Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə6/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   2   3   4   5   6   7   8   9   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
17
Komissarlığının yerli təşkilatlarına, o cümlədən bütün gömrükxana və 
sərhəd mühafizəsi dəstələrinə xüsusi göstəriş alana qədər fəaliyyətlərini 
davam etdirmələrinə göstəriş verilirdi [8, 12, 182-183]. 
Azərbaycan Hərbi İnqilab Komitəsinin 19 iyul 1920-ci il tarixli dekreti 
ilə xarici ticarətə aid bütün məsələlərin həlli xüsusi müvəkkil təyin edilən 
Mdivaninin səlahiyyətinə verildi. Gömrük rüsumları  şöbəsi bütün gömrük 
məntəqələrini xəbərdar edirdi ki, sərhəd zolağından 7 verst aralı  məsafədə 
malların daşınmasına icazə sənədini yalnız Azərbaycan İnqilab Komitəsinin 
xarici ticarət üzrə Xüsusi müvəkkili və ya onun təyin etdiyi digər  şəxslər 
imzalaya bilər [9, 13, 74, 76]. 
Maliyyə Komissarlığının Gömrük şöbəsindən Bakı quberniyası ərazi-
sində yerləşən gömrük məntəqələrinə göndərilən 1920-ci il 8 avqust tarixli 
təlimata əsasən Lənkəran və Cavad qəzaları dövlət tədarükü rayonları elan 
edildiyinə görə bu yerlərdən taxıl məhsullarının çıxarılması qadağan edilir, 
taxıl və taxıl məhsulları  Ərzaq Komissarlığı  və onun agentlərinin sərən-
camına keçirdi [10, 14, 79]. 
Sovet hakimiyyətinin ilk aylarında Azərbaycan siyasi səbəblər 
üzündən xarici ticarət tərəfdaşlarını itirdiyinə görə idxal-ixrac əməliyyatları 
demək olar ki, aparılmırdı. Bakı gömrükxanasında işlər tamamilə dayan-
mışdı. Bunu nəzərə alan gömrük şöbəsinin rəisinin Maliyyə komissarına 
yazdığı 1920-ci il 12 iyul tarixli məktubunda Bakı gömrükxanasının  şəxsi 
heyətinin ümumi sayının 11 ştat vahidi qədər ixtisar edilməsi təklif olun-
muşdu [18, 118]. 
Əmək haqlarının gecikdirilməsinə görə  və gömrükxana əməkdaş-
larının digər dövlət idarələrinə könüllü dəyişilməsi ilə əlaqədar işdən imtina 
etməsi geniş hal almışdı. Gömrük məntəqələrində “kadr axıcılığı”nı nəzərə 
alaraq, Azərbaycan SSR Maliyyə komissarı  vəzifəsini icra edən 
H.Tağıyevin imzaladığı  22 iyul 1920-ci il 222 saylı əmrlə qulluqçuların öz 
təşəbbüsləri ilə iş yerlərini tərk edərək digər müəssisələrə keçməsi qadağan 
edildi.  Əks təqdirdə, həmin  əməkdaşlara hərbi-inqilabi tribunalı qarşısında 
cavab verəcəkləri haqqında xəbərdarlıq edilirdi [8, 77]. 
Arxiv sənədlərindən aydın olur ki, 1920-ci il aprelin 29-dan iyunun 1-
dək gömrük işçilərinin ödənilməyən  əmək haqqı barəsində sovet hakimiy-
yətinin yenicə yaradılmış qurumları arasında yazışmalar aparılmışdı. 
Maliyyə komissarının 17 iyun tarixli telefonoqramı ilə gömrükxanaların 
azərbaycanlı qulluqçularına iyun ayının birinci yarısı üçün 80 faiz əlavələr 
daxil edilməklə ödənilməsi, ayın ikinci yarısında isə 1500 manat avans 
verilməsi haqqında göstəriş verilmişdi [5, 31]. 
Azərbaycan SSR Maliyyə Komissarlığı Gömrük şöbəsinin rəisi 
A.Qolovanın imzaladığı  və 1920-ci ilin may ayında respublikanın bütün 
gömrük müəssisələrinə ünvanlanan 1887 saylı  məktubda göstərilirdi: 
“İnqilab Komitəsinin mayın 17-də keçirilən yığıncağının fəhlə  və 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
18
qulluqçuların  əmək haqlarının həcmi və normaları haqqında qərarına 
əsasən aprelin 28-nə  qədər və haliyədə gömrükxanalarda çalışan 
əməkdaşlara  Əmək Komissarlığında hazırlanmış stavka hesabı ilə  hər bir 
işçiyə 3000 manat avans verilsin. 28 apreldən sonra sovet müəssisəsinə işə 
qəbul edilən və indiyə  qədər  əmək haqqı almayan qulluqçulara əmək 
haqqının əvəzinə 6000 manat avans ödənilsin” [6, 55]. 
Sovet hakimiyyətinin ilk günlərində Bakı  və digər gömrükxanalar 
yenidən təşkil olundu və Azərbaycan SSR Maliyyə Komissarlığının 
Gömrük hissəsi idarəsinin tərkibinə daxil edildi. Gömrük hissəsi gömrük və 
sərhəd mühafizəsi şöbələrindən ibarət idi. Azərbaycan İnqilab Komitəsinin 
1920-ci il tarixli dekreti ilə Bakı gömrükxanasının xüsusi əhəmiyyət 
daşıması  nəzərə alınaraq müvəqqəti olaraq Hərbi-Dəniz işləri üzrə Xalq 
komissarlığına tabe edilmişdi [215, 1920, № 196]. 
Siyasi rejimin təbiətindən irəli gələn bəzi istisnalara baxmayaraq 
(başlıca olaraq XX yüzilliyin 20-30-cu illərində) gömrük məmurları öz peşə 
vəzifələrini yüksək səviyyədə yetirirdi. Sovet hakimiyyəti illərində Bakı 
gömrükxanasının rəhbər vəzifəli  şəxsləri aşağıdakılar olmuşdur: 
L.İ.Budzınski (1918-ci il 19 oktyabr) - AXC dövrü; Ə.T.Məmmədzadə 
(gömrük komissarı, 1920-ci il, 28 aprel), Məcid  Əfəndiyev (1923-cü il), 
Əhməd Düdənginski (rəis müavini, 1920-1924-cü il), Anton Semyonoviç 
Hasilava (1924-cü il), Məcidov (1925-1926-cı il), D.V.Veselyov (1926-cı 
il), A.N.Solovyov (rəis müavini, 1926-1927-ci illər), Freynman (1927-ci il), 
Sumbatov-Topuridze (1927-1928-ci illər), N.F.Rudolin (1929-1930-cu 
illər),  Əhməd Rzayev (rəis müavini, az sonra Azərbaycan gömrük rayonu 
inspektoru), A.S.Şafirov (1934-cü il), M.K.Mixasko (1935-ci il), 
P.İ.Samonin (rəis müavini, 1935-1937-ci illər), P.N.Pervuşin (1938-1939-cu 
illər), A.İ.Petrosyan (rəis əvəzi, 1939-1941-ci il), Kuzmin Kazimir (1944-cü 
il),  Əli Bala Məlik oğlu  Əliyev (rəis müavini, 1945-1949-cu illər), 
İ.N.Poleşşuk (1946-1949-cu illər), L.N.Bobrov (1950-1952-ci illər), 
K.D.Zaloznı (1952-54-ciü illər), V.T.Kovalçuk (1955-1957-ci illər), 
E.M.Zülfüqarzadə (1958-1987-ci illər), R.M.Əsədzadə (1987-1988-ci illər) 
və N.Ə.Məmmədov (1988-ci ildən).  
1920-ci il may ayının məlumatına əsasən, Bakı gömrükxanasında 170 
nəfər çalışırdı. Gömrükxana rəisi Leonard Budzinski, müavini Sarux bəy 
Qurbanbəyov, müfəttiş  vəzifəsində 1908-ci ildən gömrük orqanlarında 
çalışan  Əhməd bəy Düdənginski (1883-cü ildə doğulub) idi. Lakin Hərbi-
dəniz xalq komissarı  Əliheydər Qarayevin 1920-ci il avqustun 3-də 
imzaladığı əmrlə Bakı gömrükxanasının şəxsi heyətinin tərkibində dəyişik-
liklər aparıldı. Qeyd edilən əmrlə Bakı gömrükxanasında müfəttiş, xəzinədar 
köməkçisi və  tərcüməçi vəzifələri ləğv olundu, bundan əvvəl müfəttiş 
vəzifəsində olan Əhməd Düdənginski Sarux bəy Qurbanbəyovun yerinə 
gömrükxananın rəis müavini təyin edildi [7, 291]. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə