Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

123


Mütləq varlıq Allahdır. Yoxluq, heçlik isə onun 

güzgüsüdür ki, həmin mütləqin mövcudluğu heçliklə  aşkara 

çıxıb bəlli olur: 

 

Mütləq varlıq üçün heçlik aynadır, 

Haqq nurunun əksi onda peydadır. 

Heçlik varlıq ilə qarşı duranda 

Onda bir əks oldu peyda bir anda. 

 

Şəbüstəriyə görə görən də, görünən də, göz də Haqqın özü-



dür. Başqa sözlə: «Edir hər zərrədən Günəş tamaşa». 

Bu mütəfəkkir sənətkar da mütəsəvvüflər kimi bir darı də-

ninə bənzər kiçik insan qəlbini imanın məskəni, ilahi məhəbbə-

tin məkanı hesab edir. Hədisi-qüdsdə deyildiyi kimi: «Möminin 



qəlbi Allahın  ərşidir». Maddi aləmə  məxsus olan hər cür zid-

diyyət insan qəlbinə sığır. O, insanı gah İblisə, gah da Adəmə 

döndərir, sanki mələk divdə, şeytan mələkdə gizlənir. Kafirdən 

mömin, mömindən isə kafir törəyir və s. Həm də bu 

ziddiyyətlər mütləqdir, bir-birindən asılıdır və biri digərini 

tamamlayır: 



 

Ürək bir dən qədər olsa da xırda, 

Tanrının mənzili ordadır, orda 

Onda toplanmışdır hər iki aləm, 

O gah İblis olur, gah da ki Adəm. 

Bax necə qarışıb düz iki dünya; 

Hurilər divlərlə, mələk şeytanla. 

Toxumla məhsul tək bağlıdır, birdir, 

Kafirdən mömindir, mömindən kafir. 

 

Bir nöqtənin dairəvi hərəkətindən çevrə əmələ gəldiyi kimi 



vahid Haqq zatının təcəllisindən çoxlu sayda xilqət zühur et-

mişdir. Aşkar olmaları onları cüzvlər aləmində  həbsə salmış, 

məyusluğa düçar etmişdir. Hər bir zərrənin pərdəsi, yəni surəti 

 

124



altında isə Cananın – Allahın can bağışlayan gözəl üzü gizlən-

mişdir. 


Bütün xilqətin insan naminə, insanın isə Allahı tanımaqdan 

ötrü yaradıldığını, buna binaən  «Mən gizli bir xəzinə idim, öz 



varlığımı aşkar etmək və tanıtmaq üçün xilqəti yaratdım» hədi-

sini xatırladan mütəfəkkir şair insanı özünü dərk etməyə, «na-

danlıq sarayından» çıxıb kamilliyə qovuşmağa çağırır. 

Varlığın yaradılış nizamında  əvvəlcə  əqli-küllün, sonra 

nəfsi-küllün, ərşin, kürsünün, fələklərin və s.-in, nəhayət, yerin, 

dörd ünsürün, üç mövludun (mədənat, nəbatat, heyvanat), lap 

sonda – yaradılış nizamının yekununda isə insanın xəlq olundu-

ğunu söyləyən M.Şəbüstəri təsəvvüf düşüncəsinin yaradılış sis-

teminə aid baxışlarını elmi-fəlsəfi  şəkildə izah edir. Müəllif 

«Üfüqlər haqqında fikirləşmə qaydası» adlı parçada göy cism-

ləri, planetlər və s. barədə astronomik düşüncələrini verir. Sə-

ma, onun ənginlikləri, ulduzlar və xilqətin sonsuz sayda olma-

sına baxmayaraq, hər  şeyin Xaliqin hökmü və  əmri altında 

olmasını söyləyir. 

İnsanı  ən üstün, xilqətdə son məqsəd sayan, Tanrının Yer 

və Göyü zinətləndirib onun ixtiyarına verdiyini, ona ilahi ruh, 

ağıl, qüdrət və iradə verdiyini söyləyən Şəbüstəriyə görə insan 

ən gözəl başlanğıcdır ki, ən sonda yarandı, gözəl bir sirdir ki, 

aşkar oldu. 

Şair belə hesab edir ki, təfəkkürün sonu heyrətdir

Növbəti sual «mən» və «özündən özünə səfər etmək» barə-

dədir: 


 

«Mən» kimdir? Sən mənə «mən»dən ver xəbər? 

Nədir öz-özündə eyləmək səfər? 

 

Başqa cavablarda olduğu kimi burada da sənətkar 



«vəhdəti-vücud» təlimi mövqeyindən çıxış edir və bildirir ki, 

«mən» vücudi-mütləqə ibarəylə edilən işarədir: 

 


 

125


O mütləq varlığa etsən işarə 

Onu bildirməyə «mən»dir ibarə. 

 

Başqa sözlə, «mən» tək olan həqiqətin (Haqqın) varlıqdakı 



surətlər şəklində təzahürünə obrazlı şəkildə verilən addır. Həm 

də «mən» təkcə, bəzilərinin düşündükləri kimi yalnız ruh deyil. 

Bu ağıla söykənənlərin yanlış nəticəsidir. Bütün xilqətdəki can 

və bədən, surət və məna «mən»in hissələrindən yaranıb: 



 

Artıqdır bədəndən, candan sənlə mən, 

Yaranıblar «mən»in hissələrindən

 

İnsan isə özü kiçik bir aləmdir («nüsxeyi-səğir»dir). 



Çoxluq bildirən bütün ədədlərdə «bir» olduğu kimi kəsrət 

aləmində də vahid olan vücudun nuru vardır. «Sən» və «mən» 

isə yalnız cismlərin fərqli olduğu maddi dünyaya aiddir. Məz-

həb və dinlər,  şəriətin hökmləri də ancaq bu aləm üçündür. 

Çünki bu hökmlər cana və  bədənə bağlıdır. «Mən» və «sən» 

etidalı ortadan qalxdıqda isə  nə kilsə, nə  məbəd, nə  də  Kəbə 

qalır. 

«Özündən özünə səfər etməyi» şair salikin surət aləmindən 

məna aləminə, zahirdən batinə getdiyi yol kimi mənalandırır. 

Hansı ki bu yol iki addamlıqdır. Əslində zahir də, batin də insa-

nın özündədr. İnsan o cəmdir ki, təkin özüdür. O təkdir ki, cə-

min özüdür. Əgər insan Haqq zatının təzahürüdürsə, onun 

zahirdən batinə – məna aləminə  səfəri özündən özünə  səfər 

etməsidir. Bu sirri anlamaq o adama nəsib olur ki, cüz' aləmin-

dən küll aləminə səfər etmiş olsun. 

M.Şəbüstəri  4-cü suala verilən cavabda «müsafir»in və 

«kamil insan»ın da kim olduğunu izah edir. Müsafir salik, 

mürid və Haqq yolçusudur. Allaha doğru səfər edir. İmkandan 

(xilqət aləmi, maddi varlıq) çıxıb vacibə (ilahi aləm) üz tutur. 

Müsafir öz əslini bilib ona qayıtmaqdan  ötrü mənəvi səfərə 

çıxan kimsədir:  

 

126


 

Bir də deyirsən ki, kimdir yol gedən? 

Ancaq öz əslini bilən, dərk edən. 

Kəşf edir aləmi çıxıb imkandan, 

Vacibə üz tutur, qaçır nöqsandan. 

Müsafir odur ki, tez gedər yüyrək, 

Özünü təmizlər tüstüdən od tək. 

İlk seyrin əksinə gedər mənzili, 

Ta ki insanların olar kamili. 

 

Tanrı zatından onun əmri ilə yaranan və ayrılan insan məna 



(ruh) halında «qövsi-nüzul»a (enmə qövsü) girər, müxtəlif 

aləmlərdən keçib aləmi-nasutə (insanın yaşadığı hissi aləm) 

enər, maddi bədənlə qovuşar. Dünyanın zahiri cəlal, sərvət və 

nemətlərini görər, həvavü həvəsə meyl edərək nəfsani ehtiras-

ların girdabına düşüb həqiqət yolunu azar. Bu insan üçün ilk 

seyrdir ki, aldadıcı mahiyyətə malikdir. İlk seyr dünyanın hər 

cür ötəri gözəlliklərinə, müsbət və mənfi istəklərinə aludəçilik-

dir. Yox əgər ilahi varlığın nurunu görüb onun cazibəsinə düş-

sə, nəfsin və hissi aləmin cazibəsindən qurtuluş tapa bilsə

həqiqi iman yoluna yetişmiş olar. 

Bütün zahiri aləmi unudub həqiqət yolunu tutan müsafirin, 

salikin iradəsi Haqqın rizası ilə birləşər. Mənəvi saflaşma vasi-

təsilə öz varlığını yox sanar, Tanrı varlığından başqa hər  şeyi 

(masiva) unudar. Ta ki insanların kamilinə çevrilər.  «Qövsi-

üruc» («yüksəliş qövsü») vasitəsilə islam peyğəmbəri kimi 

meraca yüksələr. Son nöqtə olan insanlıq nöqtəsi yenidən ilk 

nöqtəyə – mütləq varlığa qovuşar və dairə qapanar. 

M.Şəbüstəri sufizmdəki mərhələləri (şəriət, təriqət, mərifət, 

həqiqət) xatırladır. Bunların yığcam poetik-fəlsəfi şərhini verir. 

Eyni zamanda bir rəhbər kimi peyğəmbərlərin və  vəlilərin 

insanlığı düz yola çəkmədə rolunu xatırladır. Peyğəmbərlərdən 

sonuncusuna – islam peyğəmbərinə daha çox üstünlük verir, 

hətta sufi inamında qərarlaşdığı tərzdə yaradılış sistemində ilk 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə