Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   ...   71

Elmira Fikrətqızı 
 
15
nalist  İsmayıl Umudlu və  Kıbrıs mövzusu ” (“Araştırmacı-Gazeteci 
İsmail Umutlu ve Kıbrıs Konusu”) məqalələrini qeyd edə bilərik. La-
kin başlıqlardan göründüyü kimi, bu araşdırmalarda tədqiqatımızın 
obyekti olan ədəbiyyatın yalnız bir nümayəndəsi və ya konkret bir 
ədəbi nümunəsindən bəhs edilmiş, Osman Türkay yaradıcılığı isə 
ümumiyyətlə, araşdırılmamışdır.  
Yalnız sonuncu müəllif Əli Şamil “Quzey Kıbrıs (Mən belə gör-
düm)” kitabında bir şair kimi ondan dünya miqyasında tanınmış bir 
şair kimi bəhs edir.  
Öncə də qeyd etdiyimiz kimi, Kıbrıs ədəbiyyatşünaslığında da bu 
mürəkkəb və sinkretik xarakterli yaradıcılığa malik şairin  ədəbi irsi 
sistemli və kompleks şəkildə araşdırılmamışdır. Bədii yaradıcılığa 
1946-cı ildən başlasa da, şair haqqında ilk məqalələr toplusu 1993-cü 
ildə nəşr edilmişdir. Mustafa Gəncsoyun redaktor olduğu “Toplumun 
səsi” adlı jurnalın həmin ildə  çıxan xüsusi buraxılışı (173-174-cü 
nömrələri) Osman Türkaya həsr olunmuşdur. Burada şairlə bağlı 
müxtəlif məqalələr, resenziyalar, müsahibələr toplanmışdır. Şair haq-
qında növbəti belə  məcmuə 2003-cü ildə  işıq üzü görmüşdür.  Şair-
araşdırıcı  Şövkət Öznur və Tuncay Özdoğanoğlunun birgə hazır-
ladıqları “Kosmos əsri  şairi – Osman Türkay” adlı kitab KKTC-də 
fəaliyyət göstərən “Göyada və Osman Türkay Vəqfi Yayınları” tərə-
findən buraxılmışdır. Müxtəlif məqalə və rəylərdən ibarət bu topluda 
“Toplumun səsi” jurnalından da bəzi materiallar verilmişdir. Bu 
anlamda toplu Osman Türkay haqqında daha dolğun və zəngin infor-
masiya qaynağı kimi xüsusi dəyərə malikdir. Burada prof. dr. Tələt 
Səid Halmanın “Kosmos əsrində bir Spartak” (“Uzay Çağında Bir 
Spartakus”), Əhməd Tolqayın “Osman Türkay barədə şərhlər” (“Os-
man Türkay Üstüne Açıklamalar”), Nevzat Yalçının “Osman Türkay 
üçün”, Mehmet Qansunun “Düşüncə, simvol və sözlərin dərinlik-
lərindən bir Homo-Ludens – Osman Türkay” (“Düşün, İmge ve Söz-
cüklerin Derinliklerinden Sessiz Bir Homo-Ludens: Osman Tür-
kay”), Fikrət Dəmirağın “Kosmik, mifik, mistik və texnoloji olan-
ların  şairi idi”, Nəriman Cahidin “Osman Türkayı da itirdik”, Əli 


Osman Türkayın poetik irsi 
 
 
16
Nəsimin “Dost bir şair üçün, Osman Türkaya hörmət” (“Dost Bir 
Ozan İçin, Osman Türkay’a Saygı), Hikmət Afif Mapoların “Şairlər 
sultanı Türkay”, Yaşar İsmayılın “Bir kosmos əsri adamı – bir şair: 
Osman Türkay” (“Bir Uzay Çağı Adamı, Bir Ozan: Osman Türkay”), 
Doğan Hızlanın “Uyurgəzər”, Müzəffər Uyğunərin “Dünyəvi sə-
yahət” (“Evrenin Düşünde Gezgin”), Mətin Çatanın “Bir şeir oxu-
dum” və digər türk tədqiqatçılarıın məqalə  və resenziyalarında Os-
man Türkay yaradıcılığına münasibətləri ifadə olunmuşdur. Bununla 
yanaşı, prof. dr. Anna Masalanın “Osman Türkaya açıq məktub”, dr. 
Zəkai  Əli Malallahın “İlk kosmos əsri  şairi Osman Türkayın  şeir-
lərini oxuyarkən” (“İlk Uzay Çağı  Şairi Osman Türkay’ın  Şiirlerini 
Okurken”), dr. A. Padmanabanın “Kainat və yaradıcısı  şerə  sığar-
mı?”, dr. A. Padmanaban və dr. Krişna Srinivasın “Kosmik bir səy-
yah, dünya miqyasında bir şair” (“Kozmik Bir Yolcu, Dünya Çapın-
da Bir Şair”), Bent Liljenberqin “Su, şəfəq, mif” (“Su, Şafak, 
Mitos”), Robert Litlin “Ağıl, nağıl və yenilik” (“Akıl, Masal ve Yeni-
lik ”), Əli Əlşəhavinin “Nobelini gözləyən böyük türk şairi” (“Nobe-
lini Bekleyen Büyük Türk Şairi”) və s. kimi amerikalı, avropalı  və 
şərqli tənqidçilərin məqalələrində  şairin poeziyası müxtəlif bucaq-
lardan dəyərləndirilmişdir. Müxtəlif tənqidi görüşləri əhatə edən 60-a 
yaxın məqalə və tezisin toplandığı bu kitabda “kosmos əsri şairi”nin 
poeziya yolu müəyyən dərəcədə  işıqlandırılsa da, bu məqalələrdə 
Osman Türkayın poeziyası  hərtərəfli və  əhatəli şəkildə tədqiq olun-
mur. Topludakı yazıların bəziləri isə şairlə bağlı xatirələr və kitabları 
haqqında resenziyalardır.  
Şairin yaradıcılığı ilə bağlı aparılmış digər tədqiqatlar da möv-
cuddur: prof. dr. Necati Birinci “Osman Türkayın şerində Kıbrıs”, 
prof. dr. Mətin Qaradağ “Müasir Kıbrıs türk ədəbiyyatında Osman 
Türkay şerinin dünyəviliyi” (“Çağdaş Kıbrıs Türk Edebiyatı İçinde 
Osman Türkay Şiirinin Evrensel Boyutları”), “Ağdəniz kültürü 
kontekstində Osman Türkay şeri” (“Akdeniz Kültürü Bağlamında 
Osman Türkay Şiiri”), dr. Ejdan Sədrəzəm “Osman Türkayın ilk 
dövr  əsərlərində sosial elementlər” (Osman Türkay’ın  İlk Dönem 


Elmira Fikrətqızı 
 
17
Eserlerinde Toplumsal Öğeler), Kıbrıslı  tədqiqatçı Gülgün Sərdar 
“Kosmos şairi-Osman Türkay” (“Uzay Şairi Osman Türkay”), şair-
tədqiqatçı  Əli Nəsim “Osman Türkayın dramaturgiyasında fəlsəfi 
elementlər” (“Osman Türkay’ın Tiyatro Oyunlarındaki Felsefi Öğe-
ler”) və s.  
Osman Türkay yaradıcılığı dissertasiya mövzusu kimi Azərbay-
canda və Türkiyədə öyrənilmişdir. Mustafa Yeniasır “Osman Tür-
kayın həyatı  və haqqında yazılanlar” (İzmir, 2003) adlı magistr, 
Mustafa Balcı “Osman Türkayın şeirlərində dil və üslub” (Ankara, 
2004), Elmira Məmmədova “Müasir Kipr türk poeziyasının forma-
laşmasında Osman Türkayın rolu” (Bakı, 2007) adlı namizədlik dis-
sertasiyalarını müdafiə etmişlər.  
Bu mövzuda yazılmış dissertasiyalardan birinin müəllifi olaraq 
bildirməliyik ki, ümumiyyətlə, Kıbrıs türk ədəbiyyatı ilə tanışlığı-
mız və araşdırmalarımız universitet illərindən, magistraturada oxu-
yarkən başlamışdır. Bu ədəbiyyatla tanışlıq və sevginin nəticəsi ola-
raq, 2001-ci ildə “Kipr türk ədəbiyyatı” adlı magistr dissertasiyası 
tərəfimizdən müdafiə edilmiş, elə  həmin ildə  də Azərbaycan Milli 
Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünas-
lıq İnstitutunun “Asiya və Afrika xarici ölkə xalqları ədəbiyyatı” ix-
tisası üzrə əyani aspiranturasına qəbul olunduqda yuxarıda adı çəki-
lən namizədlik mövzusu təklif edilmişdir. Mövzunun yazılması  və 
gərəkli  ədəbiyyatların toplanılması  işində bir çox insanlar qarşı-
sında özümü borclu hesab edərək, hal-hazırda çalışdığım  Şərqşü-
naslıq  İnstitutunun bütün elmi kollektivinə, xüsusilə “Türk filolo-
giyası” şöbəsinə, o cümlədən elmi rəhbərim f.e.n. Barat Osmanova-
ya, AMEA Nizami adına  Ədəbiyyat  İnstitutunun “Türk xalqları 
ədəbiyyatı şöbəsi”nə, bu mövzuya məni yönləndirən hörmətli müəl-
limlərim prof., f.e.d. Cəlil Nağıyev və Əli Şamilə, hər zaman elmi 
dəstək və yardımlarını gördüyüm İsmail Bozqurd, prof. f.e.d. Vaqif 
Sultanlı, prof. dr. Ülker Vancı Osam, Mətin Turan, Harid Fedai
Bülent Fevzioğlu, Suna Atun, Altay Burağan,  Əli Nəsim, Hasibə 
Şahoğlu, Mustafa Balcı, Mustafa Yeniasır, dos. dr. Turhan Kayaya, 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə