Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə34/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

135


Burda xətt deyəndə düşün kibriya

Üz desən canlansın hüsn ilə xuda. 

Üzü gözəllikdə yaratdı bir xətt, 

Dedi: - Yad deyilik biz hüsnə, əlbət. 

...Görsən sən üzünü, xəttini, bişək, 

Kəsrəti vəhdətdən seçmisən, demək. 

...Hər tükün altında gizli bir məna, 

Sirlər aləmindən minlərlə dərya. 

Canan üzündəki o gözəl xətdən 

Haqq ərşi qəlbində o suya bax sən. 

 

M.Şəbüstəri üzdəki qara nöqtəyə  bənzər  xalı  təsəvvüf 



istilahı olaraq vəhdət mərkəzi, bütün varlığı əhatə edən dairənin 

ortasında qərar tutan vəhdəti-vücuda işarə kimi izah edir. Xal 

öz rənginə və formasına görə ürəyə bənzədilir. Ürək isə imanın 

məskənidir. Həmçinin hədisdə deyildiyi kimi «möminin qəlbi 



Allahın evidir». Sənətkar obrazlı  şəkildə bildirir ki, bilmirəm 

ürəkmi xalın surətidir, yoxsa xalmı ürəyin əksidir. 

Şair onu da göstərir ki, məna əhlinə görə şərab, şam və şa-

hid (gözəl) elə mənanın özüdür ki, hər bir surətdə özünü büruzə 

verir. Daha doğrusu, şam və şərab irfan nurunun zövqüdür. 



Şam irfan işığı, ilahi həqiqətləri dərk etmək üçün lazım olan 

bilik, ali mərifətdir ki, bunanla qəlbə nur düşür və  mənəvi 

yüksəlişə nail ola bilirsən.  Şərab isə Tanrı sevgisi və  eşqi, 

vücudü-küllə olan məhəbbətdir ki, onun feyzi və zövqü kamil 

bəndəyə əvəzolunmaz mənəvi-ruhi qida və nəşə verir. Kainatda 

hər nə varsa, onun təsirindən sərxoş olur. Ağıl, mələklər, can, 

bütün yer, fələklər  və ulduzlar həmin şərabın – sevginin təsi-

rindən məstliyə düçar olmuşdur. Bir sözlə, şərab bəndəni varlıq 

pisliyindən təmizləyən məstlik və saflıq vasitəsidir. 

Xərabət məna əhlinə görə, meyxanə, şərab içilən yer, baş-

qa sözlə, rəmzi anlamda xanəgah (təkkə, zaviyə) ilahi bilik, 

mərifət və Haqq sevgisi öyrədilən və  qazanılan məkandır. Hə-

min sufi icmalarında mürid, salik mürşidin (saqi) rəhbərliyi ilə 

 

136


ilahi elmi və eşqi əxz edir. Xərabəti dedikdə isə xərabət, yəni 

xanəgah əhli, salik, mürid, səyyar, Haqq yolçusu nəzərdə tutu-

lur. Xərabət heç bir şeyin qayğısını  çəkməyən aşiqlərin məs-

kəni, «laməkan aləminin astanası»dır. 



Şahid, yəni gözəl dedikdə isə Haqqın özü nəzərdə tutulur. 

Çünki mütləq, həqiqi və  əbədi gözəllik yalnız Allaha məx-

susdur. 

Büt, zünnar (xristianların bellərinə bağladıqları qurşaq) və 

tərsalıq (xristianlıq)  qal  əhlinin  nəzərində küfr hesab edilir. 

«Gülşəni-raz» müəllifinə görə bu əsl həqiqəti dərk etməyən 

zahir əhli, qal əhli üçün belədr. Məna əhlinə, irfani təsəvvürə 

görə isə  büt  eşq və  vəhdət məzhəri, həqiqi sevgili, zünnar 

Haqq  yolunda xidmətə bağlanmaq, salikin təriqət yolunda 

etdiyi xidmət və itaət, tərsalıqsa kamil mürşid, hər cür dünyəvi 

həvəslərdən, pis sifətlərdən qurtulan və ali mənəvi-ruhani 

məqama yüksəlmiş irşad sifətlərinin təcəllisi, ruhi yüksəliş 

anlamındadır. M.Şəbüstəriyə görə küfr də, din də varlığa bağlı 

olduğundan tövhidlə bütpərəslik arasında heç bir fərq yoxdur. 

Çünki maddi gerçəklikdəki bütün əşyalar vahid bir varlığa – 

Allaha bağlıdır. Belə ki, varlıqdakı bütün əşyaları, o cümlədən 

də bütü Allah yaratmışdır. Ona görə  də büt pis ola və küfr 

hesab edilə bilməz. O səbəbə görə ki«yaxşıdan sadir olan hər 



şey yaxşıdır».  Əgər bütü də, başqa məxluqatı da Allah-taala, 

yəni yaxşı yaradıbsa, onlara pis demək olmaz: 



 

Büt burda məzhərdir eşqə, vəhdətə, 

Zünnar qurşanmaqdır Haqqa xidmətə. 

Küfr, din varlığa bağlıdır deyə, 

Fərq yoxdur tövhidlə bütpərəstliyə. 

Əşyalar varlığa olmuşdur məzhər, 

Onlardan biri də deyilmi bütlər? 

Bir yaxşı fikirləş, ey ağılla kəs, 

Varlıq baxımından büt deyil əbəs, 

Onu da yaratmış uca yaradan 


 

137


Yaxşıdır baş versə, hər nə yaxşıdan. 

 

M.Şəbüstəri təsəvvüfi nöqteyi-nəzərdən onu da izah edir 



ki, müsəlman  əgər bilsəydi ki, büt nədir, ona sitayişin Haqqa 

sitayiş olduğunu anlayardı. Bütpərəst isə bütün nə olduğunu 

dərk etsəydi, dinindən dönüb günah işlətməzdi. 

Şair filosof israr edir ki, dinlər, etiqadlar, inanclar, ibadət 

və itaətlər arasında heç bir fərq yoxdur. İnsanları dini, irqi, 

cinsi və s. əlamətlərinə görə  fərqləndirmək, müsəlmanı 

xristiandan, birini başqasından üstün tutmaq olmaz. Çünki son 

məqsəd bütün dinlər və etiqadlar üçün yeganə məbud olan 

Allahdır.  İnsanları  fərqləndirən yalnız onların mütləq olan 

Haqqı  və onun həqiqətlərini hansı  dərəcədə  dərk etmələri

cahillikləri və kamillikləri, bu yolda tutduqları məqamdır. 

«Gülşəni-raz» dərin məzmunlu fəlsəfi əsər olmaqla yanaşı, 

bədii cəhətdən də mükəmməldir. Buradakı dini-fəlsəfi fikirlər 

yuksək ustalıqla, zəngin obrazlar, müqayisələr, təşbehlər, canlı 

və yaddaqalan ştrixlərlə verilir. Müəllif mətləbləri mümkün qə-

dər sadə, anlaşıqlı, oxucuya çata biləcək tərzdə verməyə çalışır. 

Poema bu gün də öz bədii-fəlsəfi dəyərini itirməmişdir. 

 

138



ƏDƏBİYYAT 

 

1.



 

Azərbaycan  ədəbiyyatı tarixi. 3 cilddə, I c., Bakı, Azərb. 

SSR EA nəşr., 1960. 

2.

 



«Azərbaycan» jur., № 8, 1973. 

3.

 



Azəroğlu B.  Nəimi və  Nəsimi. «Azərbaycan» jur., № 8, 

1973. 


4.

 

Ateş Süleyman.  İslam Tasavvüfü, Pars Matbaası, Ankara 

(tarixsiz), (türk dilində). 

5.

 



Abdulhakim Yüce. Razinin tefsirinde tasavvuf, İzmir, 

1996, (türk dilində). 

6.

 

Beqdeli Q. Əvhədi, Bakı, 1962, səh.8-14. 



7.

 

Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər (arayış kitabı). 

Bakı, «Azərnəşr», 1997. 

8.

 



Бертельс  Йе.  Эд.  Суфизм  и  суфийская    литература. - 

Избранные  труды. – Москва, «Наука», 1965 (рус 

дилиндя). 

9.

 



Cümşüdoğlu N. Füzulinin sənət və mərifət dünyası. Bakı-

Tehran, «Süruş» nəşr.,1997. 

10.

 

Əlizadə Ə. «Gülşəni-raz» rus dilində. «Ədəbiyyat və incə-



sənət» qəz., 20 iyul, 1979. 

11.


 

Faseh R. Füzuli şeirində  təsəvvüf qaynaqları, Bakı, 

«Elm», 2000. 

12.

 

Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Ba-



kı, «Tural-Ə» Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001. 

13.


 

Göyüşov N. Quran və irfan işığında. Bakı, «İqtisad 

Universiteti» nəşr., 2004. 

14.

 

Göyüşov N. İrfan və təsəvvüf rəmzlərinin məntiqi düzəni. 



Azərbaycan Respublikası MEA Şərq. İns.-nun elmi araş-

dırmalar məcmuəsi. III buraxılış,  № 1-2, Bakı, 2002, 

səh.113-118. 

15.


 

Gölpınarlı Abdulbaki. 100 soruda Tasavvuf, İstanbul, 

1965 (türk dilində). 




 

139


16.

 

Gölpınarlı Abdulbaki. Nürufilik metnleri kataloqu. 

Ankara, 1973. 

17.


 

Həmidov  İ. Azərbaycanlı  şair və mütəfəkkir Suhrəvərdi. 

«Ədəbiyyat qəzeti», 12 fevral, 1992. 

18.

 

Hüseynzadə L. Nəimi haqqında bəzi qeydlər. «Ədəbi Er-



mənistan» məc., III kitab, Yerevan, «Hayastan» nəşr., 

1960. 


19.

 

İsmayılov Ş. Hürufilik və Azərbaycanda onun nümayəndə-

ləri (Z.Quluzadənin kitabı haqqında rəy). «Ədəbiyyat və 

incəsənət» qəz., 6 mart. 1971. 

20.

 

İsmayılov  Ş. Görkəmli Azərbaycan mütəfəkkiri. 



«Azərbaycan» jur., № 5, 1964. 

21.


 

Исмайылов Ш. Основные черты философских воззре-

ний  Махмуда  Шабустари. «Учен.записки  АГУ»,  № 4, 

1964. 

22.


 

İsmayılov  Ş. «Səadətnamə» və onun müəllifi. «Bakı», 

qəz., 14 iyul, 1967. 

23.

 

İsmayılov  Ş. Mahmud Şəbüstərinin naməlum məktubu. 



«Bakı» qəz., 27 yanvar, 1972. 

24.


 

Исмайылов  Ш.  Философия  Махмуда  Шабустари, 

Баку, 1976. 

25.

 

İdris  Şax. Sufizm. Москва, «Клышников»,  Комаров 



И.К., 1994 (rus dilində). 

26.


 

Кулузаде З.А. Хурифизм и его представители в Азер-

байджане. Б., «Элм», 1970 (rus dilində). 

27.

 

Кулузаде  З.А.  Закономерности  развития  восточной 



философии XIII-XIV вв  и  проблема  Запад-Восток.  Б., 

«Элм», 1983. 

28.

 

Kərimov Q. Sufi təlimi ilə ortodoks islam dini arasında 



olan bəzi ixtilaflara dair. Azərbaycan SSR EA xəbərləri 

(ictimai elmlər ser.), № 5, 1964, s.111-119. 

29.

 

Kara Mustafa. Tasavvuf ve Tarikatlar Tarihi, Dergah Ya-



yınları, İstanbul, 1990 (türk dilində). 

30.


 

Quluzadə M. Böyük ideallar şairi. Bakı, «Gənclik», 1973. 

 

140



31.

 

Quran (tərcümə edənlər:  Bünyadov Z.,Məmmədəliyev 



V.). Bakı, «Azərnəşr», 1991. 

32.


 

Qəhrəmanov C. Gülşən bağçasının daimi sakini: Mahmud 

Şəbüstəri. «Ədəbiyyat və incəsənət» qəz., 18 dekabr, 1987. 

33.

 

Mehdiyev H. Nəiminin məzarı başında. «Şərq qapısı» 



qəz., 2 avqust, 1969. 

34.


 

Musəvi T. Ustadın vətəni və məzarı. «Ədəbiyyat və incə-

sənət» qəz., 13 dekabr, 1969. 

35.

 

Məmmədov Z. Nizaminin sufizmə və ismailizmə münasi-



bəti. «Azərbaycan müəllimi» qəz., 31 iyul, 1991. 

36.


 

Musayeva A. XV əsrdə  Təbrizdə yazılmış sufizmə aid 

əsər. Azərbaycan SSR RƏİ, «Əlyazmalar xəzinəsində», 

VIII c., 1987, səh.68-76. 

37.


 

Məmmədzadə Q. Mahmud Şəbüstərinin həyat və yaradı-

cılığına dair bəzi qeydlər. Azərbaycan SSR EA xəbərləri 

(ictimai elmlər ser.), № 4, 1964. 

38.


 

Məmmədzadə Q. «Kənzül-həqayiq» adlı  əlyazması  və 

onun müəllifi haqqında. «Azərbaycan SSR EA 

məruzələri», № 4, 1965. 

39.


 

Məmmədzadə Q.  Əmir Hüseyn Hərəvinin M.Şəbüstəriyə 

göndərdiyi fəlsəfi suallarına aid məktubu. «Azərbaycan 

SSR EA məruzələri», № 7, 1966. 

40.


 

Mustafayev Q. Qiymətli tədqiqat  əsəri (Ş.İsmayılovun 

«Mahmud  Şəbüstərinin fəlsəfəsi» adlı monoqrafiyası haq-

qında),«Bakı» qəz.,27 yanvar,1972. 

41.


 

Nağısoylu M.  Şirazinin «Gülşəni-raz» tərcüməsi. Bakı, 

«Nurlan», 2004. 

42.

 

Necmüddin Kübra. Tasavvufi hayat (hazırlayan:Mustafa 



Kara), İstanbul, 1980 (türk dilində) 

43.


 

Nəimi F. Vəsiyyətnamə. «Azərbaycan», № 5, 1970. 

44.


 

Nəsimi  İ. Seçilmiş  əsərləri (tərtib edəni: Araslı H.), B., 

Azərnəşr, 1973. 

45.

 

Orucəli H.  Nəsiminin təmsil etdiyi hürufilik haqqında. 



«Vətən uğrunda» jur., № 4-5, 1943. 


 

141


46.

 

Rəhimov  Ə. Azərbaycanda Teymuri-hürufi münasibəti 

haqqında bəzi qeydlər. – Azərbaycan SSR EA xəbərləri 

(tarix, fəlsəfə və hüquq ser.), №1, 3, 1986. 

47.

 

Seyidov M.  Əxi qardaşlıq icması haqqında bəzi qeydlər. 



Azərbaycan SSR EA-nın xəbərləri (ədəbiyyat, dil və inc. 

ser.), № 1, 1967, səh.21-24. 

48.

 

Sərxan Xavər. Bu quş dilidir. «Ədəbiyyat» qəz., 25 fevral, 



1994. 

49.


 

Səfərli  Ə., Yusifov X.  Qədim və orta əsrlər Azərbaycan 

ədəbiyyatı, Bakı, 1998. 

50.

 

Şəbüstəri M. Gülşəni-raz (elmi-tənqidi mətn – fars dilində 



– tərtibçi: Q.Məmmədzadə), Bakı, 1978. 

51.


 

Şəbüstəri M. Gülşəni-raz (bədii-poetik tərcümə X.Yusifo-

vundur) – «Hikmət xəzinəsi» kit., Bakı, 1992, səh.197-213. 

52.

 

Şəbüstəri M. Gülşəni-raz (fars dilindən filoloji tərcümə, 



ön söz və izahlar M.Nağısoylunundur). Bakı, «Nurlan», 

2005. 


53.

 

Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, «Azər-

nəşr», 1987. 

54.


 

Türk İslam Ansiklopedisi, cilt 18, İstanbul. 1998. 

55.

 

Тримингем  Дж.  Ъ.  Суфийские  ордены  в  исламе, 



Москва, «Наука», 1989 (rus dilində) 

 

 



 

 

 



 

142


 

MÜNƏDRİCAT 

 

 



Ön söz 

Təriqət ədəbiyyatı 

              1.Sufizm 

              2.Hürufizm 

İ.Nəsimi yaradıcılığında hürufilik ideyaları 

 

M.Şəbüstəri və onun «Gülşəni-raz»  poemasında 

təriqət görüşləri 



 

143


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

144



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yığılmağa verilmiş 20.08.2007. 

Çapa imzalanmış 12.09.2007. 

Şərti çap vərəqi 8. Sifariş № 605. 

Kağız formatı 60x84 1/16. Tiraj 400



 

Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində 

hazır diapozitivlərdən çap olunmuşdur. 

Direktor: prof. N.B.Məmmədli 

E-mail: nurlan1959@yahoo.com 

Tel: 497-16-32; 050-311-41-89 

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 

 

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə