Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə89/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   85   86   87   88   89   90   91   92   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
217
ötmüş malların satışından 1249872 manat (50,3 faiz), müsadirə edilən qaçaq 
malların satışından isə 33229 manat (1,5 faiz) və 1438 manat (0,07 faiz) 
digər gəlirlər daxil olmuşdu [82, 59]. 
Yuxarıda adları qeyd edilən sənədlər – SSRİ-nin 1991-ci il Gömrük 
Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanun təsdiq edilməmişdən öncə 
Gömrük  Əməkdaşlığı  Şurasında (GƏŞ), Tarif və Ticarət haqqında Baş 
Sazişin (GATT) mənzil-qərargahında baxılmışdı. Bu qanun layihələri göm-
rük işinin beynəlxalq təcrübədə  qəbul edilən ümumi prinsiplərinə uyğun 
olduğuna görə müsbət qiymətləndirilmişdi. Bu sənədlər öz dövründə ölkədə 
gömrük işinin təşkili sahəsində qismən də olsa, islahatlar aparmağa imkan 
verdi. Yeni Məcəllə gömrük sistemində üçpilləli idarəçiliyi qanuniləşdirdi: 
mərkəzi gömrük orqanı – regional gömrük idarələri – gömrükxanalar.  
DGNBİ-ni  əvəz edən yeni mərkəzi orqan Gömrük Komitəsi oldu. 
SSRİ Prezidentinin 15 iyun 1991-ci il fərmanı ilə Komitənin  Əsasnaməsi 
təsdiq edildi. Yeni Gömrük Məcəlləsində iki orqanın – Gömrük-tarif Şurası 
və narkotik vasitələr və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriy-
yəsinə qarşı mübarizə üzrə koordinasiya Şurasının yaradılması  nəzərdə 
tutulurdu. Lakin, 1991-ci ilin Gömrük Məcəlləsi və Gömrük tarifi haqqında 
Qanun nisbətən mütərəqqi sənədlər olsalar da, hər halda iqtisadiyyatın, 
xarici iqtisadi əlaqələrin və gömrük işinin idarə edilməsinə inzibati-amirlik 
metodları ilə yanaşmanın təsiri yetərincə hiss olunurdu.  
1991-ci ildə yeni və son sovet Gömrük Məcəlləsi və Gömrük Tarifi 
qəbul edildi. Məcəllə gömrük sisteminə müasir yanaşma ilə  fərqlənirdi. 
Həmin sənədə  əsasən yerlərdə gömrük sisteminin yeni qurumlarının və 
təşkilatlarının yaradılmasına başlanıldı. Bakı gömrükxanasının bazasında 
Respublika Gömrük İdarəsi təşkil olundu. Gömrük xidmətinin fəaliyyətini 
stimullaşdırmaq məqsədi ilə Nazirlər Kabineti “Gömrük fəaliyyətinin bəzi 
növlərindən daxil olan vəsaitlərin istifadə olunması haqqında” 1991-ci il 6 
sentyabr tarixli 304 nömrəli qərarı oldu. Azərbaycanın fəaliyyətdə olan 
Bakı, Astara və Culfa gömrükxanalarının siyahısına həmin il daha 4 
gömrükxana – Gəncə, Binə, Xudafərin və  Sədərək gömrükxanaları  əlavə 
edildi. 1992-ci ilin yanvarında, SSRİ dağıldıqdan az sonra Azərbaycanda bu 
sahə üzrə idarəetmənin yeni strukturu – Dövlət Gömrük Komitəsi yaradıldı. 
Azərbaycanın gömrük xidməti həmin dövrdə cəmi 150 nəfər şəxsi heyətə, 7 
gömrükxana, 3 gömrük postuna və çox məhdud yük və  sərnişin dövriy-
yəsinə malik idi.  
1991-ci ildən başlayaraq xarici ticarətdə liberallaşdırma prinsipinin 
elan edilməsi xarici iqtisadi fəaliyyətlə  məşğul olanların sayını kütləvi 
surətdə artırdı. Bütün bunlarla bərabər, təsərrüfat mexanizminin yenidən 
qurulması, o cümlədən xarici ticarət sahəsində müəssisə  və  təşkilatlara 
xarici tərəfdaşlarla birbaşa  əlaqə saxlamaq hüququ verilsə  də, dövlət 
maraqlarının tənzimlənməsində köhnəlmiş formalar işə yaramırdı. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
218
Digər tərəfdən, gömrük tənzimlənməsinin çox məhdud vasitələrə 
malik olması xarici ticarət münasibətlərində kontragentlərlə  əlaqələrin 
formalaşmasında ciddi maneə idi. Real vəziyyət xarici iqtisadi əlaqələr və 
gömrük tənzimlənməsinin daha müasir, dinamik və çevik metodlarla idarə 
edilməsini, gömrük orqanlarının  funksiya genişləndirilməsini tələb edirdi. 
 SSRİ-nin yeni Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” 
qanunu sovet dövrünün əvvəlki gömrük qanunvericilik aktlarından daha 
mütərəqqi və radikal olmasına baxmayaraq, real həyatda yeni tipli gömrük 
sisteminin yaradılması mümkün olmadı. SSRİ süqut etdikdən sonra, Rusi-
yada, MDB üzvü olan digər respublikalarda, o cümlədən Azərbaycanda 
milli gömrük xidmətləri təşkil edildi. Keçmiş SSRİ  ərazisində  fəaliyyətdə 
olan gömrükxanaların 5 faizi və onların  əmlakı Azərbaycanda qaldı.


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
219
 
 
 
 
NƏTİCƏ 
 
Sovet dövlət aparatının yaradıldığı ilk illərdə gömrük mühafizəsinin 
tarixən formalaşmış xidməti vəzifələrini həyata keçirən orqan kimi yox, 
daha çox sərhəddə dövlət maraqlarını qoruyan siyasi orqan kimi baxılırdı. 
Azərbaycan  İnqilab Komitəsi və Azərbaycan SSR XXTK-nin təsdiq 
etdikləri Əsasnaməyə görə, gömrük və sərhəd mühafizəsi arasında malların 
gizli daşınması və qaçaqmalçılığın qarşısının alınması sahəsində funksiyalar 
bölüşdürüldü. Azərbaycan sovet hökumətinin gömrük işinin müxtəlif 
sahələrinə aid qəbul etdiyi bir sıra qərarlar respublikanın xarici ticarət və 
gömrük-tarif siyasətinin formalaşmasına təsir etdi. 
1920-1921-ci illərdə Azərbaycan XKS-nin birbaşa nəzarətində olan 
gömrükxanalarda Azərbaycanın nəfinə gömrük rüsumlarının yığılması 
RSFSR hökumətini narahat etməyə bilməzdi. sovet dövlət quruculuğunun 
ilk illərində Azərbaycan  İnqilab Komitəsinin xarici ticarətin milliləş-
dirilməsi və mal mübadiləsi aparılmasında müstəsna səlahiyyətin respublika 
Xarici Ticarət Komissarlığına verilməsi haqqında dekreti bu sahədə 
müstəqil siyasət yeritmək cəhdi idi. Qısa vaxt ərzində olsa da, xarici 
dövlətlərlə ticarət münasibətlərinin qurulması sahəsində danışıqların aparıl-
ması, ictimai təşkilat və fiziki şəxslərlə ticarət sövdələşmələrinə  rəhbərlik 
edilməsi yalnız bu komissarlığa tapşırıldı; 
Sovet Rusiyası Azərbaycanda maraqlarının siyasi, hüquqi və iqtisadi 
təminatının yaradılmasına can atırdı. Azərbaycan Rusiyaya hər şeydən əvvəl 
yanacaq təchizatçısı, rus mallarının satış bazarı  və güclü dəniz nəqliyyatı 
qovşağı kimi lazım idi. Azərbaycan SSR-nin gömrük xidmətinin idarə 
edilməsinin Moskvaya tabe edilməsinin də kökündə bu maraqlar dururdu. 
Rusiya Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrinə mane olmaqla 
ixrac potensialımızdan digər dövlətlərə qarşı  təsir vasitəsi kimi istifadə 
edirdi. Neft sənayesini və balıq vətəgələrini xarici dövlətlərə konsessiyaya 
verməklə, normal idxal-ixrac tarifi və gömrük vergiləri tətbiq etməklə 
respublikamız böyük mənfəət əldə edə bilərdi. Əksinə, xeyli miqdarda nefti 
və digər strateji xammallar digər sovet respublikalarına əvəzi ödənilmədən 
daşınırdı. 
ZSFSR İttifaq Soveti sovet respublikaları arasında ticarəti sərbəst elan 
edərək bütün gömrük məhdudiyyətlərinin ləğv edilməsini nəzərdə tutan 
qərar qəbul etdi. “Zaqafqaziya Sovet Respublikası Gömrük İdarəsinin təşkili 
haqqında” 1922-ci il 24 sentyabr tarixli  dekreti ilə gömrük nəzarəti Azər-
baycanın tabeçiliyindən çıxarıldı.  


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə