Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

 

67

ri, «talib» isə öyrənəndir. Əsərdə yeri gəldikcə mənzum parça-



lardan da istifadə edilmişdir. 

F.Nəimi hürufiliklə bağlı  mətləb və ideyalarını  şərh edər-

kən Quran ayələrindən, sünnə  və  hədislərdən, müxtəlif pey-

ğəmbərlərə, müqəddəs  şəxsiyyətlərə isnad edilən rəvayət və 

kəlamlardan, həmçinin Tövrat və İncildən də bol-bol bəhrələn-

mişdir. Onun qənaətinə görə Allahın sirri 32 ilahi hərfdədir ki, 

Məhəmmədi, yəni islami olmayan kəsə həmin hərflər vasitəsilə 

yaranan kəlamla anlaşılan gizli sirlər əyan ola bilməz. Deməli, 

mütəfəkkir filosof ilahi həqiqəti anlamağın yolunu islami 

dəyərlərdə görür. 

Onu da deyək ki, hürufilik şiəliyin bir qolu kimi nəşət tap-

mışdı  və ondan ayrılmışdı. Hürufilər imamətə böyük önəm 

verir və birinci imam Əlini  ilahi varlığın yer üzündəki təzahürü 

hesab edirdilər.  Əli  İbn  Əbutalibi müqəddəsləşdirmək və 

imamətə bağlılıq hürufiliyə  şiə xarakteri aşılayırdı. Hətta 

hürufilər 12 imamdan 11-ni qəbul edir, şiələrin qeyb olduğunu, 

nə vaxtsa qayıdıb zühur edəcəyini və yer üzündə şərin kökünü 

kəsəcəyini güman etdikləri 12-ci imamın (Mehdiyi-sahibi-əz-

zaman) əvəzində isə Fəzlullahı görürdülər. Yəni Fəzlullah 12-ci 

imam, insan surətindəki Tanrı, canlı Allah və xilaskardır. O, 

yer üzünü şərdən xilas üçün zühur etmişdir. 

Nəimi başqa-başqa  əsərlərində, xüsusilə  də «Cavidan-

namə»də özünü peyğəmbər elan edir və bunu əsaslandırmağa 

çalışır. Fəzlullaha və ümumiyyətlə, hürufi inancına görə «küntü 

kənzə»nin «sirri-nihan»ı, yəni ilahi aləmin indiyə qədər heç kə-

sə məlum olmayan mübhəm sirləri ilk dəfə məhz Nəimiyə bəlli 

olmuş və onun vasitəsilə aşkarlanmışdır. Bir tərcibəndində filo-

sof sənətkar yazır: 

 

İlk dəfə mənə əyan olundu, 

 

68



«Küntü kənzən», bu sirli dastan.

1

 

 

Hər kəs 28 və 32-nin sirrini anlaya bilsə, yəni hürufi elm 



və hikmətindən xəbərdar olsa, ona həmin ilahi sirləri dərk edib 

duymaq səadəti nəsib ola bilər. 

Hürufilikdə Allah, hərf (söz-kəlam), insan, maddi varlıq və 

4 ünsür münasibətləri bir-biri ilə əlaqəli, tam və bütöv bir vəh-

dət halında götürülür: Hər  şey Allahdır 

  hər  şey 28 və 32 



hərfdir (yəni söz və  kəlamdır) 

  hər  şey həmin hərflərin 



sirrinə vaqif olan insandır 

 hər şey maddi varlığın əsasını 



təşkil edən 4 ünsürdür. Hürufilər  əzəli və  əbədi olan ilkin 

zatın (xaliq) təcəllisindən zühur edən varlığın yaradılış 

nizamını bu sistemdə  qəbul edirdilər:  Allah 

 söz  kainat 

 insan. 

Hürufiliyin müəssisi belə hesab edirdi ki, Allah hər yerdə-

dir, bütün əşyaların mahiyyətindədir, bütün xilqətin canındadır, 

hər qətrədə, hər zərrədidir: 



 

Piri-müğana döndü inan zahidi şəhrin, 

Vaxta ki, ləlin şövqi xarabatdan ucaldı. 

Arif nəzərində sənin eşqindəki qüdrət, 

Yüz şəklidə, yüz rəngdə səmavatdan ucaldı. 

Hər kəsdə ilahi sifəti çilvəgər olmaz

Bu eşqi-səfa ülvi məhəbbətdən ucaldı. 

Hər qətrədə, hər zərrədə etdinsə təcəlla, 

Ol dəmdə ənəlah səsi zərratdan ucaldı. 

Ta getdi Nəimi yenidən bir də xəyala, 

Eşqin sənin ol odlu xəyalatdan ucaldı. 

 

                  



 

1

 



Burada  və  sonra  F.Nəiminin  əsərlərindən  verilən  bədii-poetik 

tərcümə  nümunələri  üçün  bax: «Azərbaycan»  jur.,  № 8, 1973, 

səh.65-72. Nəiminin həmin şeirlərini fars dilindən azərbaycancaya 

B.Azəroğlu çevirmişdir




 

69

Göründüyü kimi, «vəhdəti-vücud » nəzəriyyəsinə münasi-



bətdə hürufilərin baxışları sufilərinki ilə üst-üstə düşür. Hürufi-

likdə  də ilkin, yeganə,  əzəli və  əbədi substansiya kimi vahid 

varlıq olan Allah qəbul edilir. Var olan yeganə məbud Allahdır. 

Əslində varlıqda Tanrı zatından başqa heç nə mövcud 

deyil. Bütün mövcud olan mənəvi və maddi varlıqlar Tanrı 

zatının müxtəlif ölçü, görünüş  və  rənglərdəki təzahüründən 

başqa bir şey deyil. Nəimi bir hədisə isnadən həmin fikri belə 

ifadə edir: 



 

«Yox tanrıdan özgə» - söylədik biz 

Çün mərifət əhli insanıq biz. 

 

Xaliqlə  məxluq, yaradanla yaradılan mahiyyət etibarilə 



vahid və eyni substansiyadır. Nəsimi də: 

Mən gənci-nihani, küntə-kənzəm, 

Mən gənci-nihan, nihan mənəm mən. – 

 

dedikdə məhz bunu nəzərdə tuturdu. 



Lakin hərf və sözə münasibətdə hürufilərin görüşləri təsəv-

vüf ideoloqlarının inancından fərqlənir. Belə ki, Quran ayələ-

rində  dəfələrlə deyildiyi kimi, dünya Allah-taalanın «kon» 

(«ol»)  əmrindən yaranıb. Hürufilərə görə madam ki, dünya 

sözdən yaranıb, söz isə  hərflərdən ibarətdir, deməli, varlığın 

əsasında dayanan da söz  və  hərflərdir. Söz və  hərf 

müqəddəsdir. Təsəvvüf düşüncəsində isə bu, bir konsepsiya və 

bütöv prinsip kimi mövcud deyil. Bununla belə, varlığın eşqdən 

yaranması, Xaliqin dünyanı sevərək xəlq etməsi sufizmdə 

olduğu kimi, F.Nəimi tərəfindən də qəbul edilir: 



 

Eşqə məkan oldu eylə ki can, 

«Kün» əmrini eşq bildi insan. 

Dünya üzü döndü çil-çırağa, 

Gün çıxdı buludlar arxasından. 

 

70



Tohididür eşqə əsl məna, 

Zülmətdədür ancaq abi-heyran. 

...Eşq mənidir, kainatsa şadlıq, 

Dünya da bu mənidən doğandır. 

 

Nəimi Allah, hərf (söz-kəlam), insan və 4 ünsürdən ibarət 



maddi varlığı eyniləşdirir və qeyd edir ki, «torpaq hərfdir», 

«hərf və  kəlmə insandan ayrılmazdır», «ruh və  hərf hər ikisi 

eynidir», «hər  şeyin adında 32 vardır», «söz istər etiqad-

sızların, istərsə  də peyğəmbərlərin, övliyaların yeganə 

həqiqətidir».  Hərfi hər  şeyin  əsası hesab edən Nəimiyə görə 

bütün  əşyalar hərflərin təzahürüdür:  «Əgər kəlməni cismin 



varlığından ayırsaq, onun vücudu olmaz». «Söz olmasaydı, 

Allah-taalanı tanımaq mümkün olmazdı». Allahdan başlayaraq 

nəğmə oxuyan quşa qədər hər şeydə hərflərin sirri və təzahürü 

vardır. 28 və 32-nin sirrini bilməyən haqq yolçusu kəlmeyi-

şəhadətdəki «Allahdan başqa Allah yoxdur» («lailahə illəlləh») 

kəlamının hikmətini anlaya və bütün əşyalarda Haqqı görə 

bilməz. Bütün elmlər bir nöqtədə birləşir, həmin nöqtə isə 28 və 

32 hərfdən yaranan elmdir. 

İnsana münasibətdə hürufilərin özünəməxsus mövqeyi var-

dır. Onlardakı insan konsepsiyası başqa dini-fəlsəfi təriqət və 

cərəyanlardan fərqlənir. 

F.Nəimi əvvəlki əsərlərində də irəli sürdüyü belə bir kon-

sepsiyanı «Cavidannamə»də  qəti olaraq yekunlaşdırır:  «Həme 



əşya vücude-adəməst».

1

 («Bütün cismlərin vücudu insandır»). 

«Hərgah ke adəm bər surəte-Xoda bu çun xubu (Madam ki, 

Adəm Allah surətindədir, deməli o, onun özüdür»). «Həme əşya 

yek vücud adəm bu» («Bütün cismlərin vücudu insandır»). 

Fəzlullah cismləri yalnız insanın özü ilə deyil, onun nitqi 

ilə  də eyniləşdirirdi: «Həme  əşya nitqe-adəm bu» («Bütün 

                  

 

1

  Nəiminin  əsərlərindən  fars  dilində  sitatlar  aşağıdakı  mənbə 



əsasında  verilir



З.Кулузаде.  Хурифзм  и  его  представители  в 

Азербайджане. Б., «Элм», 1970, стр.96-146 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə