Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   ...   71

Elmira Fikrətqızı 
 
11
realizmi  və  tənqidi  realizmin  səciyyəvi,  müsbət  və  mənfi 
tərəfləri  ilə  əlaqədar  konseptual  görüşlərini  əhatə  edən  40‐a 
yaxın  elmi‐publisistik  məqaləsini  təhlil  obyektinə  çevirir  və 
son dərəcə maraqlı, düzgün elmi‐nəzəri fikir‐lər irəli sürür.  
Tədqiqatda  çox  ciddi  bir  ümumiləşdirmə  vardır.  Əsər 
müəllifinin  gəldiyi  və  olduqca  inandırıcı  görünən  elmi  nəti‐
cələri  bu  ümumiləşdirmənin  mahiyyətini  açır.  Bu  mahiyyət 
isə  ondan  ibarətdir  ki,  əsərlərini  iki  dildə  ‐  türk  və  ingilis 
dillərində yazan, modernist şeirdə ədəbi məktəb yaradan şair 
yalnız  XX  əsr  Kipr  türk  poeziyasında  deyil,  dünya  ədə‐
biyyatında  da  bir  ədəbi  şəxsiyyət  kimi  seçilən  sənətkardır. 
Monoqrafiya  tədqiqata  cəlb  edilmiş  mənbə  və  materialların 
zənginliyinə və əhatəliliyinə, nəzəri və praktik əhəmiyyətinə 
görə,  ümumiyyətlə,  bütün  komponentləri  ilə  müasir  tələblər 
səviyyəsində  mükəmməl  bir  elmi‐tədqiqat  əsəridir;  türkolo‐
giyamızda və ədəbiyyatşünaslığımızda yeni bir sözdür.
  
 
Əsgər Rəsulov 
filologiya elmləri doktoru,  
BDU‐nun professoru
 


Osman Türkayın poetik irsi 
 
 
12
“OZANIN RUHU QALASIDIR...” 
 
Türk dünyası, bəlli olduğu kimi, geniş bir coğrafiyanı əhatə edir 
və  Kıbrıs adası, bu ərazidə yaşayan türklər həmin coğrafiyanın 
önəmli tərkib hissəsidir. Təəssüf ki, Sovet imperiyası zamanında 
məlum səbəblərə görə türk xalqlarının ədəbiyyatının öyrənilməsi və 
araşdırılmasında müəyyən məhdudiyyətlər olmuşdur. Amma ciddi 
antitürk  əhval-ruhiyyəli rejimə baxmayaraq, akad. H.Araslı, prof. 
f.e.d. P.Xəlilov, prof. f.e.d. A.Abıyev, prof. f.e.d.. A.Nəbiyev, prof. 
f.e.d. Q.Paşayev, prof. f.e.d. V.Arzumanlı, prof. f.e.d. A.Musayeva, 
prof. f.e.d. T. Məlikli, f.e.d. Ə.Cəfər, f.e.d. C.Nağıyeva, f.e.d Ə.Qu-
liyev, f.e.d A.Babayev, f.e.d Ə.Rəsulov, f.e.d N.Araslı, f.e.d. J.Əli-
yeva, f.e.n. Ə.Əhmədov, f.e.n. G.Quliyeva, f.e.n. V.Nəsiboğlu, 
f.e.n.  А.Qurbanov, f.e.n. M.Gülmalıyev, f.e.n. Z.Haşımov, f.e.n. 
X.Quliyeva-Qafqazlı, f.e.n. B.Osmanova, f.e.n. S.Qasımlı, E.Xə-
lilova, Q.İsmayılov və bir çox başqaları ayrı-ayrı türk xalqlarının 
ədəbiyyatını öyrənmiş  və ya ədəbi  əlaqələr baxımından elmi təd-
qiqat işləri aparmışlar. Lakin Kıbrıs türk ədəbiyyatının tədqiqi sovet 
şərqşünaslığını maraqlandıran aktual bir mövzu olmamışdır. Bu isə 
o dövrdə gedən siyasi-ictimai proseslərin təbii nəticəsi idi. Kıbrıs 
adasında yaşayan türklər və rumlar arasında XX əsrdə baş verən 
münaqişə, türklərə qarşı aparılan soyqırımlarda rusların yunanları 
dəstəkləməsi onların  ədəbiyyatının xüsusi tədqiqat mövzusu kimi 
işlənməməsinin başlıca səbəbi idi. Azərbaycan Respublikası müs-
təqillik əldə etdikdən sonra isə türkologiya sahəsində aparılan elmi 
araşdırmaların tematikası genişləndi, bu sahədə boşluqların dol-
durulması istiqamətində ciddi işlər görülməyə başlanıldı. Belə bir 
sərbəstlik şəraitində türk xalqlarının, o cümlədən Kıbrıs türklərinin 
ədəbiyyatının geniş və əhatəli formada öyrənilməsi də aktuallaşdı.  
Kıbrıs türk poeziyası klassik və müasir mərhələlərində bir çox 
şairlərin yaradıcılığı ilə əlamətdar olmuşdur. Bu poeziya 1571-ci il-
də türklərin adada məskunlaşdırılmalarından sonra intişar və inkişaf 


Elmira Fikrətqızı 
 
13
etmiş, XX əsrdə özünəməxsus təkamül yoluna qədəm qoymuşdur. 
Həmin əsr yüzlərlə şairin yaradıcılığını ehtiva etsə də, onlar arasın-
da ikisi - Özker Yaşın və Osman Türkay öz yaradıcılıq yolları ilə 
həm bu poeziyanı müəyyən istiqamətə yönəltmiş, həm də milli ta-
nınmanın sərhədlərini aşaraq beynəlxalq səviyyədə  şöhrət tapmış-
lar.  
Zəngin yaradıcılığa malik Osman Türkayın çağdaş  Kıbrıs türk 
ədəbiyyatında bir şair, dramaturq və  tənqidçi kimi xüsusi çəkisi 
vardır. Onun yaradıcılıq yolu spesifik xüsusiyyətlərə malikdir və bu 
fərqlənmə  həm məzmun, həm də forma keyfiyyətlərində diqqəti 
cəlb etməkdədir. “Kosmos əsri şairi” adlandırılan bu ədəbi şəxsiy-
yətin yaradıcılığını həm fərdi planda, həm də Kıbrıs türk ədəbiyyatı 
kontekstində araşdırmaq müxtəlif baxımlardan aktuallığa malikdir. 
İlk növbədə bunu qeyd etmək lazımdır ki, Türkay yaradıcılığı dai-
ma yerli və xarici tənqidçilərin diqqət mərkəzində olmuş, lakin 
bədii irsi tam şəkildə öyrənilməmişdir. Bundan əlavə, müxtəlif tən-
qidçilər tərəfindən onun Kıbrıs türk şerindəki mövqeyi dəfələrlə 
vurğulansa da, milli ədəbiyyat tarixindəki xidmətləri tam şəkildə 
açıqlanmamış, dərindən təhlil edilməmişdir. Bu araşdırmanın möv-
zusu həm Azərbaycan elmi-ədəbi mühiti üçün naməlum olan Os-
man Türkayı, həm də onun şəxsində XX əsr Kıbrıs türk poeziyasını, 
eləcə  də  şairi yetişdirən “ədəbi zəmini” tanıtmaq baxımından ak-
tuallıq kəsb edir.  
Kıbrıs türk ədəbiyyatının geniş  səviyyədə elmi araşdırılmasına 
XX  əsrin ikinci yarısından sonra başlanılmışdır. Bu ədəbiyyatın 
görkəmli nümayəndəsi olan Osman Türkayın yaradıcılıq yolu isə 
Azərbaycanda ədəbiyyatşünaslar tərəfindən ayrıca tədqiqat mövzu-
suna çevrilməmiş, Türkiyə  və  Kıbrısda da az sayda araşdırıcıların 
diqqətini çəkmişdir.  
Son dövr Kıbrıs türk ədəbiyyatşünaslığında, xüsusilə DAU 
KAM-ın (Doğu Ağdəniz
1
 Universiteti Kıbrıs Araşdırmaları  Mər-
                                                           
1
 Aralıq dənizi 


Osman Türkayın poetik irsi 
 
 
14
kəzi) keçirdiyi elmi-praktiki sempoziumların nəticəsi kimi, adı 
çəkilən  ədəbiyyatın daha sistemli şəkildə  tədqiqinə başlanılsa da, 
Osman Türkayın  ədəbi  şəxsiyyəti və  bədii-publisistik yaradıcılığı 
kifayət qədər araşdırılmamışdır.  
Bu Mərkəzin keçirdiyi elmi-praktiki konfranslarda azərbaycanlı 
tədqiqatçılar da iştirak etmiş  və daha çox müqayisəli  ədəbiyyat-
şünaslıq baxımından apardıqları araşdırmaları  təqdim etmişlər. Bu 
tədqiqatlardan prof., f.e.d. C.Nağıyevin “Kıbrıs-Azərbaycan folklor 
əlaqələri və ortaq türk mədəniyyəti” (“Kıbrıs – Azerbaycan Folklor 
İlişkileri ve Ortak Türk Kültürü”), prof., f.e.d. İ. Öməroğlunun “Kıb-
rıslı yazıçı İsmayıl Bozqurdun romanlarında insan mövzusu” (“Kıb-
rıslı Yazar İsmail Bozkurt’un Romanlarında  İnsan Konusu”), prof., 
f.e.d. K.V.Nərimanoğlunun “Şimali Kipr Türk Respublikasının Türk 
Dünyası ilə əlaqələrinə ümumi bir baxış” (“Kuzey Kıbrıs Türk Cum-
huriyeti’nin Türk Dünyası  İle  İlişkilerine Genel Bir Bakış”), prof., 
f.e.d. S.Kazımoğlunun “Kıbrıs türklərinin  ədəbiyyatı  və Türk Dün-
yası
2
”, prof. t.e.d. Güllü Yoloğlunun “Kıbrıs  şifahi xalq ədəbiyyatı 
haqqında tədqiqlər” (“Kıbrıs Türk Halk Edebiyatı Üzerine Araştır-
malar”), dos., f.e.n. L.Tağızadənin “Rus qaynaqlarında ümumi Kıbrıs 
ədəbiyyatı” (“Rus Kaynaklarında Genel Kıbrıs Edebiyatı”), dos., 
f.e.n. C.Əmirovanın “Türk atalar sözlərinin xüsusiyyətləri (Uyğur, 
Türkiyə, Azərbaycan, Kıbrıs atalar sözləri  əsasında)” (“Türk Ata-
sözlerinin Özellikleri Üzerine (Uygur, Türkiye, Azerbaycan, Kıbrıs 
Atasözleri Esasında)”), f.e.n. T. Abbasxanlının “Azərbaycan və Kıb-
rıs türklərinin toy adətləri”, “Özkər Yaşın və  Məmməd Araz şeir-
lərində  vətən sevgisi”, E.Bəşirovanın “Azərbaycan və  Kıbrıs baya-
tılarının müqayisəli cəhətləri” (“Azerbaycan ve Kıbrıs Manilerinin 
Karşılaştırılmalı Özellikleri”), F.Vəliyevanın “Kıbrıs nağılları haq-
qında” (“Kıbrıs Masalları Üzerine”), Ə.Şamilin “Kıbrıs Azərbaycan 
mətbuatında” (“Kıbrıs Azerbaycan Medyasında”), “Araşdırıcı-jur-
                                                           
2
  Təkrara yol verməmək üçün Türkiyə türkcəsi ilə tam eynilik təşkil edən və ya 
yalnız fonetik fərqə malik olan əsər adlarının orijinal variantı verilməmişdir – E.F.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə