Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

131


insan elə bir uca xilqətdir ki, kainatda aşağıda və yuxarıda hər 

nə varsa, nümunəsi insanın cismində  və canında mövcuddur. 

Dünya da insan kimi varlıqdır, insan onun canı kimi, o isə 

insanın bədəni timsalındadır. Məhşərdə  hər nə olacaqsa, 

bənzəri insanda var. İnsan varlığındakı  ən ali nemət, ilahi lütf 

Tanrı eşqidir ki, ilahi məstlik və xumarlıq yaradır. Bu sevgi elə 

bir şərbət, məstedici içkidir ki, ondan gözəl ləzzət, dövlət, zövq, 

şövq yoxdur. Onun sonu isə heyranlıqdır. 

Poemada 12-ci suala binaən qədim (Allah) və mühdəsin 

(sonradan yaradılan) bir-birindən necə ayrılması, birinin 

Tanrı, o birinin isə aləm (Qeyb və  Şəhadət aləmi) olması 

məsələlərinə  də toxunulur. Sonradan yaradılan aləm  Ənqaya 

(cismi olmayan, ancaq varlığı  təsəvvür edilən  əfsanəvi quş, 

təsəvvüfdə Haqqın mərifəti və saf eşq simvolu kimi də işlənir) 

bənzədilir. Bir xəyalı xatırladan mühdəs aləminin  qədimdən 

başqa bir şey olmadığı göstərilir.  Əslində bu şərh  əvvəlki 

cavabların məntiqi ilə uzlaşır və geniş izahat tələb etmir. 

Məlum olduğu kimi, sufilərin özünəməxsus  terminolo-

giyası vardır. Bir sıra söz və ifadələr təsəvvüfdə öz həqiqi 

mənasından fərqli, rəmzi anlamda işlədilir. Həmin istilahların 

mənalarını bilmədən təsəvvüf ideya və görüşlərini də tam 

şəkildə anlamaq mümkün deyil. 

«Gülşəni-raz»da Hüseyn Hərəvinin sorğularına müvafiq 

olaraq  13-15-ci suallara verilən cavablarda bəzi  sufi 



istilahlarının mənaları açılır: göz, dodaq (ləb, ləl), saç (zülf), 

xətt  (üzdəki zərif tük), xal, üz, şam,  şərab,  şahid  (gözəl), 

xərabət, xərabəti, büt, zünnar, tərsalıq (xristianlıq) və s. bu 

qəbil rəmzi terminlərdəndir. 

M.Şəbüstəri göstərilən istilahların  şərhinə keçməzdən 

əvvəl ümumiləşmiş  şəkildə  nəzərə çatdırır ki, Tanrı günəşinin 

əksi olan bu dünyada hər  şey sac, xətt, xal, qaş  və  s.  kimi  öz 

yerində  və  məqamındadır. Dünya nizamında yerində olmayan 

bir zərrə belə yoxdur. Allahın təcəllisi gah camal (gözəllik), 

gah da cəlal (əzəmət, böyüklük) şəklində zühur edir. Zülf və üz 

 

132


həmin mənaya bir işarədir. Haqqın  lütf  və  qəhr sifətləri də 

vardır ki, gözəllərin üzündə  və saçında bunların hər ikisinin 

əlaməti mövcuddur: 

 

Hər nə bu aləmdə olmuşsa əyan, 

Ancaq o günəşin əksidir hər an. 

Sanki zülf, xətt, xal, qaşdır bu dünya, 

Hər şey öz yerində görünür əla. 

Təcəlla gah camal, gah da cəlaldır, 

Zülf, üz o mənaya xas bir misaldır. 

Lütf ilə qəhrdir Haqqın sifəti, 

Üz ilə zülf olub onun nisbəti 

 

Şairə görə söz məna aləminin hikmətini anlatmaq üçün bir 



vasitə olsa da, bu hikməti və sirləri sözlə tam şəkildə nə ifadə 

etmək, nə də anlatmaq mümkündür. Çünki məna aləmi sonsuz-

dur, sözlə, dillə onu şərh etmək imkan xaricindədir. Hətta vəcd-

lə duyulan bir mənanı belə dillə anlamaq çətindir: 



 

Məna aləminin yox nəhayəti, 

Sözlə nə bilinər onun qayəsi. 

Vəcd ilə bir məna bildirsə əgər, 

Dil onu sözlərlə necə söyləyər? 

 

Ağıllı insan söz və mənaya enərək mənanı ifadə etməkdən 



ötrü uyğun gələn sözlər seçir. Fikir və mətləbini izah edir. Bu 

zaman sözlər həm həqiqi, həm də  məcazi mənada ola bilər. 

Sözlə müqayisə və təşbehlər yaradıla bilər. 

Bir-biri ilə bağlı olduğu üçün M.Şəbüstəri  göz  və  dodaq 

istilahlarının mənalarını paralel şəkildə  şərh edir. Bəllidir ki, 

göz təsəvvüfdə rəmzi anlayış kimi, əsasən, bəsirət, yəni görüm 

vasitəsi kimi işlədilir. O, az-az hallarda mənfi, çox zaman isə 

müsbət səciyyəli termin kimi işlədilir. Gözün mənfi çalarlı 

məna tutumu onunla bağlıdır ki, insan zahiri dünyanı gözlə 



 

133


görür. Maddi dünyanın zahiri, aldadıcı  və ötəri gözəllikləri 

gözlə görüldüyündən, ona yaranan meyl və istəyin vasitəçisi də 

göz olduğundan, bir görüm vasitəsi kimi o, bədəni yanlış yola 

çəkə bilər. Başqa sözlə, şəhadət aləminin insanı (qulu) çaşdıran 

və nəfsani yola sövq edən aldadıcı gözəllikləri gözlə görülüb, 

sonra könüllə sevilir. Bununla belə, irfani təfəkkürdə göz daha 

çox müsbət məna kəsb edir. İlahi bəsirət və Haqqın müşahidəsi 

«göz» (çeşm) termini ilə ifadə edilir. Görülən, bəsirət həm Al-

laha, həm də bəndəyə aid edilir. Belə ki, Allahın bəndəyə nəzə-

ri, baxışı da görümlə  əlaqəlidir. Tanrı öz baxışı ilə  bəndəsinə 

lütf və inayət ehsan edir. İnsan isə batini görümlə Haqqın 

müşahidəsinə varır, onun həqiqətlərini daxili, yəni məna gözü 

ilə görür. 

Eyni zamanda gözə aid müəyyən hallar vardır. Məsələn: 

məstlik  və  xumarlıq;  naz  və  qəmzə  və s. gözün məstliyi və 

xumarlığı incəlik, gözəllik, qürur, etinasızlıq  əlaməti,  naz və 

qəmzə isə istiğna, biganəlik nişanəsidir. 

Dodaq isə sufizmdə kəlam, ruh, həyat, fəna, yoxluq və s. 

simvolik anlamlarda işlədilir. Allah kainatı sözdən («kon» - 

«ol») yaradıb, söz isə dodaq və ağız vasitəsilə ifadə edilir. De-

məli, varlığın qərarlaşmasında dodaq bir vasitəçidir. Həm də 

həqiqətlər, ilahi sirlər, dil və sözlə şərh edilir ki, bu da dodaq və 

ağız vasitəsilə mümkün olur. «Gülşəni-raz»da göz və dodaqla 

bağlı bir parçaya nəzər salaq: 

 

Bax ki, gözdən olur nə şahid peyda, 

Lazım olanları sən gözlə burda. 

Gözündən istədi məstlik, xumarlıq, 

Ləlindən var oldu büsbütün varlıq. 

Onun gözündəndir ürəklər xumar, 

Ləlindən gizlənmiş pərdədə canlar. 

Gözündən ürəklər qəmlərə ortaq, 

Ləli xəstə cana dərmandır ancaq, 

Gözünə, doğrudur, görünmür aləm, 

 

134



Dodağı lütf edər aləmə hər dəm. 

 

Zülf sayca çoxdur, qaradır, gözəlin üzünü örtür, çox zaman 

əyri və qıvrım olur, uzundur və s. Bu kimi məziyyətlərinə görə 

saç təsəvvüfdə mümkün aləmin, kəsrətin, nəfsi istəklərin, mad-

di dünyanın əyri işlərinin, azğınlıq və çaşğınlığın, zülmət və qa-

ranlığın, Haqq (məşuq, yar, canan) ilə  bəndə (aşiq) arasında 

pərdə yaradan, Haqqın sirlərini və gözəlliyini (üzünü) örtüb ona 

hicab olan Şəhadət aləminin simvolu kimi işlədilir: 

 

Uzundur cananın zülfünün sözü, 

Ondan nə deyəsən, bir sirdir özü. 

...Onunla zəncirə düşdü ürəklər, 

Canlar haray saldı hər axşam-səhər. 

...Onun hər qıvrımı fitnə torudur, 

Şuxluqda ucunu göstərir, odur. 

...O zülf, o üz bənzər gecə-gündüzə, 

Nə qədər oyunlar göstərir bizə. 

 

Saçın pərişanlığı maddi dünyanın müztəribliyinin, 



həmçinin bəndənin, qulun bu hicran diyarındakı pərişanlığının, 

pəjmürdə və qərib halının timsalı kimi mənalandırılır. 

«Gülşəni-raz»da  xətt Haqqın böyüklüyü, onun camal 

sifətinin və ilahi sirlərin insan üzündəki təzahürü,  əbədilik 

nişanəsi, üz isə Tanrı gözəlliyinin əlaməti kimi dəyərləndirilir. 

«Səbbül-məsani» (Qurana qiriş olan 7 ayədən ibarət  «Fatihə» 

surəsi) adlandırılan insan üzünü Allah-taala öz gözəlliyinin bir 

nişanəsi kimi gözəl biçimdə yaratmışdır.  Əgər saç şəhadət 

aləmi və onun çoxsaylı  işləridirsə, xətt hər tükünün altında 

Haqqın sirr aləminə  məxsus minlərlə elm dənizi gizlənən 

mübhəm və əsrarlı bir varlıqdır. Cananın su kimi lətif və gözəl 

üzündəki xəttə baxıb onun qəlbindəki ilahi ərşini görmək 

mümkündür: 



 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə