Belə ki, göstəricidə öz əksini tapmış 678 məqalədən 100
məqalənin müəllifi Ə.Əliyevdir. Bu da bu göstəricidə haqqında məlumat
verilmiş məqalələrin 14%-ni təşkil edir.
Bu bölmədə həmçinin “Qanun” jurnalında nəşr olunmuş “Avropa
Şurasının Konstitusional statusu”, “Avropa Şurası hüququ” və s. elmi
xarakterli məqalələr haqında da məlumat almaq olar.
Sonda elektron resurslar bölməsində www.anl.az
və
www.google.az saytlarının elektron ünvanları verilmişdir. Hər halda bu
ünvanlar vasitəsilə də haqqında bəhs etdiyimiz mövzu barədə infor-
masiya verilir.
Kitabın son hissəsi “Müəlliflərin əlifba göstəricisi” adlanır. Bu
bölmə mövzu ilə əlaqədar yazılmış məqalə və kitabların müəlliflərinin
soyadlarının axtarışını xeyli asanlaşdırır.
Ənənəvi metodikaya görə tövsiyə biblioqrafik göstəricilərində öz
əksini tapan informasiya mənbələri mövcud resursun məqsəd və oxucu
istiqamətinə uyğun olan aktual və elmi-nəzəri cəhətdən daha əhəmiyyət-
li hissəsini əks etdirməlidir. Bu baxımdan vəsaitin ümumi informativliyi
tələblərə cavab verir. Lakin yaxşı olardı ki, bu mühüm biblioqrafik gös-
təricidə elmi və elmi-kütləvi xarakterli mənbələrə annotasiya yazılsın.
Bütövlükdə bu biblioqrafik resursu M.F.Axundov adına Azər-
baycan Milli Kitabxanasının biblioqrafik fəaliyyətinin ən mühüm
nəticəsi kimi qiymətləndirmək olar.
Nadir İSMAYILOV
BDU-nun dosenti, pedaqoji elmlər namizədi
KİTABXANA-İNFORMASİYA RESURSLARININ
YERLƏŞMƏSİNİN NƏZƏRİ VƏ TƏCRÜBİ MƏSƏLƏLƏRİ
Müasir kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq elmləri qar-
şısında duran prioritet istiqamətlərdən biri də ölkənin, onun ayrı-ayrı
regionlarının kitabxana landşaftının öyrənilməsi və informasiya re-
surslarının palitrasını müəyyən etmək, məskunlaşmanın dayaq kar-
kaslarında kitabxana-informasiya sistemlərinin yerləşməsi vəziyyətinin
təhlili əsasında əhalinin informasiya təminatının təkmilləşdirilməsinin
yollarını müəyyən etməkdən ibarətdir.
Azərbaycan tarixən kitabxana landşaftının zənginliyi ilə seçilən
regionlardan biridir. Əgər, dünya əhalisinə yarım milyon kitabxana
xidmət göstərirsə, (6,s.125) Azərbaycan Respublikasında 12 mindən çox
kitabxana-informasiya müəssisəsi fəaliyyət göstərir. (1 s.6) Bu da dünya
kitabxana resursunun 2,4%-ni təşkil edir. Azərbaycan Respublikasının
kitabxanalarının informasiya resursları hal-hazırda 150 milyona qədər
çap vahidi ilə ölçülür. Ölkə əhalisinin 9 milyon olduğunu nəzərə alsaq
hər 750 nəfərə 1 kitabxana, hər nəfərə isə təqribən 16,6 çap vahidi
düşdüyü müəyyənləşir. Eyni zamanda bütövlükdə ölkə üzrə, həmçinin
ayrı-ayrı regionlarda kitabxana-informasiya resurslarının düzgün yerləş-
dirilməsi və ondan səmərəli istifadə olunmasının tədqiq edilməsi aktual-
lıq kəsb edir. Ölkənin biblioqrafik informasiya mərkəzlərinin istehsal
etdiyi informasiya resursunun ilkin sənəd kütləsinin axınını əks et-
dirməsi üzrə inkişaf meyllərinin öyrənilməsi nəticəsində müəyyən
olunmuşdur ki, biblioqrafik informasiya ehtiyatının inkişaf səviyyəsi
cəmiyyətin informasiya tələbatına əsasən cavab verir.
Kitabxana-informasiya ehtiyatlarının (6,c.30) yerləşdirilməsində
müxtəlif amillər rol oynayır. Buraya kitabxana şəbəkələrinin quruluşunu
müəyyən edən, kitabxana-informasiya ehtiyatlarının ayrı-ayrı sahə-
lərinin konkret yerləşdirilməsinə təsir edən amilləri, müxtəlif səviyyəli
ərazi-kitabxana sistemlərinin təşkili amillərini aid etmək olar.(8, с.6-9)
Amil dedikdə, hər hansı bir prosesin və ya hadisənin hərəkətverici
qüvvəsi, onun ayrı-aryı xüsusiyyətlərini və ya xarakterini müəyyən edən
səbəblər nəzərdə tutulur. Kitabxana-informasiya ehtiyatlarını yerləş-
dirilməsi və kitabxana işinin ərazi baxımından təşkili amilləri kimi bir
mənalı olmayan məkan şəraiti və bu ehtiyatların məcmusu qəbul
edilmişdir. Kitabxana obyektinin, obyektlər qrupunun, sahə və ya
regionun kitabxana-informasiya sahəsinin strukturunun konkret olaraq
ərazicə yerləşdirilməsi nöqteyi-nəzərdən yuxarıda qeyd olunan amillər
məcmusunun istifadəsilə kifayət qədər rasional nəticələr əldə etmək
olar. Adətən kitabxanaşünaslıqda amillərin tərkibinə aşağıdakıları aid
edirlər:
1) iqtisadi-coğrafi xüsusiyyətləri;
2) demoqrafik amillər;
3) əhalinin yerləşdirmə sistemi;
4) nəqliyyat strukturu;
5) təbii şərait və s.
Kitabxana-informasiya ehtiyatlarının yerləşdirilməsinə təsir edən
əsas amil isə inzibati-ərazi amili sayılır. Belə ki, ərazi öz növbəsində
yalnız ixtisaslaşması ərazinin tələblərinə cavab verən kitabxanaları de-
yil, bütün kitabxanaları əhatə edir. Cəmiyyətdə baş verən dəyişikliklər,
bazar iqtisadiyyatı yerləşdirmənin qanunauyğunluqları, prinsip və amil-
lərinə ciddi təsir göstərir.
Azərbaycan Respublikasında kitabxana-biblioqrafiya resursunun
inkşafında istiqamət diqqəti cəkb edir. Birincisi paytaxt və digər
şəhərlərdə formalaşmış kitabxana resursları, ikincisi, mərkəzdən uzaq
region və digər kiçik yaşayış məntəqələri.
Kitabxananın yerləşdirilməsinin başlıca məqsədi digər kitabxa-
naların fəaliyyəti şəraitində cəmiyyətin informasiya tələbatlarının daha
tam şəkildə ödənilməsinə kömək göstərməkdən ibarətdir. Bu məqsəd
kitabxana işinin ərazicə təşkilinin və inkişafının başlıca vəzifələriylə
uyğun gəlir. İnzibati amirlik sistemi şəraitində kitabxanaların bu və ya
digər regionun ərazisində yerləşdirilməsi haqqında qərar qəbul edən
şəxslərin dairəsi məhdud və nisbətən eyni idi. Kitabxanaların yer-
ləşdirilməsinin mövcud olan prinsipləri nazirliklər və müəssisələr, ida-
rələr qismində mərkəz üçün əsas sayılırdı və ərazinin aşkar passivliyini
şərtləndirdi. Ərazi bu prosesdə yalnız sınaq meydanı kimi çıxış edirdi.
Müasir dövrdə isə regionlarının sosial-iqtisadi inkşafını nəzərə alan
yeni prinsiplərin elmi cəhətdən əsaslandırılmasına zərurət yaranmışdır.
Dəyişən vəziyyət səhmdar cəmiyyətlərin, konsernlərin, assosiasiyaların,
firmaların, ərazi sakinlərinin (əhali, müəssisənin yerli özünü idarə etmə
orqanları və s.) maraqlarının dəqiq əsaslandırılmasına uyğun gəlir.
Birincilər (sahibkarlar) kitabxananın yerləşdirilməsiylə bağlı məsələnin
Dostları ilə paylaş: |