Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
    Bu səhifədəki naviqasiya:
  • Misal

 

31

Hər qətrədə, hər zərrədə tapdınsa təcəlla, 



Ol dəmdə «ənəllah» səsi zərrətdən ucaldı. 

 F.Nəimi 

 

Vəhdəti-vücud təlimində ilahi varlıq  vacib aləm   hesab 



olunursa, maddi varlıq da mümkün aləm, imkani varlıq, çüzv 

aləmi   adlandırılır. Bu aləm  əbədi deyil, onun mövcudluğu 

mümkün ola da, olmaya da bilər. Eyni zamanda Haqqın mütləq 

varlıq aləminə tək və bütöv vücud olduğu üçün vəhdət aləmi

maddi aləmə isə çoxlu sayda əşya və cismləri əhatə etdiyi üçün 



kəsrət (çoxluq) aləmi deyilir. 

Beləliklə, həqiqət birdir. Lakin onun iki tərəfi vardır: batini 

və zahiri. Batini tərəf Haqqın özü, zahiri tərəf isə maddi aləm-

dir. Bütün maddi aləm, mümkün varlıqlar, sonsuz sayda cism 

və  əşyalar, rəng və surətlər isə vacibi – Tanrını tanımaq 

üçündür. Hər zərrəsində ilahinin bir nişanəsi, feyzi olan cism və 

hadisələrin özü Haqqın varlığını sübut edən dəlillərdir. Bir 

sözlə, vahid və tək olan həqiqətin özü: müəssir və əsər, yaradan 

və yaradılan, xaliq və xilqət olmaqla ikili quruma malikdir. 

Ancaq mahiyyətdə müəssirlə onun yaratdığı  əsər (kainat) 

eynidir.  Əsərin təcəlli və  təzahürü isə yalnız müəssirin sübutu 

naminə onun öz iradəsi ilə onun öz zatından qopmuş zərrələrdir 

ki, sonda Haqqın özünə qayıdır. 

Təsəvvüfçülərə görə bütün masiva Haqq zatının təcəllisi 

olduğundan varlıqda hansı  səmtə baxsanız Allahı görərsiniz, 

kainatdakı hər bir cism və mövcudluqda Haqqın nişanəsi və zü-

huru vardır. Quranın «Əl-Bəqərə» surəsində də Allahın hər tə-

rəfdə mövcud olduğu xüsusi olaraq vurğulanır: «Şərq də, Qərb 



də Allahındır. Hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah orda-

dır»  («Əl-Bəqərə», ayə 115). İ.Nəsimidə deyilən fikir bu 

şəkildə ifadə olunur: 



 

Hər yanə kim dönər üzüm, yarı  görər anda gözüm, 

Çün bu qəmindən qəm yedim, şadani məsrur olmuşam. 

 

32



 

Burada «yar» dedikdə, təbii ki, Allah nəzərdə tutulur. Tə-

səvvüf və irfanda insan da vəhdət xəzinəsindən ayrılıb kəsrət 

aləminə düşmüş  zərrə hesab olunur. Yəni bəşər övladı da tək 

vücuddan qopmuş, surət və  rəngə  gəlmiş ilahi varlığın təcəlli 

nuru olan hissədir. 



 

Mən gənci-nihani, küntə kənzəm, 

Mən gənci-nihan, nihan mənəm mən! 

 

Mən zatü sifati-kün fəkanəm

Mən ruh ilə can, can mənəm mən! 

 

Nəsimi bu qəzəlində demək istəyir ki, insan «gizli xəzi-



nə»dir («gənci-nihan» farsca, «küntə kənzə» ərəbcə). Həm zat, 

həm sifət (surət, cism), həm «ol» deyən («kon», «kün»), həm 

də olan («fəkanə»), yaranandır. Buradakı «küntə-kənzə» ifadəsi 

Qurandan götürülmüşdür ki, orada Allah «gizli bir xəzinə» ad-

landırılır və bu ifadə bir neçə yerdə təkrarlanır. 

Tək vücud olan Tanrı zatı gizlin, sirli və  dərkolunmazdır. 

Haqqı Haqqın özündən başqa heç nə dərk edə bilməz, çünki ya-

radılmış  hər  şeydə  əskiklik və nöqsan vardır. Nöqsansız olan 

isə yalnız Tanrı zatıdır. Özünü sifətlər, surətlər şəklində təzahür 

etdirən Haqq özü əslində gizli qalıb sirr pərdəsinin arxasında 

anlaşılmazdır. Füzuli məhz bunu nəzərdə tutaraq izhar edirdi ki, 

onu bilmək yetər ki, Haqqı bilmək olmaz: 



 

Ol pərdəyə kimsə rah bulmaz, 

Təhqiq bil, ani bilmək olmaz. 

Gər yetsə idi bu sirrə idrak, 

Deməzdi rəsul: «Maərəfnak». 

 

Burada həm də Məhəmməd (s.) peyğəmbərin dili ilə deyi-



lən bir hədisi-qüdsə işarə vardır. Peyğəmbər Haqqın dərk olun-


 

33

mazlığı barədə demişdir: «Biz səni yetərincə tanımadıq» («Ma-



ərəfnakə həqqə mərifətikə»). 

Vəhdəti-vücud təlimində dövri hərəkət anlayışı da mühüm 

əhəmiyyət kəsb edir. Həmin anlayış  və inanca görə vücudi-

külldən ayrılan hər bir zərrə-cüzv çeşidli qeybi və maddi yollar-

dan keçərək yenidən əslinə – vücudi-küllə  qayıdıb ona qovu-

şur. Başqa sözlə, Haqqın gizli və sirli zatı ilkin təcəlli göstərir. 

Bu təcəlli ilə  də yaradılış dövrəsinin ilkin zühuru başlanır. 

Allah zatından sonsuz sayda nurlar ayrılır ki, ona ruh deyirik. 

Həmin nurlar ilahi varlıqdan – lahut aləmindən maddi aləmə 

doğru eniş yoluna başlayırlar ki, buna təsəvvüfdə  «qövsi-nü-



zul»      «eniş qövsi» deyilir. Aləmi-lahutdan ayrılan nurlar 

əvvəl Cəbərut aləminə enir, oradan da Mələkut aləminə keçir 

ki, bu ruhlar aləmi də adlandırılır. Həmin nurlar Misal  və ya 

Şəkil aləmində  qərarlaşır. Qeybi aləm olan Misal aləmində 

nurlar sonsuz sayda şəkil və sifətlərdə  təzahür edir. Lakin bu 

şəkil və sifətlər cismani deyil, xəyalidir. Əslində bura Tanrının 

adlar və sifətlər aləmidir. Buradkı  nəhayətsiz sayda varlıqlar 

insanın yuxuda gördüyü mövcudluqlar kimidir. Yəni onlar 

mövcuddur, ancaq fiziki xassəyə, cismani vücuda malik 

deyillər. Onlar xəyali və  şəffaf  şəkildədirlər, yəni cismə  və 

rəngə malik deyillər.  Əslində bu, gözəlliklər aləmidir. Başqa 

sözlə, Tanrı gözəlliyinin müxtəlif xəyali təzahürləri burada 

cəmlənmişdir. 

İlahi zatdan qopmuş nur üçün bu Aləm gözəl olsa da, onda 

vücud sevgisi vardır. Həmin sevgi ona ilkin yaradılış zamanı 

verilmişdir. Ona görə də nur vücudla qovuşmağa can atır. Eniş 

yo-lunu davam etdirir. Doqquz fələkdən keçib maddi aləmə 

çatır. Burada istilik, soyuqluq, quruluq və  nəmliklə üzləşir. 

Sonra dörd ünsürlə qovuşur. O yerdə ki, dörd ünsür (hava, od, 

su, torpaq) var, deməli, orda maddi həyat var. İlahi nur maddi 

aləmdə üç mövlud – cansız varlıq, bitki (nəbatat), heyvanat və 

nəhayət, insanla qovuşur. Yəni vücuda daxil olur. Surət, forma 

və rənglə tanınır. Beləliklə də, «qövsu-nuzul» başa çatır. 

 

34



Vücudda qərarlaşmış nurda Allah sevgisi yaranır. Vücud 

sevgisi Haqq sevgisi ilə  əvəzlənir və o, öz əslinə qayıtmaq 

arzusuna düşür. Çünki vücudun özü keçici, ötəri olduğundan 

vücud sevgisi də ötəridir. 

Burada bir cəhəti də qeyd etmək lazımdır. Vücuda girən 

nur maddi aləmdəki başqa cismlərdə olan nur və gözəllikləri 

görür, onlara qarşı bir sevgi və cazibə hiss edir. Ancaq  

bunların nə olduğunu və batini həqiqətini anlamır. Belə bir an-

lamı  və  bəsirəti qazanmaq üçün ruha maddi sevgini, dünya 

həvəslərini, masiva qayğısını atması  və yalnız Haqq sevgisini 

tutması lazımdır. Belə olduqda ilahi nurun – ruhun yenidən 

yüksəlişi – «qövsi-üruc» başlanır. Əgər bəşəri həvəslər tama-

milə atılırsa, insan öz varlığında Haqq nurundan başqa hər şeyi 

unudursa, yalnız pak əxlaqi-mənəvi dəyərləri qəbul edib nəfsi 

həyatla və natamam əxlaqi-mənəvi düşüncə ilə əlaqəni kəsirsə, 



fənaya  uğrayır.  Yəni öz ruhunu Allaha qovuşdurur. Buna 

təsəvvüfdə fəna-fillah deyilir. Fəna-fillah  öz cismani vücudu-

nu və maddi həyatı unudub ruhunu ilahi varlıqda yox etməkdir. 

İnsan varlığındakı ilahi «mən»in Haqqa qovuşub onda yox 

olmasıdır. 

Bundan sonra isə bəqa (əbədiyyət) mərhələsi gəlir ki, buna 



bəqabillah  deyilir. Bəqabillah fənaya uğramış ruhun ilahi var-

lıqda  əbədiləşməsi, onunla daim var olmasıdır. Bəqa-billahla 

«qövsi-uruc» - «yüksəliş qövsü» başa çatır və təsəvvüf və irfan 

düşüncəsindəki dövri hərəkət  tamamlanır. 

Fənanın, bir qayda olaraq, insan cismən öldükdən sonra 

baş verdiyi qəbul edilir. Amma B.Bistami, H.Mənsur, C.Rumi, 

Ə.Yəsəvi və s. kimi müstəsna şəxsiyyətlərin hələ sağ ikən fəna-

ya uğradıqları düşünülür. B.Bistaminin belə bir sözü 

məşhurdur: «Mən Bəyazidlikdən bir ilan öz qabığından çıxdığı 

kimi çıxdım. Sonra baxdım və gördüm kisevən, sevilən və 

sevgi  birdir».  Yəni varlıqda vücudü-mutləqdən başqa heç nə 

yoxdur. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə