Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 

63

xəzlər onun «İskəndərnamə» adlı bir poema da yazdığını 



soraq verir. Lakin bu fakt hələlik dəqiq şəkildə təsdiq olunma-

mışdır və mütəfəkkirin belə bir əsər qələmə aldığı  şübhəli 

olaraq qalır. O, fars dilində yazıb yaratmışdır. Bununla belə, 

«Cavidannamə»nin müəyyən hissələri  ərəb  və  gürgan 

dillərində qələmə alınmışdır. 

Nəiminin divanı  həm dünyəvi, həm də  təriqət mövzulu 

poeziya nümunələrindən ibarətdir. Dünyəvi mövzulu şeirlərdə 

adi, həyati, reallığa müvafiq mətləblərdən danışılırsa, təriqət 

mövzulu  şeirlərində hürufiliyin məram və  məqsədləri poetik 

yönümdə əks etdirilir. 

Onun «Ərşnamə» əsəri də nəzmlədir. Bütöv şəkildə bizə 

gəlib çatmayan əsər məsnəvi formasındadır

Müəllifin son əsəri «Vəsiyyətnamə»dir. Bundan əvvəl isə 

o, əsas dini-fəlsəfi əsəri olan «Cavidannamə»ni qələmə almış-

dır. «Vəsiyyətnamə» nə bədii, nə də dini-fəlsəfi əsər deyil. O, 



epistolyar janrdadır. Daha doğrusu, mütəfəkkirin həbs edildik-

dən sonra məhbəsdən öz inanılmış müridlərinə yazdığı bir neçə 

məktubu  əhatə edir. Həmin məktublar göstəriş, bir növ müəl-

lifin öz xəlifə  və müridlərinə, həmçinin qızlarına vəsiyyət xa-

rakterindədir. Yəqin ki, gizlin şəkildə yazılmış bu məktublarda 

o, öz müridlərinə və qızlarına necə hərəkət etmək, necə davran-

maq və nə iş görmək barədə göstərişlər verir. Qızlarını etibarlı 

müridlərinə tapşırır. Böyük qızı Fatiməyə kiçik qızların taleyi 

ilə bağlı  bəzi məsləhətlər söyləyir. Tərəfdarlarına məsləhət 

görür ki, öz xüsusi geyimlərini (hürufilərin məxsusi geyimləri 

var idi. Məsələn, onlar ağ  dəridən papaq qoyardılar və s.) 

dəyişsinlər, camaat kimi geyinib adamlara qarışsınlar. Oruc 

tutub namaz qılsınlar ki, onların kim olduğu bilinməsin. 

Mümkün olsa, dağlara çəkilsinlər və ya başqa yerlərə  çıxıb 

getsinlər. Bütün bu göstəriş  və tövsiyələri Nəimi öz 

tərəfdarlarını  təqibdən və gözlənilən cəzadan qurtarmaqdan 

ötrü edirdi. 

 

64



«Eşqnamə» adı ilə  də tanınan «Məhəbbətnamə» risaləsi 

müəllifin ilk əsərlərindəndir. Burada hürufilik təliminin ideya-

ları yığcam olaraq şərh edilmişdir. 

Bütövlükdə  əlimizdə olmayan və yalnız müəyyən 

fraqmentləri gəlib bizə çatan «Növmnamə» isə yuxu haqqında 

kitabdır. Burada Fəzlullahın 30 yaşından ölümünə  qədərki bir 

çox yuxuları  və peyğəmbərliyi  şərh edilir. Əsərdə müəllifin 

tərcümeyi-halına dair bəzi notlar, həmçinin hürufiliyin ilkin 

dövrdə yayılma mexanizminə aid məlumatlar da mövcuddur. 

Belə ki, Nəimi Astarabad, Bakı, Mazandaran, Xarəzm, Təbriz, 

Sufiyan və s. kimi şəhərləri gəzib təriqət ideyalarını necə 

yaydığını söyləyir. Eyni zamanda, burada Nəiminin mötəbər 

müridlərindən Nəsimi ilə münasibətləri və yazışmaları barədə 

də bilgi vardır. 

Əliyül-Əla «Kürsinamə»  əsərində  məlumat verir ki, hüru-

filiyin günəşi Təbrizdə doğmuş və ilk dəfə öz şəfəqlərini Azər-

baycana saçmışdır. Bu ölkə Allahın peyğəmbəri və övliyaları 

ilə şöhrətlənmişdir. 

Hürufilik panteizmə əsaslanan yarı dini, yarı fəlsəfi cərə-

yandır. Panteizmə görə Allah var, ancaq o, təbiətdən,  əşyadan 

və insandan kənarda deyil, onun mahiyyətindədir. Başqa sözlə, 

Allahla maddi varlıq eynidir. Xaliq məxluqdan kənarda yox, 

onun özündədir. 

Hürufilər «vəhdəti-vücud» konsepsiyasını ciddi bir nəzə-

riyyə kimi qəbul edirlər. Onların  əqidəsinə görə Allah təbiət, 

əşya, insan və bütün kainat, bir sözlə, mənəvi olanla maddi 

olan, xaliqlə  məxluq vəhdətdədir. Allah yeganə reallıq və 

həqiqətdir. Varlıqda istər maddi, istərsə də mənəvi olsun Tanrı 

həqiqətindən başqa heç bir həqiqət mövcud deyil. Mahiyyət də, 

təzahür də, məna da, surət də, məzmun da, forma da elə Haqqın 

özüdür. Yaradan da, yaradılan da yeganə reallıq olan Haqqın 

zatına bağlıdır və bütöv bir vəhdət təşkil edir. 

Bununla belə, hürufiliyin başqa təriqət, cərəyan və  təlim-

lərdən əsaslı bir fərqi onların hər şeyi söz və hərfə bağlamaları 




 

65

idi. Elə təriqətin adı – hürufilik! – də buradan irəli gəlir. Onlar 



belə hesab edirdilər ki, Allah kainatı  və insanı «kon» («ol») 

əmrindən, yəni sözdən yaradıb. Deməli, söz (hərf) həm 

yaradılışın səbəbi, həm də elə özüdür. Çünki söz hər  şeydir, 

müxtəlif  kiçik və böyük cismlər  şəklində  təzahür etmişdir. 

Nəsiminin sözləri ilə desək: 

 

Əqli küllü, ərşi kürsü, lövhü qələm 

Çar ünsür, nöh asimandır söz! 

 

Bir inanc sistemi olaraq hürufilik müxtəlif ideya-nəzəri və 



dini-fəlsəfi qaynaqlara malikdir. Quran, islam qaydaları, sünnə 

və hədislər bu qaydalar sırasında öndə gəlir. Hürufiliyin şiəlik 

və mehdizmlə sıx bağlılığını nəzərə alıb bu əqidə tərəfdarları-

nın imamətlə  əlaqəli bilgi və düşüncələrini də buraya əlavə 

etməliyik. Onun islam dinindən ayrılmış  təmayüllər olan is-

maililik  və  gərmətiliklə  də  bəzi oxşar cəhətləri mövcuddur. 

Təsəvvüf və irfan düşüncəsinin, bütövlükdə sufizm ideyaları-



nın hürufiliyə təsiri isə daha çoxdur. Bu təriqətin qədim hind, 

çin  fəlsəfəsindən,  manixeyzmdən, məzdəkizmdən,  xürrəmi-

likdən  əxz etdiyi bəzi cəhətlər də yox deyil. Bundan əlavə, 

onun qədim yunan fəlsəfəsindən, xüsusilə platonizm və pifa-



qorçuluqdanTövrat və İncildən bəhrələndiyi də məlumdur. 

Qədim yəhudi dini-fəlsəfi sistemi olan qabalizmin  də 

hürufiliyə ciddi təsiri olmuşdur. Göründüyü kimi, haqqında söz 

açdığımız bu təlimin qaynaqları  rəngarəng və sayca çoxdur. 

Məhz bunu nəzərdə tutaraq R.Tövfiq qeyd edir ki: «Beləliklə, 

hürufizm eklektisizmdir. Onu öyrəndikdən sonra belə  şərh et-

mək olar ki, onda hər şeydən bir az var. Bir az neoplatonizm, 

yəhudi qabalizmi, şiəlik, sufizm, trinitarizm, monizm. Əslində 

isə bu druzların dinidir... Bütövlükdə ona aid olan budur ki, o, 

böyük dinlərə münasibətdə bir karikaturadır» (sitat üçün bax: 

26, 14). 

 

66



Onu da deyək ki, hürufilərin ideya-nəzəri izahatlarında, di-

ni-fəlsəfi  şərhlərində bir çox hallarda qondarmaçılıq, məqsəd 

naminə faktları zorla uyuşdurma aşkar şəkildə hiss olunur. Mə-

sələn, onlar rəqəmləri artırıb  əskiltməklə özlərinə lazım olan 

şeylərin sayını zorla 28 və 32-yə çatdırırlar. Bəzən  şərhləri 

məntiqi və sübutlu görünmür. 

Bundan  əlavə, hürufilik təliminə aid təfsir və izahatları 

ərəb və fars əlifbasından başqa qeyri bir əlifbaya tətbiq etmək 

mümkün deyil. Onların şərh və qənaətlərinin əsas rüknünü ərəb 

və fars əlifbası təşkil edir. 

F.Nəiminin həcmcə  ən böyük əsəri «Cavidannamə»dir. 

Müəllifin yaradıcılığının daha sonrakı dövrlərində,  əgər belə 

demək mümkünsə, yaradıcılığının, fəaliyyət və 

dünyagörüşünün püxtələşmiş çağlarında qələmə alınmış 

«Cavidannamə» hürufilik təliminin  ən mötəbər qaynağı, bu 

təriqətin  əsas ideya, məqsəd və baxışlarını özündə  əks etdirən 

təlim kitabı hesab olunur. Şərti olaraq belə demək mümkündür 

ki, «Cavidannamə» hürufilərin Quranı, ana kitabıdır. Nəimi 

hürufilik ideologiyası ilə  əlaqəli bütün təsəvvür, baxış  və 

prinsiplərini bu sonuncu dini və elmi-fəlsəfi  əsərində 

ümumiləşdirmiş, onun ən mühüm müddəalarını  şərh etmiş  və 

müəyyənləşdirmişdir. 

«Cavidannamə» özü 2 hissədən ibarətdir: «Cavidane-Kə-

bir» («Böyük Cavidannamə»),  «Cavidane-Səğir» («Kiçik 

Cavidannamə»). «Cavidannamə»,  əsasən, fars dilində yazılsa 

da, mətnin müəyyən hissələri  ərəb və gürgan dillərindədir. 

Gürgan dili fars dilinin Astarabad ləhcəsidir. Burada müəllif öz 

müddəalarını şərh edərkən çoxlu saydı diaqramlardan, müxtəlif 

ölçülü dairələrdən və həndəsi işarələrdən də istifadə etmişdir ki, 

bunların vasitəsilə Allah, söz, insan, göy, yer, ulduzlar, bürclər, 

4 ünsür, Kəbə və s. arasındakı əlaqə və münasibətləri aydınlaş-

dırmağa çalışmışdır. 

«Cavidannamə»nin müəyyən hissələri  Saillə talib arasın-

dakı dialoq formasındadır. «Sail» Nəiminin təxəllüslərindən bi-



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə