Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 

35

Vəhdəti-vücud nəzəriyyəsi bədii ədəbiyyatda da güclü əks-



səda doğurmuşdur. Bu əks-sədanı XIII əsrdən sonrakı Azərbay-

can ədəbiyyatında da güclü şəkildə sezmək mümkündür. Çoxlu 

sayda lirik şeirlər, nəsr nümunələri ilə yanaşı,  Ə.Təbrizinin 

«Mehr və Müştəri», M.Əvhədinin «Cami-cəm», M.Füzulinin 

«Leyli və  Məcnun», «Yeddi cam», Xətainin «Dəhnamə» 

poemaları da həmin ideyanın təsiri ilə süslənmişdir. 



Təsəvvüfdə yüksəliş  mərhələləri. Təsəvvüfdə Haqq 

yolunun yolçusu olan sufi və aşiqə salik, səyyar və ya müsafir  

deyilir. «Salik» ərəbcə «yol gedən», «yolçu», «təriqət yolçusu» 

anlamındadır. «Səyyar» «seyr edən» (Haqqa doğru hərəkət 

edən, Haqqı seyr edən), «müsafir» isə «səfərə  çıxan» (Haqqa 

doğru səfər edən) mənalarında xüsusi təsəvvüf istilahı kimi 

işlədilir. Bədii  ədəbiyyatda bunlardan «salik» termininə daha 

tez-tez rast gəlirik. 

Salik üçün irşad yolu heç də asan və hamar deyildir. İlk 

başlanğıcdan son məqsədə, yəni Haqqa qovşmaq, Haqq ilə 

Haqq olmaq məqamına qədər salik və  səyyar ciddi zahiri və 

batini yollar keçməli, mənzil və mərhələlər qət etməlidir. Doğ-

rudur, hədisi-şərifdə deyilir ki, Haqqa doğru gedən yollar 

insanların sayı qədər çoxdur. Bununla belə, sufi yolçusunun son 

məqsədə çatmaqdan ötrü keçməli olduğu mərhələlərin sayı 

dörd göstərilir:  1.Şəriət; 2.Təriqət; 3.Həqiqət; 4.Mərifət. 

Bəzən bu mərhələlərin sayı üç (şəriət, təriqət, həqiqət) deyə 

qeyd edilir. Mərifət ayrıca mərhələ kimi yox, Haqqı tanıma 

elmi, həqiqətin dərki və ilahi bilik kəsb etmək, ariflik 

mənalarında götürülür. 

Sufiməslək poeziyada Tanrı dərgahına gedən yolda qapıla-

rın – mərhələlərin dörd olduğu tez-tez xatırlanır. Məsələn, bö-

yük iman şairi Yunis Əmrədə: 

 

Şəriət, təriqət  yoldur gedənə 

Həqiqət, mərifət  ondan içəri. 

 

 



36

Xətaidə: 



 

Keçmək gərək dörd qapıdan, 

Qurtulasan mürəbbidən, 

Mürəbbidən, müsahibdən 

Əli gərək yol əhlinin. 

 

Göründüyü kimi, təsəvvüfdə Haqqa doğru yüksəlişin ilkin 



pilləsi  şəriətdir.  Şəriət  Allah tərəfindən vəhy vasitəsilə islam 

peyğəmbərinə çatdırılan və  Həzrəti Məhəmmədin (s.) bəşər 

övladına bəyan etdiyi dini, mənəvi və  əxlaqi hökmlər, buyruq 

və göstərişlərdir. Yəni Allah bəndəsi olan qul (təsəvvfdə bütün 

insanlar Allahın qulu sayılır) maddi dünyada necə yaşamalı, 

Tanrı qarşısında öz borcunu necə yerinə yetirməli, hansı etiqada 

yiyələnməli, mənəvi-əxlaqi cəhətdən hansı yolla getməlidir. 

Başqa sözlə,  şəriət  şəri hökmlər toplusudur. Allahın buyurub, 

peyğəmbərin xəbər verdiyi qanun-qaydaların, əməli fəaliyyətlə 

bağlı göstərişlərin, rəftar və davranış normaları ilə əlaqəli buy-

ruqların məcmusudur. Oruc, namaz, zəkat, xüms, həcc, ibadət, 

zikr və s. bu buyruq və normalar sırasına daxildir. 



Təriqət isə şəriət qaydalarına əməl etməklə gedilən yoldur. 

Şəriət hökmün, göstərişin özü, təriqət isə onun əməli icrasıdır. 

Şəriət imana və etiqada çağırışın nidası, qaydaları, qanun və 

göstərişləri, təriqət isə bütün bunları icra etməyin yolu, əməli 

şəkildə gerçəkləşməsidir. 

Həqiqət  isə son məqsəd, yəni Haqqın özüdür. Həqiqət 

mərhələsinə çatmaq artıq kamil bir insan kimi Haqqa yetişmək 

və gerçəyi anlamaq, ilahi əxlaqla  əxlaqlanmaqdır.  «Təriqət 

bütün dünyəvi mənzil və  məqamlardan uzaq qalaraq səni 

Mövlaya yaxınlaşdıracaq olan təqvaya yapışmaq və onu 

tutmaqdır. Həqiqət isə qayəyə çatmaq, təcəlli nurunu müşahidə 

etmək deməkdir».(42,18). 

Görkəmli təriqət  şeyxi Nəcməddin Kübra (?-1221) şəriəti 

gəmiyə, təriqəti dənizə, həqiqəti isə inciyə bənzədir. Dənizdəki 



 

37

incini əldə etməkdən ötrü insan gəmiyə minməli və dənizlə yol 



getməlidir. Başqa bir irşad sahibi Hücviri isə  şəriəti tibb kita-

bına, təriqəti dava-dərmana, həqiqəti isə  xəstəlikdən tapılan 

şəfaya təşbeh edir. Səfiəddin Ərdəbilinin xələflərindən olan və 

onun həyat və  fəaliyyətinə aid «Səffat-əs-səfa» («Saflığın saf-

lığı») əsərini yazan İbn Bəzzaz isə təsəvvüfdəki mərhələləri be-

lə xarakterizə edir: 



«Şəriət Məhəmməd (s) qanunu, təriqət-hərəkət və  əməl, 

həqiqət isə haldır. Təriqət haqqa doğru aparan düzgün yoldur. 

Süluk əhli yüksəliş (merac) halındadır. Həqiqət haqqın müşahi-

dəsi və mərifətidir. Təriqət şəriətsiz, həqiqət isə təriqətsiz ger-

çəkləşmir. Şəriət meyvənin qabığıdır, onu qoruyub saxlayır, tə-

riqət meyvənin içi və kütləsidir, həqiqət isə onun məğzi və ma-

hiyyətidir».(

Stat üçün bax;9,23).

 

Şəriətin buyurduqlarına əməl etmək, əsasən, zahiri qayda-

ları əhatə edir. İnsan bu yolda səhvlər edə və aza bilər. Çünki 

batini etiqadla tamamlanmayan zahiri əməl formal olaraq qalır 

və yanılmaya səbəb ola bilir. Ona görə də şəriət hökmlərinin və 

qaydalarının icrası formal xarakter daşıyırsa, zahiri əməldən ba-

tini etiqada, daxili sevgiyə, mənəvi kamilləşmə faktoruna 

çevrilmirsə, bu cür təqva irfanda naqis sayılır. Son məqsəd 

həqiqətdirsə, surətpərəstliklə, yəni şəri buyruqlara yalnız zahiri 

cəhətdən  əməl etməklə  və bunu daxili işıqlanmaya və inanca 

çevirmədən ona çatmaq mümkün deyil. Allah xofu, cənnət 

arzusu, cəhənnəm qorxusu və ya başqasına xoş gəlmək naminə 

edilən ibadət və itaət də irfanda məqbul hesab edilmir. Zahidin 

zöhdü, abidin ibadəti, namaz əhlinin duası batini Haqq 

sevgisindən doğmursa, mənəvi yüksəliş amili olmağa xidmət 

etmirsə, yalnız riyakarlıq alətdir. Qatı dindar olan Füzuli də: 



 

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma, 

Namaz əhlinə uyma, onlar ilə durma, oturma! 

...Xətibin sanma sadiq məscidin, qövlilə fel etmə, 

İmamın sanma aqil, ixtiyarın ona tapşurma 

 

38



 

- dedikdə bu cür riyakar, formal ibadət  əhlini və saxta şəri 

əməlləri nəzərdə tuturdu. Şair «Füzuli, bəhrə verməz taəti-

naqis, nədir cəhdin?» - deyə həqiqi imanı və etiqadı yox «taəti-

naqisi» rədd edirdi. 

Təsəvvüfdəki yüksəliş  mərhələlərinə uyğun olaraq yəqin-



lik  mərhələləri də vardır ki, bunların da üç olduğu göstərilir: 

1.Elmül yəqin; 2.Eynül-yəqin; 3.Həqqül-yəqin. 

Elmül-yəqin şəriət qaydalarını özündə ehtiva edir. Onunla 

ancaq şəriəti öyrənmək olar. O, məkasib, yəni kəsb edilən, qa-

zanılan, insanın özünün öyrəndiyi elmdir. Eynül-yəqin 

təriqətlə bağlıdır. Haqqa çatmaq üçün lazım olan elm isə 



Həqqül-yəqindir. Bu ali mərifət sahibi olmaqdır. Bu, 

məvahib,    yəni Allahın lütf, ehsan və inayəti ilə  əldə olunan 

elmdir. 


Ruh, bədən, nəfs, ağıl, qəlb.  Sufizmdə  ruh, bədən, nəfs, 

ağıl və  qəlblə bağlı özünə  məxsus düşüncə  tərzi və yozumlar 

mövcuddur. Quran məntiqinə söykənən təsəvvüf və irfan inan-

cına görə insanın maddi cövhər olan bədənində Haqqın özünə-

məxsus olan ruh vardır. Quranın bir neçə ayəsində buna işarələr 

vardır.  «Əl-Hicr» surəsinin 29-cu ayəsində isə Allah-taalanın 

Adəmə (ilk insana!) surət verib ona öz ruhundan üfürdüyü 

aşkar  şəkildə  nəzərə çatdırılır. Bir hədisdə isə belə deyilir: 

«Allah əvvəl o şeyi xəlq etdi ki, ruh idi». İrfan əhlinə görə bu ilk 

yaranan isə  Məhəmməd (s.) peyğəmbərin ruhu idi. Deməli, 

cismdə ruhun varlığı  həm dini, həm də  təsəvvüfi etiqadda 

təsdiq və qəbul olunur. 

Sufi və irfan düşüncəsinə görə  iki  cür ruh mövcuddur: 

heyvani ruh; insani ruh. Heyvani ruh bütün canlılarda, o cüm-

lədən insanda da vardır. Bu, canlı varlığı yaşadan, ona həyati 

qabiliyyət verən mənəvi cövhərdir ki, ona can deyirik. Can hər 

bir canlı  məxluq yaranarkən ona əta olunur, həmin varlıq 

ölərkən cismi tərk edir. İnsana can uşaq ana bətnində dörd aylıq 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə