Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 

47

Onu da qeyd etmək lazım gəlir ki, təsəvvüf şeyxləri heç də 



məhəbbət və  eşqi   eyni şey hesab etmirlər. Bir qayda olaraq, 

irfan sahibləri eşqi məhəbbətin daha şiddətli dərəsi kimi dəyər-

ləndirirlər. Adətən eşq közün özünə, məhəbbət isə közün işı-

ğına  bənzədilir. Yəni eşq atəş, məhəbbət isə onun nurudur. 

Buna görə də eşq daha çox yandırıb yaxır. Onun hərarəti daha 

ziyadədir. 

Ancaq eşq və sevgi nə  qədər  əzəmətli duyğu, möhtəşəm 

hiss olsa da, bir o qədər də cəfaverici xislətə malikdir. Buna gö-

rə təsəvvüfdə «eşq müşkülü», «bəlayi-eşq»  adlanan ayrıca bir 

anlayış hakimdir. Orta əsr klassiklərimizin çox tez-tez bədii 

dillə «eşq müşkülü»ndən və «bəlayi-eşq»dən  şikayət 

etmələrinin səbəbi də budur. Belə ki, eşq işi ilk öncə asan və 

cazibədar görünür. Lakin elə ki, bu dərdə mübtəla oldun onun 

müşkülləri ortalığa çıxır. Eşq və  məhəbbətin çətin, ağır, 

əzabverici bir hiss olduğu bəlli olur. Vəhdəti-vücud fəlsəfəsinə 

görə  vəhdət aləmindən ayrılıb kəsrətə düşən zərrənin «şəbi-

hicran» günləri başlayır. Öz əslindən ayrılan zərrə  «şəbi-

hicran»ın zülmət və qaranlığında vücudü-küllün sevgisi ilə 

əzab çəkir. Bu sevgi artdıqca cəfa da artır.  Əslində isə  eşq 

yolunda daha çox əzab çəkmək bəndənin Haqqa olan sevgisinin 

böyüklüyünə  dəlalət edir. Füzulinin Məcnunun dili ilə ifadə 

etdiyi kimi insan «bəlayi-eşq ilə» nə qədər çox «aşina» olursa, 

nə  qədər çox məşəqqət və qovğa çəkirsə, vücudi-mütləq 

qarşısında öz eşqinin böyüklüyünü, məhəbbətdə sabitqədəm və 

sədaqətli olduğunu bir o qədər çox isbata yetirmiş olur. 

Vəhdəti-vücud fəlsəfəsinə görə  əslində  eşq, aşiq  və  mə-



şuq, məhəbbət, həbib və məhbub, sevgi, sevən və sevilən ma-

hiyyətdə eynidir. Sadəcə olaraq təzahürlər fərqlidir. Həm də 

müşkül iş olan eşqin həqiqətini hər kəs anlaya, cəfasını  hər 

kimsə  çəkə bilməz. Onun zövq və  səfasını ancaq eşq zövqü 



olanlar,  cəfasını isə  həqiqi  əzabkeşlər və sadiq bəndələr çəkə 

bilər. 


 

48

Eşq eyni zamanda hüsnlə, yəni həqiqi gözəlliklə bağlıdır. 



Bunlar biri digərini tamamlayır. Biri olmadan digərinin aşkar 

olması mümkün deyil, biri olmadan digərinin qiymət və 

dəyərini anlamaq olmaz: 

 

Eşq olmasaydı, olmaz idi hüsn müştəhir, 

Hüsn olmasaydı, eşq itirmişdi şöhrətin. 

Füzuli 

 

Eşqi zahir edən hüsn, hüsnün dəyərini bildirən eşqdir. 



Eşq ağıl və elmdən daha yüksəkdir. Ağıl və elmlə ancaq 

maddi dünyanı  və ona aid bilikləri kəsb etmək, anlamaq olar. 

Əvvəlcə  də dediyimiz kimi, bunlar ilahi həqiqətləri anlamaq 

üçün kifayət etmir. Həmin həqiqəti dərk etmək və ona çatmaq 

yalnız eşqin yardımı ilə mümkündür. 

Təsəvvüf və irfan düşüncəsində son və başlıca məqsəd 



kamil insan problemidir. Əvvəlcə də dediyimiz kimi, insan ən 

şərəfli xilqət, Allahın yer üzündəki varisi, xəlifəsidir. Quranın 

«Fatir» surəsində deyildiyi kimi: «Sizi yer üzünün varisləri 

edən (bir-birinin yerinə  gətirən) Odur»  (ayə 39). Varlıq da 

insana xatır yaradılmış, insanın timsalında Tanrı onu görəcək 

gözlər və tanıyacaq qəlblər xəlq etmişdir. Deməli,  əslində, 

«nüsxeyi-səğir» olan, cövhəri mənadan ibarət, lakin müvəqqəti 

olaraq surətə  gəlmiş insanın  əsas məqsədi yer üzündə Haqqa 

yönəlmək, onun sevgisi ilə yaşamaq, nəfs adlı şeytanın, əğyarın 

fitnəsinə uymamaq, vacibdən başqa bütün masivanı, hətta  öz 

cismani varlığını da unutmaqdır.  İlahi  əxlaqla  əxlaqlanmaq, 

mənəvi saflıq, ruhani kamillik sufizm etiqadında başlıca qayə-

dir. Təbii ki, belə bir insan dünyanın hər cür şər və  bədxah 

əməlindən uzaqlaşıb, ancaq xeyir və  nəcib  əməllər 

mücəssəməsinə çevrilir. 

Təsəvvüf ideoloqları insanları  dini, irqi, milli, cinsi  və s. 

mənsubiyyətlərinə görə fərqləndirib bu əlamətlərə əsasən birini 

digərindən üstün hesab etmir. Kəbə ilə kilsə, məscidlə bütxanə, 



 

49

müsəlmanla xristian həqiqət əhlinin nəzərində mahiyyətcə eyni, 



bir-birindən fərqi olmayan varlıqlar sayılır: 

 

Kəbəvü deyr nədir, qeyr nədir, seyr nədir? 

Məscidü bütkədəvü xirqəvü zünnar nədir? 

Nəsimi 

 

İrfan əhlinin baxış və qənaəti belədir: 



 

Ayrı bilmişsən, Füzuli, məscidi meyxanədən, 

Səhv imiş ol kim, səni biz əhli-irfan bilmişiz. 

Füzuli 

 

Ey Füzuli, sən məscidlə meyxanəni (küfr məkanı sayılan, 



şərab içilən yeri) bir-birindən ayırırsan. Bu səhv bir yoldur. 

Halbuki biz səni mərifət sahibi, əhli-irfan hesab edirdik! Bu ali 

təsəvvüf düşüncəsində əsas inam və prinsipdir. 

Təsəvvüf və irfanda insanlar bir-birlərindən yalnız cahilli-



yinə  və  kamilliyinə, Haqqamı  və ya maddi dünyayamı 

bağlılıqlarına, Haqqınmı  və ya nəfsinmi (şeytanınmı) qulu 

olduqlarına görə fərqlənirlər. 

İlahi varlıqdan ayrılıq – hicran dərdi və Haqqa qovuşmaq 



vüsal həsrəti  təsəvvüf fəlsəfəsində xüsusi populyarlıq kəsb 

edən məsələlərdən biridir. Aşiq, bəndə, salik surət aləmində 

daim «şəbi-hicran»ın əzablarını yaşayır, öz məşuqundan ayrıl-

dığına görə möhnət və iztiraba düçar olur, ağır və müztərib hal-

lar keçirir, göz yaşı tökür. Lakin Allah – məşuq, yar aşiqə qarşı 

laqeyd və soyuqqanlıdır. Bir tərəfdən, əğyar (nəfs) vüsal yolun-

da maneədirsə, digər tərəfdən də  məşuqun etinasızlığı  aşiqə 

əzab və dərd verir. Məşuq isə öz təmkini və laqeydliyi ilə aşiqin 

eşqdəki səbr və səbatını yoxlamaq, vüsal uğrundakı iradə və cə-

fakeşliyini sınamaq niyyətindədir. Bədii  ədəbiyyat üçün bol 

material verən bu mövzu orta əsrlərdəki təriqət meylli sənətkar-

larımızın yaradıcılığında geniş şəkildə öz obrazlı əksini tapmış-

 

50

dır. Salik, bəndə və arif üçün ən böyük sevinc də vüsal sevin-



cidir. 

Hər bir həqiqi sufi kamillik yolunda hicran, möhnət əzabını 

və vüsal həsrətinin iztirablarını yaşamalıdır. Ümumiyyətlə, ka-

millik yolu uzun, məşəqqətli və çətin bir yoldur. 



Təsəvvüfdə rəmzlər və simvolik yozumlar. Sufizmdə rəmzi 

ifadələrin və simvolik yozumların böyük rolu vardır. Burada bir 

sıra rəmzi anlayışlar vardır ki, onlar özünəməxsus mənalarda, 

başqa sözlə, öz həqiqi mənasından fərqli anlamda işlədilir. 

Buna görə  də dini-fəlsəfi cərəyan olan sufizmin məxsusi 

simvolik dili olduğu tez-tez nəzərə çatdırılır. Həmin dil obrazlı 

şəkildə «quş dili» («məntiqüt-teyr») adlandırılır. Deyilən 

mətləbi Nəsimi bir qəzəlində bu cür vurğulayır: 



 

Hər kimsə Nəsimi  sözünü kəşf edə bilməz, 

Bu quş dilidir, anı Süleyman bilir ancaq. 

 

Təsəvvüfdəki rəmzi anlayışları, onun «quş dili»ni bilmədən 



təsəvvüfün  əsas ideyalarını, məram və  şərhlərini, elmi-fəlsəfi 

mahiyyətini də dürüst şəkildə anlamaq mümkün deyil. 

Dini-təsəvvüfi  ədəbiyyatlarda varlığın başlanğıcı  məbdə,  

sonu isə məad adlanır. İnsan da bir xilqət kimi məbdədən gəlib 

müvəqqəti olaraq maddi aləmdə qərarlaşır və sonra məada-son 

qayıdış məkanına dönür. 

İnsan surət aləmindəki yaşayış prosesində  mənəvi-əxlaqi 

kamilləşmə  və Haqqa doğru yüksəliş yolunda bir sıra  məqam 

və hallardan keçir. Bunlar hər ikisi yüksəliş yolunun pillələri 

olsa da, heç də eyni şey deyildir. Məqam   Haqq yolçusunun 

əməli fəaliyyyət, təcrübə və sınaqlar vasitəsilə tədricən qazan-

dığı  mənəvi-əxlaqi və psixoloji vərdişlər sistemidir. Məqam 

mürid və salikin şəxsi iradəsi, çalışma və səyi ilə qazanılır, yəni 

məkasibdir (kəsb ediləndir). Məqam davamlı  və uzunmüddət-

lidir.  Hal  isə ilahi vəcd (ekstaz) və ilham yolu ilə əldə edilən, 

salik və arifin qəlbinə müəyyən an çərçivəsində nazil olan 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə