Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 

39

olarkən 120-ci günün tamamında verilir və insan ölərkən 



bədəndən ayrılır. 

İkinci  insani ruhdur  ki, buna qüdsi ruh, pak ruh, 



rəbbani ruh, ilahi ruh, ruhi-rəvan (azad ruh, gedib-gələn ruh, 

seyr edici ruh) da deyilir. Biz bu ifadələrə klassik 

sənətkarlarımızın  əsərlərində tez-tez rast gəlirik. Heyvani 

ruhdan fərqli olaraq insani ruh yalnız insana məxsusdur. Başqa 

heç bir canlıda bu ruh mövcud deyil. Allahın öz zatından insana 

üfürdüyü həmin ruh ilahi substansiyanın insanın cismani 

varlığındakı təcəllisidir. Tanrı zatının insan bədənindəki nur və 

qüdrət parçasıdır ki, vəhdətdən ay-rılıb kəsrətə düşmüşdür. 

Buna təsəvvüfdə  rəmzi mənada «mən» də deyilir. Yunis 

Əmrənin: 



 

Məni məndə demə məndə deyiləm 

Bir mən vardır məndə məndən içəri. – 

 

- deyərkən nəzərdə tutduğu «mən» həmin «mən»dir. M.Şəbüs-



təri də «Gülşəni-raz» fəlsəfi poemasında: 

 

O mütləq varlığa etsən işarə 

Onu bildirməyə «mən»dir ibarə. – 

 

deyərək «mən»in ibarəli dillə Haqqın özünə işarə olduğunu nə-



zərə çatdırır. 

İnsanın Haqq ilə ünsiyyətinə səbəb, onu Tanrıya bağlayan 

məhz insani ruhdur. İnsanın yuxu görə bilməsi, elm, hikmət, 

mərifət və həqiqətə nail olmaq bacarığı, ağıl, nitq və dərrakəsi 

də məhz insani ruhla əlaqədardır. İnsan yuxuda olarkən həmin 

ruh bədəni tərk edə və insan oyanarkən geri qayıda bilir. Ruha 



vücud sevgisi  verildiyi üçün o, vəhdət aləmindən enib bədənlə 

birləşir. Ancaq bədən, yəni kəsrət aləmi ondan ötrü qəriblik di-

yarı, hicran məkanıdır.  Əslində ruh bədən qəfəsində  həbs olu-

 

40



nur. Öz əslindən ayrılmağın möhnət və acısını, ayrılıq  əzabını 

yaşamalı olur. Maddi dünyada bədənin toruna, tələsinə düşür. 

Ümumiyyətlə, bədənlə ruh bir-birinə zidd varlıqlardır. Ruh 

ilahi aləmin – vəhdətin, bədən isə maddi dünyanın – kəsrətin 

elementləridir. Bədənə nur və gözəllik verən ruhdur. Haqqın 

camal və cəlal gözəlliyi öz varlığını ruh vasitəsilə bədəndə təza-

hür etdirir. Bədən nəfsani ehtiraslara, həvavü-həvəsə, ruh isə 

ilahi aləmə meyllidir. Bədəni təşkil edən ünsürlər maddi aləmə 

məxsus olub maddi aləmdə qalır, ruhlar isə bədən öldükdə on-

dan ayrılıb qeyb aləminə səfər edir. Ruhların qərar tutduğu mə-

kan Aləmi-mələküt, yəni Ruhlar aləmidir

Ruhla bədən arasındakı ziddiyyətin başlıca səbəbi isə 

nəfsdir. Nəfslə mücadilə və onun öldürülməsi təsəvvüfdə Haqq 

yolçusu və kamil insan üçün ən başlıca vəzifələrdən sayılır. 

Çünki nəfs qəlb ilə Haqq arasındakı hicabdır. Həm vücud, həm 

də nəfs irfani düşüncədə insanı, daha doğrusu, onun «mən»ini 

vəhdətdən ayıran pərdə kimi dəyərləndirilir. Nəfs çox zaman 

şeytan adlandırılır və insanın daxilindəki  şeytanın  məhz nəfs 

olduğu göstərilir. 

Nəfs insanı həqiqi varlıqdan ayırıb «kölgə dünyaya» bağla-

yan maddi dünya həvəsləri və ehtiraslarıdır. Tamah, dünya ne-

mətlərinə aludəçilik, sərvət, dövlət, mənsəb, şəhvət həvəsi, şöh-

rətpərəstlik, zahiri təntənə və dəbdəbəyə meyl, zahiri gözəlliyə 

aldınaş  və s. nəfsani ehtiraslar sırasındadır. Nəfsin özünün də 

bir neçə  mərtəbəsi (əmmarə  nəfs, ləvvamə  nəfs, mülhimmə 

nəfs, kamil nəfs və s.) olduğu göstərilir. 

Klassik poeziyada da tez-tez rastlaşdığımız  əğyar obrazı 

təsəvvüfdə məhz vücud, nəfs  şeytan hesab olunur. Mənəvi 

təkamülün, Tanrı sevgisinin və  həqiqi müsafirliyin yolu isə 

nəfsi öldürməkdən keçir. Məhəmməd (s.) peyğəmbərin belə bir 

kəlamı vardır:  «Ölməmişdən qabaq ölün». Burada, əlbəttə, 

insanın diriykən öz nəfsini öldürməsi nəzərdə tutulur. 

Məhəmməd (s.) peyğəmbərin hədislərində nəfs o qədər qorxulu 

düşmən kimi dəyərləndirilir ki, hətta o, hər bir xarici 



 

41

düşməndən təhlükəlidir.  İslam rəsulunun bir hədisində deyilir: 



«Xaricdəki düşmənlə savaşıb onu məğlub etmək bizim kiçik 

savaşımızdır. Fəqət nəfsimizlə savaşıb onu məğlub etmək bizim 

böyük cihadımızdır». 

Nəfsin əsarətindən qurtarılması və onun öldürülməsi zəru-

rəti xeyir və şər yolunun seçimi kimi Quranda da xüsusi şəkildə 

nəzərə çatdırılır: «Əş-Şəms» surəsində deyilir: «Nəfsini (günah-



lardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu günaha 

batıran isə,  əlbəttə, ziyana uğrayacaqdır»  («Əş-Şəms», ayə 9-

10). Bir hədisdə isə deyilir: «Dünya mömin üçün zindan, kafir 

üçün cənnətdir». Çünki mömin axirətə, həqiqət aləminə 

bağlandığına görə cismani aləm ondan ötrü qəriblik diyarı, küfr 

və şər məkanı, əsl məhbəsdir. Buna görə də o, həmin zindandan 

qurtarmağa can atır. Kafir üçünsə bu məcazi dünya eyşxana, 

zövq-səfa və  həzz aləmidir. Çünki nəfsi-şeytani ehtiraslar onu 

maddi gerçəkliyin ləzzət və zövqverici, lakin müvəqqəti və 

aldadıcı  əməlləri, nemətləri ilə bağlayır. Bu səbəbdən də kafir 

daim bu dünyada qərar tutmaq, mömin isə onu tərk edib həqiqi 

vətənə – Haqq aləminə qovuşmaq istəyir. 

İ.Nəsimi: 



 

Möminə həqq dünyanı zindan dedi, 

Möminə çox qalmaya zindanımız 

 

dedikdə məhz bunu nəzərdə tutmuşdur. 



İnsanın ülvi aləmdən sufli aləmə enməsinin səbəbkarı da 

nəfsdir. Belə ki, ilk bəşər övladı olan Adəm cənnətdə ikən nəfsə 

uydu və cənnətdən yer üzünə qovuldu. Nəfs şərin mənbəyi, hiy-

lə, paxıllıq, qəzəb, ehtiyac və çirkinlik yolunun stimul verici-

sidir. 

Qəlb və ağılın dəyəri, mərtəbəsi də təsəvvüfdə xüsusi çəki-

yə, ucalığa malikdir. 



Qəlb  ərəcbə «orta», «bir şeyin ortası, mərkəzi» mənasını 

verir. Qəlb də insanın cismani varlığının mərkəzindədir. Bunu 

 

42

həm də insanın mənəvi varlığının mərkəzi, yəni  əsas dayaq 



nöqtəsi, mənəvi keyfiyyətlərin cəm olduğu mərkəz kimi də 

anlamaq olar. 

Hər şeydən əvvəl, imanın məskəni qəlbdir. İman isə Alla-

hın ağıl verdiyi məxluqa ilkin təqdiri və qəlbə əta etdiyi nurdur. 

İmanda əsas hikmət və məqsəd bəşər övladını nəfsin zülmətin-

dən xilas edib mənəvi yüksəlişə, həsrətin girdabından qurtarıb 

ilkin zata, vəhdətə yönəltməkdir. 

Qəlb maddi və  mənəvi olmaqla iki anlamda dərk edilir. 

Maddi qəlb cismani olub ürək adlanır və ətdən ibarətdir. Mənə-

vi qəlbə isə könül deyirlər ki, Allahın insana rəhmət etdiyi ilahi 

sirlər onunla bağlıdır. Qəlb bütün fəzilətlərin məskəni və 

mərkəzidir. Bu barədə belə bir hədis də vardır: «Möminin qəlbi 



Allahın evi, möminin qəlbi Allahın  ərşidir».  Hidayət nuru 

qəlbdə parlar, Tanrı feyzi ondan nəşət edər, Haqq sevgisi onda 

qərar tutar. «Mərifət və irfan deyilən ilahi biliyin qaynağı, kəşf 

və ilham məhəlli, Allahın təcəlli aynası, ilahi isim və sifətlərin 

ən mükəmməl şəkildə təcəlli etdiyi yer» (5,178) qəlbdir. Allah-

taalanın vəhy etdiyi bir hədisdə deyilir: «Mən yerə  və göyə 



sığmadım, lakin mömin bəndənin qəlbinə  sığdım». Quranın 

«Əl-Hucurat» surəsində  də  «Allah sizə imanı sevdirmiş, onu 

ürəklərinizdə süsləmiş»  (ayə 7) – deyə imanın qəlbin bəzəyi 

olduğu nəzərə çatdırılır. 

Qəlbi kor olan kimsələr Haqqı, onun mərifət və cəlal nurla-

rını görməz və şeytani hisslərin əsiri olar, maddi dünyaya uyar-

lar.  «Bu dünyada kor olan kimsə, axirətdə  də kordur»  («Əl-

İsra», ayə 72) ayəsinin mənası da irfanda məhz belə yozulur. 

Qəlbin möhürlənməsi, cəhalət hicabına bürünməsi və korluğu 

Haqq yolundan azmağın başlıca səbəbidir. 

Ağıl da qəlbin bir hissəsidir. Ağıl Allahın insana bəxş 

etdiyi ilahi nemət, lütf və  fəzilətdir. Allah insanı  xəlq etdi, 

sonra ona həyat, daha sonra iradə,  ən sonda isə  ağıl verdi. 

Sonuncu peyğəmbər Həzrəti Məhəmməd (s.) peyğəmbərlərin 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə