Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2



Yüklə 166,4 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix22.05.2018
ölçüsü166,4 Kb.
#45427
1   2   3   4   5   6   7   8

1924-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat və ictimai 

elmlər fakültəsinin bazasında üç şöbədən – ictimai, riyaziyyat və təbiət şöbələ-

rindən ibarət pedaqoji fakültə yaradıldı. 1929-cu ildə universitetin nəzdində 

Azərbaycan və rus bölməsi olan qiyabi pedaqoji fakültələr fəaliyyətə başaldı. 

Bu fakültənin 4 şöbəsi - məktəb, fiziki-texniki, Azərbaycan dili və ədəbiyyatı, 

rus dili və ədəbiyyatı şöbələri var idi. 1928-1929-cu tədris ilində universitetdə 

hüquq fakültəsi yaradıldı. Bütün göstərilən fakültələrlə yanaşı universitetin 

yanında 1920-ci ildə təşkil edilmiş fəhlə fakültəsi də fəaliyyət göstərirdi. Fəhlə 

fakültəsinə bilavasitə istehsalatda çalışmış gənclər qəbul edilirdi.  

Bakı Dövlət Universitetinin birinci onillikdəki fəaliyyətini diqqətlə nəzər-

dən kecirdikdə belə bir həqiqət aşkara çıxır ki, zamanın keşməkeşlərinə, haki-

miyyət dəyişikliklərinə, siyasi arenadakın ab-havaya baxmayaraq universitet öz 

fəaliyyətini uğurla davam etdirmiş, respublikanın elmi, təhsil və mədəni həya-

tında, yüksək ixtisaslı milli kadrların yetişməsində, milli şüurun formalaşma-

sında, milli ziyalılar ordusunun daha da mətinləşməsində misilsiz rol oynamış, 

elmimizin və təhsilimizin inkişaf və tərəqqi yolunu işiqlandırmışdır. 

Beləliklə, universitetin birinci onilliyi respublikamızın elm, təhsil və mə-

dəniyyətinin inkişafında silinməz dərin izlər qoymuşdur. Bu dövrdə universite-

tin maddi-texniki bazası möhkəmlənmiş, yeni tədris korpusları lazımi avadan-

lıqlarla təmin edilmiş, laboratoriyalar, fənn kabinetləri və s. ilə təchiz edilmiş, 

universitetin maliyyələşdirilməsinə diqqət artırılmışdır. 

Bu dövrdə Bakı Dövlət Universitetinin üzərinə respublikanın ilk ali təhsil 

müəssisəsi kimi təhsil, elm, mədəniyyət və iqtisadiyyatın bütün sahələri üçün 

yüksək ixtisaslı kadr hazırlamaq vəzifəsi qoyulmuşdu. Universitet respublikada 

sürətlə inkişaf edən təhsil, iqtisadiyyat, elm və  təhsil müəssisələrini ixtisaslı 

kadrlarla təmin etməli idi. Bu mühüm dövlət vəzifəsini həyata keçirmək üçün 

universitet ilbəil yeni-yeni ixtisaslar açır, tələbə qəbulunu artırırdı. Rəqəmlərə 

diqqət yetirək:  Əgər 1919-1920-ci illərdə universitetə 1094 tələbə  qəbul edil-

mişdisə, onların sayı 1928-1929-cu ildə 1925 çatmışdı. Universitetin ilk bura-

xılışı 1922-ci ildə olmuşdur. Universitetin tibb fakültəsini 30 nəfər bitirmişdi 

ki, bunun da ancaq 10 faizi azərbaycanlı idi. 1929-cu ildə universiteti 1154 

nəfər bitirmişdi ki, bunun da 18 faizindən çoxu azərbaycanlı idi.  

On ildə universitetdə tələbə qəbulunun artımı ilə yanaşı professor-müəl-

lim heyətinin tərkibi də  həm kəmiyyət, həm də keyfiyyətcə  dəyişmişdi.  Əgər 

1919-1920-ci tədris ilində universitetdə 3 professor, 3 dosent, 29  müəllim -cə-

mi 44 nəfər çalışırdısa, 1928-1929-cu dərs ilində 52 professor, 30 dosent, 229 

müəllim - cəmi 311 nəfər çalışırdı. Sevindirici hal idi ki, professor-müəllim 

heyətinin tərkibində azərbaycanlıların sayı müntəzəm olaraq artmışdır. Belə ki, 

əgər 1919-1920-ci tədris ilində azərbaycanlıların sayı 9 nəfər idisə, yəni profes-

sor-müəllim heyətinin 20,5 faizini təşkil edirdisə, 1928-1929-cu tədris ilində 

azərbaycanlıların sayı 128 nəfər olmuşdur ki, bu da 42,2 faiz demək idi. 1919-



1920-ci illərdə universitetin kollektivi tələbə hazırlığını genişləndirməklə yana-

şı elmi tədqiqat işlərinin aparılmasında, elmi əsərlərin yaradılmasında dərslik-

lərin dərs vəsaitlərinin, monoqrafiyaların çap edilməsində də əhəmiyyətli uğur-

lara nail olmuşdu. 1921-ci ildən “Bakı Universitetinin Xəbərləri” nəşrə başladı. 

“Xəbərlər”in dörd şöbəsi - təbiətşünaslıq və tibb, ictimai elmlər,  şərqşünaslıq 

və hüquq şöbələri var idi. 1924-cü ildə universitet həmçinin özünün ikinci 

nəzəri orqanı olan “Tibbin nəzəri-praktiki jurnalı”nın nəşrinə başladı. 

Qarşıya çıxan böyük çətinliklərə baxmayaraq Bakı Dövlət Universitetinin 

10 il ərzində xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin müxtəlif sahələri 

üçün 1500-dən artıq kadr hazırlaması onun böyük uğurları, millətimiz qarşısın-

da şərəfli xidməti idi. 

Universitetin 20-ci illərdə əldə etdiyi nailiyyətlərdə universitet rektorları-

nın fəaliyyəti də mühüm əhəmiyyət kəsb etmişdir. Belə fədakar insanlara misal 

olaraq universitetin ilk azərbaycanalı rektoru olan Tağı Şahbazini (1926-1929) 

və Maqsud Məmmədovu (1929-1930) göstərmək olar.  

Universitet özünün birinci onilliyində 500 çap vərəqi həcmində kitab, 

jurnal və salnamə buraxmışdı. Elmi əsərlərdən başqa, universitet 1923-1939-cu 

illərdə çox qiymətli elmi kitablar nəşr etməyə müvəffəq olmuşdu. Bunlardan 

E.A.Paxamovun “Azərbaycan tarixinin qısa kursu” (Bakı, 1923); A.V.Baqrinin 

“Azərbaycan biblioqrafiyası üçün materiallar” (I-III buraxılışda); yenə də onun 

III buraxılışa aid “Predmet göstəriciləri” (Bakı, 1924); A.O.Makovelskinin 

“Demokrit: həyatı və təlimi” (Bakı, 1926); yenə onun “V.İ.Lenin adına Azər-

baycan Dövlət Universiteti: birinci onillik” (Bakı, 1930); “Elmi nəşrlər. 1919-

1930” (Bakı, 1930) və s. kitablar nəşr edilmişdir. Bakı Dövlət Universitetinin 

Elmi Xəbərləri və  nəşr etdiyi elmi əsərlər Azərbaycan elminin bünövrəsinə 

qoyulan ilk daşlar idi. Azərbaycan elmi məhz bu bünövrə üzərində  bərqərar 

olmuş, inkişaf və tərəqqi etmişdir.  

1920-ci ildə universitet nəşriyyatının yaranması  və onun gələcək fəaliy-

yəti respublikada elmi və tədris ədəbiyyatının təşəkkül tapıb formalaşmasında 

və fənn proqramlarının, metodik göstərişlərin nəşrində mühüm rol oynamışdır.  

Bakı Dövlət Universitetinin 20-ci illərdə əldə etdiyi elmi-mədəni nailiy-

yətlərdən biri də onun zəngin, nadir kitab fonduna malik, universitet təhsilinə 

və elminə xidmət edən elmi kitabxanasının yaranması olmuşdur.  

1919-cu ildə universiteti təşkil etmək üçün yaradılmış komissiya univer-

sitetin bir nömrəli laboratoriyası hesab etdiyi kitabxananın yaradılması üçün 

xüsusi layihə hazırladı  və kitabxananın təşkilinə maliyə  vəsaiti almaq üçün 

hökumətə müraciət etdi. Kitabxananı təşkil etmək üçün bina və 3 milyon manat 

vəsait ayrıldı. Bakıda yerləşən ayrı-ayrı  təhsil və elmi müəssisələr öz kitab 

fondlarını kitabxanaya bağışladılar. 1919-cu ilin sentyabrında kitabxananın tibb 

şöbəsi fəaliyyətə başladı, noyabrd isə qiraətxana açıldı. Beləliklə, 1919-cu ildə 

kitabxananın fonduna 4660 kitab var idi. Universitet rəhbərliyinin və professor-



Yüklə 166,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə