Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
45
keçirilirdi. Bir işə birbaşa rəhbərlik və  gömrük müəssisələrinin fəaliyyətinin 
nəzarət və  təftiş edilməsi Gömrük nəzarəti  şöbəsinin rəisinin səlahiyyətinə 
daxil edilirdi. Rəisin köməkçiləri (onlardan biri müavin statusunda idi) 
gömrük nəzarəti  şöbəsinin gömrük hissəsinin idarə edilməsi üzrə onun 
birbaşa əməkdaşı hesab edilirdi.  
Gömrük müəssisələrinin vəzifələri aşağıdakılar idi: a) xüsusi qayda-
lara uyğun olaraq, fiziki şəxslərin  əl yüklərinin və baqajlarının xüsusi 
qaydalara müvafiq sərhəddən xaricə və ya əksinə yoxlanılaraq buraxılması; 
b) Xalq Xarici Ticarət Komissarlığının sərəncamlarına uyğun olaraq idxal 
və ixracına icazə verilmiş malların qəbulu, qeydə alınması, mühafizəsi və 
yola salınması, eyni zamanda bu hallarda nəzərdə tutulan gömrük rüsum-
larının tutulması; c) gizli daşınmasına cəhd edilən malların qəbulu, qey-
diyyatı  və mühafizəsi, belə hallarda aid cinayət işlərinin açılması  və Xalq 
Xarici Ticarət Komissarlığının sərəncamlarına uyğun olaraq müsadirəsi 
nəzərdə tutulan mallara aid işlərin istiqamətləndirilməsi. Gömrük müəs-
sisələri gördükləri işin həcmindən asılı olaraq birinci, ikinci, üçüncü dərəcəli 
gömrükxanalara və gömrük postlarına bölünürdü. 
Bundan  əlavə, Xalq Xarici Ticarət Komissarlığına gömrükxanaların 
aşağı  dərəcədən yuxarı  dərəcəyə  və ya əksinə, gömrük postlarını gömrük-
xanaya və ya gömrükxananı gömrük postuna dəyişdirmək hüququ verildi. 
Gömrük postlarından yalnız sərnişinlər və  əl yükləri keçirilə bilərdi. 
Malların idxalı  və ixrac əməliyyatları mütləq gömrükxanalarda keçirilməli 
idi. Gömrükxanaların və buraxılış postlarının şəxsi heyəti rəisdən (gömrük-
xana), həmçinin müdirdən (gömrük postu) və  zəruri sayda  məmurlardan 
təşkil edilirdi. 
Əsasnaməyə görə  hər bir müəssisədə  məmurların sayı Gömrük nəza-
rəti  şöbəsinin təqdimatı  əsasında Xalq Xarici Ticarət Komissarlığı  tərə-
findən dəyişdirilə bilərdi. Gömrük müəssisəsinin qanunauyğun fəaliyyətinə 
rəis cavabdehlik daşıyırdı, heç bir mülki və ya hərbi icra hakimiyyətinin və 
idarələrin gömrük işinə aid sərəncamların yerinə yetirilməsinə müdaxilə edə 
bilməzdi.  Əksinə, bütün icra hakimiyyətləri bu müəssisələrin qanuni 
tələblərinə  əməl etməli,  gömrük işi ilə bağlı  məsələlər istisna edilməklə, 
digər məsələlər barəsində  Xalq  Xarici  Ticarət Komissarlığına müraciət 
etməli idi. 
 Əsasnamədə gömrük məmurları haqqında göstərilirdi ki, gömrük 
xidmətinin bütün şəxsi heyətinin, o cümlədən gömrükxana rəisləri və 
köməkçiləri, post müdirləri, gömrükxana müfəttişləri və  nəzarətçiləri, 
birinci dərəcəli gömrükxanalarda pakhauz və gəmi nəzarətçilərinin təyinatı 
və  vəzifədən azad edilməsi Xalq Xarici Ticarət Komissarlığı  tərəfindən 
həyata keçirilir. Digər qulluqçuların işə  təyini və azad edilməsi Gömrük 
nəzarəti  şöbəsinin səlahiyyətinə daxildir. Xüsusilə  çətin həyat  şəraiti olan 
ərazilərdə yerləşən gömrük müəssisələrinin  ştat cədvəlində müəssisənin 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
46
dərəcəsindən asılı olmayaraq qulluqçuların əmək haqlarının artırılması üçün 
əlavə mükafat tətbiq edilirdi [118, 426-428]. 
Maraqlıdır ki, həmin dövrdə nəşr olunan bəzi jurnallarda Azərbaycan 
SSR-in 1920-1922-ci illərdə yürütdüyü iqtisadi siyasətinin nəticələri, o 
cümlədən gömrük siyasətinin əsas xüsusiyyətlərinin təhlil olunduğu yazılar 
verilirdi. Məsələn, Azərbaycan SSR Ali İqtisad  Şurasının orqanı olan 
“Ekonomiçeskiy vestnik” (İqtisadi xəbərlər) aylıq jurnalının həmin illərə aid 
bir neçə nömrəsində Azərbaycanın ticarət və  sənaye sahələrində vergi 
siyasəti, xarici ticarət və maliyyə  məsələləri ilə yanaşı gömrük siyasətinin 
vəziyyəti haqqında müxtəlif müəlliflərin yazıları dərc olunurdu. Məcmuənin 
1922-ci l 15 avqust tarixli nömrəsində  dərc edilmiş  “Gömrük siyasəti 
məsələlərinə dair” adlı  məqalədə Azərbaycan SSR-in yeritdiyi gömrük 
siyasətinin bəzi xüsusiyyətləri araşdırılmışdır. “M.D” imzası ilə çıxış edən 
müəllif mövcud gömrük siyasətinin azad ticarət prinsipləri üzərində 
qurulduğunu, lakin qəbul edilmiş sistemdə  bəzi təxirəsalınmaz dəyişiklik-
lərin həyata keçirilməsinin tələb olunduğunu qeyd edirdi. gömrük siyasə-
tində aşağıdakı meyllər müşahidə olunurdu:  
1) “inhisara alınan mallar” məsələsi azad ticarəti məhdudlaşdırmaqda 
davam edirdi; 
 2)  xarici  ticarətlə  məşğul olan əhali hansı malların idxal-ixracının 
qadağan edildiyi və ya hansı mallara kimin icazə verməsi haqqında dolğun 
məlumatı yoxdur və bu vəziyyət müvafiq qaydaların ümumiləşdirilib dərc 
edilməsi ilə həll edilə bilərdi;  
3) sovet respublikalarından Azərbaycan SSR-ə malların idxalı tama-
milə sərbəstdir və heç bir gömrük yığımına cəlb edilmirdi;  
4) qonşu sovet respublikalarına  ərzaq malları  və texniki materiallar 
istisna olmaqla ixrac əməliyyatları  sərbəst surətdə  həyata keçirilə bilərdi; 
Lakin burada təşkilatı  cəhətdən uyğunsuzluq yaranmışdır. Qeyd edilən 
malların ixracına icazə verilməsi iki orqandan – bir tərəfdən Sənaye və 
Ticarət Komissarlığı, digər tərəfdən isə Ərzaq Komissarlığı məşğul olurdu;  
5)  ərzaq mallarının ixracından gömrük rüsumu tutulur. Bu səmərəli 
üsuldur, ona görə ki, indiki vaxtda bizim respublikadan ərzaq məhsulları ilə 
bərabər, texniki materialların, maşın və avadanlıqların ölkədən daşınmasının 
məhdudlaşdırmalıdır. Lakin xüsusi icazələrin ayrı-ayrı təşkilatlar tərəfindən 
verilməsi tamamilə qeyri-rasional üsuldur. Ərzaq Komissarlığı  ərzaq 
mallarının mübadiləsini qurmaqda maraqlı olsa da, öz siyasətini gömrük 
orqanı vasitəsi ilə həyata keçirməlidir;  
6) gömrük siyasətini vahid ticarət aparatı vasitəsilə  həyata keçirmək 
lazımdır. Belə ki, indi bir çox müəssisə və təşkilatlar lisenziyalar verilməsi 
və ya qadağan etmə  işinə girişmişlər. Hətta Maarif Komissarlığı belə, iri 
həcmli musiqi alətlərinin İrana daşınmasına lisenziya verirdi


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə