Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

 

7

Həmin fikir ayrılığı ilk növbədə, elm və irfan arasındakı 



fərqdə özünü göstərir. Təriqət əhlinə görə mədrəsə yalnız quru 

və sxematik olan elmi və bir də məhdud dini qanun-qaydaları, 

fiqhi öyrədir. Belə bir bilgi ilə ilahi varlığa qovuşmaq mümkün 

deyil. Mərifət kəsb edib Allaha qovuşmağın yeganə yolu süluk 

və irfandan keçir ki, bu ilahi elmi öyrənmə məkanı isə xanəgah-

dır. Elmin soyuq məntiqi,  əqli dəlilləri və quru düsturları, 

mühakimələri öz məqsədinə çatmaq yolunda təriqət əhlini qane 

etmir. Mədrəsə müdərrisi olan fəqih və üləmanın öyrətdikləri 

onun üçün kafi deyil. Başqa sözlə, salik və arifə görə məscidin 

verdiyi vəz və nəsihətlə, həmçinin mədrəsənin öyrətdiyi elm və 

təhsillə haqqa yetişmək mümkün deyil. Həqqül-yəqinə 

qovuşmağın yolu ancaq ürf ocağı olan təkkədən keçir. 

Vaizin moizəsi təriqət əhlinin nəzərində cansıxıcı və gərək-

siz olduğu kimi alim və  fəqihin öyrətdikləri də  məqsədə çat-

maqdan ötrü yetərli deyildi. M.Füzulinin sözləri ilə desək, məd-

rəsədə müdərrisin verdiyi min dərsdən meyxanədə – mürşidi-

kamilin əli ilə batini nurlanmaya kömək edən bir cam irfan şə-

rabı içmək daha önəmli idi. 



 

Mədrsə içrə müdərris verdiyi min dərsdən 

Yeydürür meyxanədə bir cam vermək bir gözəl. 

 

Mədrəsə ilə zaviyə arasındakı ziddiyyətin bir faktoru da 



Allah qorxusu  və  Allah sevgisi  məsələsinə münasibətdə idi. 

Mədrəsə pis əmələ görə hər kəsə Allah tərəfindən cəza veriləcə-

yinə  və  qəzəbə düçar olacağına dair Quranın təkrar olunan 

xəbərdarlıqlarına istinadən insanları pis niyyət və  əməldən 

çəkindirmək üçün onları Allahın qəzəb və qorxusu ilə  hədələ-

yirdi. Amma zaviyə əhlinə görə insanı cəza ilə hədələyən ayələr 

etiqadı olmayan imansızlardan ötrü idi. Qəlbində ilahi eşq olan 

mərifət əhlinin Allahdan heç bir qorxusu ola bilməz. Qorxu yal-

nız Haqqı sevməkdə lazımi mərtəbəyə yüksələ bilməməkdən 

ola bilər. VIII əsrdə yaşamış və bu əsrdə vəfat etmiş görkəmli 

 

8

sufi qadın  Rəbiət-ül  Ədəviyyənin  (



≈713/718-801) belə bir 

sözü Allaha sevgi ilə bağlılığın dolğun ifadəsi idi: «Allahım, 



əgər mən səni cəhənnəm qorxusuna görə sevirəmsə, məni onda 

yax.  Əgər səni cənnət arzusu ilə sevirəmsə, məni ondan 

məhrum et. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadət 

edirəmsə, o görüşü məndən əsirgəmə». 

Mədrəsə dinin oruc, namaz, həcc və s. zahiri ibadət qay-

dalarını bütünlüklə müdafiə və təbliğ edirdi. Xanəgah isə bunu, 

əsasən, zahirpərəstlik sayır və zahiri ibadət qaydalarına qarşı 



könüllə ibadət prinsipini önə çəkirdi. Bu prinsipə görə, zahiri 

ibadət qaydalarını mükəmməl şəkildə icra edib daxilən riyakar 

olmaqdansa, Haqqı qəlb sevgisi ilə sevib ona könüllə ibadət et-

mək daha düzgün etiqad yoludur. 

Cənnətə yetişmək üçün mədrəsənin təbliğ  və  təlqin etdiyi 

dini ayinlər, ibadət, dua-səna qaydaları  və  əməlləri xeyli mü-

rəkkəb görünürdü. Bunun müqabilində  təkkə  qəlbində  həqiqi 

iman nuru və Haqq sevgisi olan, ilahi mərifət kəsb etməyi 

bacaran hər bir kəsə  cənnət vəd edirdi. Həm də bu cənnət 

mədrəsə və məscidin təsvir etdiyi gözəl suları, huri və mələkləri 

olan cənnət deyildi. Xanəgaha görə  mənəvi təkamül yolu ilə 

haqqa qovuşmaq özü cənnəti tapmaqdır. Həm də  mədrəsə  və 

məscidin vəd etdiyi cənnət insana yalnız öləndən sonra nəsib 

ola bilərdi. Xanəgahın cənnətinə isə kamil insan-arif elə 

sağlığında da yetişə bilərdi. 

Mədrəsə  və  təkkənin  ətrafında toplaşanlar da kəmiyyətcə 

ölçüyəgəlməz dərəcədə  fərqli idi. Mədrəsə oxuyub yazmağı 

bacaranlar, dini və dünyəvi elmlərdən az-çox başı çıxanlar, bir 

növ seçilmiş adamlar üçün idi. Burada hətta maddi imkanın da 

müəyyən rolu vardı. Bu mənada mədrəsə  məhdud və ölçülü 

sayda kontingentə malik olurdu. Zaviyənin qapısı isə könlü Al-

lah eşqi ilə döyünən və pak etiqada malik hər kəsdən ötrü açıq 

idi. 

Mədrəsə daha çox mühafizəkar idi. Ənənəvi qanun-qayda-



lara, standart doqmatik düşüncəyə, sabitləşmiş dini və dünyəvi 


 

9

rəftar normalarına, Quranın, təfsir, hədis və şəriətin buyurduq-



larına daha tələbkarlıqla yanaşırdı. Başqa cür fəaliyyətə qadağa 

qoyurdu. Fəaliyyət mexanizmində  məntiqə, dəlilə  və  ağıla üs-

tünlük verirdi. Təkkədəki insan isə  mənən daha çox azad və 

sərbəst idi. Vəcd, ilahi duyum, hissi qavrayış, haqq sevgisindən 

doğan emosional çılğınlıq təkkə əhlinə heç də yad və qadağan 

deyildi. Mədrəsənin biganə yanaşdığı, hətta mənfi münasibət 

bəslədiyi şeir, rəqs və müsiqi xanəgahın məmnunluqla qəbul və 

riayət etdiyi vəcd, ilahi eşq mənbəyi idi. Belə ki, mədrəsənin 

yasağından fərqli olaraq xanəgahlarda ilahilər söylənilir, musiqi 

və rəqsdən isə ilahi estetik ekstaz vasitəsi kimi istifadə edilirdi. 

Mədrəsədəki psixoloji durum daha standart və qəlibə salın-

mış formada, təkkədə isə daha sərbəst və geniş idi. Mədrəsə-

dəki mühit qorxu və xofa, təkkədəki mühit isə sevgi və inama 

əsaslanırdı. 



Sufizmin tarixinə  və mahiyyətinə dair.  «Sufizm» və ya 

«təsəvvüf» mahiyyət etibarilə eyni mənanı ifadə edən 

anlayışlardır. Eyni inanc sistemini ifadə etmək üçün hər iki 

termindən paralel şəkildə istifadə olunur. 

Sufizm orta əsrlərdə islam aləmində geniş yayılmış dini-

fəlsəfi, mistik mənəvi-əxlaqi düşüncə  və davranış sistemidir. 

Bu istilahın bir termin kimi mənşəyi və mahiyyəti barədə 

çeşidli yozumlar mövcuddur. Bunlardan bəzilərinə  yığcam 

olaraq nəzər salaq: 

1. Daha çox qərarlaşmış fikrə görə «sufi» sözü ərəbcə 

«yun» və ya «qaba yundan hazırlanmış parça» mənasını verən 

«suf», «sof» sözündəndir. «Sufi» isə həmin parçadan paltar ge-

yən adama deyilir. İlk sufilər həm zənginlikdən uzaq sadə bir 

həyat yaşadıqlarını bildirmək, həm də başqalarından fərqlən-

diklərini, ayrıca bir qrup olduqlarını göstərmək üçün yun xirqə 

və ya paltar geyərdilər. Bəzi peyğəmbərlərin, o cümlədən 

Məhəmməd (s.) peyğəmbərin və onun bir çox əshabələrinin də 

bu cür paltar geyindikləri barədə  məlumatlar var. Məsələn, 

görkəmli din adamı Həsən Bəsri Bədr döyüşündəki qazilərdən 

 

10



70-dən çoxunun yun geyim geyindiyini öz gözləri ilə 

gördüyünü söyləyir. Belə bir geyim təbii ki, maddi həyatdakı 

sadə və təvazökar yaşayışın gərəkliliyinə işarə idi. 

2. Bu istilahın «səfavi», «səfəvi», yəni namaz vaxtı təşkil 

olunmuş ilk cərgədə duranlara verilən ad anlamına gəlidyini 

söyləyənlər də var. 

3. Sözün «eyvan» mənasını verən «suffa» kəlməsi ilə bağlı 

olduğu da ehtimal edilir. Belə ki, Məhəmməd (s.) peyğəmbərin 

zamanında mühacirlərin fəqirlərindən olan, yoxsul yaşayışa 

malik bir qrup var idi ki, onlar mütəmadi olaraq peyğəmbər 

məscidində və onun eyvanında ibadət edirdilər. Yaşayış yerləri 

olmadığından məsciddə qalırdılar. Kasıb həyat tərzi keçirən və 

qənaətlə dolanan bu adamlara «əshabi-süffə» deyirdilər. 

4. Bu istilahın ərəbcə «parlaq», «saf», «təmiz» mənalarını 

verən «safa» kəlməsindən yarandığı da mülahizə edilir. Həmin 

fikrin tərəfdarları deyilən mənanı  mənəvi-əxlaqi paklıq, daxili 

saflıq və Haqqa gedən yoldakı ruhi təmizlik ilə əlaqələndirirlər. 

5. «Sufi» terminini qeyri-ərəb mənşəli hesab edib onu yu-

nan və ya ibrani sözü kimi qəbul edənlər də var. Bəzi təfsirçi-

lərə, məsələn,  Əbureyhan Biruniyə görə, «sufi», «sofi» sözü 

yunanca «düşüncə», «hikmət» mənasını verən «sofiya» sözün-

dəndir. 


6. İbrani dilində kainat yaradılmazdan əvvəl mövcud olan, 

lakin öz mövcudluğundan xəbərsiz tək və mütləq varlığa «ən-



sof» deyilmişdir. Qədim ibranilərin dini-fəlsəfi sistemində 

yeganə və bütöv bir substansiya olan «ən sof» mütləq, əzəli və 

əbədidir.  Şərhlərdə «sufi» terminini bu istilahla bağlamaq 

təşəbbüsləri də mövcuddur. 

Təsəvvüf və ifranın  özünəqədərki  bəşəri-mədəni inkişaf-

dakı bir sıra din, dini-fəlsəfi görüş  və etiqad sistemləri ilə 

uyğun və oxşar cəhətləri vardır.  Şamanizm, zərdüştilik, 

buddaizm, brəhmənizm, qədim yəhudi mistikası kabalizm, 

qədim yunan fəlsəfəsi (xüsusilə platonizm) və neoplatonizm, 

xristianlıq  və  s.  dini  və  fəlsəfi təmayüllərdəki müəyyən 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə