Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

115


Ş.İsmayılov haqlı olaraq «Kənzül-həqayiq» poemasının M.Şə-

büstəriyə deyil, özbək şair və mütəfəkkiri Xarəzmiyə aid olun-

duğunu israr edirlər (11, 8). 

Şair-filosofun  «Şahidnamə»dən başqa o birisi əsərlərinin 

mətni gəlib bizə çatmışdır. «Səadətnamə» poemasının isə mət-

ninin təxminən yarıya qədəri günümüzə qədər gəlib çıxmışdır. 

Hüseyn Bayqara «Məcalisül-üşşaq»da mətni bu günkü 

elmi-ictimai aləmə  bəlli olmayan «Şahidnamə»  əsərinin 

«sevən, sevilən və sevgi» haqqında bir risalə olduğunu xəbər 

verir. Deməli, bu, təsəvvüflə bağlı dini-fəlsəfi bir traktat olmuş-

dur. 

M.Şəbüstərinin yaradıcılığının nisbətən əvvəlki dövrlərində 



qələmə alınmış  «Şahidnamə», «Həqqül-yəqin fi mərifətül 

aləmin»  və  «Miratül-mühəqqiqin» risalələri  nəsrlə, sonrakı 

iki əsər nəzmlə yazılmışdır. Hər iki əsər poema janrında, məs-

nəvi formasındadır. Yuxarıda deyildiyi kimi M.Şəbüstərinin 

bütün əsərləri fars dilindədir

Həm  «Həqqül-yəqin fi mərifətül aləmin», həm də 



«Miratül-mühəqqiqin» elmi mahiyyət daşıyan dini-fəlsəfi 

əsərlərdir. Burada müəllifin həm də sufi-panteist görüşləri öz 

əksini tapmışdır.  İlahi varlıq, tövhid, yaradılış  və maddi 

gercəkliyə münasibətdə M.Şəbüstəri  İbn  əl-Ərəbinin ardıcılı, 

«vəhdəti-vücud» təliminin tərəfdarı kimi çıxış etmişdir. 



«Səadətnamə» poeması  «Gülşəni-raz»dan (1317) sonra 

təxminən 1319/20-ci illərdə qələmə alınmış və müəllifin son iri 

həcmli  əsəridir. Poemanın həcmi təxminən 3000 beytə 

qədərdir. Məsnəvi 8 fəslə bölünür. Əsərin mətninin yalnız 

yarıya qədəri  əldədir. Müəllif burada öz dini-fəlsəfi və elmi 

görüş  və  şərhlərini mənzum  şəkildə  qələmə alır. Diqqəti cəlb 

edən məsələlərdən biri də budur ki, şair poemada öz 

səyahətləri, gəzdiyi yerlər, müəllimləri, onu maraqlandıran 

məsələlər, bir sözlə, avtobioqrafiyasının bəzi notları barədə də 

gərəkli məlumatlar verir. «Səadətnamə» fəlsəfi poeziyamızın 

dəyərli nümunələrindən biridir. 

 

116



 

*  *  * 


 

M.Şəbüstərini daha çox tanıdan və  məşhurlaşdıran onun 



«Gülşəni-raz» poeması olmuşdur.  Ərsəyə  gəldiyi dövrdən 

sonra çox keçmədən ona bir sıra  şərhlər yazılmağa başlandı. 

Uzun əsrlər boyunca yazılan bu şərhlərin sayı 40-a yaxındır. Bu 

şərhlər içərisində  ən çox populyarlıq qazanan XV əsrdə 

yaşamış Azərbaycan alimi Şəmsəddin Məhəmməd ibn Əli 

Lahıcinin yazdığı «Məfatihül-ecaz» («Möcüzələrin açarı») adlı 

şərhdir ki, 1472-ci ildə qələmə alınmışdır. 

Maraqlıdır ki, «Gülşəni-raz»a  şərh yazanlardan biri də 

müəllifin öz oğlu olmuşdur. 

M.Şəbüstərinin yaradıcılığı, xüsusilə də «Gülşəni-raz» poe-

ması  Avropa  şərqşünaslarının da diqqətini cəlb etmişdir. 

Avropa alimlərindən  H.Purquştal, U.Vinfild, Nikolson, 



E.Braun, M.Smit, A.Krımski, Y.Bertels  və b. əsərin tədqiqi 

və nəşri, onun Avropa və rus oxucularına tanıdılması sahəsində 

müəyyən təşəbbüslər göstərmişlər. 

XIX əsrin 20-ci illərindən başlayaraq əsər bir sıra Avropa 



dillərinə tərcümə olunmağa başlamışdır. Belə ki, poemadan ya 

müəyyən parçalar, ya da əsər bütöv şəkildə latın (1821), alman 

(1825; 1838), ingilis (1876; 1880; 1887; 1920 və s.), italyan 

(1894), fransız (1959), rus (1976) və s. Avropa dillərinə 

tərcümə  və  nəşr edilmişdir. Poema Əbdülbaqi Kölpınarlı 

(1944) və  Sadiq Yalsızuçanlar  (1999) tərəfindən nəsrlə  türk 



dilinə  də çevrilərək çap olunmuşdur.  Əsərin orijinalı isə 

Təbrizdə (1862), Buxarada (1908), Tehranda (1957) və s. 

yerlərdə işıq üzü görmüşdür. 

Azərbaycan alimi Q.Məmmədzadə 1978-ci ildə «Gülşəni-

raz»ın elmi-tənqidi mətnini hazırlayaraq fars dilində çap etdir-

məyə müvəffəq olmuşdur. 




 

117


Hələ XV əsrdə, daha dəqiqi 1426-cı ildə Şirazi təxəllüslü 

azərbaycanlı şair onu Azərbaycan türkcəsinə çevirmişdir.

1

 Hə-


min tərcüməni Bakıda çap etdirən (2004) Azərbaycan alimi 

M.Nağısoylu özü daha sonra əsəri fars dilindən azərbaycancaya 

filoloji şəkildə tərcümə edərək onun çapına nail olmuşdur (52). 

Poemanın təxminən yarıya qədərinin Azərbaycan dilinə 

bədii tərcüməsi də mövcuddur (51). İxtirsarla edilən bu tərcümə 

poetik cəhətdən uğurludur. Azərbaycan alimi Ş.İsmayılov 

M.Şəbüstərinin fəlsəfi görüşlərinin tədqiqinə ayrıca monoqra-

fiya həsr etmişdir (24). 

«Gülşəni-raz»ın meydana çıxması müəyyən səbəblə bağlı-

dır. Poemanın  əvvəlində «Səbəbe-nəzme-kitab» («Kitabın 

yazılmasının səbəbi») adlı parçada müəllif  əsərin yazılma 

səbəbinə toxunur: 



On yeddi keçirdi yeddi yüz ildən

Şəvval ayı idi, bir gün qəfildən. 

Bir elçi göstərib min lütf, ehsan, 

Gəldi, göndərmişdi əhli-Xorasan. 

Məşhur bir böyük var həmin yerlərdə 

Günəş çeşməsidir hər bir hünərdə.

1

 

 

Müəllifin «hər bir hünərdə günəş çeşməsi» hesab etdiyi hə-



min böyük şəxsiyyət dövrünün nüfuzlu alim və şairlərindən sa-

yılan xorasanlı Seyid Hüseyn Hərəvi (1246-1320) olmuşdur. 



Sultan Hüseyn Bayqara «Məcalisül-üşşaq» əsərində mə-

lumat verir ki, müəyyən adamlar təsəvvüflə bağlı bir neçə 

sualla Hüseyn Hərəviyə müraciət edirlər. Əmir Hüseyn Nərəvi 

                  

 

1

  Şirazinin  «Gülşəni-raz»  tərcüməsi.  Nurlan, 2004 (Bu  kitabın 



tərtibi  və  nəşri  M.Nağısoyluya  məxsusdur.  Alim  Şirazinin 

tərcüməsini bütöv şəkildə tərtib etmiş, ona dəyərli və çox geniş ön 

söz və şərhlər yazmışdır). 

1

  «Gülşəni-raz»dan  verilən  poetik  tərcümə  nümunələri  üçün  bax: 



«Hikmət xəzinəsi», Bakı, Maarif, 1992, səh.197-222. 

 

118



isə bu sahədə Şəbüstərinin bilik və məlumatının daha dərin və 

geniş olduğunu nəzərə alıb ona müraciət etməyi lazım bilir. 

Beləliklə, o, sufizmin müxtəlif problemlərinə aid 15 sualı 

nəzm  şəklində  tərtib edərək elçi vasitəsilə azərbaycanlı mütə-

fəkkirə göndərir və ondan mənzum  şəkildə  də cavab istəyir. 

M.Şəbüstəri əvvəl məktuba cavab yazmaq istəmir və bildirir ki, 

bu sualların cavabları onun nəsr əsərlərində mövcuddur. Mək-

tuba mənzum cavab yazmaq istəməməsinin səbəbini isə onunla 

əlaqələndirir ki: 

 

Əruz, qafiyədə yerləşmir məna

İstədiyin sözlə birləşmir məna. 

 

Bununla belə, M.Şəbüstəri öz müəllimi  Şeyx  Əminəddin 



Təbrizinin tövsiyəsi ilə Hüseyn Hərəvinin məktubuna  şeirlə 

cavab yazır. Suallara lakonik cavablardan ibarət həmin mənzu-

mənin həcmi cəmi 49 beytdən ibarət olur. Ancaq sonradan yenə 

öz müəllim və ustadının təhriki ilə müəllif  əsəri genişləndirir. 

Suallara daha əhatəli cavablar yazır, cavablara «Təmsil» və 

«Qayda» başlığı ilə  nəzm parçaları artırır və s. Həcmi  1000 

beytə yaxın olan və  bədii-fəlsəfi fikir tariximizdə önəmli yer 

tutan «Gülşəni-raz» poeması belə yaranır. Poemanın yaranma 

tarixi verdiyimiz sitatda müəllifin özünün də qeyd etdiyi kimi 

hicri 717, yəni miladi tarixlə 1317-ci ildir

«Gülşəni-raz» bədii-fəlsəfi poemadır. Lirik üslubda yazıl-

mışdır.  Həzəc  bəhrinin  məfAİlün, məfAİlün, fəİlün 

ölçüsündə, məsnəvi formasındadır. 

Poemanın özünəməxsus strukturu və kompozisiya quruluşu 

vardır. Əvvəldə tövhid, xaliq, xilqət və yaradılış nizamı barədə 

sənətkarın düşüncələri verilir. Dini və elmi-fəlsəfi düşüncə-

lərində müəllif deyilən məsələlərə  təsəvvüf ideologiyası, 

«vəhdəti-vücud» təlimi prizmasından baxır. Sonra «Kitabın 

yazılmasının səbəbi» barədə parça verilir. Müəlliminin xahişilə 

Xorasan  şeyxinin suallarına cavab verməyi qərarlaşdıran 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə