Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

 

111


бядии  шякилдя  якс  етдирир.  Ону  да  дейяк  ки,  Нясиминин 

тяригят шеирляринин щцдудларыны бязян айырмаг олмур. 

Суфийаня  бир  нцмунядя  щцруфийаня  елемент,  эюрцш  вя 

идейалар  юзцнц  тязащцр  етдирдийи  кими,  щцруфийаня 

поетик  юрнякдя  дя  тясяввцф  бахышлары,  онун  мцяййян 

нотлары,  спектрляри  бу  вя  йа  диэяр  дяряъядя  юзцня  йер 

тапыр. 

Ялбяття, 



бу 

тясяввцф 

вя 

щцруфилик 

тялимляринин  щцдудларынын  бир-бириндян  там 

айрылмамасы иля баьлыдыр. Щяр ики тялимин хейли 

фяргли ъящятляри олса да, охшар, ейни вя бир-бирини 

тякрар  едян,  цст-цстя  дцшян  ъящятляри  дя  чохдур. 

Беля ки, бунлар  арасындакы фярг, ясасян, щярф, сюз вя 



нитгя, 

Аллащ-инсан 

бянзярлийиня 

(щцруфиляр 

«нцсхейи-кябир»  вя  «нцсхейи-сяьир»  проблеминдя  даща 

радикал  вя  ифрат  мювгедян  чыхыш  едиб  икинъини 

биринъинин  микроварлыгда  тязащцрц  щесаб  едирдиляр), 

инсанын  цзцня  вя  ондакы  хятляря  (щцруфиляр  бурада 

да  ифрата  варырдылар),  рягямляря  вя  с.  мцнасибятдя 

юзцнц  эюстярирди.  Вящдяти-вцъуд,  бязми-язял,  ешг, 

мястлик,  вящдят  вя  кясрят,  ирфан,  мадди  дцнйанын 

щиъраны  вя  ъяфасы,  инсанлары  дини,  ирги  вя  ъинси 

яламятляря эюря йох, камил вя ъащил хислятя малик 

олмаларына эюря фяргляндирмяк, Щагга говушмаг вя 

с.  мясяляляря  мцнасибятдя  ися  онларын  бахышлары 

арасында  еля  бир  фярг  нязяря  чарпмырды.  Щяр  ики 

тяригятин нязяри-идеоложи иснад гайнаьы, ясасян, Гу-

ран, сцння вя щядисляр иди. 

 

112



MAHMUD ŞƏBÜSTƏRİ VƏ ONUN  

«GÜLŞƏNİ-RAZ» POEMASINDA  

TƏRİQƏT GÖRÜŞLƏRİ 

 

Orta  əsrlər bədii-fəlsəfi fikir tariximizin görkəmli nüma-



yəndələrindən biri də Mahmud Şəbüstəridir. XIII yüzilliyin 

sonu və XIV yüzilliyin əvvəllərində yaşamış M.Şəbüstəri, 

əsasən, görkəmli alim, filosof, şair, sufi-panteist baxışların 

məşhur nəzəriyyəçilərindən biri kimi tanınmışdır. O, fars dilli 

Azərbaycan  ədəbiyyatının nümayəndəsidir. Çünki bizə  məlum 

olan bütün əsərlərini fars dilində yazıb yaratmışdır. 

Qısa bir ömür yaşamış sənətkarın həyatı barədə çox az mə-

lumat vardır.  Şeyx Sədəddin Mahmud ibn Əminəddin 



Əbdülkərim ibn Yəhya Şəbüstəri Təbrizi 1287-ci ildə Təbriz 

yaxınlığındakı  Şəbüstər qəsəbəsində anadan olmuşdur. Doğul-

duğu yer Şəbüstər qəsəbəsi olsa da, bəzən «Təbrizi» nisbəsi ilə 

də xatırlanır. Onun vəfat tarixi bəllidir. Bu tarix şairin 

Şəbüstərdə Gülşən adlanan bağçada yerləşən qəbir daşının 

üstündə aşkar şəkildə qeyd olunmuşdur. Həmin yazıda deyilir: 



«Yüksək rütbəli  şeyx hicri qəməri 720 (m.1320 – Y.B.)-ci ildə 

33 yaşında fani dünyadan əl çəkib əbədi dünyaya köçmüşdür» 

(53, 193).  M.Şəbüstərinin təvəllüd tarixi də bu məlumat 

əsasında dəqiqləşir. Deməli, sənətkar 1287-ci miladi ilində 

Şəbüstərdə anadan olmuş, cəmi 33 il yaşamış  və 1320-ci ildə 

Şəbüstərdə  vəfat etmiş  və orada da dəfn olunmuşdur. Onun 

barəsində nisbətən dolğun və çox dəyərli məlumat verən 

M.Tərbiyət yazır:  «Onun qəbri  Şəbüstər qəsəbəsində Gülşən 



adlanan bağçanın ortasında müəllimi Bəhaəddin Yəqub Təbrizi 

ilə bir məqbərədədir. Hal-hazırda bu məqbərə ziyarətgahdır. 

Məqbərə müruri zamanla uçduğuna görə Hacı Mirzə  Ağası 

ömrünün sonunda məqbərəni təmir etdirmiş  və hicri qəməri 

1267 (m.1850)-ci ildə  Şeyx Mahmudun qəbrinin üstünə iki 

böyük mərmər daşı qoydurmuşdur» (53, 193). 


 

113


Sonralar da M.Şəbüstərinin qəbri bir neçə  dəfə  təmir və 

bərpa olunmuşdur. Görkəmli azərbaycanlı səyyah Hacı Zeyna-

labdin Şirvani özünün «Riyazül-səyahə» əsərində Şəbüstərinin 

Kirmana getdiyini, orada evləndiyini, uşaqları və nəvələri oldu-

ğunu göstərir.  İranda vaxtilə baş  vəzir olmuş Mahmud Cəmin 

də bu nəsildən, yəni sənətkarın nəvələrindən olduğu söylənilir. 

Şairin oğlunun onun «Gülşəni-raz» poemasına  şərh yazan ilk 

müəlliflərdən olduğu da bəllidir. 

M.Şəbüstəri «Səadətnamə» məsnəvisində özünün tərcü-

meyi-halına aid bəzi qiymətli məlumatlar verir. Ömrünün 

böyük bir hissəsini səyahətdə keçirdiyini, Misiri, Suriyanı, 

Hicazı, həmçinin Azərbaycan və İranın bir çox yerlərini gəzdi-

yini, ömrünü elm, bilik və tövhid öyrənməyə həsr etdiyini, bir 

sıra alim, arif və  şeyxlərlə görüşdüyünü, çoxlu rəvayətlər və 

hikmətli sözlər toplayıb onlardan qiymətli  əsərlər yaratdığını 

söyləyir: 



 

Uzun zaman boyu, nə qədər ki, ömr etdim, 

Biliyi, tövhidi öyrənməyə həsr etdim. 

Ey dostlar, Misir, Şam, Hicaz ölkələrində, 

Gecələr, gündüzlər gəzib səfər etdim. 

İllər, aylar boyu fələk kimi dolandım, 

Sınaqdan hər kəndi, hər şəhəri keçirtdim. 

Bu fənn üzrə bir çox alimlərin, şeyxlərin, 

Hər ölkə, diyarda mən görməyinə getdim. 

Bir çox rəvayətlər, sözlər mən toplayaraq, 

Onlardan qiymətli çox əsərlər yaratdım. 

Hikmətli sözlər və qələbələrdən orda, 

Az-çox nə varsa mən hamısını qeyd etdim. (53, 193-194). 

 

Təbii ki, böyük cəfakeşliyi, səyi, istedadı, fitri qabiliyyəti



səyahəti, görüb götürmək bacarığı və s. nəticəsində M.Şəbüstəri 

yüksək bilik əldə etmiş, bir neçə dili və bir sıra elmləri, o cüm-

lədən ilahiyyat, fəlsəfə, astronomiya, məntiq, etika, psixologiya 

 

114



və s.-i dərindən mənimsəmişdi. O, qədim yunan və şərq fəlsə-

fəsinə, həmçinin dini elmlərə və təsəvvüf təliminə də yaxından 

bələd olmuşdur. M.Şəbüstərinin dərs aldığı müəllimlər cərgə-

sində o dövrün tanınmış müdərrislərindən olan Şeyx Bəhaddin 

Yəqub Təbrizinin və Şeyx Əminəddin Təbrizinin də adları çə-

kilir. Onun qəbri də  Şəbüstərdə müəllimi  Şeyx Bəhaddin 

Yəqub Təbrizi ilə bir yerdədir. 

Orta əsr təzkirəçilərindən Ə.Cami, S.H.Bayqara, Ə.Ə.Razi, 

L.Azər, R.Hidayət və b. sənətkarın həyatı, bədii fəaliyyəti, fəl-

səfi görüşləri, yaradıcılığı, onun «Gülşəni-raz»  əsərinə yazılan 

şərhlər barədə müəyyən məlumatlar vermişlər. Lakin bu məlu-

matlar o qədər də əhatəli deyil. 

 

*  *  * 


 

Uzun ömür yaşamayan M.Şəbüstəri yüksək biliyi, dərin 

elmi-fəlsəfi hazırlığı  və istedadı, həmçinin gənclik illərindən 

etibarən yazmağa başladığı dəyərli, dərin elmi məzmuna, bədii 

siqlətə malik əsərləri ilə çox tez şöhrətlənmiş, Yaxın və Orta 

Şərqin məşhur münəvvərləri cərgəsinə daxil olmuşdur. Onun 

yaradıcılığı xeyli zəngin və maraqlıdır. Filosof şairin «Şahid-

namə», «Həqqül-yəqin fi mərifətü-rəbbül-aləmin» («Aləm-

ləri yaradanı tanıtdırmaq üçün gerçək həqiqət»), «Miratül-

mühəqqiqin» («Həqiqət arayanların güzgüsü»), «Gülşəni-

raz» («Sirr gülşəni»), «Səadətnamə»  və s. kimi əsərlər 

yazdığı bəllidir. Qaynaqlar onun lirik poeziya sahəsində də öz 

qələmini sınadığını, xüsusilə bir sıra qəzəl və rübailər yazdığını 

da xəbər verir. Şəbüstəri bir mütərcim kimi də  fəaliyyət 

göstərmiş  məşhur alim, mütəsəvvüf və ilahiyyatçı imam 

Qəzalinin  «Minhacül-abidin» («Abidlərin yolu»)  əsərini 

ərəbcədən fars dilinə tərcümə etmişdir. 

Bəzi tədqiqatçılar «Kənzül-həqayiq» («Həqiqətlər xəzinə-

si») adlı poema – məsnəvini də bu mütəfəkkir  şəxsiyyətə aid 

edirlər. Lakin Azərbaycan alimlərindən Q.Məmmədzadə  və 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə