Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 

59

daha erkən təşəkkül tapmış, daha əhatəli və uzunömürlü olmuş



ictimai, dini-fəlsəfi, ədəbi-mədəni həyatın daha geniş sahələrinə 

nüfuz etmiş, kütləviləşmiş, orta əsrlər islam şərqində  ədəbi 

meydanın daha böyük sahəsini öz təsiri altına almışdı. Ancaq 

bu dövrdə hürufiliyin də özünəməxsus yeri vardır. 

Hürufilik dini-fəlsəfi təriqət kimi, əsasən, XIV-XV 

yüzilliklərdə özünü təzahür etdirir. Sonrakı əsrlərdə öləziyir və 

onun ancaq bəzi işartılarını görürük. Bununla belə, panteist 

dini-fəlsəfi düşüncəni  əsas götürən bu cərəyan XIV-XV yüz-

illiklər Azərbaycan  ədəbi-mədəni mühiti və  bədii fikri ilə o 

qədər sıx və  əsaslı  şəkildə qaynayıb qovuşur ki, onu nəzərə 

almadan həmin dövr ədəbiyyatımızı bir bütöv  olaraq dərk 

etmək mümkün deyil. Təkcə onu demək kifayətdir ki, XIII-XV 

əsrlər Azərbaycan  ədəbiyyatının  ən böyük ədəbi siması  və bu 

dövr ana dilli şeirimizin mübahisəsiz olaraq birinci şəxsiyyəti 

sayılan  İ.Nəsimi bu təriqətin nümayəndəsidir. Onun bənzərsiz 

şeirlərinin çoxu da hürufilik ideyalarının bədii ifadəsinə  və 

təbliğinə xidmət edir. 

Ümumiyyətlə, Nəsiminin zəngin poetik irsi hürufilik məf-

kurəsinin, etiqadının sözlə ən dolğun və sərrast bədii-estetik tə-

zahürü, poetik manifestidir. İ.Nəsimidən başqa XIV-XV əsrlər 

ədəbiyyatımızı təmsil edən F.Nəimi, M.C.Həqiqi, Süruri, Tü-

feyli və s. kimi hürufiməslək şairlərimiz də var ki, onlar ədəbiy-

yatımızın yüksəliş tarixində əhəmiyyətli rol oynamışlar. 

Göründüyü kimi, hürufiliyi və hürufiməslək poeziyanı nə-

zərə almadan XIV-XV əsrlər  ədəbiyyatımızı  təsəvvür etmək 

mümkün deyil. Həmin poeziyanın məzmun və mahiyyətini 

anlamaq üçünsə, hürufiliyin və onun ideyalarının nədən ibarət 

olduğunu az-çox anlamaq lazımdır. 

Hürufiliyin banisi XIV əsrdə yaşamış  təbrizli mütəfəkkir 

Fəzlillah Nəimidir (1339-1394). Şeyx Əbdürrəhman ibn Əbü-

məhəmməd Fəzlullah Nəimi Təbrizi  Əl-Hürufi  təxminən 

1339-cu ildə (h.740) Təbrizdə anadan olmuşdur. Bəzi mənbələr 

onun Astarabadda doğulduğunu yazır və onu «Astarabadi» 

 

60



nisbəsi ilə xatırladır.  Əsl adı  Əbdürrəhman, atasının adı 

Əbuməhəmməddir. Hürufilik təriqətinin müəssisi olduğuna 

görə «Əl-Hürufi» ləqəbi almış və həm də bu ləqəblə tanınmış-

dır. M.Tərbiyət qeyd edir ki, o, Hacı Bəktaş Vəlinin vəfatından 

2 il sonra anadan olmuş, həddi-buluğa çatdıqdan sonra papaq 

tikməklə öz həyatını təmin etmişdir. Nəimi ömrünün müəyyən 

hissəsini səyahətdə keçirmişdir. 1369-cu ildə İsfahana, 1373-cü 

ildə Məkkəyə səfər etdiyi məlumdur. İsfahana bir neçə dəfə sə-

yahət etmişdir. Hətta müəyyən müddət  İsfahan  ətrafındakı 



Toğçı adlı yerdə  məskən saldığı, bir mağarada inzivaya 

çəkildiyi, sonra hürufilik etiqadını yaymağa başladığı və burada 

ətrafına xeyli mürid topladığı barədə  məlumatlar da 

mövcuddur. 

Nəimi Əl-Hürufi bir müddət də Bakıda yaşamış, öz təriqə-

tinin ideyalarını burada yaymış, çoxlu ardıcıllar tapmışdır. Fəz-

lullahın xas müridlərindən olan Əbülhəsən Əliyül-Əla «Qiya-

mətnamə» əsərində öz mürşidinin Bakıdan getdiyinə işarə edə-

rək yazır:  «Bakı yolundan çağırış çatdığı üçün, ey büt (məh-



bub), qalx ayağa, şənlik et. Ora dilbərimizin iqamətgahıdır. O 

getsə də, yeri olduğu kimi qalmaqdadır» (sitat üçün bax: 11). 

Nəimi özünü peyğəmbər elan etmiş və 1386-cı ildən etiba-

rən hürufilik ideyalarını yaymağa başlamışdır. Doğrudur, bu ta-

rix Qurandakı bir ayədə işlənən «Fəzl» sözündəki «zad» hərfinə 

və müəllifin özünün «Cavidannamə» əsərindəki bir izahata əsa-

sən 1398-ci il (h.800) də göstərilir. Ancaq bu tarix həqiqətə uy-

ğun gələ bilməz. Çünki Nəimi artıq 1394-cü ildə öldürülmüşdü. 

F.Əl-Hürufi bir neçə dili və bir sıra elmləri, o cümlədən qə-

dim yunan və şərq fəlsəfəsini, Quranı və dini elmləri mükəm-

məl mənimsəmişdi.  Əbdülməcid Firiştəzadə qeyd edir ki, o, 

özünə 9 canişin təyin etmişdi. Görünür, həmin 9 rəqəmi 9 fə-

ləyə uyğun seçilmişdi. Həmin canişinlərdən yalnız 4-ü təriqət 

sirlərinə mükəmməl bələd idilər: 

 

Sirlərin məhrəmi, mürşidin xas həmdəmi, 



 

61

Məcd, Kəmal Haşimi, Mahmud, Əbülhəsəni. 



Tap dördünü, öyrən onlardan sən hikməti, 

Mürşid kitabında yazmış bu vəsyyəti  (53, 246). 

 

Nəiminin baş  xəlifələrindən biri Əbülhəsən  Əliyül-Əla 



1399-cu ildə, yəni ustadının ölümündən sonra onun «Cavidan-

namə» əsərini nəzmə çəkmişdir. Hürufiliyə dair «Kürsinamə», 



«Qiyamətnamə» və s. kimi qiymətli əsərlər qələmə almışdır. 

F.Nəiminin yarımmüasirlərindən Məqrizi, İbn Həcər əl-Əs-

qəlani və sonrakı müəlliflər Fəzlin 1394-cü ildə sentyabr ayı-

nın 2-də (h.796, 6 zülqədə) Teymurun göstərişinə əsasən onun 

oğlu Azərbaycan hakimi Miranşah tərəfindən edam edildiyini 

xəbər verirlər. Məqrizi Teymurun Səmərqənddə üləmaları top-

layıb Nəimi ilə bağlı  məsləhətləşdiyini və burada onun öldü-

rülməsi barədə fitva verildiyini yığcam şəkildə təsvir edir. 

Beləliklə, Nəimi Teymurun əmrinə  əsasən Miranşah tərə-

findən  Şirvanda tutularaq Naxçıvana aparılmış, bir müddət 

orada həbsdə saxlanılmış, sonra isə orada edam edilmişdir. 

Onun ayaqlarına ip salıb küçə-küçə sürükləmişlər. Mürşidinin 

ölümündən sarsılan  İ.Nəsimi bu münasibətlə yanğı  və iztirab 

hissi ilə dolu məşhur «Ayrılır» rədifli qəzəlini yazmışdır: 

 

Ey müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır, 

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. 

Ey sənəm, hicran əlindən  naleyi-zar eylərəm, 

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır. 

 

Nəiminin qəbri hal-hazırda Naxçıvanda Culfa rayonunun 



Xanağa kəndində, Əlincə çayının sol sahilində Əlincə qalası ilə 

üzbəüz yamacda yerləşən köhnə  qəbristanlıqdadır. Qəbrin üs-

tündə kərpicdən tikilmiş künbəz vardır və o, ziyarətgaha çevril-

mişdir. 


 

62

Fəzlullahın ölümündən sonra onun xəlifə  və müridləri 



müxtəlif ölkə və diyarlara dağılmış, gizli şəkildə hürufilik ide-

yalarını yaymışlar. 

Nəiminin ailəsi və övladları barədə  məlumat çox azdır. 

«Vəsiyyətnamə»yə  əsasən onun 3 qızı (Fatimə,  İsmət, Ayişə) 

olduğunu bilirik. Həbsxanadan yazdığı  məktublarda Nəimi 

kiçik  qızlarını böyük qızı Fatiməyə, hər 3 qızını isə özünün eti-

barlı müridlərinə tapşırır. Hətta qızlarının kimə  ərə gedəcəyi 

barədə  məsləhətlər də verir. Onun 2 nəvəsi haqqında da 

qaynaqlarda ötəri də olsa, məlumatlar mövcuddur. Onlardan 

biri  Əzüdüddindir ki, hürufi dərvişlərindən  Əhməd lurun 

Heratda Teymuri hökmdarı  Şahruxa qarşı sui-qəsdində (1427) 

iştirak etmiş və buna görə də edam edilmişdi. Başqa bir nəvəsi 

Əmir Nurullah isə həmin sui-qəsd zamanı Heratda olmuş, uzun 

müddət sorğu-sualdan və bir müddət həbsxanada qaldıqdan 

sonra sərbəst buraxılmışdı. 

Xorasan mürşidi kimi tanınan, hürufiliyə dair məşhur 

«Məhrəmnamə»  əsərinin müəllifi Seyyid Əmir  İshaqın 

Nəiminin qızlarından biri ilə evləndiyi barədə  də  məlumatlar 

var. «Seyyidüs-saadat» kimi anılan  Əmir  İshaq bir müddət də 

Gilan və Şirvanda hürufiliyin təbliği ilə məşğul olmuşdur. Bəzi 

mənbələr Fəzlin böyük qızı Fatimənin onun ilk və inanılmış 

müridlərindən  Əliyül-Əlaya, bəziləri isə hürufiliyin tanınmış 

dərvişlərindən olan Piri-Turabiyə ərə getdiyini xəbər verirlər. 

Bəzi mənbələrə görə, Fatimə əri Əliyül-Əla edam edildik-

dən sonra Təbrizə  gəlib burada hürufilik ideyalarını yaymaqla 

məşğul olmuş, ölərkən Piri-Turabinin qəbrinin yanında dəfn 

edilmişdi. Onun öldürüldüyünü söyləyənlər də var. 

F.Nəiminin yaradıcılığı  zəngindir. O, həm  nəzm, həm də 



nəsrlə əsərlər yazmışdır. Əsərləri mövzu, mahiyyət və xarak-

terinə görə müxtəlifdir: dini-fəlsəfi, bədii-fəlsəfi, sırf bədii 

əsərlər və s. Müəllifin bizə bəlli əsərləri aşağıdakılardan ibarət-

dir:  Lirik  şeirlər divanı,  «Məhəbbətnamə», «Ərşnamə», 



Növmnamə», «Cavidannamə», «Vəsiyyətnamə». Bəzi mə-


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə