Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

119


müəllif həmin suallara bədahətən cavab yazdığını  nəzərə 

çatdırır. 

Şeirin mənanı ifadə etməkdə sözün imkanlarını məhdudlaş-

dırdığından şikayətlənir. Eyni zamanda burada Hüseyn Hərəvi-

nin 15 sualının hamısını ardıcıllıqla sadalayır. Nəhayət, yenidən 

ayrı-ayrılıqda hər bir sual və ona verilən cavab gəlir. 

Cavabların bir çoxunda cavabdan sonra «Təmsil» və «Qayda» 

sərlövhələri ilə əlavə nəzm parçaları verilir ki, burada sənətkar 

öz cavablarını müqayisə, təşbeh və obrazlı deyimlərlə 

dolğunlaşdırır. Yəni poemada «təmsil» indiki anlamda əsas per-

sonajları heyvanlardan ibarət bədii əsər mənasında deyil, başqa 

mənada işlədilir. Poema kiçik həcmli «Xatimə» ilə bitir. 

Müəllif həmin sonluqda əsərin adını  və  həmçinin öz adını 

xatırladır: 



 

Aldım o gülşənin ətri, dadını, 

«Sirr gülşəni» qoydum onun adını. 

... Axır öz adımla bitirdim bunu, 

Onun Mahmud olsun, ilahi, sonu. 

 

«Gülşəni-raz»ın mövzu və ideyası təsəvvüflə bağlıdır. Hü-



seyn Hərəvinin M.Şəbüstəriyə göndərdiyi suallar sufizmin ayrı-

ayrı problemləri, anlayış və istilahları ilə əlaqədar sorğulardan, 

filosof şairin həmin 15 suala cavabı isə bu sorğuların təsəvvüf 

və irfan nöqteyi-nəzərindən bədii-fəlsəfi  şərhindən ibarətdir. 

Əlbəttə, bu sualların verilməsi təsadüfi deyildi. Belə ki, IX-X 

əsrlərdən etibarən sufilər bir sıra dini və etiqadi məsələlərdə ila-

hiyyatçılardan fərqli, hətta bəzən müxalif mövqe tutduqlarından 

onlar mühafizəkar ruhanilər tərəfindən təqib olunurdular. 

Həllac Mənsurun din xadimlərinin fitvası ilə edam olunması 

(922-ci ildə) ilə bu təqiblər daha da gücləndi. Ona görə  də 

sufilər öz mətləb və məramlarını, ideya və görüşlərini müxtəlif 

ibarələr, rəmzi ifadələr, eyhamlar, işarələr altında gizlətməyə 

başladılar. Onların izahat, deyim və yozumlarında çoxlu sayda 

 

120



simvolik anlayışlar, məxsusi  şərhlər, rəmzi istilahlar və s. 

meydana çıxdı ki, bunu hər adam anlamırdı. Həmin rəmzi-

eyhamlı dilə «məntiq-ut-teyr» («quş dli») deyilirdi. Hətta bir 

sufi icmasında müəyyən məna kəsb edən anlayış, söz və ibarə 

başqa icmada qismən, bəzən hətta tamamilə  fərqli  anlamda 

işlədilirdi. Bu sahədə gizli və sirli bir deyim, yozum və baxış 

sistemi mövcud idi. Hüseyn Hərəvinin sualları göstərilən 

mübhəm vəziyyəti öyrənmək, bu mətləbləri dərindən bilən 

M.Şəbüstərinin  şərhi isə onları aydınlaşdırmaq məqsədi 

güdürdü. 

Hüseyn Hərəvinin ilk sualı təfəkkür barədədir: 

 

Əvvəl öz fikrimdən heyrətdəyəm mən, 

Təfəkkür deyilən nə şeydir görən? 

Fikrin əvvəlinin nişanı nədir? 

Təfəkkür sonunun ünvanı nədir? 

 

Sualı  təsəvvüf düşüncəsi prizmasından cavablandıran  Şə-



büstəriyə görə düşüncə batildən həqiqətə doğru getmək, cüz'də 

küllü görməkdir.  İnsanın könlündə  əmələ  gələn təsəvvürə isə 

təzəkkür, yəni xatırlama deyilir. Təsəvvür fikirləşmək üçündür 

ki, o, ağıl sahiblərində düşüncəyə çevrilir. Anlaşılmayan şeylə-

rin dərk olunması insana məlum olan təsəvvürlərin nizamlan-

ması ilə mümkündür. Ümumiyyətlə, başlanğıcı ataya, daha 

sonra anaya, nəticəni isə övlada bənzətmək olar. Arif, yəni 

vəhdəti dərk edən kəs ilk baxışda varlıqdakı nuru görür. Bu nur 

isə Haqqın özüdür. Kamil düşüncə üçün başlıca  şərt yaxşını 

pisdən, bir şeyi başqasından ayırd etmək, daha doğrusu, 

təcriddir. Bütün bunlar isə Allahın lütf və kəramətinə bağlıdır. 

Haqqın inayəti olmadan məntiqlə heç nəyi açmaq olmaz. Bu 

mənada Şəbüstəri filosofun həqiqəti anlamaq və üzə çıxarmaq 

cəhdini boş bir şey adlandırır. Çünki filosof öz cəhdində ağıla 

əsaslanır. Ağıl isə həqiqəti görməkdə acizdir: 

 



 

121


Uzaq düşüncədən, hərzə ağıldan 

Ya filosof olar, ya hülul hər an. 

O üzün nuruna ağıl mat qalar

Get onu görməyə ayrı göz axtar. 

Filosofun gözü tamam çaş idi 

Vəhdətdən o haqqı görə bilmədi. 

 

Ümumən, təsəvvüf düşüncəsində elm iki yerə bölünür: 



zahiri elmlər və ilahi elmlər (elmi-lədünni). Zahiri elmlər an-

caq maddi aləmi öyrənməkdən ötrü yetərlidir. Bunlar dünyəvi 

elmlərdir. Zahiri elmlər ağıla, məntiqə və dəlilə söykənir. Hansı 

ki Haqqı bunlar vasitəsilə dərk etmək mümkün deyil. Filosofla-

rın, fiqhlərin, kəlamçıların, ilahiyyatçıların elmi bu cür zahiri 

elmlərdir. Allahı  dərk etməkdən ötrü «elmü-lədünni» deyilən 

ilahi elmi bilmək lazımdır ki, bu ilahi bilik və daxili bəsirətə 

əsaslanır. M.Şəbüstəri də  həqiqəti – Vacibi (Allahı) yalnız bu 

elmlə anlamağın mümkünlüyünü israr edir. Mümkündə (maddi 

aləmdə) Vacibi (Haqqı) mümkünün dəlilləri ilə anlamağı  əqli 

dayazlıq sayır. Maddi aləmi ona zidd olan varlıqlarla dərk 

etmək olur. Haqqın isə ziddi olmadığından mümkünlə onu 

anlamaq imkansızdır: 

 

Zühurda zidd olur bütün əşyalar, 

Haqqın nə oxşarı, nə də ziddi var. 

Yoxdur Haqq zatının ziddi, oxşarı, 

Sən necə bilərsən pərvərdigarı? 

Mümkündə vacibdən nümunə olmaz 

Sən onu bilməzsən, ey əqli dayaz. 

 

İkinci sual xarakterinə görə ilk sualın məntiqi davamıdır: 



 

De, hansı fikrimiz bu yolda şərtdir? 

Niyə gah günahdır, gah itaətdir? 

 

122



Bu sual mahiyyətcə daha geniş izahat tələb etdiyindən ona 

verilən cavab da müfəssəldir. Birbaşa cavabla yanaşı, burada 

«Təmsil» və «Qayda»ların sayı da çoxdur. 

Filosof şair özünə qədərki təsəvvüf və irfani baxışların əsas 

ideoloji konsepsiyasını ümumiləşdirərək bu qənaətə  gəlir ki

Allahın nemətləri haqqında düşünmək  şərt, onun zatı barədə 

fikirləşmək isə günahdır. Bütün aləm Haqqın nuru ilə aşkar ol-

duğu halda o, aləmdən necə görünə bilər? Onun zatının nuru 

gözlə görünə bilən  şeylərə  sığmaz. Necə ki, göz Günəşə bax-

maq üçün yaxınlaşarsa, qamaşıb qaralar və bir şey görməz. 

Nəfs və var-dövlət, hissi aləmin istəkləri üzüqaralığa səbəb 

olan yoxluq kimi qiymətləndirilir. 



Günəş, həmçinin  ümman, dərya (bəhr) «Gülşəni-raz»da 

vəhdəti-vücudun simvolu, həm də  əlverişli fiziki müqayisə  və 

bənzətmə predmeti kimi tez-tez xatırlanır. Təsəvvüf düşüncə-

sində Günəş və dəniz vücudi-mütləqin, vücudi-küllün rəmzidir. 

Bir bütöv olan Günəşdən  ətrafa sonsuz sayda zərrələr yayılır, 

həmçinin Günəş kainat üçün nur mənbəyidir. Bu isə Haqqın 

özünü, yaradılış  və  təcəlli qüdrətini xatırladır. Bir bütöv olan 

dənizin də sonsuz sayda ölçü, görünüş  və  həcmə malik  

dalğaları vardır. Halbuki bunlar əslində dənizin özündən başqa 

bir şey deyil. Tanrı zatından sonsuz sayda təcəlli edən müxtəlif 

surətə, ölçüyə  və  rəngə malik cismlər də  əslində Tanrı 

substansiyasının özündən başqa bir şey deyil. Həm də Günəşi – 

Vəhdəti başdakı fiziki gözlə yox, ancaq batini, bəsirət gözü ilə 

görmək mümkündür: 



 

Günəş çeşməsini görmək istəsən

Ayrı bir ulduzu axtar, istə sən. 

Yox başdakı gözdə o oda taqət 

Onda o Günəşə bax sudan fəqət. 

 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə