Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

 

15

ki, bu ideya kəlam alimləri və fəqihlər arasında ciddi etiraza sə-



bəb olmuşdu. 

Həllac ibn Mənsur isə adı öz əqidəsi yolunda cəfa və cəza 

çəkən bir fədakar obrazı kimi simvollaşmış mütəsəvvüflərdən 

biridir. IX-X əsrlərin hüdudlarında yaşamış  Həllac məşhur 

«ənəlhəq» («mən həqqəm») şüarını irəli sürdü. O, belə deyirdi: 



«Mən özüm yoxam, məndə olan da haqdır». Həllaca görə öz 

nəfsini, dünyəvi meyllərini öldürüb maddi həzz və  şəhvətin 

əsarətindən qurtulan şəxs irfani bilik kəsb edərsə, ilahi bir 

məqama yüksəlib insani keyfiyyətlərdən təmizlənər. Bu halda 

o, ilahi keyfiyyətlər qazanar. Daha doğrusu, ilahinin ruhu onda 

təcəssüm etmiş olar. Həllac ibn Mənsur özünün məhz belə bir 

mərtəbəyə yüksəldiyini iddia edir, özü ilə haqq arasında batini 

mənada fərq görmürdü. Elə buna görə də onu kafirlikdə təqsir-

ləndirdilər. Təkcə mütəkəllimlər və fəqihlər deyil, hətta bəzi su-

filər də ona qarşı  çıxdılar. Nəticədə  Həllac 922-ci ildə 

Bağdadda işgəncəli və faciəli  şəkildə edam edildi. Ancaq 

sonradan ona bəraət qazandırıldı və adı Haqq yolunun əzabkeş 

mücahidi kimi əbədiləşdi. 

Ümumiyyətlə, ilkin dövrlərdən başlayaraq uzun müddət su-

filərin bir çoxu təqibə məruz qalmışdır. Ruhanilər, fiqh və kə-

lam alimləri sufilərə radikal mövqedən yanaşmışlar. Təsəvvüf 

dünyasını bütövlükdə  həmin töhmət, qınaq və  təqiblərdən 

qurtaran isə islam şərqinin elm, fəlsəfə  və din sahəsində  ən 

böyük münəvvərlərindən sayılan  imam  Əbu Hamid Qəzali 

olmuşdur. İdrakının, elminin, imanının və fəzilətinin gücü ilə o, 

əgər belə demək mümkünsə,  islamı  təsəvvüflə barışdırdı. 

Qurandan,  İskəndəriyyə  mətkəbinə aid neoplatonizmdən və 

başqa dini-elmi və  fəlsəfi mənbələrdən ustalıqla bəhrələnərək 

təsəvvüf və irfanı bir elm halına gətirdi, məhəbbəti etiqadla 

bağladı. Həyatının mühüm bir hissəsi Nizamiyyə mədrəsəsi ilə 

bağlı olan, həm ziyalılar, həm də xalq kütlələri arasında yüksək 

nüfuz qazanan imam Qəzali fəlsəfə, fiqh və kəlama dair dəyərli 

əsərlər yazıb onların nöqsanlarını göstərərək sonda belə bir 

 

16

nəticəyə gəlir ki, bu elmlərlə həqiqətləri tam şəkildə dərk etmək 



mümkün deyil. Bunun üçün o, mədrəsəni tərk edib xəlvətə 

çəkilir, həqiqəti dərk etməyin yolunu daxili təkamül və irfanda 

tapır. Bidət hesab olunan təsəvvüf və irfan ideyalarını 

ortodoksal islam təlimi sisteminə daxil edir, Allahın intuisiya 

və  vəcd yolu ilə  dərkini mümkün sayır, intuisiyanı mütləq 

həqiqətin dərkində yeganə vasitə hesab edirdi. «Zeynəddin» 

ləqəbiylə tanınmış  və  mədrəsənin elmilə mütləq həqiqətə 

çatmağı mümkünsüz sayan Qəzali belə bir qənaətə  gəlir: 



«Açıqca gördüm ki, sufilərə  məxsus həqiqət kitablardan öyrə-

nilməz. O həqiqətə yalnız insanın təcrübəsi, vəcdi, daxili 

dəyişmələri və ilahi eşqlə dünyanı unudub özünü tərk etmək 

vasitəsilə çatmaq olar». Maddi aləmin  əbədiliyini qəbul 

etməyən Qəzali onun Allahın iradəsi sayəsində ancaq müəyyən 

zaman və məkanda mövcudluğunu, ilahi həqiqətin dərkinin isə 

yalnız ilahi hikmət və arifanə duyğularla mümkünlüyünü qəbul 

edir. Qəzali 

əsas fikirlərini 



«Məqasid 

əl-fəlasifə» 

(«Filosofların məqsədləri»),  «Təhafüt  əl-fəlasifə» («Filosof-

ların təkzibi»),  «İhya ülum əd-din» («Din elmlərinin dirçəl-

məsi»), «Kimyayi-səadət» («Səadət kimyası») və s. kimi trak-

tatlarında ifadə etmişdir. 

Cüneyd Bağdadinin  mərifət təlimi, fəna, vəhdət, məhəb-

bət, zöhd və s.-lə bağlı fikirləri sufizmin nəzəri yüksəlişində 

mühüm rol oynadı.  İmam Qüşeyrinin məşhur «Risalə»si də 

təsəvvüf və irfana dair dəyərli qaynaqlardan sayılır. 

XI-XII  əsrlərdə, demək olar ki, sufizmin elmi-nəzəri və 

dini-fəlsəfi bir təlim kimi formalaşması başa çatdı. Bu dövrdə 

yetişən bir çox mütəsəvvüflərin şərhləri, müxtəlif səpkili əsər-

ləri bu sistemin zənginləşməsinə  və bütövləşməsinə xidmət 

etdi. «Şeyxü-Əkbər» («Böyük şeyx») ləqəbi almış Mühyəddin 

ibn Ərəbinin  şərhləri, xüsusilə onun vəhdəti-vücud təlimi ilə 

sufizm zirvəyə çatdı, bütöv və mükəmməl bir dini-fəlsəfi siste-

mə çevrildi, onun ölçü və nizamı nəzəri cəhətdən tamamlanmış 

oldu. 



 

17

Cəlaləddin Rumi  isə  təsəvvüf və irfanın sənətlə, qovuş-

masında böyük əməli iş gördü. Şeiri, musiqini və  səma’nı 

(rəqsi) xanəgaha, sufi məclislərinə daxil edib bir növ mənəvi-

əxlaqi cəhətdən qanuniləşdirdi. Onun «Məsnəvi»si təsəvvüf və 

irfani görüşləri ifadə  və  təbliğ edən  ən kamil bədii 

nümunələrdən sayılır.  İrfanın bədii zövq və  sənət nəşəsinə 

çevrilməsində  və bu yolla populyarlaşmasında Mövlananın 

xidmətləri əvəzsizdir. 

Sufizmdə iki böyük məktəb – Bağdad və Xorasan mək-

təbləri xüsusilə diqqəti cəlb edir ki, ünlü təriqət başçılarının və 

tanınmış təsəvvüf və irfan öncüllərinin bir çoxu bu məktəblərin 

yetirmələridir. 

Onu da qeyd etmək lazımdır ki, sufizm dini-mistik və fəl-

səfi-əxlaqi bir cərəyan kimi bütöv bir sistemə və tipoloji xüsu-

siyyətlərə malik olsa da, həmin sistemin daxilində çoxlu sayda 

fərqli, zidd, hətta bir-birini inkar edən fikirlər, müxtəlif təma-

yüllər,  şaxələnən firqə  və  təriqətlər mövcuddur. Bu firqə  və 

təriqətlərdə son məqsəd eyni olsa da, məqsədə gedən yollar, 

üsul və vasitələr çeşidlidir və hətta bəzən bir-birinə ziddir. Elə 

sufi təriqətləri və  təsəvvüf  əhli olmuşdur ki, təkcə ruhanilər, 

fəqih və mütəkəllimlər yox, mütərəqqi sufilərin və ariflərin 

(irfan sahibləri) özləri də onlara mənfi münasibət bəsləmişlər. 

Belə bir mənfi münasibət daha çox aşağıdakı hallarla bağlı 

özünü büruzə vermişdir: ittihad; hülul; tənasüx; 

tərkidünyalıq; bəzi ifrat, dini və ictimai baxımdan qeyri-məqbul 

görünən geyimlər və meyllər; bəzi sufilərin tiryək,  şərab, eyş-

işrət və  əyləncəyə qurşanıb guya bu yolla vəcdə  gələrək ilahi 

varlığa qovuşması; bəzi firqələrdə  əməllərin mənəvi-əxlaqi 

qaydalara uyğun gəlməməsi; zahiri əməllərə, geyim tərzinə, 

ibadətə üstünlük verilməsi və s. İttihad  insanın şövq ilə haqqa 

qovuşub onun zatında fəna olmasıdır. Daha əvvəllər qeyri-

məqbul görünən bu ideya imam Qəzali və xüsusilə  də,  İbn 

Ərəbinin təfsirlərindən sonra müəyyən məqbul biçimə salındı. 

 

18

Tənasux  ruhun bir cismdən başqasına keçməsinə,  hülul  isə 



Allahın İsa peyğəmbərdə və ya insanda təcəssümünə inamdır. 

Təsəvvüf və irfan eyni bir çərçivənin hüdudları daxilində 

yerləşən bütöv və vahid bir təlim olsa da, eyni şey deyildir. 

Bunlar arasında müəyyən fərqlər mövcuddur. Təsəvvüf həmin 

təlimin praktik cəhəti, irfan isə  nəzəri tərəfidir. Hər bir elmin 

həm təcrübəvi, həm də nəzəri tərəfləri olduğu kimi sufilikdə də 

təsəvvüf əməli fəaliyyətlə, irfan isə təfəkkür və nəzəri müddəa-

larla bağlıdır. İrfan əməli hərəkətin, praktiki fəaliyyətin gedişa-

tını nizamlayan, onu idraki-nəzəri baxımdan  əsaslandıran 

düşüncə modeli-ilahi hikmət və bilik məcmusudur. Hissi və 

əqli idrakdan yüksəkdə dayanan ali mərifətdir.  İrfan 

təsəvvüfdən daha yüksək mərhələ, vahid təlimin daha uca 

mərtəbəsidir. 

Təsəvvüfə müxtəlif təriflər verilmişdir. Ancaq bu təriflərin 

heç biri onun mahiyyətini tam şəkildə ehtiva etmir. 



Təsəvvüfün   başlanğıcı zöhd, təqva,  şəriət qaydalarına  əməl 

etmək, sadə həyat tərzi, sonra tədricən nəfsi öldürmək, dünyəvi 

həvəsləri tərk etmək, masivanı (Allahın zatından başqa hər şey 

masiva adlanır) «atıb yalnız haqqı tutmaq, ilahi eşq yolçusuna 



çevrilmək və son məqsəddə öz cismani varlığını yox sanıb, 

ruhani varlığını Allahın varlığında fəna etməkdir. Başqa sözlə, 

təsəvvüf  nəfsin törətdiyi afətlərdən təmizlənmək, dünyəvi 

həvəslərdən yaxa qurtararaq Haqqa yaxın ilk sırada və yüksək 

dərəcədə dayanmaq deməkdir» (Əbülhəsən Nuri). 

Təsəvvüf irfandan daha əvvəl təşəkkül tapmışdır. Onun 

başlanğıcı zöhd  (dünya nemətlərindən və həsəvlərindən imtina 

edib tərkidünya, guşənişin həyat keçirmək, zahidlik. Zahidlər 

yalnız onları sadə  tərzdə yaşada biləcək qədər yeyib içirdilər

bəziləri, məsələn, tanınmış sufi Abdak əs-Sufi yalnız bitki ilə 

qidalanırdı. Zahidlik xristianlıqdakı asketizmə bənzər həyat tər-

zidir),  təqva (insanı Allahdan uzaqlaşdıran istək və  hərəkət-

lərdən çəkinmək, pəhrizkarlıq, nəfslə mücadilə etmək),  şəriət 

qaydalarına əməl  etmək, sadə həyat tərzi yaşamaq və s. olmuş-




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə