Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

 

51

batini nurlanma hissidir, ilahi vergidir. Yalnız müəyyən məqam 



üçün verilir və sonra keçib gedir. Hal məvahib, yəni ilahi 

tərəfindən bəxş olunan hissdir. 



Məqamın yeddi (tövbə, vərə, zöhd, fəqr, səbr, təvəkkül, 

riza), halın isə on (məhəbbət, xof, rica, şövq, müşahidə, və s.) 

olduğu göstərilir. Ancaq ayrı-ayrı  təsəvvüf  şeyxlərinin təfsir-

lərində bəzən bu rəqəmlər dəyişə bilir. 

Sufizmin özünəməxsus və  zəngin bir terminologiyası 

vardır. Bir çox söz və ifadələr burada dini-fəlsəfi termin 

səciyyəsi daşıyıb öz həqiqi mənasından fərqli anlamda işlədilir. 

Həmin istilahların məxsusi mənalarını bilmədən sufizmin əsl 

mahiyyətini tam şəkildə başa düşmək mümkün deyil. Məsələn: 

Məşuq, yar, canan, dildar, nigar, sevgili   və s. dedikdə 

təsəvvüf terminologiyasında  Allah  nəzərdə tutulur. İrfan  şair-

lərinin bu adlar altında vəsf etdikləri gözəl də  məhz Haqqın 

özüdür. 


aşiq – mürid, salik, dərviş, səyyar, arif və s. mənaları ifadə 

edir. Bunlar Tanrı  eşqilə yaşayan kimsələr, onu sevən həbib-

lərdir. 

əğyar –   əvvəlcə  də deyildiyi kimi, Allahdan başqa qeyri 

şeylər, maddi dünya və onun həvəsləri, şeytani ehtiraslar, nəfs 

və onun istəkləridir ki, qulu Haqdan uzaqlaşdırır. 

saqi  (şərabpaylayan) – irşad sahibi, mürşidi-kamil, pir, 

şeyxdir ki, müridə, Haqq yolçusuna ilahi elm və hikmət, 

mərifət öyrədir, Tanrı sevgisi təlqin edir. 

mey, badə,  şərab, piyalə    həqiqi mənada içilərkən ağılı 

aparan, insanı  məstliyə düçar edən mayedir. Təsəvvüfdə isə 

mərifət elmi, ilahi hikmət, Haqq vergisi, vacibül-vücuda 

bəslənilən məhəbbət və  eşqdir ki, bu hissin bəndəyə  tədricən 

təlqin olunması ağılı yoxa çıxarır, Tanrı varlığının dərkindən və 

ona olan eşqdən məstlik və xumarlıq yaranır. Tanrı varlığının 

dərki və ondan doğan sevinc və  vəcd  əvəzedilməz mənəvi 

şərabdır. 

 

52

meyxanə, meykədə   dedikdə isə  təkkə, zaviyə, xanəgah, 



yəni irfan ocağı, mərifət öyrənilən məkan, ilahi sevginin öyrə-

dildiyi yer nəzərdə tutulur. 



ney – Həqiqi vətəndən – vücudi-külldən ayrılıb məcazi və-

tənə – cüzv aləminə düşən və bunun üçün də  fəryad və nalə 

edən zərrə. O, öz əslindən ayrıldığına görə qərib vətəndə hicran 

qəminin  şikayətlərini söyləyir. Neyin içinin boş olması onun 

mənəvi və ruhani olan Haqdan başqa bütün masivani tərk 

etməsi kimi yozulur. Neyi çalmaq üçün ona üfürülən nəfəs və 

hava vücuda, cismə üfürülən ilahi ruha bənzədilir. Ney həm də 

hər cür nəfsani istəklərdən xilas olmuş qəlb və vücuda işarədir. 

Klassik sənətkarlarımızın  əsərlərində tez-tez rast gəlinən 

bəzi başqa təsəvvüf istilahlarının bir neçəsinin mənasını da 

qısaca şəkildə burada veririk: 

ay (mah) – ilahi varlığın camal sifətlərinin nişanəsi və hə-

qiqi gözəllik simvolu. Həmçinin çoxluq aləminin müxtəlif for-

malarda (ölçülərdə) təzahürü (ay maddi dünyadakı varlıqlar 

kimi kiçilir və böyüyür, yəni dəyişkəndir), Haqqa aid sirlərin 

zühuru. 

busə – söz və  kəlam; Haqqın varlığından və bilgisindən 

alınan ruhani zövq və nəşə. 



büt  - əsasən, eşq və vəhdət məzhəri kimi müsbət anlamda 

işlənir. Çox az hallarda maddi aləmi, nəfsi istəkləri bildirir. 



qamət (qədd) – yüksəliş və ucalığa, qəlbin ilahi aləmə yö-

nəlməsinə işarədir. 



Qaf – bədii ədəbiyyatda da tez-tez xatırlanan əfsanəvi dağ-

dır. Ümumiyyətlə, dağ, o cümlədən Qaf təsəvvüfdə ruhi-

mənəvi ucalıq, batini saflıq və yüksəliş  məqamı anlamında 

işlədilir. 



qələm – Quranda bir neçə yerdə xatırlanan və and yeri 

sayılan qələm külli-nəfsə, ilkin yaradılışa və geniş ilahi biliyə 

işarədir. Qələm, yazı və lövhə təsəvvüfdə müqəddəs sayılır. 

qaş (əbru) – əvvələn, qibləyə və mehraba işarədir. İkincisi, 

Məhəmməd (s.) peyğəmbərin merac zamanı Allahla yaxınlığını 




 

53

ifadə edən «qabi-qövseyn» anlamında işlədilir. Çünki qaş qövs 



şəklindədir və kəmiyyətcə ikidir. Üçüncüsü isə, aşiqə qarşı la-

qeydlik (istiğna), gözəllik və naz əlamətidir. 



deyr – həqiqi mənada monastr, kilsə və ya atəşgədə, atəş-

pərəstlik məbədi mənasındadır. Müsəlmanlıq üçün qeyri-məq-

bul məkan olan deyr təsəvvüfdə məna aləmi, vəhdət sarayı, ir-

fan ocağı, irşad və irfan sahibinin pak daxili aləmi və s. kimi 

müsbət rəmzi çalarda işlənir. 

dodaq, ağız (ləb-dəhən) – söz və kəlam rəmzidir. Ağız tə-

kəllüm (danışmaq), dodaq isə Haqq tərəfindən nazil olan 

kəlama işarədir. Ağızın kiçikliyi ilahi sirlərin incəliyinə 

bənzədilir. Bəzən də nöqtə  və  zərrəyə  təşbeh edilir. Ağızın 

kiçikliyi ilahi bilik və sirlərin yığcam ifadəsi mənasında da 

anlaşılır. Dodaq isə Tanrının həyatverici ruhu, dirilik suyu kimi 

simvolik yozuma da malikdir. 

bulud (əbr) – Haqq ilə bəndə, aşiq arasındakı vüsalı əngəl-

ləyən hicab. Vəhdət, yəni Günəşlə qul arasında ayrılıq yaradan, 

Haqqın cəlal və camal gözəlliklərini görməyə mane olan pərdə; 

nəfs. 


Ənqa – əfsanəvi quş. Qaf dağında yaşadığı güman edilir. 

Adı var, cismi yoxdur. Təsəvvüf  əqidəsi, ilahi mərifət və  eşq 

rəmzi kimi işlənir. Belə ki, bu ali keyfiyyətlər də Ənqa kimi gö-

zə görünməyən əsrarlı mövcudluqdur. 



zənəxdan – Haqq yolçusunun fikri dünyasında yaranan 

müşküllər və zahiri müşahidədən  əmələ  gələn zövq və feyz. 

Zənəxdan və ya zənəx insanın çənəsində olan kiçik çuxura de-

yilir. 


kakül – aşiqin hissi aləmdə Haqqa qovuşmaq üçün keçdiyi 

dolanbac yollara, əzablı və ziqzağlı gedişlərə işarədir. Kakül sa-

çın qıvrım, buruq hissəsinə deyilir. Aşiqin ilahi aləmə 

qovuşmaq uğrundakı  cəhdi zamanı keçdiyi nahamavar yol 

kakülə bənzədilir. 

 

54



kuy – kuy «məhəl» deməkdir. Haqqın dərgahına, məskə-

ninə bağlılıq anlamındadır. Aşiqin, arifin meyli daim yarın 

(Haqqın) səri-kuyindədir. 

göz  (çeşm) – görüm, yəni bəsirət rəmzidir.  İnsan fiziki 

gözlə Allahın yaratdığı zahiri dünyanı görüb anlayır. Batini 

gözlə isə həqiqəti müşahidə edə bilir. Deməli, həm zahiri, həm 

də batini mənada göz Haqqın dərkinə xidmət edir və ilahi 

bəsirət simvoludur. Gözün xumarlığı, məstliyi, həmçinin 

onunla  əlaqədar işlənən  şəhla, fəttan, cadu, bimar  və s. 

ifadələr gözəllik, incəlik, zəriflik  əlamətidir. Gözlə bağlı 

işlədilən naz, qəmzə, istiğna, navək və s. ifadələr isə Haqqın 

aşiqə-bəndəyə qarşı etinasızlığı, onu sınamaq istəyidir. 

Günəş  (aftab) – həm vəhdət, birlik, həqiqət, həm də gö-

zəllik, üz və camal rəmzidir. Tanrının camal sifətlərinin nişanə-

sidir. 

gül – Tanrı rəhməti və ehsanından insan qəlbində yaranan 

fərəh və sevinc. 



mar (ilan) – mənfi çalarda işlənir. Nəfs, maddi dünya ehti-

rasları, cismani istəklər, Haqq yolçusunu həqiqət aləmindən 

ayıran həvəslər nəzərdə tutulur. 

müsafir – səfrə edən, aşiq, mürid, salik, Haqqa doğru yol 

gedən. 


muy (tük) – Allaha aid sifətlərin (zat, cəlal, əzəmət və s.) 

aşkara çıxması  və bu sifətlərin incəliyi. Bu sifətlər tük kimi 

incə olduğundan onları tanımaq çətindir. 

niqab – həbiblə  məhbub, sevənlə sevilən arasında pərdə. 

Niqab (örtük) məşuqun gözəlliklərini görüb müşahidə etməyə 

mane olur. Aşiq kamilləşdikcə bu maneə ortadan qalxır. 

nöqtə – vəhdət rəmzidir. Belə ki, qələmin ucu kağıza və ya 

lövhəyə toxunduqda nöqtə  əmələ  gəlir və sonra yazı yazılır. 

Deməli, nöqtə yazının başlanğıcıdır. Varlığın başlanğıcı da 

vəhdətə bağlıdır və ondan nəşət edir. Nöqtədən – başlanğıcdan 

sonra əmələ gələn yazı-xətt isə varlığın tədricən nizamla zühur 

olmasına işarədir. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə